Bizi izləyin:
Heydər Əliyev
Psixiatriya (Müalicə işi,hərbi  həkim işi,ictimai səhiyyə,stomatologiya)
Bölmələrimiz
Psixiatriya (Müalicə işi,hərbi  həkim işi,ictimai səhiyyə,stomatologiya)

070101  -  müalicə  işi

070102  -  hərbi  həkim işi

070103  -  ictimai səhiyyə

070104  -  stomatologiya ixtisasları üçün

Fənnin  məqsədi – tələbələrdə psixiatriyaya dair müstəqil elmi və praktik əsasların olması haqqında tam təsəvvür yaratmaq, həmçinin psixi xəstəliklərin profilaktikası, erkən diaqnostikası, müasir müalicə növləri və üsullarının tədbiqinə göstəriş və əks-göstərişlərin təyini, psixiatriya və psixososial reabilitasiya xidmətinin təşkili, psixi xəstələrin psixiatrlara vaxtında istiqamətləndirilməsi məsələlərin öyrədilməsindən ibarətdir. Baş beyinin anatomik strukturlarının funksional əhəmiyyəti.

Tələbə nəyi bilməlidir:

  • Baş  beynin anatomik  strukturlarının funksional əhəmiyyəti.
  • Psixi pozuntuların neyrobioloji aspektləri: neyronlar, sinapslar, reseptorlar və neyrotransmissiya.
  • Psixi xəstəliklərin neyrogenetik, neyroendokrin, neyroimmunoloji aspektləri.
  • Neyrobioloji dəyişikliklərin müayinəsi (MRT, KT, EEG, laborator analizlər, neyrokoqnitiv testlər).
  • Psixi xəstəliklərin təsnifat prinsipiəri, XBT-10 baxışı.
  •  Psixi xəstəliklərin inkişafının xüsusiyyətləri.
  •  Psixi xəstəliklərin etiologiya və patogenezi. Psixi xəstəliklərin yaranmasında endogen və ekzogen amillərin rolu.
  • Psixi xəstəliklərin klinikası, dinamikası, proqnozu.
  • Psixi xəstəliklərin müalicəsinin ümumi prinsipləri və formaları.

    Tələbə nəyi bacarmalıdır:

  • Psixi xəstələri müayinə etmək.
  • Psixi xəstə ilə ünsiyyət yaratmaq, düzgün anamnez toplamaq.
  • Psixodiaqnostik sınaqlardan istifadə etmək.
  • Xəstəlik tarixinin işlənməsi, psixi statusun yazılmasını.
  • XBT-na uyğun psixi xəstəliklərin diaqnostikasını.
  • Psixi xəstələrə   təşkili qaydalarınıı təmin etmək.

 Tələbə nəyə yiyələnməlidir:

  • Psixiatriya  xidmətinin  təşkili.  Ambulator psixiatriya yardımın təşkili.
  • Psixi sağlamlığın qoruma prinsipləri.
  • Psixogigiyena və psixoprofilaktika tədbirləri.
  • Sosial psixiatriyanın əsas problemlərinin həlli.  
  • Psixoloji  nəzəriyyələrin  təcrübədə  istifadəsi (freydizm, bixeyviorizm, eksistensial  nəzəriyyə).       

Psixiatriya fənninin tədrisi ixtisaslar üzrə cədvəldə göstərilən  kimi planlaşdırılır:

 Fakültə

Semestr

Kreditin sayı

Mühazirə

Praktiki məşqələ

Ümumi həcmi

Qiymətləndirmə

Müalicə-profilaktika

 7

  4

 10

  50

 60

imtahan

Müalicə-profilaktika

  8

  5

 10

  60

 70

imtahan

Hərbi tibb

 10

  7

 20

  90

110

imtaham

İctimai səhiyyə

  9

  2

 10

  30

 40

imtahan

Stomatologiya

  7

  2

 10

  30

 40

imtahan

Feldşer kursu

  3

 10

  20

 30

məqbul

Müalicə işi ixtisası üçün psixiatriya fənni üzrə tədris proqram Psixiatriyanın mövzusu və vəzifələri.Psixi sağlamlığın ictimai  əhəmiyyəti  və onun qorunmasının prinsipləri.Psixiatriya  xidmətinin  təşkili.  Xəstəxanadan kənar psixiatriya yardımı. Psixi sağlamlığın qorunması və psixi  pozuntularının profilaktikası.Psixi  pozuntuların  neyrobioloji  aspektləri. Baş  beynin anatomik  strukturlarının  funksional  əhəmiyyəti.   Neyronlar, sinapslar, reseptorlar   və  neyrotransmissiya. Neyrogenetik, neyroendokrin, neyroimmunoloji  aspektlər. Neyrobioloji  dəyişikliklərin müayinəsi (MRT, KT, EEG, laborator  analizlər, neyrokoqnitiv  testlər). Psixi  pozuntuların  inkişaf xüsusiyyətləri. Psixi  pozuntuların  etioloji və patogenetik amilləri.Psixi xəstələrin müayinəsi. Kliniki və instrumental müayinə üsulları.Klinik müsahibə və müşahidə.  Uşaqlarda və yeniyetmələrdə  kliniki müsahibənin xüsusiyyətləri, kliniki müsahibə zamanı meydana   çıxan xüsusi vəziyyətlər  (kəskin psixotik halda olan, aqressiv, seksual meyilli, intihar  fikirli olan pasiyentlər).  Psixodiaqnostik sınaqlar, qiymətləndirmə cədvəlləri, sorğular.Psixi xəstələrə yardımın təşkilı. Psixiatriya xəstəxanalarında və ambulator xidmətlərdə rəsmi sənədlərin  aparılması.Psixiatriyanın hüquqi aspektləri. AR “Psixiatriya yardımı haqqında”, Əlillərin hüquqları haqqında qanunlar.  Stiqmatizasiya və diskriminasiya anlayışları. Simulyasiya, dissimulyasiya anlayışları. Psixi xəstələrin qeyri-könüllü müalicəsi. Məcburi müalicə. Anlaqsızlıq anlayışı. Psixi xəstəliklər zamanı  məhkəmə, hərbi, əmək ekspertizalarının məsələləri.Psixi xəstəliklərin semiotikası. Psixopatoloji simptomlar və sindromlar. Qeyri-psixotik və psixotik səviyyədə olan simptomlar/sindromlar. Produktiv və neqativ simptomlar.

Qavrama.Qavramanın neyrofiziologiyası.Duyğu anlayışı.Duyğu pozuntuları: hiperesteziya, hipesteziya, anesteziya, paresteziya, senestopatiya. Somatik xəstəliklər zamanı  meydana çıxan duyğu pozuntuları. Qavramanın pozuntuları: aqnoziyalar, illüziyalar, hallüsinasiyalar, psixosensor pozuntular. Affektiv illüziyalar, pareydolik illüziyalar. İllüziyaların diaqnostik əhəmiyyəti. Hallüsinasiyalar. Sadə və mürəkkəb hallüsinasiyalar. Həqiqi və psevdo- hallüsinasiyalar. Hallüsinasiyaların xəstənin davranışına təsiri.  Müxtəlif  hallüsinasiyaların  diaqnostik əhəmiyyəti. Psixosensor pozuntular: makropsiya, mikropsiya, metamorfopsiya, derealizasiya və depersonalizasiya. Qavrama pozuntularının sindromları: hallüsinator sindromlar, depersonalizasiya-derealizasiya sindromu.

