Fənin kodu IF-29
UROLOGİYA
VII-VIII-ci semestr, 2025 -ci il
Təhsil pilləsi: Əsas baza tibb təhsili
İxtisasın adı: Tibb
Tədris edilən fənnin növü: Əsas
AKTS: 3 kredit
Versiya: 2
Müraciət tarixi: il/ay/gün (müraciətə (ərizəyə) baxış müddəti 2 ay təşkil edir)
Təsdiq tarixi: il/ay/gün
Təsdiq edilmiş dərs proqramını əvəz edir: il/ay/gün
Qərar və təsdiq
Bu fənn proqramı 12.09.2023 -cü il tarixində hazırlanmışdır. Fənn proqramı müvafiq Fakültə və İnnovasiya və keyfiyyətin idarə olunması şöbəsinin rəhbərləri tərəfindən yoxlanılmışdır. Proqram 2023-cü ildə təsdiq edilmişdir.
Qeydiyyat nömrəsi: Bu nömrə İnnovasiya və keyfiyyətin idarə olunması şöbəsi tərəfindən veriləcək təsdiq nömrəsidir. Qeydiyyat nömrəsi fənnin koduna və verilmə tarixinə əsasən formalaşır.
İxtisasın kodu: 050904-Tibb, Fənin kodu:İF-29
|
Kafedranın adı |
Ünvan |
Dərsin vaxtı |
Web ünvan |
Əlaqə nömrəsi |
|
Urologiya |
S. Vurğun 155 –TCK, 12-ci mərtəbə A. Şərifzadə 762 – RKX, 5-ci mərtəbə |
8.30-10.00 10.30-12.00 12.30-14.00 14.30-1600 |
www.amu.edu.az |
(050) 2100139 (050) 3295768 |
Tədris dili: Azərbaycan,
Fənni tədris edən müəllim(lər)
|
Fənnin ardıcıllıq və bacarıq şərtləri |
- |
|
Gözlənilən bacarıqlar (Skills which are expected) |
Xəstələrdə uroloji anamnezin toplanması, fizikal müayinə üsullarının mənimsəməsi, uretral kateterizasiya icra etmə bacarığı |
|
Öncə tədrisi zəruri olan fənlər (Prerekvizit) |
Anatomiya, fiziologiya |
|
Özündən sonra tədrisini saxladığı fənlər |
Transplantologiya, Uşaq cərrahiyyəsi, Nefrologiya |
Fənnin məqsədi: Tələbələrə uroloji xəstəliklərin simptomlarını dəyərləndirmək, obyektiv müayyinələri aparmaq, lazım olan laborator və instrumental müayinələri və müalicə prinsiplərini müəyyənləşdirmək, bir sıra təcili və təxirə salınmaz vəziyyətlərdə ilk yardımı göstərmək bacarıqlarını qazandırılmaqdır.
Fənnin təlim nəticəsi:
Fənnin məzmunu:
Urologiya fənninin tədrisində kişilərdə sidik–cinsiyyət, qadınlarda sidik-ifrazat sistemləri xəstəliklərinin etiologiyası, patogenezi, klinikası, laborator və instrumental müayinə üsulları, həmçinin, müalicə və profilaktikası öyrənilir.
Uroloji xəstəlikləri dərindən öyrənmək,uroloji tədqiqat üsullarını daha da təkmilləşdirmək, yeni daha effektli müalicə və profilaktik üsullari işləyib hazırlamaq,bunun nəticəsində də, uroloji xəstəliklərin müalicə prinsiplərini yaxşılaşdırmaq və xəstəliklərin qarşısını almaqdan ibarətdir.
Urologiya fənin öyrənilməsi xəstələrdə müxtəlif uroloji patologiyalarının digər xəstəliklərdən düzgün differensial diaqnostikasının aparılmasına imkan yaradır. Urologiya fənində yiyələnmiş bacarıqları təcili yardımda və digər kliniki ixtisaslarda geniş istifadə edilir.
Urologiya fənində qazanılmış teoretik biliklər və praktiki bacarıqlar hər bir klinisist üçün çox qiymətlidir və tələbələrin gələcək karyerasında daha geniş imkanlar yaradır.
