Bizi izləyin:
Heydər Əliyev
Hematologiya (Müalicə-profilaktika)
Bölmələrimiz
Hematologiya (Müalicə-profilaktika)

“Hematologiya” fənni qan sistemi, qan hüceyrələrinin yaranması və funksiyası, hemostaz mexanizmləri, eləcə də qan xəstəliklərinin etiologiyası, patogenezi, klinik gedişi, diaqnostikası və müalicəsini öyrənən klinik elmdir. Bu fənn qanın orqanizmdə daşıyıcı, müdafiə və tənzimləyici rolunu, hematoloji patologiyaların insan sağlamlığına təsirini araşdırır.

Hematologiya fənninin tədrisi tələbələrdə anemiyalar, leykozlar, limfomalar, trombositopeniyalar, koaqulopatiyalar və digər qan xəstəlikləri haqqında sistemli biliklərin formalaşdırılmasına yönəldilmişdir. Fənn tələbələrə ümumi qan analizi, periferik qan yaxması, koaquloqramma və digər laborator göstəricilərin klinik əhəmiyyətini dəyərləndirməyi öyrədir.

Bu fənn sayəsində gələcək həkimlər hematoloji xəstəliklərin vaxtında aşkarlanması, ağırlaşmaların qarşısının alınması və xəstələrin düzgün aparılması üzrə peşəkar bacarıqlara yiyələnəcəklər.

 

Payız semestrində keçirilən fənlər 

N

Fakültələr

Kurs

Fənlər

Auditoriya saatları

       Praktika

1

I Müal., profilaktika

VI

Hematologiya

16

 

Yaz semestrində keçirilən fənlər 

N

Fakültələr

Kurs

Fənlər

Auditoriya saatları

       Praktika

1

II Müal., profilaktika

VI

Hematologiya

16

 

 

 Fənnin kodu: İF-15

Daxili Xəstəkəri II: Hematologiya

Təhsil pilləsi: Bakalavriat

İxtisas: Müalicə-profilaktika

Fənnin məqsədi

Qan sistemi xəstəlikləri üzrə nəzəri və klinik biliklərin formalaşdırılması, hematoloji xəstəliklərin diaqnostika, müalicə və profilaktika prinsiplərinin mənimsədilməsi, laborator göstəricilərin düzgün interpretasiyası və klinik qərarvermə bacarıqlarının inkişaf etdirilməsidir.

 

Fənnin təlim nəticələri

  • Qan sisteminin fiziologiyasını və hematopoezi izah etmək
  • Qan xəstəliklərinin əsas klinik əlamətlərini müəyyənləşdirmək
  • Hematoloji laborator analizləri təhlil etmək
  • Anemiyaların və digər qan xəstəliklərinin diferensial diaqnostikasını aparmaq
  • Hemostaz pozğunluqlarını qiymətləndirmək
  • Hematoloji xəstələrin müalicə və müşahidə prinsiplərini əsaslandırmaq

 

Fənnin məzmunu

Hematologiya fənni qan sisteminin quruluşu və funksiyası, hematopoez, hemostaz, əsas hematoloji xəstəliklərin klinik xüsusiyyətləri, müasir diaqnostika və müalicə üsullarını əhatə edir və tələbələrin klinik praktikaya hazırlığını təmin edir.

 

 

                MÖVZÜ praktik məşğələ

      Ədəbiyyat         

Saat

1

Hemopoez (qanyaranma mexanizmi, inkişaf faktorları, sümük iliyinin rolu). (Reading 1.1)

 

Anemiyalar, təsnifat, diaqnostika, hipo-, normo-, makrositar. Laborator diaqnostikaya yanaşma. (Reading 1.2)

 

Dəmir defisitli anemiya, səbəblər, simptomlar, diaqnostika, müalicə, profilaktika. (Reading 1.3)

 

Meqaloblast anemiya (B12 və fol defisitli) klinika, laborator markerlər, nevroloji əlamətlər. (Reading 1.4)

 

Hemolitik anemiyalar, anadangəlmə (sferositoz, talessemiya, ocaqvari hüceyrə), qazanılmış (autoimmun). (Reading 1.5)

 

Aplastik anemiya və pansitopeniya (etiologiya, patogenez, diaqnostika, terapiya). (Reading 1.6)

Reading 1.1:

Devidson Daxili xəstəliklər, tom III, səh. 158–160. Stuklov N.J. Hematologiya, səh. 28.

