İxtisasın şifri və adı:
7009006 Tibb bacısı (qardaşı) işi
İxtisaslaşmanın adı:
Pediatriyada tibb bacısı (qardaşı) işi
BAKI – 2025
MAGİSTRATURA SƏVİYYƏSİNİN İXTİSASLAŞMA ÜZRƏ TƏHSİL PROQRAMININ ÇƏRÇİVƏ SƏNƏDİ
2.2.Təhsil proqramının sonunda məzun “ Pediatriyada tibb bacısı (qardaşı) işi” ixtisaslaşması üzrə aşağıdakı səriştələrə yiyələnməlidir:
|
İxtisaslaşmaların adları |
Verilən dərəcə |
Əyani forma üzrə təhsil müddəti |
Kreditlərin sayı |
|
Pediatriyada tibb bacısı (qardaşı) işi
|
Magistr ali elmi-ixtisas |
2 il |
120 |
|
Sıra sayı |
Fənnin adı |
AKTS krediti |
|
|
1 |
Tədqiqat metodları 1. Bu fənn kəmiyyət və keyfiyyət tədqiqat metodlarının, ölçmə, tədqiqat dizaynı və təhlilin qarşılıqlı asılılığına diqqət yetirir. Fənn çərçivəsində tədqiqat səriştələri, kitabxana və internet resurslarından məlumat qaynağı kimi istifadə edilməsi, verilənlərin araşdırılması, təhlil edilərək təqdim edilməsi kimi keyfiyyətin aşılanmasını nəzərdə tutur. |
0 |
6 |
|
2 |
Akademik yazı və etika Bu fənnin məqsədi akademik yazı, danışıq və dürüstlüyün əsaslarını öyrətmək, magistrantların elmi məqalə, dissertasiya, esse və digər akademik sənədləri peşəkar şəkildə yazmaq, konfrans, simpozium, seminar və elmi diskussiyalarda peşəkar şəkildə danışmaq, nəşr etikası bacarıqlarını inkişaf etdirməkdir. Fənn təhsilalanlara akademik üslub, mənbələrdən düzgün istifadə, istinad qaydaları və etik normalar haqqında bilik və səriştələr verəcəkdir. |
6 |
6 |
|
3 |
Layihələrin idarə olunması 2. Bu fənn çərçivəsində layihə üzrə komanda quruculuğu və fəaliyyətinin xüsusiyyətləri, layihədə liderlik, layihə menecerinin vəzifələri və digər məsələləri ətraflı izah olunur, eləcə də layihənin mahiyyəti, vaxt cədvəlləri, kommunikasiyalar, təchizat, maraqlı tərəflərlə peşəkar münasibətlər və digər mövzularda biliklər aşılanır. Bununla yanaşı, sözügedən fənn layihələrin çevik idarə edilməsi ilə bağlıdır. Burada dəyişikliklər fonunda layihələrin idarə edilməsi, risklərin düzgün qiymətləndirilməsi, “Məhsul sahibi” və “Scrum Master”in vəzifələri və s. mövzular əhatə olunmalıdır. |
6 |
0 |
|
4 |
Tədqiqat analitikası Bu fənnin tədrisi məlumat təhlili prosesi, məlumat növləri, məlumatların toplanma mənbələri, məlumat təhlili üzrə strategiyanın qurulması, məlumatların təhlil üçün hazırlanması və təmizlənməsi, təhlil üçün məlumatların sistemləşdirilməsi, məlumatların vizuallaşdırılması, sahəyə uyğun olaraq təhlillərdə istifadə olunacaq proqram təminatları ilə tanışlıq (“Excel”, “SPSS”, “Stata”, “R”, “MAXQDA”, “Matlab”, “Python” və s. kimi), ixtisas sahəsində tədqiqatlarda istifadə olunan təhlil metodları ilə təhlillərin aparılması (statistik testlər və təhlillər, kəmiyyət və keyfiyyət təhlilləri, eksperimental təhlillər, anket və sorğu təhlilləri və s. kimi) və təhlillərin əsasında müvafiq rəylərin hazırlanmasını nəzərdə tutur. |
0 |
6 |
|
5 |
Ali təhsil müəssisəsi tərəfindən müəyyən edilən məcburi fənlər 3. ixtisaslaşmadan asılı olaraq buraya daxil edilən fənlər hər bir ali təhsil müəssisəsi tərəfindən fərdi qaydada müəyyən edilir və həmin ixtisaslaşmanın təhsil proqramında öz əksini tapır. |
72 |
72 |
|
... |
Ali təhsil müəssisəsi tərəfindən müəyyən edilən seçmə fənlər 4. Müvafiq fənlər hər bir ali təhsil müəssisəsi tərəfindən fərdi qaydada ixtisaslaşmadan asılı olaraq müəyyən edilir və həmin ixtisaslaşmanın təhsil proqramında əksini tapır. |
||
|
Təcrübə |
|
|
|
|
... |
Elmi-pedaqoji təcrübə |
6 |
6 |
|
... |
Elmi tədqiqat təcrübəsi 5. |
0 |
6 |
|
Dissertasiya işi |
|
|
|
|
... |
Magistrlik dissertasiyası 6. |
0 |
18 |
|
CƏMİ |
90 |
12 |
|
1. Tədris və təlim infrastrukturu
• Mühazirə və seminar otaqları: İnteraktiv müzakirə və analizlər üçün uyğunlaşdırılmış, multimedia avadanlıqları (proyektor, yazı lövhəsi, audio-vizual vasitələr) ilə təchiz olunmuş dərs otaqları.
