Bizi izləyin:
Heydər Əliyev
İnformasiyanı idarə edilməsi (Fizioterapiya və tibbi reabilitasiya,  Hərbi felşder)
Bölmələrimiz
İnformasiyanı idarə edilməsi (Fizioterapiya və tibbi reabilitasiya,  Hərbi felşder)

Səhiyyədə informasiya texnologiyalarının tətbiqinin önəmıi  cəhəti bu sahənin spesisfikliyi nəzərə alınmaqla bir çox problemlərin həll edilməsidir. Informasiya texnologiyaları insan fəaliyyətinin bütün həyat fəaliyyəti sahələrinə, o cümlədən səhiyyə sisteminə geniş tətbiq olunur. Müasir səhiyyə sisteminin qarşısındakı məqsəd istənilən şəxsə lazımi vaxtda və yerdə zəruri tibbi yardımın göstərilməsinin təmin edilməsidir. Bu məqsədə çatmaq üçün rəqəmsal texnologiyalar mühüm əhəmiyyət daşıyır. Rəqəmsal texnologiyalar üçün məsafə, zaman önəmli deyil. Bu texnologiyaların istifadəsi əhalinin sağlamlığının qorunması problemlərinin həllində cəmiyyətə böyük imkanlar verir.

Informasiya axınının artdığı bir dövrdə onun düzgün qiymətləndirilməsi səhiyyə sahəsində çalışan mütəxəssislərin öz işlərinin planlaşdırılması və qurulmasında mühüm əhəmiyyətə malikdir. Müxtəlif növ informasiyanın tədqiqi və həll üsüllarının tapılması konkret sahə ilə əlaqədar olan müasir mütəxəssislərin vəzifəsidir. İnformasiya çoxluğu şəraitində onun idarə edilməsi mütəxəssislərə kömək göstərməklə yanaşı qarşıya çıxan problemlərin həllində böyük rol oynayır. İnformasiya texnologiyalarının üsul və metodları informasiyanın toplanması, emalı və çatdırılması kimi məsələlərin həllində əsas vasitələrdəndir. Xüsusilə, informasiya  texnologiyalrının tətbiqi keyfiyyətcə fərqli səviyyəyə nail olmağa və yeni həllərin tapılmasına kömək edir.

Payız və yaz semestrlərində keçirilən fənlər

 

N

Fakültələr

Kurs

Fənlər

Auditoriya saatları

Mühazirə

Praktika

1

Fizioterapiya və tibbi reabilitasiya

 

Hərbi felşder

I

İnformasiyanı idarə edilməsi

10

20

 

Fənnin kodu İF-05

 İnformasiyanın idarə edilməsi

 

Təhsil pilləsi:  Bakalavriat

İxtisas: Fizioterapiya və tibbi reabilitasiya,  Hərbi felşder

Fənnin məqsədi: İnformasiya və kompüterləşmə cəmiyyətində informasiya axınlarının düzgün seçilməsi, öz informasiya mühitinin yaradılması və sərbəst qərar qəbul etmə müasir dövrün mütəxəssislərinin rastlaşdığı problemlərlərdəndir. Bu problemlərin aradan qaldırılması qoyulan məsələnin düzgün qiymətləndirilməsi, onun həll yollarının araşdırılmasında informasiya  texnologiyalarının tətbiqi ilə sıx bağlıdır. Müasir tədqiqatların aparılması üçün sərbəst işləmək qabiliyyəti, informasiyanın düzgün qiymətləndirilməsi və səhiyyədə informasiya texnologiyalrının tətbiqi professional təhsilin təminatıdır. Professional məsələlərin həllində kompüterin imkanlarından istifadə tələbələrin informasiya texnologiyaları sahəsində dünyagörüşünün formalaşmasına və genişlənməsinə imkan verir. İnformasiya texnologiyalarından istifadə etmək üçün nəzəri və praktiki hazırlıq informasiya mühitinin tədqiqində mütəxəssisdə xüsusi qabiliyyət formalaşdırır. Tədris prosesində aldığı biliklər və vərdişlər müasir dövrün tələbləri səviyyəsində öz elmi-tədqiqat işlərinin aparılmasında mühüm əhəmiyyət daşıyır.