Yaddaş. Yaddaşın  neyrofiziologiyası. Yaddaşın kəmiyyətcə  pozuntuları: hipermneziya, hipomneziya,  amneziya. Amneziyaların müxtəlif formaları.  Korsakov sindromu. Yaddaşın keyfiyyətcə pozuntuları: kriptomneziya, konfabulyasiya, psevdoreminissensiya, anekforiya. Yaddaş pozuntularının müşahidə olunduğu psixi xəstəliklər. Yaddaşın yaşla əlaqəli olan pozuntuları.

İntellekt  haqqında  anlayış.  Normal intellektual inkişaf  üçün lazım olan şərait. Anadangəlmə və qazanılmış  intellektin patologiyası.  Əgli geriliyin etiologiyası. Yüngül, orta, ağır, dərin əgli gerilik.  Qazanılmış ağıl zəifliyi. Demensiyanın  diaqnostik aspektləri. Digər psixi pozuntular zamanı rast gəlinən koqnitiv dəyişikliklər.  Yaddaş və intellekt pozuntularının sindromları: psixi-üzvi sindrom,  konfabulyoz.

Təfəkkür. Təfəkkürün neyrofiziologiyası. Təfəkkürün formaca pozuntuları: sürətlənmə, ləngimə, patoloji müfəssəlik, şperunq, əlaqəsizlik, qırıqlıq, rezonyorluq, perseverasiya, verbiqerasiya, paraloji, simvolik təfəkkür, neoloqizmlər. Təfəkkürün məzmunca pozuntuları:  yüksək qiymətli ideyalar, sayıqlama ideyaları, sarışan hallar. Yüksək qiymətli ideyalar, onların xəstələrin davranışına təsiri. Sayıqlama ideyaları. Birincili və ikincili sayıqlama ideyaları. İnkişaf mərhələləri - paranoyal, paranoid, parafren. İnduksiya olunmuş sayıqlama  ideyaları. Sayıqlama fikirlərin məzmunu.  Sayıqlamanın xəstələrin davranışına təsiri (aqressiya, intihar). Sarışan hallar. Sarışan  halların və digər təffəkür pozuntuların differensiasiyası. Təfəkkür pozuntularının sindromları: fobik sindrom, sarışan hallar sindromu, hallusinator-paranoid sindrom, Kandinski-Klerambo sindromu, Kotar sindromu, Kapqr sindromu, paranoyal sindrom, paranoid sindrom, parafren sindrom.

Emosional sfera. Emosiyaların neyrofiziologiyası. Fizioloji və patoloji  affekt.  Emosional pozuntların kliniki təzahürləri. Depressiv sindrom,  kliniki təzahürləri. Depressiya zamanı intihar davranış. Depressiyaların somatik xəstəliklərin klinikasında yeri. Maniakal sindrom, kilinikası.  Təəssürat pozuntuların müayinəsində psixometrik  cədvəllərin istifadəsi. Emosional pozuntularının sindromları: astenik sindrom, tipik və atipik depressiv sindromlar, depressiv-paranoid sindrom, tipik və atipik maniakal sindromlar, maniakal-paranoid sindrom, apato-abulik sindrom.  

İradə anlayışı. İradənin pozuntuları: hipobuliya, abuliya, hiperbuliya, parabuliya (katatonik pozuntular). Apato-abulik, katatonik sindromlar, onların diaqnostik əhəmiyyəti.

Meyl anlayışı. Meyllərin pozuntuları: azalması, artması, təhrif olunması. Yuxu pozuntuları. Qida davranışın pozuntuları. İntihar davranış. Seksual perverziyalar və deviasiyalar. İmpulsiv meyllər: kleptomaniya, dromomaniya, dipsomaniya, piromaniya, Plüşkin sindromu.  Obsessiv-kompulsiv sindrom.

Düşüncə və diqqət. Diqqətin pozulması. Somatik xəstəliklər zamanı diqqət pozuntuları.  Düşüncəni formalaşdıran amillər (beyin  qabığı, intellekt, həyat təcrübəsi, təəssüratlar). Yaspersin düşüncə pozuntularının meyarları. Düşüncənin formal (kəmiyyətçə) pozuntuları:  keyləşmə , obnubilyasiya, somnolensiya, sopor, koma. Düşüncənin psixotik pozuntuları (qaralmaları): deliriy, oneyroid, düşüncənin  alaqaranlıq pozuntusu, amensiya, klinik təzahürləri. Yaranma səbəbləri. Düşüncə pozuntularının somatik və psixi xəstələrdə diaqnostik əhəmiyyəti.

Psixi  pozuntuların  təsnifat prinsipiəri, XBT baxışı.                                      

Şizofreniya.  Sizofreniyanın tərifi,  şizofreniya zamanı pozitiv, neqativ və koqnitiv simptomlar. XBT üzrə şizofreniyanın diaqnostik meyarlar,  gedişi və nəticələri. Şizofreniyanın differensial diaqnostikası: şizoaffektiv pozuntular, şizotipik pozuntu, xroniki sayıqlama pozuntusu, kəskin və keçici (şizofreniyaya bənzər) psixotik pozuntular.  Şizofreniyanın epidemiologiyası: yayılması, xəstələnmə, risk və proqnostik amilləri. Genetik və neyrobioloji amillər. Müayinə və müalicə prinsipləri. Şizofreniyanın farmakoterapiyası: 1-ci və 2-ci nəsil antipsixotiklər.

 Affektiv pozuntular.  XBT üzrə affektiv pozuntuların təsnifatı: maniakal epizod, depressiv epizod, bipolyar pozuntusu,  rekurrent depressiya, distimiya,  siklotimiya. Depressiv epizodun kriteriyaları. Rekurrent depressiya, klinikası, gedişi və proqnozu.  Depressiya zamanı göstərilən yardımın xüsusiyyətləri: qeyri-medikamentoz müdaxilə, antidepressantların tətbiqi, onların təsnifatı və təsir mexanizmləri, psixoterapiya. Bipolyar affektiv pozuntusu, gedişi və proqnozu. Maniakal epizodun klinikası. Bipolyar affektiv pozuntusunun terapiyası. Psixososial müdaxilələr.

Üzvi psixi pozuntular.  Diaqnostika və təsnifatla əlaqəli ümumi məsələləri.   Uzvi mənşəli psixi pozutuları: psixotik sindromlar (deliriy, hallüsinoz, sayıqlama), affektiv və təşviş pozuntuları, üzvi mənşəli şəxsiyyət pozuntusu, psixoüzvi sindrom, demensiya. Demensiyanın təsnifatı, risk və proqnostik amillər. Demensiyalı xəstələrin müayinəsi. Demensiyalı xəstələrə göstərilən yardımının təşkili və onların müalicəsi.                                                                                                                          

Epilepsiya zamanı yaranan psixi pozuntular.  Seriyalı tutmalar, epileptik status. Epileptik  tutmaların psixi ekvivalentləri:  disforiya, somnambulizm, düşüncənin alaqaranlıq pozuntusu, ambulator avtomatizm.  Epilepsiya nəticəsində şəxsiyyətin dəyişilməsi. İsterik və epileptik tutmalarının differensial diaqnostikası. Epileptik status zamanı həkimin ilk yardımı.