• Tədris məqsədli müşahidə və videoanaliz imkanları: Təlim məqsədilə videoyazıların izlənməsi və analiz edilməsi üçün texniki imkanlar.
• Elektron kitabxana və məlumat bazaları: PsycINFO, PubMed, Scopus, ScienceDirect, APA və digər beynəlxalq elmi bazalara çıxış.
2. Elmi-tədqiqat və təcrübə imkanları
• Tədqiqatların təşkili üçün laboratoriya və mərkəzlər: eksperimental və klinik işlərin analizinə dair tədqiqatların aparılması üçün avadanlıqlarla təchiz olunmuş mühit.
• Fakültədaxili və ya institusional elmi tədqiqat qruplarında iştirak imkanları: Tələbələrin elmi layihələrə cəlb olunması, o cümlədən klinik tədqiqatlarda iştirak.
• Pasientlərin xüsusi müayinə üsullar və klinik funksional sınaqlar: beynəlxalq standartlara uyğun testlər.
3. Klinik baza və praktiki təlim yerləri – elmi mərkəzlər və tibb müəssisələri
• Tibb xidmətləri göstərən müəssisələrlə əməkdaşlıq: tibbi mərkəzlər, xəstəxanalar və reabilitasiya müəssisələri ilə bağlanmış müqavilələr əsasında təcrübə proqramlarının təşkili.
• Praktik diaqnostika və müşahidə imkanları: Tələbələrin real klinik hallarda müşahidə, qiymətləndirmə və klinik yanaşmaları öyrənə bilməsi üçün şərait.
• Superviziyalı təlimlər: Kliniki praktika zamanı peşəkarların rəhbərliyi ilə superviziyalar və geribildirim imkanları.
4. Təhsil resursları və texnologiya dəstəyi
• Tədris proqramına uyğun dərsliklər, metodik vəsaitlər və tərcümə olunmuş klinik protokollar.
• Pediatriyada tibb bacısı (qardaşı) fəaliyyətinin metodlarnıı əhatə edən tədris materialları: interaktiv materiallar və təlim videoları.
• İKT və analitik dəstək: tədqiqatlar üçün SPSS, Jamovi və digər statistik proqramlarla işləməyə imkan verən kompüter otaqları və virtual tədris platformaları.