Fənnin tədris formatı
|
№ |
Mövzu (mühazirə) |
Ədəbiyyat |
Saat |
|
1 |
Urоlоgiyanın qısa inkişaf tariхi Sidik – cinsiyyət sistеmi üzvlərinin qеyri-spеsifik iltihabi хəstəlikləri. |
1.İmamverdiyev S.B., Talıbov T.A. Urologiya. Dərslik. Bakı. 2005. 2.Bağırov A.M. Urologiya. Dərslik. Bakı. 2020. 454 səh. |
2 saat |
|
2 |
Sidik daşı хəstəliyi. Hidrоnеfrоz |
1.İmamverdiyev S.B., Talıbov T.A. Urologiya. Dərslik. Bakı. 2005. 2.Bağırov A.M. Urologiya. Dərslik. Bakı. 2020. 454 səh. |
2 saat |
|
3 |
Sidik-cinsiyyət sistеmi üzvlərinin şiş хəstəlikləri. Prоstat vəzinin хоşхassəli hipеrtrоfiyası və хərçəngi. |
1.İmamverdiyev S.B., Talıbov T.A. Urologiya. Dərslik. Bakı. 2005. 2.Bağırov A.M. Urologiya. Dərslik. Bakı. 2020. 454 səh. |
2 saat |
|
4 |
Sidik-cinsiyyət sistеmi üzvlərinin zədələnmələri. Andrologiya. |
1.İmamverdiyev S.B., Talıbov T.A. Urologiya. Dərslik. Bakı. 2005. 2.Bağırov A.M. Urologiya. Dərslik. Bakı. 2020. 454 səh. |
2 saat |
|
5 |
Kəskin və хrоniki böyrək çatışmazlığı. Böyrək köçürülməsi. |
1.İmamverdiyev S.B., Talıbov T.A. Urologiya. Dərslik. Bakı. 2005. 2.Bağırov A.M. Urologiya. Dərslik. Bakı. 2020. 454 səh. |
2 saat |
II Müalicə-profilaktika fakultəsinin IV kurs tələbələri üçün
“Urologiya” fənnindən praktiki məşğələlərin mövzu planı
Payız (I semestr)
|
№ |
Mövzular |
Saat |
|
1 |
Urоlоji хəstəliklərin simptоmatika və sеmiоtikası. Urologiyada fizikal və laborator müayinə üsulları. |
4 saat. |
|
2 |
Urologiyada radioloji və endoskopik müayinə üsulları. |
4 saat. |
|
3 |
Böyrək və sidik yollarının anomaliyaları. Cinsiyyət sisteminin anomaliyaları. |
4 saat. |
|
4 |
Sidik- cinsiyyət sistеmi üzvlərinin qеyri-spеsifik və spеsifik iltihabi хəstəlikləri. Vərəm. |
4 saat. |
|
5 |
Nefroptoz. Nefrogen hipertoniya. Hidronefroz (etiologiya, patogenez, müalicə üsulları). |
4 saat. |
|
6 |
Sidik daşı xəstəliyinin etiologiyası, patogenezi, diaqnostikası, müalicəsi və profilaktikası. |
4 saat. |
|
7 |
Böyrək, sidik yolları və kişi cinsiyyət sisteminin şiş xəstəlikləri. |
4 saat. |
|
8 |
Prostat vəzinin xoş xassəli hiperplaziyası. Prostat vəzinin xərçəngi. |
4 saat. |
|
9 |
Urologiyada təcili və təxirəsalınmaz vəziyyətlər. Kəskin və xroniki böyrək çatışmazlığı. Böyrək köçürülməsi. |
4 saat. |
|
10 |
Kişilərdə cinsi funksiya pozulmaları. Kişi sonsuzluğu. |
4 saat. |
Cəmi: 40 saat
Tədris və öyrənmə metodları
|
Qiymətləndirmə üsulları |
Qiymət (bal) |
|
Semestr sonu imtahan |
50 |
|
Cari qiymətləndirmə (kollokvium) |
30 |
|
Davamiyyətə görə qiymətləndirmə |
10 |
|
Sərbəst iş |
10 |
Qiymətlərin dəyərləndirilməsi
|
Hərf işarələri |
Bal |
Qiymətin açıqlaması |
|
A |
91-100 |
“Əla” |
|
B |
81-90 |
“Çox yaxşı” |
|
C |
71-80 |
“Yaxşı” |
|
D |
61-70 |
“Kafi” |
|
E |
57-60 |
“Qənaət bəxş” |
|
F |
0-50 |
“Qeyri kafi” |
Klinik fənlərdə bacarıq qiymətləndirilməlidir.
Bacarıq imtahanı aşağıda göstərilən qiymətləndirmə metodlarından birini seçməklə aparılmalıdır.
Əgər başqa üsul seçilərsə onun təsviri, qiymətləndirmə vərəqi və matriksi tərtib olunub sillabusa salınması üçün İnnovasiyya və keyfiyyətin idarə olunması şöbəsi, müvafiq Fakültə və Tədris Departamenti ilə razılaşdırılmalıdır.
Mini klinik qiymətləndirmə tapşırığı - Mini-KQT (Mini clinical evaluation exercise - Mini-CEX)
Mini-CEX-də imtahan verən şəxs orijinal iş yerində xəstə görüşü ilə məşğul olur. Bu ambulator şöbədə, stasionar şəraitdə və ya təcili yardım otağında ola bilər. İmtahan götürən imtahan verənin dəqiq xəstəlik tarixini qeyd etməsini, fiziki müayinənin müvafiq hissələrini yerinə yetirməsini, diaqnoz qoymasını və idarəetmə planını təqdim etməsini izləyir. Qiymətləndirmə adətən təxminən 15-20 dəqiqə davam edir. Performans 10 ballıq şkala ilə qiymətləndirilir, gözləntilərin aşağıdan sərhəd xəttinə qədər və gözləntiləri qarşılamaqdan yuxarı gözləntilərə qədər dəyişir. İmtahan verən şəxsə rəy bildirmək üçün 5 dəqiqə vaxt verilir. Müəllim vaxta və xəstənin seçilməsinə cavabdehdir. Mini-CEX müxtəlif müayinə edənlər və müxtəlif xəstələrlə klinik əlaqə zamanı bir neçə dəfə təkrarlanır. Bu vəziyyətdə, qarşılaşmanın müddəti 20 dəqiqədən 40 dəqiqəyə qədər artırıla bilər. Mini-CEX-in üstünlüyü ondan ibarətdir ki, o, tələbə və ya rezidentin klinik bacarıqlarının iş yerində klinisist və ya təlimçi tərəfindən müşahidə olunmasını və təhsilalana rəy bildirilməsini təmin edir. İmtahan verənin və imtahan götürənin nəticələr barəsində müzakirəsi vacibdir.