Kəllə-beyin travmaları nəticəsində yaranan psixi pozuntular.Baş-beynin damar xəstəlikləri nəticəsində yaranan psixi pozuntular. Atrofiya  mənşəli beyin xəstəlikləri.  Neyroinfeksiyalarla əlaqədar psixi pozuntular. Neyrosifilis. Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) ilə əlaqədar psixi pozuntular. Somatik, endokrin və infeksion xəstəlikləri nəticəsində yaranan psixi pozuntular. Beyin şişləri mənşəli psixi pozuntular.                                                                                                                                                                   

Psixoaktiv maddələrin qəbulu nəticəsində yaranan psixi və davranış pozuntuları. Psixoaktiv maddələrdən asılılıqla təzahür edən  xəstəliyin ümumi əlamətləri (narkomaniya,  alkoqolizm, toksikomaniya): dəyişilmiş reaktivlik sindromu, psixi asılılıq sindromu, fiziki asılılıq sindromu, xroniki narkotizasiyanın  nəticələrinin sindromu. Alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları.  Kəskin intoksikasiya, onun mərhələləri. Xroniki alkoqolizm, mərhələləri. Klinikası. Abstinent sindrom. Alkoqolizm zamanı somatik və nevroloji ağırlaşmalar. Alkoqol psixozları. Patoloji sərxoşluq. Müalicə prinsipləri və profilaktik tədbirləri. Müxtəlif narkotik vasitələrin (kokain, opioidlər, kannabinoidlər, sedativ və ya yuxugətirici dərman preparatları) qəbulu nəticəsində yaranan psixi və davranış pozuntuları, müalicə prinsipləri və reabilitasiyası. Narkotik vasitələrə aid olmayan güclü təsir edən preparatların qəbulu (trankvilizatorlar, sedatiklər, tramal, preqabalin, məişət kimyəvi vasitələr) nəticəsində yaranan psixi və davranış pozuntuları.

Nevrotik, stresslə əlaqədar və somatoform pozuntular. Nevrotik, stresslə əlaqədar və somatoform pozuntularının XBT üzrə təsnifatı. Fobik pozuntuları. Təşviş pozuntuları: generalizə olunmuş təşviş pozuntusu, panik pozuntu, aqorafobiya, sosial təşviş pozuntu. Onların differensial diaqnostikası və müalicəsi. Obsessiv-kompulsiv pozuntu və onun farmakoterapiya və psixoterapiyası. Ağır stressə qarşı reaksiya və uyğunlaşmanın pozuntusu: böhran vəziyyəti, posttravmatik stress pozuntusu, fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi. Müalicə prinsipləri və ilkin psixoloji yardım. Dissosiativ pozuntular. Klinik təzahürləri. Somatoform pozuntular. Klinik təzahürləri.

Şəxsiyyət pozuntuları. Şəxsiyyət, xasiyyət və temperament anlayışlarının psixoloji aspektləri. Şəxsiyyət pozuntularının ümumi xüsusiyyətləri. Şəxsiyyət pozuntularının XBT üzrə təsnifatı: paranoid, şizoid, dissosial, emosional davamsız, isterik, anankastik, təşvişli, asılı, qarışıq tip şəxsiyyət pozuntuları. Deviant davranış anlayışı. Şəxsiyyət pozuntusunun dinamikası: kompensasiya, dekompensasiya. Differensial diaqnostika. Müayinə və müalicə  prinsipləri, profilaktika və reabilitasiya/korreksiya tədbirləri.

Əgli gerilik, etioloji faktorları,  klinik əlamətləri, dərəcələri, differensiyası. Reabilitasiya tədbirləri.

Erkən və yeniyetmə yaşlarında psixi pozuntular. Psixoloji inkişafın mərhələləri. Uşaqları müayyinə və  anamnez toplamaq metodları. Uşaq autizmi. Autizm spektr pozuntuları, yarandığı yaş dövrləri, əsas simptomlar və əlamətlər, yaranma səbəbləri. Hiperaktiv və diqqət defisiti sindromu, yarandığı yaş dövrləri, əsas simptomlar və əlamətlər, yaranma səbəbləri.

Uşaq və yeniyetmələrdə müsahidə olunan affektiv pozuntular, təşviş pozuntusu, yaranma səbəbləri, klinik əlamətləri, müayinə və müaləcə prinsipləri.

Psixiatriyada təxirəxalınmaz hallar. Psixomotor oyanma, aqressivlik və impulsiv davranış. Suisidal və autoaqressiv davranış. Qida qəbulundan imtina. Deliriy halları. Epileptik status. Neyrolepsiya.

Psixi xəstəliklərin müalicə prinsipləri  Psixotrop preparatların təsnifatı (antipsixotiklər, antidepressantlar, anksiolitiklər, normotimiklər və s.). Psixotrop maddələrin istifadə qaydaları. Ənanəvi və qeyri-ənənəvi antipsixotiklər. Neyroleptiklərın yan təsirləri. Neyrolepsiyanın simptomları (akatiziya, distoniya, diskineziya). Antidepressantlar (təsir profili), trankvilizatorlar (göstərişlər və asılılıq), normotimiklər. Psixoterapiyanın növləri. Əsas formaları və ümumi prinsipləri.

Hərbi həkim işi ixtisası üçün psixiatriya fənni üzrə tədris proqram

Psixiatriyanın mövzusu və vəzifələri. Psixi sağlamlığın ictimai  əhəmiyyəti  və onun qorunmasının prinsipləri.Psixiatriya  xidmətinin  təşkili.  Xəstəxanadan kənar psixiatriya yardımı. Psixi sağlamlığın qorunması və psixi  pozuntularının profilaktikası.Psixi  pozuntuların  neyrobioloji  aspektləri. Baş  beynin anatomik  strukturlarının  funksional  əhəmiyyəti.   Neyronlar, sinapslar, reseptorlar   və  neyrotransmissiya. Neyrogenetik, neyroendokrin, neyroimmunoloji  aspektlər. Neyrobioloji  dəyişikliklərin müayinəsi (MRT, KT, EEG, laborator  analizlər, neyrokoqnitiv  testlər).Psixi  pozuntuların  inkişaf xüsusiyyətləri. Psixi  pozuntuların  etioloji və patogenetik amilləri.Psixi xəstələrin müayinəsi. Kliniki və instrumental müayinə üsulları.Klinik müsahibə və müşahidə.  Uşaqlarda və yeniyetmələrdə  kliniki müsahibənin xüsusiyyətləri, kliniki müsahibə zamanı meydana   çıxan xüsusi vəziyyətlər  (kəskin psixotik halda olan, aqressiv, seksual meyilli, intihar  fikirli olan pasiyentlər).  Psixodiaqnostik sınaqlar, qiymətləndirmə cədvəlləri, sorğular.Psixi xəstələrə yardımın təşkilı. Psixiatriya xəstəxanalarında və ambulator xidmətlərdə rəsmi sənədlərin  aparılması.Psixiatriyanın hüquqi aspektləri. AR “Psixiatriya yardımı haqqında”, Əlillərin hüquqları haqqında qanunlar.  Stiqmatizasiya və diskriminasiya anlayışları. Simulyasiya, dissimulyasiya anlayışları. Psixi xəstələrin qeyri-könüllü müalicəsi. Məcburi müalicə. Anlaqsızlıq anlayışı. Psixi xəstəliklər zamanı  məhkəmə, hərbi, əmək ekspertizalarının məsələləri.Psixi xəstəliklərin semiotikası. Psixopatoloji simptomlar və sindromlar. Qeyri-psixotik və psixotik səviyyədə olan simptomlar/sindromlar. Produktiv və neqativ simptomlar.

