Bizi izləyin:
Heydər Əliyev
İnformasiya texnologiyaları (MPF, Stomatologiya, Hərbi-həkim ,Əczaçılıq, İctimai səhiyyə, Tibb bacıları (qardaşları)
Bölmələrimiz
İnformasiya texnologiyaları (MPF, Stomatologiya, Hərbi-həkim ,Əczaçılıq, İctimai səhiyyə, Tibb bacıları (qardaşları)

İnformasiya texnologiyaları – ali məktəblərin təhsil sistemində tədris olunan vacib fənlərdən biridir. XX əsrin sonlarında meydana gələrək təşəkkül tapmış ən yeni elm sahələrindən biri olan informatika ilk növbədə istənilən növ informasiyanın kompüter və ya digər elektron hesablama texnikasının köməyi ilə yığılması, emalı, saxlanması, axtarışı, paylanmasının təşkili ilə məşğul olur.

Müasir dövrdə ali təhsil ocaqlarında informasiya texnologiyaları fənninin tədris olunması, ilk növbədə, tələbələrdə informasiya mədəniyyətinin, informativ bilik və bacarıqların inkişaf etdirilməsi, öz fəaliyyətlərində onlardan məqsədyönlü istifadə edə bilmələri zərurətindən irəli gəlir və onlarda həyati bacarıqların formalaşdırılması baxımından böyük əhəmiyyət daşıyır. Müasir zamanda tibb universitetinin hər bir məzunu, tibb və səhiyyə sahəsinə, sağlamlığın qorunmasına aid bir çox məsələləri həll etmək üçün müasir kompüter texnologiyalarına yiyələnməlidir. Məhz buna görə də, tibb universitetində bütün ixtisaslar üzrə tələbələrin təhsil proqramına “İnformasiya texnologiyaları” fənni daxil edilmişdir.

 

Payız və yaz semestrlərində keçirilən fənlər

 

N

Fakültələr

Kurs

Fənlər

Auditoriya saatları

Mühazirə

Praktika

1

I MPF, II MPF

Stomatologiya

Əczaçılıq

İctimai səhiyyə

Tibb bacıları (qardaşları)

Hərbi-həkim

I

İnformasiya texnologiyaları

10

20

 

Fənnin kodu İF-05

 İnformasiya texnologiyaları

 

Təhsil pilləsi:  Tibb

İxtisas: I MPF, II MPF, Stomatologiya, Hərbi-həkim

Təhsil pilləsi:  Bakalavriat

İxtisas: Əczaçılıq, İctimai səhiyyə, Tibb bacıları (qardaşları)

 

Fənnin məqsədi: tələbələrə müasir kompüter texnologiyaları və bu texnologiyaların tibb və səhiyyədə tətbiqi barəsində məlumat vermək, həkimlik fəaliyyətinin informasiyalaşdırılması, klinik tədqiqatların avtomatlaşdırılması, səhiyyə işlərinin idarə edilməsinin kompüterləşdirilməsi kimi bir sıra vacib məsələlərin kompüterlərin köməyi ilə həllinin mümkünlüyünü aşılamaqdır.

 

Təhsilalan nəyi bilməlidir:

- informasiyalaşmış cəmiyyətin tələblərinə uyğun zəruri məlumatlarla işləmək imkanlarını;

- kompüterdə sistem və tətbiqi proqram vasitələrindən istifadə qaydalarını;

- həyatda rast gəldiyi məsələlərin alqoritmləşdirilməsini:

- tibb-bioloji informasiyanın kodlaşdırılmasını;

- informasiya texnologiyasından tibbi-bioloji məsələlərin həlli üçün istifadə etməyi.

