Bizi izləyin:
Heydər Əliyev
Biofizika (Fizioterapiya və tibbi reabilitasiya)
Bölmələrimiz
Biofizika (Fizioterapiya və tibbi reabilitasiya)

Biofizika fənni müasir ali baza tibb təhsilində məcburi tədris olunan fənlərdən biridir. Biofizika müasir təbabətdə istifadə edilən bir çox instrumental, diaqnostika və bəzi müalicə üsullarını elmi nəzəri bazasını təşkil edir. Bu fənnin tədrisi tibb təhsil alan tələbələrinin gələcək fəaliyyətində daha yaradıcı formasına zəmin yaradır.

Bu fəndə orqanizmdə gedən proseslərin əsaslandığı ümumi fiziki qanunauyğunluqlar, bioloji toxumaların və mayelərin fiziki xassələri, bioloji membranın quruluşu və fiziki xassələri, orqanizmə təsir edən faktorların xarakteristikaları və bu təsirlərin biofiziki mexanizmləri, yüksək tezlikli cərəyanın,  sabit və dəyişən elektrik cərəyanların, elektrik və maqnit sahəsinin təsirilə orqanizm toxumalarında baş verən biofiziki proseslər, Kvant biofizikasının elementləri, Elektron paramaqnit rezonansı (EPR), nüvə maqnit rezonansı (NMR), PET-tomoqrafiya, ionlaşdırıcı şüaların orqanizmə təsirinin biofiziki əsasları, ionlaşdırıcı şüaların dozimetriyası və s. şəhr edilir.

 

Payız semestrində keçirilən fənlər

 

N

Fakültələr

Kurs

 Fənlər

Auditoriya saatları

Mühazirə

Praktika

1

Fizioterapiya və tibbi reabilitasiya

I

Biofizika

20

20

 

Fənnin kodu -  İF - 24

 Biofizika

Təhsil pilləsi:  Bakalavriat

İxtisas: Fizioterapiya və tibbi reabilitasiya

 

Fənnin məqsədi:Ali tibb təhsil alan tələbələrinə zəruri olan tibbi və bioloji fiziki biliklər və    bacarıqlar öyrətməkdir.

1. Tələbələrə instrumental diaqnostikada prosesin biofiziki əsaslarını öyrətmək.

2. Müasir instrumental müalicə üsullarının biofiziki əsaslarını öyrətmək.

3. Canlı orqanizmin ümumi molekulyar biofiziki mahiyyətini öyrətmək.

4. Tələbələrdə gələcək fəaliyyətində elmi məsələlər qoyub həll etmək bacarıqlarını yaratmaq.

 

Tələbə nəyi bilməlidir

1.  Təhsil alan şəxs müxtəlif bioloji proseslərdə etioloji-biofiziki mərhələləri fərqləndirməyi bilməlidir.

2. Xarici, fiziki faktorların orqanizmə təsir mexanizmlərini bilməlidir.

3. Orqanizmdə baş verən  mikro və makro səviyyədəki proseslərin biofiziki əsaslarını bilməlidir.

4. Qan dövranı orqanlarının iş principlərini müxaniki və elektrik parametrləri əsasında biofiziliki təsvirini bilməlidir.

5. Ən yeni müayinə və müalicə üsullarının əsaslandığı orqanizmin biofiziki xassələrini dərindən bilməlidir.

6. Ətraf mahitin orqanizmdə yaratdığı biofiziki dəyişiklikləri dəyərləndirmək üçün uyğun dozaları, Beynəlxalq standartlarda istifadə olunan ölçü vahidlərini fərqləndirə bilməlidir.

 

 Tələbə nəyi bacarmalıdır

  1. Digər fundamental  tibb fənlərində öyrənilən tibbi məsələlərdə biofiziki yanaşma sərgiləməyi bacarmalıdır.
  2. İnstrumental diaqnostik üsulların məqsədyönlüyünü biofiziki düşüncə tərzi ilə fərqləndirməyi bacarmalıdır.
  3. Ölçmələrin nəticəsini təhlil etməyi və düzgün nəticə çıxarmağı bacarmalıdır.
  4. Laboratoriya praktikasında istifadə olunan tibbi cihazlarla işləməyi bacarmalıdır.

 

Tələbə nəyə yiyələnməlidir           

  1. Tələbə yeni biofiziki diaqnostika və müalicə metodları icad etmək düşüncəsinə yiyələnməlidir
  2. Tələbə biofiziki məsələlər irəli sürməyə və biofiziki ölçmələr aparmağa yiyələnməlidir
  3. Xəstəliklərin  differnsiasiyasında istifadə etdiyi fundamental biofiziki biliklərə yiyələnməlidir.
  4. İstər konservativ istərsə də cərrahi müdaxilələrdə istifadə edəcəyi biofiziki parametrlər haqqında ilkin anlayışlara yiyələnməlidir.

Biofizika fənninin təqdim olunan proqramı biomexanika, bioreologiya,  hüceyrə membranında baş verən passiv və aktiv daşınma prosesləri,sükunət və fəaliyyət potensiallarının formalaşması, orqan və toxumaların yaratdığı xarici elektrik sahələri və onların qeyd olunma üsullarının biofiziki əsasları, kvant biofizikasının elementləri və biofiziki görüntüləmə üsulları kimi fundamental və tibbi əhəmiyyətə malik olan məsələlərin təhlilini nəzərdə tutur.Biofizika fənninin nəzərdə tutulan proqramı digər fundamental tibb fənləri ilə əlaqəli olaraq müasir tibb təhsilin tələblərinə uyğun olaraq aşağıdakı seçilmiş mövzulardan ibarətdir.

METODİKİ TƏMINAT:

1. Ferit Pehlivan. Biyofizik, Ankara, 2010.

2. Z.H.Tağıyev və başqaları. Tibbi və bioloji fizika. Bakı, 2014.

3.  Z.H.Tağıyev, F.K.İsayev, Ş.Q.Bayramov. Tibbi və bioloji fizika  praktikumu, Bakı, 2006.

4. Z.H.Tağıyev. Tibbi və bioloji fizikadan məsələlər. Bakı, 2013.

5. Cəfərov R.X. Biofizika kursu (dərs vəsaiti). Bakı, 2016 (üçüncü nəşr).

6. Musayev N.A. “Membran proseslərinin biofizikası.” Bakı, 2013.

7.H.Ə.Abıyev. Hüceyrə biofizikası, Bakı, 2022. (dərs vəsaiti)

8.N.V.Kərimli. İnsan orqanizmində biofiziki proseslər (dərs vəsaiti) Bakı 2024