Qavrama. Qavramanın neyrofiziologiyası.  Duyğu anlayışı.  Duyğu pozuntuları: hiperesteziya, hipesteziya, anesteziya, paresteziya, senestopatiya. Somatik xəstəliklər zamanı  meydana çıxan duyğu pozuntuları. Qavramanın pozuntuları: aqnoziyalar, illüziyalar, hallüsinasiyalar, psixosensor pozuntular. Affektiv illüziyalar, pareydolik illüziyalar. İllüziyaların diaqnostik əhəmiyyəti. Hallüsinasiyalar. Sadə və mürəkkəb hallüsinasiyalar. Həqiqi və psevdo- hallüsinasiyalar. Hallüsinasiyaların xəstənin davranışına təsiri.  Müxtəlif  hallüsinasiyaların  diaqnostik əhəmiyyəti. Psixosensor pozuntular: makropsiya, mikropsiya, metamorfopsiya, derealizasiya və depersonalizasiya. Qavrama pozuntularının sindromları: hallüsinator sindromlar, depersonalizasiya-derealizasiya sindromu.

Yaddaş. Yaddaşın  neyrofiziologiyası. Yaddaşın kəmiyyətcə  pozuntuları: hipermneziya, hipomneziya,  amneziya. Amneziyaların müxtəlif formaları.  Korsakov sindromu. Yaddaşın keyfiyyətcə pozuntuları: kriptomneziya, konfabulyasiya, psevdoreminissensiya, anekforiya. Yaddaş pozuntularının müşahidə olunduğu psixi xəstəliklər. Yaddaşın yaşla əlaqəli olan pozuntuları.

İntellekt  haqqında  anlayış.  Normal intellektual inkişaf  üçün lazım olan şərait. Anadangəlmə və qazanılmış  intellektin patologiyası.  Əgli geriliyin etiologiyası. Yüngül, orta, ağır, dərin əgli gerilik.  Qazanılmış ağıl zəifliyi. Demensiyanın  diaqnostik aspektləri. Digər psixi pozuntular zamanı rast gəlinən koqnitiv dəyişikliklər.  Yaddaş və intellekt pozuntularının sindromları: psixi-üzvi sindrom,  konfabulyoz.

Təfəkkür. Təfəkkürün neyrofiziologiyası. Təfəkkürün formaca pozuntuları: sürətlənmə, ləngimə, patoloji müfəssəlik, şperunq, əlaqəsizlik, qırıqlıq, rezonyorluq, perseverasiya, verbiqerasiya, paraloji, simvolik təfəkkür, neoloqizmlər. Təfəkkürün məzmunca pozuntuları:  yüksək qiymətli ideyalar, sayıqlama ideyaları, sarışan hallar. Yüksək qiymətli ideyalar, onların xəstələrin davranışına təsiri. Sayıqlama ideyaları. Birincili və ikincili sayıqlama ideyaları. İnkişaf mərhələləri - paranoyal, paranoid, parafren. İnduksiya olunmuş sayıqlama  ideyaları. Sayıqlama fikirlərin məzmunu.  Sayıqlamanın xəstələrin davranışına təsiri (aqressiya, intihar). Sarışan hallar. Sarışan  halların və digər təffəkür pozuntuların differensiasiyası. Təfəkkür pozuntularının sindromları: fobik sindrom, sarışan hallar sindromu, hallusinator-paranoid sindrom, Kandinski-Klerambo sindromu, Kotar sindromu, Kapqr sindromu, paranoyal sindrom, paranoid sindrom, parafren sindrom.

Emosional sfera. Emosiyaların neyrofiziologiyası. Fizioloji və patoloji  affekt.  Emosional pozuntların kliniki təzahürləri. Depressiv sindrom,  kliniki təzahürləri. Depressiya zamanı intihar davranış. Depressiyaların somatik xəstəliklərin klinikasında yeri. Maniakal sindrom, kilinikası.  Təəssürat pozuntuların müayinəsində psixometrik  cədvəllərin istifadəsi. Emosional pozuntularının sindromları: astenik sindrom, tipik və atipik depressiv sindromlar, depressiv-paranoid sindrom, tipik və atipik maniakal sindromlar, maniakal-paranoid sindrom, apato-abulik sindrom.  

İradə anlayışı. İradənin pozuntuları: hipobuliya, abuliya, hiperbuliya, parabuliya (katatonik pozuntular). Apato-abulik, katatonik sindromlar, onların diaqnostik əhəmiyyəti.

Meyl anlayışı. Meyllərin pozuntuları: azalması, artması, təhrif olunması. Yuxu pozuntuları. Qida davranışın pozuntuları. İntihar davranış. Seksual perverziyalar və deviasiyalar. İmpulsiv meyllər: kleptomaniya, dromomaniya, dipsomaniya, piromaniya, Plüşkin sindromu.  Obsessiv-kompulsiv sindrom.

Düşüncə və diqqət. Diqqətin pozulması. Somatik xəstəliklər zamanı diqqət pozuntuları.  Düşüncəni formalaşdıran amillər (beyin  qabığı, intellekt, həyat təcrübəsi, təəssüratlar). Yaspersin düşüncə pozuntularının meyarları. Düşüncənin formal (kəmiyyətçə) pozuntuları:  keyləşmə , obnubilyasiya, somnolensiya, sopor, koma. Düşüncənin psixotik pozuntuları (qaralmaları): deliriy, oneyroid, düşüncənin  alaqaranlıq pozuntusu, amensiya, klinik təzahürləri. Yaranma səbəbləri. Düşüncə pozuntularının somatik və psixi xəstələrdə diaqnostik əhəmiyyəti.

Psixi  pozuntuların  təsnifat prinsipiəri, XBT baxışı.                                      

Şizofreniya.  Sizofreniyanın tərifi,  şizofreniya zamanı pozitiv, neqativ və koqnitiv simptomlar. XBT üzrə şizofreniyanın diaqnostik meyarlar,  gedişi və nəticələri. Şizofreniyanın differensial diaqnostikası: şizoaffektiv pozuntular, şizotipik pozuntu, xroniki sayıqlama pozuntusu, kəskin və keçici (şizofreniyaya bənzər) psixotik pozuntular.  Şizofreniyanın epidemiologiyası: yayılması, xəstələnmə, risk və proqnostik amilləri. Genetik və neyrobioloji amillər. Müayinə və müalicə prinsipləri. Şizofreniyanın farmakoterapiyası: 1-ci və 2-ci nəsil antipsixotiklər.

