Bizi izləyin:
Heydər Əliyev
Uşaq sağlamlığı və xəstəlikləri (Stomatologiya)
Bölmələrimiz
Uşaq sağlamlığı və xəstəlikləri (Stomatologiya)

Payız semestrlərində keçirilən fənlər

 

N

Fakültələr

Kurs

Fənlər

Auditoriya saatları

Mühazirə

Praktika

1

Stomatologiya

IV

Uşaq sağlamlığı və xəstəlikləri

10

20

 

Pediatriya uşaqların sağlam inkişafını təmin edən tibbi bilik və praktikanı öyrənir. Onun məqsədi doğuşdan yeniyetməliyə qədər uşaqlarda xəstəliklərin qarşısını almaq, erkən diaqnostika və müalicəni həyata keçirməkdir. Pediatriya həmçinin uşağın fiziki, psixoloji və sosial rifahını birlikdə qiymətləndirir. Bu elm uşaqlarda xəstəliklərin gedişini və müalicəyə reaksiyanı böyüklərdən fərqli şəkildə araşdıraraq fərdi yanaşma təklif edir. Pediatriya sağlam gələcək nəsil formalaşmasında, xəstəliklərin profilaktikasında və cəmiyyətin ümumi sağlamlıq səviyyəsinin yüksəldilməsində böyük rol oynayır.     

 

Təhsil pilləsi:  Əsas (baza) ali tibb təhsili

İxtisas: Stomatologiya

Fənnin məqsədi: 

Uşaq və yeniyetmələrin sağlamlığını qiymətləndirmək üçün anatom-fizioloji yaş xüsusiyyətləri  və  müxtəlif yaş dövrləri üçün təməl anlayışlar haqqında bilikləri təkmiləşdirməsi. Uşaqlarda tez-tez rast gələn xəstəliklərin etiologiyası, patogenezi haqqında biliklərin əldə edilməsi, pediatrik xəstələrdə müayinə vərdişlərinin formalaşdırılması. Klinik diaqnoz qoymaq prinsipləri, tez-tez rast gələn xəstəliklərin müalicə və profilaktikasının əsas qaydaları ilə tanış olmaq.

Fənnin təlim nəticəsi:

11.       Prenatal dövrdən 18 yaşa qədər uşaqların inkişaf və yaş xüsusiyyətlərini fərqləndirməyə bacarmalıdır

2.         Xəstələrin  müayinəsində (anamnez topamaq, sistemik müayinə etmək, simptomarı şərh etmək cə s.) peşəkar həkimlik vərdişinə yiyələnməlidir,

3.         Tez –tez rast gələninən xəstəliklərin etiologiya və patogenezini izah etməyə bacarmalıdır 

4.         Diaqnostikada istifadə edilən klinik-laborator müayinə üsullarının seçimini izah etməyi bacarmalıdır

5.         Pediatrik xəstəliklər zamanı mübarizə tədbirlərinin seçimini izah etməyi bacarmalıdır.

Fənnin məzmunu

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş məcburi fəndir.

Uşaq və yeniyetmələrdə sağlamlığın təmin edilməsi səhiyyənin vacib problemlərindəndir. Bu baxımdan tibb ixtisasında pediatriya elminin əsaslarının, sağlam və xəstə uşağın inkişaf xüsusiyyətlərinin öyrənilməsi ümumi profilli həkim kadrlarının hazırlanmasında önəmli rol oynayır. Həmçinin, yaşlılarda rast gələn bir çox funksional pozğunluqların və xəstəliklərin  profilaktikası uşaq doğulduğu vaxtdan və bəzən də bətndaxili dövrdə həyata keçirilməlidir. Sonuncu isə ancaq uşaq orqanizminin xüsusiyyətlərinə yaxşı bələd olan, sağlam uşaqların bəslənməsi və böyüdülməsini, uşaq yaşları patologiyalarını, müasir müalicə və profilaktika metodlarını mükəmməl bilən həkim mütəxəssislər tərəfindən həyata keçirilə bilər. “Uşaq sağlamlığı və xəstəlikləri” fənni ailənin və cəmiyyətin sağlamlığının yaxşılaşdırılması, uşağın qayğı ehtiyaclarının qorunması ilə əlaqəli bilik və təcrübə daxildir. Bu fənnin tədrisi zamanı uşaqların sağlamlığı və xəstəlikləri, təməl sağlamlıq xidmətləri, böyümə və inkişaf xüsusiyyətləri, inkişaf pozulmaları, qidalanma qaydaları və qidalanma pozulmaları, orqan və sistemlərlə əlaqəli xəstəliklər, xəstəliklərin müalicə və profilaktikası kimi anlayışlar yer aldı.

Mövzu (mühazirə)

Readings (Ədəbiyyat)

Saat

1

Pediatriya  haqqında məlumat – Uşaq yaşının  dövrləri,  onların xarakteristikası. Müxtəlif yaş dövrlərində uşaq  xəstəliklərinin  xüsusiyyətləri.