           

Təhsilalan nəyi bacarmalıdır:

- informasiya daşıyıcıları ilə işləməyi;

- müxtəlif növ informasiyaların həcmini müəyyənləşdirmək, ölçmək və onları əlamətlərinə görə sistemləşdirmək;

-kompüterdə istifadə olunan əməliyyat sistemini tənzimləmək və lazımi əməliyyatları icra etmək;

- qrafik redaktorda müxtəlif təsvirləri redaktə etmək, yeni təsvirlər yaratmaq;

- mətn redaktorunda mətn, cədvəllər redaktə etmək, format­laşdı­rmaq;

- cədvəllər üzərində hesablamalar aparmaq;

- sənədləri çap etmək;

- elektron cədvəl prosessorunda müvafiq əməliyyatları icra etmək;

- müxtəlif mövzular üzrə multimedia effektlərini əlavə etməklə təqdimatlar hazırlamaq;

- şəbəkənin əsas xidmətlərindən istifadə etmək.

           

Təhsilalan nəyə yiyələnməlidir:

  • informasiya texnologiyalarından istifadə etməklə tibbi-bioloji məsələlərin həllində infomasiya texnologiyalarının imkanlarını qiymətləndirmək və istifadə etməyə;
  • kompüterdən istifadə etməklə müxtəlif formatlı mətnləri redaktə etməyə;
  • cədvəl prosessorunda tibb yönümlü məsələr üçün  hesablamaların aparılmasına;
  • tibbi-bioloji göstəricilərin əks etdidirlməsi üçün diaqramların qurulmasına;
  • müxtəlif mövzulara uyğun təqdimatların hazırlanmasına;
  • kompüter şəbəkələrindən öz məqsədləri üçün istifaədə etməyə.

 

 

İnformatika fənninin predmeti. İnformasiya anlayışı. İnformasiyanın formaları və təsvir üsulları. İnformasiyanın alınması, ötürülməsi, çevrilməsi və emal edilməsi. İnformasiyanın kodlaşdırılması. Tibbi informasiya. Tibbi-bioloji informasiyanın işlənməsi. İnformasiya miqdarının ölçü vahidləri. Informasiya texnologiyalarının tibdə tətbiqi.

Kompüterin texniki təminatı. Kompüterlərin inkişaf mərhələləri. Kompüterin arxitekturası və ümumi quruluş prinsipləri. Kompüterlərin müxtəlif əlamətlərə görə təsnifatı. Kompüterin tərkib hissələri, əsas və periferik qurğuları və onların təyinatı. Kompüterlərin tibdə tətbiqi.

Kompüterin proqram təminatı. Proqram təminatının təyinatı və təsnifatı. Sistem proqram təminatının komponentləri (əməliyyat sistemləri, xidməti (servis) proqramlar), texniki xidmət proqramları haqqında məlumat. Tətbiqi proqram təminatının komponentləri (ümumi təyinatlı tətbiqi proqramlar, ixtisaslaşdırılmış tətbiqi proqramlar). Əməliyyat sistemlərinin təsnifatı. Windows ƏS. MS OFFİCE proqram paketi. MS WORD mətn redaktoru. MS POWER POINT prezentasiya proqramı. MS EXCEL cədvəl prosessoru. MS Access verilənlər bazası. Tibbi-bioloji informasiyanın emalı üçün xüsusi proqram paketlərinin tətbiqi. Statistik proqram paketləri. Elmi axtarışların planlaşdırılması, yerinə yetirilməsi və təqdim edilməsi mərhələləri

İnformasiya və verilənlər. Eyler-Veyn diaqramları. Məntiq əməlləri. Tibbi verilkənlərin növləri. Kəmiyyət və keyfiyyət əlamətləri. Tibbi verilənlərin kodlaşdırılması. Verilənlərin qruplaşdırılması. Müxtəlif növ tibbi verilənlərin cədvəl prosessorunda emalı. Cədvəl prosessorunda funksiyalar. Cədvəl prosessorunda axtarış və hesabatların hazırlanması. Verilənlərin təsvir üsulları (cədvəl, qrafik, diaqramlar).