 Affektiv pozuntular.  XBT üzrə affektiv pozuntuların təsnifatı: maniakal epizod, depressiv epizod, bipolyar pozuntusu,  rekurrent depressiya, distimiya,  siklotimiya. Depressiv epizodun kriteriyaları. Rekurrent depressiya, klinikası, gedişi və proqnozu.  Depressiya zamanı göstərilən yardımın xüsusiyyətləri: qeyri-medikamentoz müdaxilə, antidepressantların tətbiqi, onların təsnifatı və təsir mexanizmləri, psixoterapiya. Bipolyar affektiv pozuntusu, gedişi və proqnozu. Maniakal epizodun klinikası. Bipolyar affektiv pozuntusunun terapiyası. Psixososial müdaxilələr.

Üzvi psixi pozuntular.  Diaqnostika və təsnifatla əlaqəli ümumi məsələləri.   Uzvi mənşəli psixi pozutuları: psixotik sindromlar (deliriy, hallüsinoz, sayıqlama), affektiv və təşviş pozuntuları, üzvi mənşəli şəxsiyyət pozuntusu, psixiüzvi sindrom, demensiya. Demensiyanın təsnifatı, risk və proqnostik amillər. Demensiyalı xəstələrin müayinəsi. Demensiyalı xəstələrə göstərilən yardımının təşkili və onların müalicəsi.                                                                                                                           

Epilepsiya zamanı yaranan psixi pozuntular.  Seriyalı tutmalar, epileptik status. Epileptik  tutmaların psixi ekvivalentləri:  disforiya, somnambulizm, düşüncənin alaqaranlıq pozuntusu, ambulator avtomatizm.  Epilepsiya nəticəsində şəxsiyyətin dəyişilməsi. İsterik və epileptik tutmalarının differensial diaqnostikası. Epileptik status zamanı həkimin ilk yardımı.

Kəllə-beyin travmaları nəticəsində yaranan psixi pozuntular.                                                 Baş-beynin damar xəstəlikləri nəticəsində yaranan psixi pozuntular. Atrofiya  mənşəli beyin xəstəlikləri.  Neyroinfeksiyalarla əlaqədar psixi pozuntular. Neyrosifilis. Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) ilə əlaqədar psixi pozuntular. Somatik, endokrin və infeksion xəstəlikləri nəticəsində yaranan psixi pozuntular. Beyin şişləri mənşəli psixi pozuntular.                                                                                                                                                                   

Psixoaktiv maddələrin qəbulu nəticəsində yaranan psixi və davranış pozuntuları. Psixoaktiv maddələrdən asılılıqla təzahür edən  xəstəliyin ümumi əlamətləri (narkomaniya,  alkoqolizm, toksikomaniya): dəyişilmiş reaktivlik sindromu, psixi asılılıq sindromu, fiziki asılılıq sindromu, xroniki narkotizasiyanın  nəticələrinin sindromu. Alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları.  Kəskin intoksikasiya, onun mərhələləri. Xroniki alkoqolizm, mərhələləri. Klinikası. Abstinent sindrom. Alkoqolizm zamanı somatik və nevroloji ağırlaşmalar. Alkoqol psixozları. Patoloji sərxoşluq. Müalicə prinsipləri və profilaktik tədbirləri. Müxtəlif narkotik vasitələrin (kokain, opioidlər, kannabinoidlər, sedativ və ya yuxugətirici dərman preparatları) qəbulu nəticəsində yaranan psixi və davranış pozuntuları, müalicə prinsipləri və reabilitasiyası. Narkotik vasitələrə aid olmayan güclü təsir edən preparatların qəbulu (trankvilizatorlar, sedatiklər, tramal, preqabalin, məişət kimyəvi vasitələr) nəticəsində yaranan psixi və davranış pozuntuları.

Nevrotik, stresslə əlaqədar və somatoform pozuntular. Nevrotik, stresslə əlaqədar və somatoform pozuntularının XBT üzrə təsnifatı. Fobik pozuntuları. Təşviş pozuntuları: generalizə olunmuş təşviş pozuntusu, panik pozuntu, aqorafobiya, sosial təşviş pozuntu. Onların differensial diaqnostikası və müalicəsi. Obsessiv-kompulsiv pozuntu və onun farmakoterapiya və psixoterapiyası. Ağır stressə qarşı reaksiya və uyğunlaşmanın pozuntusu: böhran vəziyyəti, posttravmatik stress pozuntusu, fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi. Müalicə prinsipləri və ilkin psixoloji yardım. Dissosiativ pozuntular. Klinik təzahürləri. Somatoform pozuntular. Klinik təzahürləri.

Şəxsiyyət pozuntuları. Şəxsiyyət, xasiyyət və temperament anlayışlarının psixoloji aspektləri. Şəxsiyyət pozuntularının ümumi xüsusiyyətləri. Şəxsiyyət pozuntularının XBT üzrə təsnifatı: paranoid, şizoid, dissosial, emosional davamsız, isterik, anankastik, təşvişli, asılı, qarışıq tip şəxsiyyət pozuntuları. Deviant davranış anlayışı. Şəxsiyyət pozuntusunun dinamikası: kompensasiya, dekompensasiya. Differensial diaqnostika. Müayinə və müalicə  prinsipləri, profilaktika və reabilitasiya/korreksiya tədbirləri.

Əgli gerilik, etioloji faktorları,  klinik əlamətləri, dərəcələri, differensiyası. Reabilitasiya tədbirləri.

Erkən və yeniyetmə yaşlarında psixi pozuntular. Psixoloji inkişafın mərhələləri. Uşaqları müayyinə və  anamnez toplamaq metodları. Uşaq autizmi. Autizm spektr pozuntuları, yarandığı yaş dövrləri, əsas simptomlar və əlamətlər, yaranma səbəbləri. Hiperaktiv və diqqət defisiti sindromu, yarandığı yaş dövrləri, əsas simptomlar və əlamətlər, yaranma səbəbləri.

Uşaq və yeniyetmələrdə müsahidə olunan affektiv pozuntular, təşviş pozuntusu, yaranma səbəbləri, klinik əlamətləri, müayinə və müaləcə prinsipləri.

Psixiatriyada təxirəxalınmaz hallar. Psixomotor oyanma, aqressivlik və impulsiv davranış. Suisidal və autoaqressiv davranış. Qida qəbulundan imtina. Deliriy halları. Epileptik status. Neyrolepsiya.

Psixi xəstəliklərin müalicə prinsipləri  Psixotrop preparatların təsnifatı (antipsixotiklər, antidepressantlar, anksiolitiklər, normotimiklər və s.). Psixotrop maddələrin istifadə qaydaları. Ənanəvi və qeyri-ənənəvi antipsixotiklər. Neyroleptiklərın yan təsirləri. Neyrolepsiyanın simptomları (akatiziya, distoniya, diskineziya). Antidepressantlar (təsir profili), trankvilizatorlar (göstərişlər və asılılıq), normotimiklər. Psixoterapiyanın növləri. Əsas formaları və ümumi prinsipləri.