  1. A.A. Əyyubova, H.H.Qabulov, N.H.Sultanova. Uşaq xəstəlikləri /Dərslik/  Bakı 2018, 558 səh. (s.11-25)
  2. Namazova A.Ə., Əliyev Q.C., “Təbabət etikası”, /Dərs vəsaiti/ ”Təhsil”, 2004, 239 səh.(20-34)

 

2

2

Uşaqlarda raxit və raxitəbənzər xəstəliklər, differensial diaqnostika, müalicə və profilaktika.  Hipervitaminoz  D.

A.A. Əyyubova, H.H.Qabulov, N.H.Sultanova. Uşaq xəstəlikləri /Dərslik/  Bakı 2018, 558 səh. (s.62-87)

2

3

Uşaqlarda  bronx-ağciyər patologiyası – KRVİ, bronxit, pnevmoniya, bronxial astma. Differensial diaqnostika. Müalicə prinsipləri və profilaktika.

A.A. Əyyubova, H.H.Qabulov, N.H.Sultanova. Uşaq xəstəlikləri /Dərslik/  Bakı 2018, 569 səh. (səh.142-189)

2

4

Uşaqlarda revmatik qızdırma, etipatogenez.  Kisel Cons  anemiyaları, anadangəlmə və qazanılma ürək qüsurları, birləşdirici toxumanın diffuz xəstəlikləri – qırmızı  qurd eşənəyi, etiopatonogez, klinika, müalicə.

  1. 1.         A.A. Əyyubova, H.H.Qabulov, N.H.Sultanova. Uşaq xəstəlikləri /Dərslik/  Bakı 2018, 558 səh. (s. 128-142; 209-2240
  2. 2.         Pediatriya. İ.İ. İsayev, S.Q. Xanməmmədova, R.R Məmmədova, N.Q.    Hüseynov. Bakı 2017,482səh.

2

5

Virus hepatitləri haqqında müasir  təsəvvürlər. Yoluxma yolları. Klinik formaları. Hepatit B və C ilə yoluxmanın qarşısını almaq üçün  stomatoloji  kabinetdə  aparılan antiseptik tədbirlərin  əhəmiyyəti. Uşaqlarda qan xəstəlikləri – anemiyalar,  leykozlar və hemorragik diatezlər.

  1. A.A. Əyyubova, H.H.Qabulov, N.H.Sultanova. Uşaq xəstəlikləri /Dərslik/  Bakı 2018, 569 səh. (səh.224-240, 256-260)
  2. N.A. Hüseynova, N.C.Quliyev və b. Uşaq qastroenterologiyası /Dərs vəsaiti/ 2013, 391 səh. (səh.8-34, 149-179)

2

 

Mövzu (praktika)

Readings (Ədəbiyyat)

Saat

1

Uşaq xəstəxanasının və  poliklinikasının  təşkili  və iş  prinsipləri. Sağlamlıq qrupları. Fiziki inkişafın qiymətləndirilməsi: çəki, boy, başın və döşün çevrəsi,  somatotip, steniya indeksi, inkişaf  harmonikliyi. Anrtopometriya texnikası. Sentil cədvəli haqqında anlayış. Vaxtında doğulan və vaxtından qabaq doğulan uşaqlar. Klinik  xarakteristika.

A.A. Əyyubova, H.H.Qabulov, N.H.Sultanova. Uşaq xəstəlikləri /Dərslik/  Bakı 2018, 558 səh. (s.507-534)

2

2

Uşaqlarda həzm  sisteminin  anatomik-fizioloji yaş  xüsusiyyətləri. 

Təbii  qidalanma – üstün cəhətləri, texnikası, təşkili qaydaları. Süni qidalanma. Adaptasiya  olunmuş  və adaptasiya olunmamış qarışıqlar. Qida  nutriyenlərinə  olan sutkalıq təlabatın hesablanması. Qarışıq qidalanma.  Doyuzdurmaya  göstəriş.  Hipoqalaktiyanın növləri və dərəcələri.  Doyuzdurma qidasının  hesablanması və onun verilmə qaydası. Süni və qarışıq qidalanmaya aid məsələ həlli. Xronik qidalanma pozuntuları.Hipotofiya, paratrofiya. İnkişaf səbəbləri, dərəcələri, pəhrizin xüsusiyyətləri

  1. A.A. Əyyubova, H.H.Qabulov, N.H.Sultanova. Uşaq xəstəlikləri /Dərslik/  Bakı 2018, 558 səh. (s. 26-42)
  2. Pediatriya. İ.İ. İsayev, S.Q. Xanməmmədova, R.R Məmmədova, N.Q.    Hüseynov. Bakı 2017,482səh.

