Bizi izləyin:
Heydər Əliyev
Ali riyaziyyat (İctimai səhiyyə)
Bölmələrimiz
Ali riyaziyyat (İctimai səhiyyə)

İctimai-səhiyyədə və biologiyada  elmi tədqiqatların təkmilləşdirilməsində riyazi üsullardan geniş istifadə olunur. Ali riyaziyyatın tədris olunan hesablama texnikası formaları olan  törəmə almaq , inteqral hesablamaq, funksional asılılıqları təhlil edib dəyişən parametrlərdən  asılı olaraq qrafiklərin qurulması xəstəliklərin inkişaf dinamikasını və yayılma sürətini müəyyən etmək baxımından və həmçinin virus epidemiyası dövründə meydana gələn probləri dərindən və dəqiq araşdırmaq üçün vacibdir. Biologiyanın tətbiqi məsələləri: bakteriyaların coxalma qanunu  hüceyrələrin böyümə qanunu  səs vasitəsilə hüceyrələrin məhv edilmə qanunu, epidemiya nəzəriyyəsində differensial tənliklərin tərtib olunması və həlli İctimai-səhiyyədə və biologiyada  aparılan elmi araşdırılmaları dərindən mənimsəməyə xidmət edir.

İctimai-səhiyyədə və tibb universitetlərinin tələbələrinin riyazi hazırlığı tibbi və bioloji fizika, tibbi statistika və bioloji kimya, epidemiologiya və digər tibbi-bioloji fənləri daha dərindən öyrənilməsinə imkan verir.

Payız semestrində keçirilən fənlər

 

N

Fakültələr

Kurs

 Fənlər

Auditoriya saatları

Mühazirə

Praktika

1

İctimai səhiyyə

I

Ali riyaziyyat

20

30

 

Fənnin kodu İF-05

 Ali riyaziyyat

Təhsil pilləsi:  Bakalavriat

İxtisas: ictimai-səhiyyə

 

Fənnin məqsədi:  “Ali riyaziyyat” kursunun əsas məqsədi ictimai-səhiyyə fakultəsinin tələbələrinə nəzəri və praktiki məsələlərin həllində köməklik göstərməkdir. Tələbələrin riyazi hazırlığı, onlarda elmi dünya görüşünün formalaşması və ümumi elmi səviyyəsinin artırılması məqsədi daşıyır.

Yeni təhsil sisteminə keçmə ilə əlaqədar olaraq, tədris saatları xeyli azaldılmışdır. Buna görə də mühazirə kursunda əsasən ehtimal nəzəriyyəsi, riyazi statistika və tətbiqi riyaziyyatın izahı verilmişdir. Bu bəhslər onlar üçün çətinlik yaratdığından tələbələr onları daha çətin mənimsəyirlər. Mühazirələrdə daha dərin riyazi bilik tələb olunan ciddi isbatlardan imkan daxili qaçıb, anlayışların mənası misallar və modellər üzərində izah edilir.

Müxtəlif məsələlərin həllində geniş istifadə olunan differensial tənliklərin tərtib olunmasına və onların həllinə xüsusi diqqət yetirmək lazımdır.

Praktiki məşğələlərdə tələbələrdə məntiqi və analitik təfəkkür yaratmaq, hesablamalarda vərdişlər aşılamaq və təxmini hesablama qabiliyyətini yaratmağa çalışmaq lazımdır.

Tələbə nəyi bilməlidir:

  • Sadə differensial və inteqral hesabını
  • epidemioloji məsələlərin həllində riyazi modelləşdirmə üsullarını tətbiq etməyi,
  • təsadüfi hadisələrin ehtimallarını hesablamağı,
  • qrafik və histoqramlar qurmağı,
  • təsadüfi kəmiyyətlərin əsas xarakteristikalarını qiymətləndirmə üsullarını,
  • ölçmələrdə təsadüfi xətaları hesablamağı.

Tələbə nəyi bacarmalıdır:

  • Tibbi bioloji müşahidələri riyazi təsvir etməyi;
  • Tibbi bioloji prosesləri riyazi nəticələrinin ümumilləşdirmə kriteriyalarını;
  • Riyazi tədqiqatının nəticələrini təqdim etməyi
  • Histoqramları,  qrafikləri kompyuter proqramları uyğun proqramlar vasitəsilə təqdim etməyi

Tələbə nəyə yiyələnməlidir           

  1. Tələbə ən yeni riyazi metodlara və onların Səhiyyə sahəsində tətbiq etmək  düşüncəsinə yiyələnməlidir .
  1. Tələbə irəli sürdüyü İctimai Səhiyyənin məsələlərini həll etmək üçün apardığı  ölçmələrinin nəticəsini riyazi təhlil etməyə  yiyələnməlidir
  2. Biostatistikanın əsasını təşkil  edən riyazi əməliyyatlara yiyələnməlidir.
  3. Hesablamalrın nəticəsini qrafik olaraq təqdim etməyə yiyələnməlidir
  4. Beynəlxalq konfransların tələblərinə uyğun olaraq ən müasir hesablama texnikası,diaqramlar əsasında elmi nəticələri təqdim etməyə yiyələnməlidir  .

Proqram bakalavr səviyyəsində Ictimai-səhiyyə fakultəsinin tələbələri üçün nəzərdə tutulub.Gələcəkdə tədris prosesində tələbələrin əlaqəli fənnləri mənimsəmək baxımından onların spesefik hesablama texnikasına yiyələnmələri fənnin tədrisinə ehtiyyac yaradır.Müxtəlif funksiyalar(birdəyişənli, çoxdəyişənli funksiyalar) üzərində müxtəlif riyazi əməliyyatlar: funksiyanın limitinin, törəməsinin, differensialının, inteqralının hesablanması və tibbi-bioloji məsələlərin həllində differensial tənliklərin tərtib olunması  və həll olunması , epidemiya nəzəriyyəsində differensial tənliklərin tərtib olunması, ehtimal nəzəriyyəsinin statistika üçün vacib olan məsələlərinin öyrənilməsi və biostatistikaya giriş mövzuları proqramda tədris üçün nəzərdə tutulub.

 

METODİKİ TƏMINAT:

  1. Qmurman V.E. Ehtimal nəzəriyyəsi və riyazi statistika. Bakı, “Maarif”, 1980.
  2. Qmurman. Ehtimal nəzəriyyəsi və riyazi statistika məsələlərin həllinə dair rəhbərlik. Bakı, “Maarif”, 1980.
  3. R.Məmmədov. Ali riyaziyyat kursu. Bakı, 1984.
  4. Н.С.Пискунов. Differensial və inteqral hesabı. Bakı, 1966.
  5. M.Ə.Şahverdiyev, F.Ə.Məsimov, N.Q.Əhmədov, Ü.M.Məmmədova. Riyaziyyat. I, II və III cildlər. Bakı, 2013.
  6. Н.Л.Лобоцкая, Ю.В.Морозов, А.А.Дунаев. «Высшая математика », Минск, «Высшая школа», 1987.
  7. Ю.В.Морозов.   » Основы высшей математики и статистики». М.Медицина, 1998.
  8. И.В.Павлушко и др. «Основы  высшей математики и математической статистики». М. «ГЭОТАР-Медиа», 2009.

П.Е.Данко, Л.Г.Попов, Т.Я.Кожевников. Высшая  математика в упражнениях и задачах. I и II том, М., 1985.