İçtimai səhyyə ixtisası üçün psixiatriya fənni üzrə tədris proqram

Fərdin psixoloji xüsusiyyətləri, temperament,  xasiyyət, şəxsiyyət  və fəaliyyət.                                       

Psixosomatik təzahürlər. Somatik xəstəliyi olan  şəxsin psixologiyası. Fərdin xəstəliyə olan reaksiyası.

Psixiatriyanın mövzu və vəzifələri.

Psixi sağlamlığın ictimai  əhəmiyyəti  və onun qorunması.

Psixiatriya  xidmətinin  təşkili,  psixoloji yardımın  xəstəxanadan kənar təşkili. 

Psixi  pozuntuların  neyrobioloji  aspektləri.

Psixi xəstələrin müayinəsi. Kliniki və instrumental müayinə usulları.

Klinik müsahibə və müşahidə.  Uşaqlarda və yeniyetmələrdə  klinik müsahibənin xüsusiyyətləri, klinik müsahibə zamanı meydana   çıxan xüsusi vəziyyətlər  (psixotik,  aqressiv , seksual meyilli, intihar  fikirli pasiyentlər) .

 Psixiatriyanın hüquqi aspektləri. AR “Psixiatriya yardımı haqqında”, Əlillərin hüquqları haqqında qanunlar. Psixi xəstələrin xüsusi hüquqları.  Stiqmatizasiya və diskriminasiya anlayışları. Simulyasiya, dissimulyasiya anlayışları. Psixi xəstələrin qeyri-könüllü müalicəsi. Məcburi müalicə. Anlaqsızlıq anlayışı. Psixi xəstəliklər zamanı  məhkəmə, hərbi, əmək ekspertizalarının məsələləri.                                             

Psixi xəstəliklərin semiotikası. Psixopatoloji simptomlar və sindromlar. Qeyri-psixotik və psixotik səviyyədə olan simptomlar. Produktiv və neqativ simptomlar.

Qavrama. Duyğu anlayışı.  Duyğu pozuntuları: hipersteziya, hipesteziya, anesteziya, paresteziya, senestopatiya. Qavramanın pozuntuları: aqnoziyalar, illüziyalar, hallüsinasiyalar, psixosensor pozuntular.

Yaddaş.  Yaddaşın kəmiyyətcə  pozuntuları: hipermneziya, hipomneziya,  amneziya. Amneziyaların müxtəlif formaları.  Korsakov sindromu. Yaddaşın keyfiyyətcə pozuntuları: kriptomneziya, konfabulyasiya, psevdoreminissensiya, anekforiya. Yaddaş pozuntuları rast gəlinən psixi pozuntular. Yaddaşın yaşla əlaqəli  olan pozuntuları.

İntellekt  haqqında  anlayış.  Normal intellektual inkişaf  üçün lazım olan şərait. Anadangəlmə və qazanılmış əqli gerilik .  Əgli geriliyin etiologiyası. Yüngül, orta, ağır, dərin əgli gerilik.  Qazanılmış ağıl zəifliyi. 

Təfəkkürün neyrofiziologiyası. Təfəkkürün formaca pozuntuları: Təfəkkürün məzmunca pozuntuları:  yüksək qiymətli ideyalar, sayıqlama ideyaları, sarışan hallar. Müxtəlif təfəkkür pozuntuların xəstələrin davranışına təsiri (aqressiya, intihar). Təfəkkürlə əlaqəli  olan sindromlar: hallusinator-paranoid sindrom, Kandinskiy-Klerambo simdromu, Kotar sindromu.

Emosional- təəssürat sferası. Emosiyaların neyrofiziologiyası. Fizioloji və patoloji  affekt.  Emosional pozuntuların kliniki təzahürləri. Depressiv sindrom,  kliniki variantları, somatik xəstəliklərin klinikasında yeri. Maniakal sindrom, kilinikası.

İradə anlayışı. İradənin pozuntuları: hipobuliya, abuliya, hiperbuliya, parabuliya (katatonik pozuntular). Apato-abulik, katatonik sindromlar.

Meyl anlayışı. Meyllərin pozuntuları: azalması, artması, təhrif olunması. Yuxu pozuntuları. Qida davranışın pozuntuları. İntihar davranış. Seksual perverziyalar və deviasiyalar. İmpulsiv meyllər: kleptomaniya, dromomaniya, dipsomaniya, piromaniya. Obsessiv-kompulsiv sindrom.

Düşüncəni formalaşdıran amillər (beyin  qabığı, intellekt, həyat təcrübəsi, təəssüratlar). Yaspersin düşüncə pozuntularının meyarları. Düşüncənin formal (kəmiyyət) pozuntuları:  keyləşmə , obnubilyasiya, somnolensiya, sopor, koma. Düşüncənin psixotik pozuntuları ( qaralmaları) : deliriy, oneyroid, düşüncənin  alaqaranlıq pozuntusu, amensiya.

Psixi  pozuntuların  təsnifat prinsipiəri, XBT baxışı. Psixi  pozuntuların  inkişafının xüsusiyyətləri.

Şizofreniya. Şizofreniya zamanı pozitiv, neqativ və koqnitiv simptomlar.  Gedişi və nəticələri. Şizofreniyanın differensial diaqnostikası: şizoaffektiv pozuntular, şizotipik pozuntu, xroniki sayıqlama pozuntusu, kəskin psixotik pozuntular.  Şizofreniyanın epidemiologiyası. Risk və proqnostik amilləri. Müayinə və müalicə prinsipləri. Şizofreniyanın farmakoterapiyası. 1-ci və 2-ci nəsil antipsixotiklər.

Affektiv pozuntular. XBT üzrə affektiv pozuntuların təsnifatı: bipolyar pozuntu,  rekurrent depressiya, distimiya,  siklotimiya. Depressiv epizodun kriteriyaları. Rekurrent depressiya, klinikası, gedişi və proqnozu.  Depressiya zamanı göstərilən yardımın xüsusiyyətlərı.  Bipolyar affektiv pozuntusu, gedişi və proqnozu. Maniakal epizodun klinikası. Bipolyar affektiv pozuntusunun terapiyası.

Üzvi psixi pozuntular.  Diaqnostika və təsnifata dair ümumi məsələlər.  Uzvi mənşəli psixi pozutuları: psixotik sindromlar (deliriy, hallüsinoz, sayıqlama), affektiv və təşviş pozuntuları, üzvi mənşəli şəxsiyyət pozuntusu, psixoüzvi sindrom,  demensiyanın təsnifatı, risk və proqnostik amillər.  Demensiyalı xəstələrə göstərilən yardımının təşkili və onların müalicəsi.              

Psixi pozuntularla ifadə olunan baş beyin üzvi xəstəlikləri.

Epilepsiya zamanı yaranan psixi pozuntular.  Seriyalı tutmalar, epileptik status. Epileptik  tutmaların psixi ekvivalentləri:  disforiya, somnambulizm, düşüncənin alaqaranlıq pozuntusu, ambulator avtomatizm.  Epilepsiya nəticəsində şəxsiyyətin dəyişilməsi. İsterik və epileptik tutmalarının differensial diaqnostikası. Epileptik status zamanı həkimin ilk yardımı.

