Biofizika fənni müasir ali baza tibb təhsilində məcburi tədris olunan fənlərdən biridir. Biofizika müasir təbabətdə istifadə edilən bir çox instrumental, diaqnostika və bəzi müalicə üsullarını elmi nəzəri bazasını təşkil edir. Bu fənnin tədrisi tibb təhsil alan tələbələrinin gələcək fəaliyyətində daha yaradıcı formasına zəmin yaradır.
Bu fəndə orqanizmdə gedən proseslərin əsaslandığı ümumi fiziki qanunauyğunluqlar, bioloji toxumaların və mayelərin fiziki xassələri, bioloji membranın quruluşu və fiziki xassələri, orqanizmə təsir edən faktorların xarakteristikaları və bu təsirlərin biofiziki mexanizmləri, yüksək tezlikli cərəyanın, sabit və dəyişən elektrik cərəyanların, elektrik və maqnit sahəsinin təsirilə orqanizm toxumalarında baş verən biofiziki proseslər, Kvant biofizikasının elementləri, Elektron paramaqnit rezonansı (EPR), nüvə maqnit rezonansı (NMR), PET-tomoqrafiya, ionlaşdırıcı şüaların orqanizmə təsirinin biofiziki əsasları, ionlaşdırıcı şüaların dozimetriyası və s. şəhr edilir.
Yaz və Payız semestrində keçirilən fənlər
|
N |
Fakültələr |
Kurs |
Fənlər |
Auditoriya saatları |
|
|
Mühazirə |
Praktika |
||||
|
1 |
Əczaçılıq I MPF, II MPF, Hərbi-tibb |
I |
Biofizika |
10 |
30 |
Fənnin kodu (IMPF, II MPF, Hərbi-tibb, Əczaçılıq) İMF - 08
Biofizika
Təhsil pilləsi: Tibb
İxtisas: I MPF, II MPF, Hərbi-tibb
Təhsil pilləsi: Bakalavriat
İxtisas: Əczaçılıq
Fənnin məqsədi:Ali tibb təhsil alan tələbələrinə zəruri olan tibbi və bioloji fiziki biliklər və bacarıqlar öyrətməkdir.
1. Tələbələrə instrumental diaqnostikada prosesin biofiziki əsaslarını öyrətmək.
2. Müasir instrumental müalicə üsullarının biofiziki əsaslarını öyrətmək.
3. Canlı orqanizmin ümumi molekulyar biofiziki mahiyyətini öyrətmək.
4. Tələbələrdə gələcək fəaliyyətində elmi məsələlər qoyub həll etmək bacarıqlarını yaratmaq.
Tələbə nəyi bilməlidir
1. Təhsil alan şəxs müxtəlif bioloji proseslərdə etioloji-biofiziki mərhələləri fərqləndirməyi bilməlidir.
2. Xarici, fiziki faktorların orqanizmə təsir mexanizmlərini bilməlidir.
3. Orqanizmdə baş verən mikro və makro səviyyədəki proseslərin biofiziki əsaslarını bilməlidir.
4. Qan dövranı orqanlarının iş principlərini müxaniki və elektrik parametrləri əsasında biofiziliki təsvirini bilməlidir.
5. Ən yeni müayinə və müalicə üsullarının əsaslandığı orqanizmin biofiziki xassələrini dərindən bilməlidir.
6. Ətraf mahitin orqanizmdə yaratdığı biofiziki dəyişiklikləri dəyərləndirmək üçün uyğun dozaları, Beynəlxalq standartlarda istifadə olunan ölçü vahidlərini fərqləndirə bilməlidir.
Tələbə nəyi bacarmalıdır
Tələbə nəyə yiyələnməlidir
PROQRAM
Biofizika fənninin təqdim olunan proqramı biomexanika, bioreologiya, hüceyrə membranında baş verən passiv və aktiv daşınma prosesləri,sükunət və fəaliyyət potensiallarının formalaşması, orqan və toxumaların yaratdığı xarici elektrik sahələri və onların qeyd olunma üsullarının biofiziki əsasları, kvant biofizikasının elementləri və biofiziki görüntüləmə üsulları kimi fundamental və tibbi əhəmiyyətə malik olan məsələlərin təhlilini nəzərdə tutur.Biofizika fənninin nəzərdə tutulan proqramı digər fundamental tibb fənləri ilə əlaqəli olaraq müasir tibb təhsilin tələblərinə uyğun olaraq aşağıdakı seçilmiş mövzulardan ibarətdir.
METODİKİ TƏMINAT:
В.Ф.Антонов, Е.К.Козлова, А.М.Черныш. Физика и биофизика. Москва, 2014.