Təhsilalan nəyi bilməlidir:

  • Kompüter texnologiylarının müasir dövrün tədqiqatçılarının işində istifadə istiqamətləri;
  • İnformasiyanın öz fəaliyyətlərində forması və rolu,;
  • Tətbiqi proqram paketləri vasitəsilə statistik emalın aparılması;
  • Tibbi informasiya sistemlərinin yaradılma prinsipləri;
  • Elektron yazıların, arxivlərinin yaradılması prinsipləri;
  • İnformasiyanın optimal idarə olunmsı;
  • Süni intellekt nəzəriyyəsinin tibdə istifadə olunma istiqamətləri;
  • Ekspert sistemləri və tibbi sistemlərdə tətbiqi prinsipləri;
  • Sübuta yetirilmiş tibb prinsiplərinin tibbi məsələlər üçün tətbiqi;
  • Tibbi axtarış sistemlərindən istifadə və qiymətləndirilməsi.

Təhsilalan nəyi bacarmalıdır:

  • Kompüter texnologiyalarından istifadə edir;
  • Tətbiqi proqramlarla işləyir;
  • Tətbiqi proqramlar vasitəsilə statistik göstəricilərin emalını icra edir;
  • İnformasiya axınlarını idarə edir;
  • Müxtəlif növ informasiyalardan ibarət tibbi-informasiya sistemlərini yaradır;
  • İnformasiya axınları olan prosesdə modelləşdirmə və proqnozlaşdırmanı yerinə yetirir;
  • Şəbəkə texnologiyalarından tibbi məqsədlər üçün istifadə edir.

     Təhsilalan nəyə yiyələnməlidir:

  • Qoyulmuş məsələnin həlli üçün uyğun yanaşmaları seçir;
  • İnformasiya çoxluğu mühitində nəticənin alınması üçün dəyərli informasiyanı seçir;
  • Məsələyə uyğun informasiyanı qiymətləndirir;
  • İnformasiyanı emal edir;
  • İnformasiyanı qeydiyyatını, axtarışını aparır;
  • İnformasiya sistemlərini yaradır;
  • İnformasiyanı optimal idarə etməyi bacarır;
  • Şəbəkədən alınmış informasiyanı uyğun istiqmətdə istifadə etməyi bacarır.

 

İnformatika fənninin predmeti. İnformasiya anlayışı. İnformasiyanın formaları və təsvir üsulları. İnformasiyanın alınması, ötürülməsi, çevrilməsi və emal edilməsi. İnformasiyanın kodlaşdırılması. Tibbi informasiya. Tibbi-bioloji informasiyanın işlənməsi. İnformasiya miqdarının ölçü vahidləri. Informasiya texnologiyalarının tibdə tətbiqi.

Kompüterin texniki təminatı. Kompüterlərin inkişaf mərhələləri. Kompüterin arxitekturası və ümumi quruluş prinsipləri. Kompüterlərin müxtəlif əlamətlərə görə təsnifatı. Kompüterin tərkib hissələri, əsas və periferik qurğuları və onların təyinatı. Kompüterlərin tibdə tətbiqi.

Kompüterin proqram təminatı. Proqram təminatının təyinatı və təsnifatı. Sistem proqram təminatının komponentləri (əməliyyat sistemləri, xidməti (servis) proqramlar), texniki xidmət proqramları haqqında məlumat. Tətbiqi proqram təminatının komponentləri (ümumi təyinatlı tətbiqi proqramlar, ixtisaslaşdırılmış tətbiqi proqramlar). Əməliyyat sistemlərinin təsnifatı. Windows ƏS. MS OFFİCE proqram paketi. MS WORD mətn redaktoru. MS POWER POINT prezentasiya proqramı. MS EXCEL cədvəl prosessoru. MS Access verilənlər bazası. Tibbi-bioloji informasiyanın emalı üçün xüsusi proqram paketlərinin tətbiqi. Elmi axtarışların planlaşdırılması, yerinə yetirilməsi və təqdim edilməsi mərhələləri

İnformasiya və verilənlər. Eyler-Veyn diaqramları. Məntiq əməlləri. Tibbi verilənlərin növləri. Kəmiyyət və keyfiyyət əlamətləri. Tibbi verilənlərin kodlaşdırılması. Verilənlərin qruplaşdırılması. VBİS-də cədvəllərin təşkili. Relyasiya cədvəlləri. Birin-birə, birin-çoxa, çoxun birə əlaqələri. İnformasiya-axtarış sistemlərində tibbi informasiyanın müxtəlif növlərə görə axtarışı. Axtarış üçün sorğuların təşkil olunması. VBİS-də axtarış və hesabatların hazırlanması.