Psixoaktiv maddələrin qəbulu nəticəsində yaranan psixi və davranış pozuntuları.  Psixoaktiv maddələrdən asılılıqla təzahür edən xəstəliyin ümumi klinik əlamətləri (narkomaniya, alkoqolizm, toksikomaniya): ): dəyişilmiş reaktivlik sindromu, psixi asılılıq sindromu, fiziki asılılıq sindromu, xroniki narkotizasiyanın  nəticələrinin sindromu.   Alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları.  Kəskin alkoqol intoksikasiya, onun mərhələri. Xroniki alkoqolizm, onun mərhələri. Abstinent sindrom. Alkoqolizm zamanı somatik və nevroloji ağırlaşmalar. Alkoqol psixozları. Patoloji sərxoşluq.  Müxtəlif narkotik vasitələrin (kokain, opioidlərin, kannabinoidlərin) qəbulu nəticəsində yaranan psixi və davranış pozuntuları. Narkotik vasitələrə aid olmayan güclü təsir edən preparatların qəbulu (trankvilizatorlar, sedatiklər, tramal, preqabalin, məişət kimyəvi vasitələr) nəticəsində yaranan psixi və davranış pozuntuları.

Nevrotik, stresslə əlaqədar və somatoform pozuntular.  Nevrotik, stresslə əlaqədar və somatoform pozuntularının XBT üzrə təsnifatı. Fobik pozuntuları. Təşviş pozuntuları: generalizə olunmuş təşviş pozuntusu, panik pozuntu, aqorafobiya, sosial təşviş pozuntu. Onların differensial diaqnostikası və müalicəsi. Obsessiv-kompulsiv pozuntu.

Ağır stressə  qarşı reaksiya və uyğunlaşmanın pozuntusu: böhran vəziyyəti, posttravmatik stress pozuntusu. Dissosiativ pozuntular. Klinik təzahürləri. Somatoform pozuntular. Ümumi tibbi təcrübədə xəstələrin psixoloji reaksiyasının xarakterik xüsusiyyətləri.

Şəxsiyyət pozuntuları.  Şəxsiyyət, xasiyyət və temperament anlayışlarının psixoloji aspektləri. Şəxsiyyət pozuntularının ümumi xüsusiyyətləri. Şəxsiyyət pozuntularının təsnifatı. Deviant davranış anlayışı. Şəxsiyyət pozuntusunun dinamikası. Şəxsiyyətin xarakterik xüsusiyyətlərinin həkimlə xəstənin qarşılıqlı əlaqəsində təzahürü.

Erkən və yeniyetmə yaşlarında psixi pozuntular. Psixoloji inkişafın mərhələləri.

Uşaq autizmi. Autizm spektr pozuntuları, yarandığı yaş dövrləri, əsas əlamətləri.

Hiperaktiv və diqqət defisiti sindromu, yarandığı yaş dövrləri, əsas əlamətlər.

Uşaq və yeniyetmələrdə müsahidə olunan affektiv pozuntular, təşviş pozuntusu,  klinik əlamətləri. Ümumi tibbi təcrübə zamanı uşaq və yeniyetmələr arasında müşahidə olunan psixi pozuntular.

Psixiatriyada təxirəsalınmaz hallar.

Psixomotor oyanma, aqressivlik və impulsiv davranış. Suisıdal və auroaqressiv davranış. Qida qəbulundan  imtina. Epileptik status. İlk yardım tədbirləri.

Psixi xəstəliklərin müalicə prinsipləri  Psixotrop preparatların təsnifatı (antipsixotiklar, antidepressantlar, anksiolitiklər, normotimiklər və s.). Psixotrop maddələrin istifadə qaydaları. Ənənəvi və qeyri-ənənəvi antipsixotiklər. Neyroleptiklərın yan təsirləri. Psixoterapiya. Əsas və ümumi prinsipləri.

Stomatologiya ixtisası üçün psixiatriya fənni üzrə tədris proqram

Fərdin psixoloji xüsusuiyyətləri, temperament,  xasiyyət, şəxsiyyət  və fəaliyyət.Psixosomatik təzahürlər. Somatik xəstəliyi olan  şəxsin psixologiyası. Fərdin xəstəliyə olan reaksiyası.                                                                                     

Psixiatriyanın mövzu və vəzifələri.                                                         

Psixi sağlamlığın ictimai  əhəmiyyəti  və onun qorunması.

Psixiatriya  xidmətinin  təşkili.

Psixi  pozuntuların  neyrobioloji  aspektləri.

Psixi xəstələrin müayinəsi. Kliniki və instrumental müayinə usulları. Klinik müsahibə və müşahidə.  Uşaqlarda və yeniyetmələrdə  klinik müsahibənin xüsusiyyətləri, klinik müsahibə zamanı meydana   çıxan xüsusi vəziyyətlər  (psixotik,  aqressiv , seksual meyilli, intihar  fikirli pasiyentlər).Stiqmatizasiya və diskriminasiya anlayışı. Simulyasiya, dissimulyasiya anlayışı. Psixi xəstələrin qeyri-könüllü müalicəsi. Məcburi müalicə. Anlaqsızlıq anlayışı. Psixi xəstəliklərinlırin semiotikası. Psixopatoloji simptomlar və sindromlar. Qeyri-psixotik və psixotik səviyyədə olan simptomlar/sindromlar. Produktiv və neqativ simptomlar.

Qavrama. Duyğu anlayışı.  Duyğunun patologiyası: hipersteziya, hipesteziya, anesteziya, paresteziya, senestopatiya. Qavramanın pozuntuları: aqnoziyalar, illüziyalar, hallüsinasiyalar, psixosensor pozuntular.

Yaddaş.   Yaddaşın kəmiyyətcə  pozuntuları: hipermneziya, hipomneziya,  amneziya. Amneziyaların müxtəlif formaları.  Korsakov sindromu. Yaddaşın keyfiyyətcə pozuntuları: kriptomneziya, konfabulyasiya, psevdoreminissensiya, anekforiya. Yaddaş pozuntuları ilə rast gəlinən psixi pozuntular. Yaddaşın yaşla əlaqəli  olan pozuntuları.

İntellekt  haqqında  anlayış.  Normal intellektual inkişaf  üçün lazım olan şərait. Anadangəlmə və qazanılmış  intellektin patologiyası.  Əgli geriliyin etiologiyası. Yüngül, orta, ağır, dərin əgli gerilik.  Qazanılmış ağıl zəifliyi. 

Təfəkkür. Təfəkkürün formaca pozuntuları: Təfəkkürün məzmunca pozuntuları:  yüksək qiymətli ideyalar, sayıqlama ideyaları, sarışan hallar. Müxtəlif təfəkkür pozuntuların xəstələrin davranışına təsiri (aqressiya, intihar). Təfəkkürlə əlaqəli  olan sindromlar: hallusinator-paranoid sindrom, Kandinskiy-Klerambo sindromu, Kotar sindromu.