2

3

Sepsis

  1. N.Tağıyev. Neonatologiya 2008. 535 səh.(s.234-245)
  2. A.A. Əyyubova, H.H.Qabulov, N.H.Sultanova. Uşaq xəstəlikləri /Dərslik/  Bakı 2018, 558 səh. (s. 32-35)

2

4

Uşaqlarda sümük sisteminin anatomik-fizioloji xüsusiyyətləri. Süd və daimi  dişlərin çıxma vaxtı,  dişləməsinin  formalaşması. Raxit. Etiologiya, patogenez. Klinik formaları. Dişlərin çıxma və inkişafına, üzün diş çənə hissəsinin  formalaşmasına təsiri. Müalicə və profilaktika. Spazmofiliya, klinik formaları. Spazmofilik qıcolmalarda yardım.

  1. A.A. Əyyubova, H.H.Qabulov, N.H.Sultanova. Uşaq xəstəlikləri /Dərslik/  Bakı 2018, 558 səh. (s. 62-87)
  2. Pediatriya. İ.İ. İsayev, S.Q. Xanməmmədova, R.R Məmmədova, N.Q.    Hüseynov. Bakı 2017,482səh.

2

5

Tənəffüs orqanlarının anatomik-fizioloji yaş xüsusiyyətləri. Uşaqlarda pnevmoniyalar. Təsnifat. Erkən  yaşlı uşaqlarda gediş xüsusiyyətləri. Klinika, ağırlaşmalar. Kəskin bronxit, bronxiolitlə differensial diaqnozu. Pnevmoniyanın müalicə prinsipləri və  fəsadların profilaktikası. Bronxial astma.

A.A. Əyyubova, H.H.Qabulov, N.H.Sultanova. Uşaq xəstəlikləri /Dərslik/  Bakı 2018, 569 səh. (səh.142-189)

2

6

Uşaqlarda ürək-qan damar sisteminin anatomik-fizioloji yaş xüsusiyytələri. Revmatik qızdırma. Etiologiya, patogenez. Kisel Cons meyarları Aktivlik dərəcələri, gedişi. Revmatoid artrit, sistem qırmızı qurd eşənəyi, artrit, qeyri-revmatik karditlə differensial diaqnozu. Müalicə və profilaktika.

  1. A.A. Əyyubova, H.H.Qabulov, N.H.Sultanova. Uşaq xəstəlikləri /Dərslik/  Bakı 2018, 569 səh. (s.87-142)
  2. N.Ə.Tağıyev. Neonatologiya  /Dərslik/,  Bakı 2008, 526 səh. (səh.365-383)

 

2

7

Anemiyalar. Uşaqlarda leykoz və  hemorragik diatezlər,  hemofiliya,  trombostenik purpura (Verlqolf xəstəliyi), Qlyansmen  trombositopeniya, Villebrant xəstəliyi, əsas klinik-laborator fərqləri. Qanaxma zamanı təcili yardım. Hemorragik diatezi olan uşaqlarda diş və ağız  boşluğu xəstəliklərinin  müalicəsində həkimin  taktikası.

  1. A.A. Əyyubova, H.H.Qabulov, N.H.Sultanova. Uşaq xəstəlikləri /Dərslik/  Bakı 2018, 569 səh. (363-396)
  2. N.Ə.Tağıyev. Neonatologiya  /Dərslik/,  Bakı 2008, 526 səh.(səh.313-319)

2

8

Uşaqlarda xronik mədə bağırsaq xəstəlikləri. Xronik qastrit, mədə və onikibarmaq bağırsağın xora xəstəliyi, xolesistit, pankreatit. Etiopatogenez, klinika. Müalicə və profilaktika. Mədə-bağırsaq xəstəliklərində pəhrizin  rolu. Qida və  çeynəmə  aparatının vəziyyəti, xronik infeksiya  ocaqlarının olması ilə əlaqəsi.

  1. N.A. Hüseynova, N.C.Quliyev və b. Uşaq qastroenterologiyası /Dərs vəsaiti/ 2013, 391 səh. (52-81, 81-101, 120-148)
  2. A.A. Əyyubova, H.H.Qabulov, N.H.Sultanova. Uşaq xəstəlikləri /Dərslik/  Bakı 2018, 569 səh.(səh.243-256, 260-268)

2

9

Uşaqlarda sidik-ifrazat  sisteminin  anatomik-fizioloji yaş  xüsusiyyətləri. Uşaqlarda böyrək xəstəlikləri. Nefrit. Nefrotik sindrom. Klinika, müalicə və profilaktika.

A.A. Əyyubova, H.H.Qabulov, N.H.Sultanova. Uşaq xəstəlikləri /Dərslik/  Bakı 2018, 558 səh. (s. 315-346)

2

10

Skarlatina. Difteriya. Qızılca. Məxmərək. Göyöskürək. Etiologiya, patogenez, müalicə və profilaktika. Suçiçəyi. Epidemik  parotit. Virus hepatiti.Etiologiya, patogenez, klinik formaları. Yalançı və həqiqi inağın differensial diaqnostikası. Müalicə və  profilaktika. Aktiv  immunizasiya.

A.A. Əyyubova, H.H.Qabulov, N.H.Sultanova. Uşaq xəstəlikləri /Dərslik/  Bakı 2018, 558 səh. (s. 534-564)

2