Kompüter şəbəkələri. Əsas anlayışlar (protokol, körpü, şlüz, marşrutizator və s.). Server anlayışı. Lokal və qlobal şəbəkələr. Internet. İnternetin qısa tarixi. TCP/IP protokolları. İnternetdə resursların ünvanlanması. Domen adları xidməti (DNS). Elektron poçtu. İnternet xidmətləri. İnternetin protokolları HTTP, FTP, Telnet, Usenet və s.). Web sənəd. HTML anlayışı. Web səhifələrin təşkili. İnternetə bağlantı üsulları (ADSL, simsiz bağlantı, peyk bağlantıları və s.).Microsoft İnternet Explorer və digər brauzerlər. İnformasiya axtarış sistemləri. Tibbi informasiya resursları və resurslardan istifadə qaydaları. Bulud texnologiyaları. Bıg Data texnologiyaları. Əşyaların interneti. Sübuta yetirilmiş tibbin prinsipləri. Süni intellekt.

 

METODİKİ TƏMINAT:

  1. Qurbanova N.H., Talıbova D.A. İnformatikanın əsasları. Bakı, 2018
  2. Musayev E.İ., Həsənov H.Ə. İnformatika. Bakı, 2016.
  3. Müslümov V.B., Əliyev Ə.Ə., Həbibullayev S.B., Sərdərov Y.B. İnformatika. Vəsait. Tələbələr, bakalavrlar, magistraturaya və vakant iş yerlərinə qəbula hazırlaşanlar üçün vəsait. Bakı, 2024 https://kitabevim.az/m%C9%99hsul/informatika-v%c9%99sait-v-b-muslumov-%c9%99-%c9%99-%c9%99liyev-s-b-h%c9%99bibullayev-y-b-s%c9%99rd%c9%99rov/
  4. Гаврилов, М.В. Информатика и информационные технологии: Учебник для бакалавров / М.В. Гаврилов, В.А. Климов; Рецензент Л.В. Кальянов, Н.М. Рыскин. - М.: Юрайт, 2013. - 378 c.
  5. Горячев, А.В. Практикум по информационным технологиям / А.В. Горячев, Ю.А. Шафрин. — М.: Бином, 2016. — 272 c.
  6. Информатика. Базовый курс / Под ред. С.В. Симоновича. — СПб.: Питер, 2015. — 640 с.
  7. Кобринский, Б.А. Медицинская информатика: Учебник для студентов учреждений высшего профессионального образования / Б.А. Кобринский, Т.В. Зарубина. — М.: ИЦ Академия, 2012. — 192 c.
  8. Ляхович В.Ф., Молодцов В.А., Рыжикова Н.Б. Основы информатики. — М.: КноРус, 2016. — 348 с.
  9. Угринович, Н. Информатика и информационные технологии / Н. Угринович. — М.: Бином. Лаборатория знаний, 2017. — 512 c.
  10. Информатика и информационные технологии: учебник для прикладного бакалавриата/ М.В. Гаврилов, В.А. Климов, Саратовская государственная юридическая академия. – 4-е изд., перераб. и доп. - М.: Юрайт, 2015.–383 с.
  11. Информатика и информационные технологии. пособие / В.А. Шаршунов, Д.В. Шаршунов, В.Л. Титов. – Минск : Мисанта, 2017. –383 с.
  12. Информатика. Базовый курс. учебное пособие для студентов высших учебных заведений /  Под ред. С.В.Симоновича. – 3-е изд. – СПб.: Питер, 2017, 639 с.
  13. Обмачевская С. Медицинская информатика. Курс лекций. Изд. Лань, 2016, 184 с.
  14. Гилярова М. Информатика для медицинских колледжей. Изд. Феникс ,2016, 528 с.
  15. Омельченко В., Алексеева Н. Информатика для врачей. Учебное пособие. Изд. Феникс, 2015,702с.
  16. Хлебников А. Информатика. Учебник. Изд. Феникс, 2016, 448 с.
  17. http://www.informatik.az/index/i_nformatikadan_d_rslik_komplekti/0-9
  18. http://www.e-derslik.edu.az/site/index.php
  19. http://virtuallab.by/publ/biblioteka/uchebniki/20
  20. http://11klasov.ru/informatics/
  21. http://11klasov.ru/informatics/dopolnitelno-informatika/
  22. http://www.kursk-sosh41.ru/uchashhimsya/elektronnye-uchebniki/
  23. https://support.office.com/ru-ru
  24. https://inform.bistrsosh.ru/files/2015/samouchitel_ms_office_2010.pdf