Emosional sfera. Emosiyaların neyrofiziologiyası. Fizioloji və patoloji  affekt.  Emosional pozuntuların kliniki təzahürləri. Depressiv sindrom,  kliniki variantları, somatik xəstəliklərin klinikasında yeri. Maniakal sindrom, kilinikası.

İradə anlayışı. İradənin pozuntuları: hipobuliya, abuliya, hiperbuliya, parabuliya (katatonik pozuntular). Apato-abulik, katatonik sindromlar.

Meyl anlayışı. Meyllərin pozuntuları: azalması, artması, təhrif olunması. Yuxu pozuntuları. Qida davranışın pozuntuları. İntihar davranış. Seksual perverziyalar və deviasiyalar. İmpulsiv meyllər: kleptomaniya, dromomaniya, dipsomaniya, piromaniya. Obsessiv-kompulsiv sibdrom.

Düşüncəni formalaşdıran amillər (beyin  qabığı, intellekt, həyat təcrübəsi, təəssüratlar). Yaspersin düşüncə pozuntularının meyarları. Düşüncənin formal (kəmiyyət) pozuntuları:  keyləşmə , obnubilyasiya, somnolensiya, sopor, koma. Düşüncənin psixotik pozuntuları ( qaralmaları) : deliriy, oneyroid, düşüncənin  alaqaranlıq pozuntusu, amensiya.

Psixi  pozuntuların  təsnifat prinsipiəri, XBT baxışı. Psixi  pozuntuların  inkişafının xüsusiyyətləri.

Şizofreniya. Şizofreniya zamanı pozitiv, neqativ və koqnitiv simrtomlar.  Gedişi və nəticələri. Şizofreniyanın differensial diaqnostikası: şizoaffektiv pozuntular, şizotipik pozuntu, xroniki sayıqlama pozuntusu, kəskin psixotik pozuntular.  Şizofreniyanın epidemiologiyası. Risk və proqnostik amilləri. Müayinə və müalicə prinsipləri. Şizofreniyanın farmakoterapiyası. 1-ci və 2-ci nəsil antipsixotiklər. Həkim stomatoloqun klinik təcrübəsində şizofreniya xəstəliyindən əziyyət çəkən pasientlər.

Affektiv pozuntular.  XBT üzrə affektiv pozuntuların təsnifatı: bipolyar pozuntu,  rekurrent depressiya, distimiya,  siklotimiya. Depressiv epizodun kriteriyaları. Rekurrent depressiya, klinikası, gedişi və proqnozu. Depressiya zamanı göstərilən yardımın xüsusiyyətləri.  Bipolyar affektiv pozuntusu, gedişi və proqnozu. Maniakal epizodun klinikası. Bipolyar affektiv pozuntunun terapiyası. Stomatoloqun klinik təcrübəsində affektiv pozuntuları olan xəstələr.

Üzvi psixi pozuntular.  Diaqnostika və təsnifata dair ümumi məsələlər. Uzvi mənşəli psixi pozutuları: psixotik sindromlar (deliriy, hallüsinoz, sayıqlama), affektiv və təşviş pozuntuları, üzvi mənşəli şəxsiyyət pozuntusu, psixoüzvi sindrom,  demensiyanın təsnifatı, risk və proqnostik amillər.

Psixi pozuntularla ifadə olunan baş beyin üzvi xəstəlikləri.

Epilepsiya zamanı yaranan psixi pozuntular.  Seriyalı tutmalar, epileptik status. Epileptik  tutmaların psixi ekvivalentləri:  disforiya, somnambulizm, düşüncənin alaqaranlıq pozuntusu, ambulator avtomatizm.  Epilepsiya nəticəsində şəxsiyyətin dəyişilməsi. İsterik və epileptik tutmalarının differensial diaqnostikası. Epileptik status zamanı həkimin ilk yardımı.

Psixoaktiv maddələrin qəbulu nəticəsində yaranan psixi və davranış pozuntuları.  Psixoaktiv maddələrdən asılılıqla təzahür edən xəstəliyin ümumi klinik əlamətləri (narkomaniya, alkoqolizm, toksikomaniya: dəyişilmiş reaktivlik sindromu, psixi asılılıq sindromu, fiziki asılılıq sindromu, xroniki narkotizasiyanın  nəticələrinin sindromu.  Alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları.  Kəskin alkoqol intoksikasiya, onun mərhələlərı. Xroniki alkoqolizm, onun  mərhələri. Abstinent sindrom. Alkoqolizm zamanı somatik və nevroloji ağırlaşmalar. Alkoqol psixozları. Patoloji sərxoşluq.

Müxtəlif narkotik vasitələrin (kokain, opioidlərin, kannabinoidlərin) qəbulu nəticəsində yaranan psixi və davranış pozuntuları. Narkotik vasitələrə aid olmayan güclü təsir edən preparatların qəbulu (trankvilizatorlar, sedatiklər, tramal, preqabalin, məişət kimyəvi vasitələr) nəticəsində yaranan psixi və davranış pozuntuları.

Nevrotik, stresslə əlaqədar və somatoform pozuntular.  Nevrotik, stresslə əlaqədar və somatoform pozuntularının XBT üzrə təsnifatı. Fobik pozuntuları. Təşviş pozuntuları: generalizə olunmuş təşviş pozuntusu, panik pozuntu, aqorafobiya, sosial təşviş pozuntu. Onların differensial diaqnostikası və müalicəsi. Obsessiv-kompulsiv pozuntu. Ağır stressə qarşı  reaksiya və uyğunlaşmanın pozuntusu: böhran vəziyyəti, posttravmatik stress pozuntusu. Dissosiativ pozuntular. Klinik təzahürləri. Somatoform pozuntular. Stomatoloji təcrübədə xəstələrin psixoloji reaksiyasının xarakterik xüsusiyyətləri.

Şəxsiyyət pozuntuları.  Şəxsiyyət, xasiyyət və temperament anlayışlarının psixoloji aspektləri. Şəxsiyyət pozuntularının ümumi xüsusiyyətləri. Şəxsiyyət pozuntularının təsnifatı. Deviant davranış anlayışı. Şəxsiyyət pozuntusunun dinamikası. Həkim stomatoloqun klinik təcrübəsində şəxsiyyət pozuntusu olan xəstələr. Şəxsiyyətin xarakterik xüsusiyyətlərinin həkim stomatoloqla xəstənin qarşılıqlı əlaqəsində təzahürü.Erkən və yeniyetmə yaşlarında psixi pozuntular. Psixoloji inkişafın mərhələləri. Uşaq autizmi. Autizm spektr pozuntuları, yarandığı yaş dövrləri, əsas əlamətləri. Hiperaktiv və diqqət defisiti sindromu, yarandığı yaş dövrləri, əsas əlamətlər. Uşaq və yeniyetmələrdə müşahidə olunan affektiv pozuntular, təşviş pozuntusu,  klinik əlamətləri. Həkim stomatoloqun klinik təcrübəsində psixi pozuntuları olan uşaq və yeniyetmələr.                                                                                                                

  Psixiatriyada təxirəsalınmaz hallar.

Psixomotor oyanma, aqressiv və impulsiv davranış. Suisıdal və auroaqressiv davranış.   Qida qəbulundan imtina.  Epileptik status. İlk yardım tədbirləri.