Farmakologiyada, biologiyada və təbabətdə elmi tədqiqatların təkmilləşdirilməsində riyazi üsullardan geniş istifadə olunur.
Farmakologiya və tibb universitetlərinin tələbələrinin riyazi hazırlığı tibbi və bioloji fizika, bioqeyriüzvi və bioloji kimya, dərman maddələrinin texnologiyası və digər tibbi-bioloji fənləri daha dərindən öyrənilməsinə imkan verir.Fənn proqramına daxil olan differensial tənliklər mövzusunun öyrənilməsi nəticəsində qazanılmış biliklər fizikada, kimyada, biologiyada, əczaçılıqda, tibbdə, biofizikada, kibernetikada və s sahələrdə tətbiq oluna bilər. Differensial tənliklərin köməyi ilə tələbələr radiaktiv nişanlanmış nüvələrin xəstəliklərin müalicədində tətbiqini, ionlaşmış şüalanmanın maddə ilə qarşılıqlı təsirini, orqanizmdə baş verən kimyəvi reaksiyaların kinetikasını, dərman maddələrinin tabletlərdə həll olmasını, bakteriyaların zaman keçdikcə çoxalmasını, hüceyrələrin böyüməsini, müxtəlif növ bioloji hüceyrələrin müxtəlif tezlikli səs dalğaları vasitəsi ilə dağıdılmasını, epidemiyaların yayılması və s. başa düşməkdə çətinlik çəkmirlər.
Payız semestrində keçirilən fənlər
|
N |
Fakültələr |
Kurs |
Fənlər |
Auditoriya saatları |
|
|
Mühazirə |
Praktika |
||||
|
1 |
Əczaçılıq |
I |
Ali riyaziyyat |
10 |
20 |
Fənnin kodu İF-08
Ali riyaziyyat
Təhsil pilləsi: Bakalavriat
İxtisas: Əczaçılıq
Fənnin məqsədi: “Ali riyaziyyat” kursunun əsas məqsədi əczaçılıq fakultəsinin tələbələrinə nəzəri və praktiki məsələlərin həllində köməklik göstərməkdir. Tələbələrin riyazi hazırlığı, onlarda elmi dünya görüşünün formalaşması və ümumi elmi səviyyəsinin artırılması məqsədi daşıyır.
Yeni təhsil sisteminə keçmə ilə əlaqədar olaraq, tədris saatları xeyli azaldılmışdır. Buna görə də mühazirə kursunda əsasən ehtimal nəzəriyyəsi, riyazi statistika və tətbiqi riyaziyyatın izahı verilmişdir. Bu bəhslər onlar üçün çətinlik yaratdığından tələbələr onları daha çətin mənimsəyirlər. Mühazirələrdə daha dərin riyazi bilik tələb olunan ciddi isbatlardan imkan daxili qaçıb, anlayışların mənası misallar və modellər üzərində izah edilir.
Müxtəlif məsələlərin həllində geniş istifadə olunan differensial tənliklərin tərtib olunmasına və onların həllinə xüsusi diqqət yetirmək lazımdır.
Praktiki məşğələlərdə tələbələrdə məntiqi və analitik təfəkkür yaratmaq, hesablamalarda vərdişlər aşılamaq və təxmini hesablama qabiliyyətini yaratmağa çalışmaq lazımdır.
Tələbə nəyi bilməlidir:
Tələbə nəyi bacarmalıdır:
Tələbə nəyə yiyələnməlidir
Proqram bakalavr səviyyəsində Əczaçılıq fakultəsinin tələbələri üçün nəzərdə tutulub. Cari proqrama funksiyanın limiti, birdəyişənli və çoxdəyişənli funksiyalar, bir sıra tibbi və əczaçılıq məsələlərinin həlli üçün integralların hesablanması, differensial tənliklərin həlli, tibbi statistikanın öyrənilməsi üçün vacib olan mövzular- ehtimal nəzəriyyəsinin elementləri, payalanma qanunları və s. mövzular daxil edilmişdir.
METODİKİ TƏMINAT:
И.В.Павлушко и др. «Основы высшей математики и математической статистики». М. «ГЭОТАР-Медиа», 2009.