Hacıyev Seymur Rafiq oğlu 1977-ci il mart ayının 9-da Bakı şəhərində anadan olub. 1993-cü ildə 66 saylı tam orta məktəbi bitirib. 1993-cü ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə daxil olub, 1999-cu ildə həmin fakültəni bitirib. 1999-2000-ci illərdə psixiatriya kafedrasında internatura keçib. 2000-2007-ci ilədək psixiatriya kafedrasında baş laborant vəzifəsində işləyib. 2007-ci ildən bu günədək həmin kafedrada assistent vəzifəsində çalışır.
Seymur Hacıyev 20 -yə yaxın elmi məqalənin müəllifidir. 2017-ci ildən bu günədək Azərbaycan Tibb Universitetinin Həmkarlar İttifaqı Komitəsinin sədr müavini vəzifəsində çalışır.
Ailəlidir. 3 uşağı var.