Əlavə 1
Təhsil proqramı və tədris fəaliyyəti üzrə təlim nəticələri
Ali təhsil müəssisəsi təhsil proqramının təlim nəticələrinə uyğun hər bir tədris fəaliyyəti (eləcə də fənlər) üzrə gözlənilən təlim nəticələrini müəyyən etməlidir. Aşağıdakı cədvəllərdə minimum 6 təlim nəticələsi sadalanmalıdır (təhsil proqramı və hər bir tədris fəaliyyəti (fənn) üzrə ayrı-ayrılıqda)
|
Proqram üzrə təlimin nəticələri (PTN) |
|
PTN 1 Pediatriyada tibb bacısı (qardaşı) işinin müxtəlif sahələrinə xas olan əsas qiymətləndirmə və müalicə üsullarında, uşaqlarda patoloji vəziyyətlərdə ambulator və stasionar müalicə və bərpa proseslərini təşkil etmək və idarə etmək sahəsində nəzəri və klinik elmi inkişaflarla ayaqlaşa bilir, uşaqlara göstərilən tibb bacısı (qardaşı) xidmətinə aid əldə etdiyi dərin və sistemli bilikləri peşəkar və akademik tədqiqatlarında tətbiq edir. |
|
PTN 2 Müxtəlif yaş qruplarına aid sağlam və xəstə uşaqlara aid tibb bacısı (qardaşı) işi sahəsində nəzəri və tətbiqi anlayış və prinsiplərdən istifadə edərək, müxtəlif fənlərdən olan məlumatları tənqidi şəkildə qiymətləndirir, inteqrasiya edir, yeni məlumatlar yaradır, problem həll etmə və klinik qərar qəbul etmə bacarıqlarına nail olur. |
|
PTN 3 Magistrant pediatrik təcrübəyə aid problemi seçərək tədqiqat işlərini planlaşdırır, layihələrdə iştirak edir, aparılmış tədqiqatların nəticələrini şərh edir, müvafiq statistik metodlar seçir, hesabat yazır, elmi iclaslarda təqdim edir və dərc etdirir. |
|
PTN 4. Magistrant etik dəyərlərə riayət etməklə pediatriya sahəsinə aid spesifik tətbiqləri və tədqiqatları müstəqil şəkildə həyata keçirir, peşəkar bilik, bacarıq və səriştələri qrup işində istifadə edir. |
|
PTN 5 Pediatrik təcrübədə öyrənmə ehtiyaclarını və məqsədlərini müəyyən edir, təhlil edir və keyfiyyətli inkişaf, təlim və təşviq proqramlarına töhfə verir. |
|
PTN 6 Magistrant uşaq sağlamlığını, ictimai sağlamlığı və səhiyyə siyasətini təbliğ edir uşaqlarda xəstəliyin yaranma səbəblərinin və risk faktorlarının təhlilini bacarır, profilaktik yanaşmaları hazırlamağı bacarır və cəmiyyətin təhsil, profilaktika və reabilitasiya yanaşmaları haqqında məlumatlılığını artırır. |
|
Fənn üzrə təlim nəticələri (FTN) |
|
FTN 1 |
|
FTN 2 |
|
FTN 3 |
|
FTN 4 |
|
FTN 5 |
|
FTN 6 |
1. Bu fənn magistrlik dissertasiyası ilə tamamlanan ixtisaslaşmalar üçün nəzərdə tutulmuşdur.
2. Bu fənn magistrlik dissertasiyası ilə tamamlanmayan ixtisaslaşmalar üçün nəzərdə tutulmuşdur.
3. Burada “fənlər” dedikdə fənlərlə yanaşı, layihələr (eləcə də “Capstone” layihəsi), yaradıcılıq işi, laboratoriya işləri və digər aidiyyəti tədris fəaliyyətləri (olduğu təqdirdə) başa düşülür. Bu fənlər akademik heyətin təcrübəsi, tədqiqat infrastrukturu, yerli və beynəlxalq iş imkanları nəzərə alınaraq ali təhsil müəssisəsi tərəfindən müəyyən edilir və müvafiq ixtisaslaşma üzrə qəbul olan təhsilalan üçün məcburi xarakter daşıyır. Bu bölmədə minimum 4 fənn olmalıdır.
4. Burada “fənlər” dedikdə fənlərlə yanaşı, layihələr (eləcə də “Capstone” layihəsi), yaradıcılıq işi, laboratoriya işləri və digər aidiyyəti tədris fəaliyyətləri (olduğu təqdirdə) başa düşülür. Bu fənlər akademik heyətin təcrübəsi, tədqiqat infrastrukturu, yerli və beynəlxalq iş imkanları nəzərə alınaraq ali təhsil müəssisəsi tərəfindən təklif edilir. Sözügedən fənlər müəyyən edilən zaman əmək bazarının təklifləri də nəzərə alınır və bu məqsədlə ali təhsil müəssisələri və əmək bazarı nümayəndələrindən ibarət işçi qrupunun yaradılması tövsiyə olunur. Ali təhsil müəssisəsi tərəfindən müəyyən edilən fənlər təhsilalanlar üçün seçmə xarakter daşımalı, eləcə də təhsilalanların xarici mübadilə proqramlarında iştirakına şərait yaratmalıdır. Bu bölmədə minimum 3 fənn olmalıdır.
5. Bu təcrübə növü magistrlik dissertasiyası ilə tamamlanan ixtisaslaşmalar üçün nəzərdə tutulmuşdur.
6. Magistrlik dissertasiyası ilə tamamlanan ixtisaslar (ixtisaslaşmalar) üçün nəzərdə tutulmuşdur. Magistrlik dissertasiyasının məzmununa, yazılmasına, təqdim edilməsinə və müdafiəsinə qoyulan tələblər Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən müəyyən edilir.