Yaz semestrlərində keçirilən fənlər
|
N |
Fakültələr |
Kurs |
Fənlər |
Auditoriya saatları |
|
|
Mühazirə |
Praktika |
||||
|
1 |
Hərbi Tibb Fakültəsi |
III |
Uşaq sağlamlığı və xəstəlikləri |
10 |
35 |
Pediatriya uşaqların sağlam inkişafını təmin edən tibbi bilik və praktikanı öyrənir. Onun məqsədi doğuşdan yeniyetməliyə qədər uşaqlarda xəstəliklərin qarşısını almaq, erkən diaqnostika və müalicəni həyata keçirməkdir. Pediatriya həmçinin uşağın fiziki, psixoloji və sosial rifahını birlikdə qiymətləndirir. Bu elm uşaqlarda xəstəliklərin gedişini və müalicəyə reaksiyanı böyüklərdən fərqli şəkildə araşdıraraq fərdi yanaşma təklif edir. Pediatriya sağlam gələcək nəsil formalaşmasında, xəstəliklərin profilaktikasında və cəmiyyətin ümumi sağlamlıq səviyyəsinin yüksəldilməsində böyük rol oynayır.
Təhsil pilləsi: Bakalavriat
İxtisas: Hərbi Feldşerlik
Fənnin məqsədi:
Pediatrik xəstələrdə müayinə vərdişlərinin təkmilləşdirilməsi ilə yanaşı, klinik təfəkkürün və klinik diaqnoz qoymaq bacarmağının formalaşdırılması. Diferensial diaqnostika, müqayisəli təhlil vərdişlərinə yiyələnməsi, uşaq xəstəliklərin müalicəsinin əsas prinsiplərinin öyrənilməsi və tədbiq edilməsi bacarıqları bu fənnin vacib məqsədlərindəndir. Bununla yanaşı müxtəlif xəstəliklərin profilaktik tədbirlərin və təqib proqramının planının müəyyənləşdirilməsi uşaq xəstəlikləri fənninin məqsədlərinə aiddir.
Fənnin təlim nəticəsi:
1. Müxtəlif yaşlı uşaqların anatomo-fizioloji xüsusiyyətlərini fərqləndirməyə bacarmalıdır
2. Xəstələrin müayinəsində peşəkar həkimlik vərdişinə yiyələnməlidir,
3. Ən çox rast gələn xəstəliklərin etiologiya və patogenezini izah etməyə bacarmalıdır
4. Diaqnostikada istifadə edilən klinik-laborator müayinə üsullarının təyin edə bilməlidir
5. Pediatrik xəstəliklər zamanı mübarizə tədbirlərinin seçimini izah etməyi bacarmalıdır.
Fənnin məzmunu
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş məcburi fəndir.
Müalicə profilli kadrlarının hazırlanmasında pediatriya önəmli rol oynayır. Bu onunla əlaqədardır ki, yaşlılarda rast gələn bir çox funksional pozulmaların və xəstəliklərin profilaktikası uşaq doğulduğu vaxtdan və bəzən də bətndaxili dövrdə həyata keçirilməlidir. Sonuncu isə ancaq uşaq orqanizminin xüsusiyyətlərinə yaxşı bələd olan, sağlam uşaqların bəslənməsi və böyüdülməsini, uşaq yaşları patologiyalarını, müasir müalicə və profilaktika metodlarını mükəmməl bilən həkim mütəxəssislər tərəfindən həyata keçirilə bilər.