Kompüter şəbəkələri. Əsas anlayışlar (protokol, körpü, şlüz, marşrutizator və s.). Server anlayışı. Lokal və qlobal şəbəkələr. Internet. İnternetin qısa tarixi. TCP/IP protokolları. İnternetdə resursların ünvanlanması. Domen adları xidməti (DNS). Elektron poçtu. İnternet xidmətləri. İnternetin protokolları HTTP, FTP, Telnet, Usenet və s.). Web sənəd. HTML anlayışı. Web səhifələrin təşkili. İnternetə bağlantı üsulları (ADSL, simsiz bağlantı, peyk bağlantıları və s.).Microsoft İnternet Explorer və digər brauzerlər. İnformasiya axtarış sistemləri. Tibbi informasiya resursları və resurslardan istifadə qaydaları. Bulud texnologiyaları. Bıg Data texnologiyaları. Əşyaların interneti. Sübuta yetirilmiş tibbin prinsipləri. Süni intellekt.

 

METODİKİ TƏMINAT:

  1. Qurbanova N.H., Talıbova D.A. İnformatikanın əsasları. Bakı, 2018
  2. Musayev E.İ., Həsənov H.Ə. İnformatika. Bakı, 2016.
  3. Müslümov V.B., Əliyev Ə.Ə., Həbibullayev S.B., Sərdərov Y.B. İnformatika. Vəsait. Tələbələr, bakalavrlar, magistraturaya və vakant iş yerlərinə qəbula hazırlaşanlar üçün vəsait. Bakı, 2024 https://kitabevim.az/m%C9%99hsul/informatika-v%c9%99sait-v-b-muslumov-%c9%99-%c9%99-%c9%99liyev-s-b-h%c9%99bibullayev-y-b-s%c9%99rd%c9%99rov/
  4. Гаврилов, М.В. Информатика и информационные технологии: Учебник для бакалавров / М.В. Гаврилов, В.А. Климов; Рецензент Л.В. Кальянов, Н.М. Рыскин. - М.: Юрайт, 2013. - 378 c.
  5. Горячев, А.В. Практикум по информационным технологиям / А.В. Горячев, Ю.А. Шафрин. — М.: Бином, 2016. — 272 c.
  6. Информатика. Базовый курс / Под ред. С.В. Симоновича. — СПб.: Питер, 2015. — 640 с.
  7. Кобринский, Б.А. Медицинская информатика: Учебник для студентов учреждений высшего профессионального образования / Б.А. Кобринский, Т.В. Зарубина. — М.: ИЦ Академия, 2012. — 192 c.
  8. Ляхович В.Ф., Молодцов В.А., Рыжикова Н.Б. Основы информатики. — М.: КноРус, 2016. — 348 с.
  9. Угринович, Н. Информатика и информационные технологии / Н. Угринович. — М.: Бином. Лаборатория знаний, 2017. — 512 c.
  10. Информатика и информационные технологии: учебник для прикладного бакалавриата/ М.В. Гаврилов, В.А. Климов, Саратовская государственная юридическая академия. – 4-е изд., перераб. и доп. - М.: Юрайт, 2015.–383 с.
  11. Информатика и информационные технологии. пособие / В.А. Шаршунов, Д.В. Шаршунов, В.Л. Титов. – Минск : Мисанта, 2017. –383 с.
  12. Информатика. Базовый курс. учебное пособие для студентов высших учебных заведений /  Под ред. С.В.Симоновича. – 3-е изд. – СПб.: Питер, 2017, 639 с.
  13. Обмачевская С. Медицинская информатика. Курс лекций. Изд. Лань, 2016, 184 с.
  14. Гилярова М. Информатика для медицинских колледжей. Изд. Феникс ,2016, 528 с.
  15. Омельченко В., Алексеева Н. Информатика для врачей. Учебное пособие. Изд. Феникс, 2015,702с.
  16. Хлебников А. Информатика. Учебник. Изд. Феникс, 2016, 448 с.
  17. http://www.informatik.az/index/i_nformatikadan_d_rslik_komplekti/0-9
  18. http://www.e-derslik.edu.az/site/index.php
  19. http://virtuallab.by/publ/biblioteka/uchebniki/20
  20. http://11klasov.ru/informatics/
  21. http://11klasov.ru/informatics/dopolnitelno-informatika/
  22. http://www.kursk-sosh41.ru/uchashhimsya/elektronnye-uchebniki/
  23. https://support.office.com/ru-ru
  24. https://inform.bistrsosh.ru/files/2015/samouchitel_ms_office_2010.pdf