 

Reading 1.2

Devidson Daxili xəstəliklər, tom III, səh. 165–168. Stuklov N.J. Hematologiya, səh. 60–68. R.M. Məmmədhəsənov. Hematologiya, səh. 34.

 

Reading 1.3:

Devidson Daxili xəstəliklər, tom III, səh. 160, 167, 168. Stuklov N.J. Hematologiya, səh. 28. R.M. Məmmədhəsənov. Hematologiya, səh. 5–6.

 

Reading 1.4:

Devidson Daxili xəstəliklər, tom III, səh. 177. Stuklov N.J. Hematologiya, səh. 94. Y.Z. Qurbanov. Qan yaradıcı sistem xəstəlikləri, səh. 102.

 

Reading 1.5:

Devidson Daxili xəstəliklər, tom III, səh. 252. Stuklov N.J. Hematologiya, səh. 89–92, 205.

Reading 1.6:

Stuklov N.J. Hematologiya, səh. 82, 43.

6

2

Kəskin leykozlar (limfoblast və mieloblast). (Reading 1.1)

 

Xroniki leykozlar (xroniki mieloleykoz, xroniki limfoleykoz). (Reading 1.2)

 

Xoçkin limfoması, Qeyri-Xoçkin limfomaları (təsnifat, mərhələlər, klinika, kimyaterapiya). (Reading 1.3)

 

Mielom xəstəliyi və başqa paraproteinemiyalar, təsnifat, simptomlar, diaqnostika. (Reading 1.4)

 

Trombositopatiyalar, trombositopeniyalar, İTP, heparin yaradan trombositopatiya, sepsis və DDL sindrom zamanı trombositopeniya. (Reading 1.5)

 

Koaqulopatiyalar və Hemofiliya A, B, Willebrand xəstəliyi. APTT, PT, İNR qiymətləndirmə. (Reading 1.6)

Reading 1.1:

Devidson Daxili xəstəliklər, tom III, səh. 197. Stuklov N.J. Hematologiya, səh. 142. Kərimov A.Ə. Qan xəstəlikləri, səh. 185–186.

 

Reading 1.2:

Devidson Daxili xəstəliklər, tom III, səh. 201. Stuklov N.J. Hematologiya, səh. 137.

 

Reading 1.3:

Devidson Daxili xəstəliklər, tom III, səh. 201. Stuklov N.J. Hematologiya, səh. 173, 178.

 

Reading 1.4:

Devidson Daxili xəstəliklər, tom III, səh. 201. Stuklov N.J. Hematologiya, səh. 110.

 

Reading 1.5:

Devidson Daxili xəstəliklər, tom III, səh. 213. Stuklov N.J. Hematologiya, səh. 177, 192.

 

Reading 1.6:

Devidson Daxili xəstəliklər, tom III, səh. 250. Stuklov N.J. Hematologiya, səh. 210.

 

6

3

Trombofilliyalar (İrsi və qazanılmış trombofiliyalar: Faktor V Leyden mutasiyası, antifosfolipid sindromu, protein C/S). (Reading 1.1)

DDL sindromu, (Patogenez, laborator “triada”ya əsaslanan diaqnostik yanaşma və müalicə). (Reading 1.2)

Qanın ümumi klinik əhəmiyyəti (ÜQA)(Dəyişikliklərin interpretasiyası, leykoformula, trombositlər). (Reading 1.3)

 

Tranfuziologiya və hemotransfuziya əsasları, qan qrupları, göstəriş, fəsadlar, qan komponentlərinin hazırlanması. (Reading 1.4)

Reading 1.1:

Devidson Daxili xəstəliklər, tom III, səh. 173. Stuklov N.J. Hematologiya, səh. 46.

 

Reading 1.2:

Devidson Daxili xəstəliklər, tom III, səh. 250. Stuklov N.J. Hematologiya, səh. 213.

 

Reading 1.3:

Devidson Daxili xəstəliklər, tom III, səh. 244. Stuklov N.J. Hematologiya, səh. 201.

 

Reading 1.4:  

Devidson Daxili xəstəliklər, tom III, səh. 220. Stuklov N.J. Hematologiya, səh. 240.

4