|
№ |
Mövzu (mühazirə) |
Readings (Ədəbiyyat) |
Saat |
|
1 |
Pediatriya haqqında qısa məlumat. Uşaq yaşının dövrləri. Fiziki və sinir psixi inkişafı. Erkən yaşlı uşaqlarda ən çox rast gəlinən patologiyalar – konsultasiyaları raxit, spazmofiliya, hipotrofiya. |
|
2 |
|
2 |
Uşaqlarda tənəffüs sistemi xəstəlikləri – kəskin respirator xəstəlikləri, pnevmoniya, bronxit. |
|
2 |
|
3 |
Uşaqlarda həzm sistemi xəstəlikləri. Kəskin və xronik həzm pozğunluğu (sadə dispepsiya, qastroduodenit, pankreatit qasteoenterokolit). |
|
2 |
|
4 |
Uşaqlarda ürək-damar sistemi xəstəlikləri (revmatizm, AÜQ, vegetativ damar distoniyaları). |
|
2 |
|
5 |
Uşaqlarda hava damcı infeksiyaları (qızılca, məxmərək, su çiçəyi, epidemik parotit). |
|
2 |
|
№ |
Mövzu (praktika) |
Readings (Ədəbiyyat) |
Saat |
|
1 |
Uşaqlarda fiziki inkişaf. Antropometrik ölçülərin aparılması. |
|
2 |
|
2 |
Vaxtında və vaxtından qabaq doğulan uşaqlarda dəri və selikli qişanın xüsusiyyətləri. Selikli qişa xəstəlikləri - stomatitlər. |
|
2 |
|
3 |
Yenidoğulmuşlarda dəri xəstəlikləri, göbək yarası və göbək qüdülünün xəstəlikləri. Qulluq qaydaları (çimizdirilmə, göbəyin işlənməsi). İnfeksion xəstələrə aparılan qulluq qaydası. |
|
2 |
|
4 |
Doğuş zədələri (kefalohematoma, kəllədaxili zədələnmələr sınıq, çıxıqlar və s.) və qulluq qaydaları. |
|
2 |
|
5 |
Qidalanma növləri və onların müasir prinsipləri. Kontrol çəkinin və gündəlik qidanın hesablanması qaydası. |
|
2 |
|
6 |
Sümük əzələ sisteminin yaş xüsusiyyətləri. Raxitin profilaktikası. |
|
2 |
|
7 |
Uşaqlarda tənəffüs sisteminin anatomik-fizioloji xüsusiyyətləri, tənəffüs yollarının iltihabı. Kəskin respirator virus infeksiyası. Qulluq və müalicə qaydaları (damcı dərmanlarının istifadə qaydaları). Hipertermik və qıcolma sindromu. |
|
2 |
|
8 |
Uşaqlarda bronxit və pnevmoniyanın xüsusiyyətləri. Tənəffüsün sayılması. Elektrosorucu ilə yuxarı tənəffüs yollarının təmizlənməsi. Antibakterial preparatların təyini və dozaların hesablanması. |
|
2 |
|
9 |
Ürək-qan damar sisteminin anatomik-fizioloji xüsusiyyətləri. Nəbzin sayılması və arterial təzyiqin ölçülməsi. Ürək-damar xəstəliklərində ürək çatışmazlığı zamanı qulluğun xüsusiyyətləri və rejim. Oksigen verilmə qaydası. Ürək qüsuru olan uşaqlara qulluq qaydaları. |
|
2 |
|
10 |
Uşaqlarda həzm sisteminin anatomik-fizioloji xüsusiyyətləri. Pilorospazm və pilorostenoz. |
|
2 |
|
11 |
Həzm sistemi xəstəliklərində qusma, ishal və qəbizlik zamanı ilk yardım. Mədənin yuyulması, imalənin aparılması. |
|
2 |
|
12 |
Kəskin və xronik qastritlər. Qulluq və müalicə qaydaları (dərmanların istifadə qaydaları). Profilaktika. |
|
2 |
|
13 |
Uşaqlarda sidik-ifrazat sisteminin anatomik-fizioloji xüsusiyyətləri. Sistit. Sidiyin yığılma qaydası, diurezin təyini. |
A.A. Əyyubova, H.H.Qabulov, N.H.Sultanova. Uşaq xəstəlikləri /Dərslik/ Bakı 2018, 558 səh |
2 |
|
14 |
Pielonefrit. Qlomerulonefrit. Zimnitski sınağı. |
A.A. Əyyubova, H.H.Qabulov, N.H.Sultanova. Uşaq xəstəlikləri /Dərslik/ Bakı 2018, 558 səh |
2 |
|
15 |
Uşaqlarda bağırsaq infeksiyaları (dizenteriya, salmonelyoz, koli infeksiya). Fəsadlar və onların qarşısının alınması. Profilaktikası Nəcisin (ümumi, bakterioloji və disbakterioz üçün) götürülməsi və müayinəsi. |
A.A. Əyyubova, H.H.Qabulov, N.H.Sultanova. Uşaq xəstəlikləri /Dərslik/ Bakı 2018, 558 səh |
2 |
|
16 |
Virus hepatiti. Fəsadlar və onların qarşısının alınması. Profilaktikası. |
A.A. Əyyubova, H.H.Qabulov, N.H.Sultanova. Uşaq xəstəlikləri /Dərslik/ Bakı 2018, 558 səh |
2 |
|
17 |
Difteriya. Əsnək və burundan yaxmanın götürülməsi. Qızılca. Xəstəyə qulluq. Profilaktik peyvəndlərin təqvimi. |
A.A. Əyyubova, H.H.Qabulov, N.H.Sultanova. Uşaq xəstəlikləri /Dərslik/ Bakı 2018, 558 səh |
2 |
|
18 |
Məxmərək. Skarlatina. Su çiçəyi. Xəstəyə qulluq. |
A.A. Əyyubova, H.H.Qabulov, N.H.Sultanova. Uşaq xəstəlikləri /Dərslik/ Bakı 2018, 558 səh |
2 |