Bizi izləyin:
Heydər Əliyev
Hematologiya (Müalicə-profilaktika, Hərbi Tibb Fakültəsi)
Bölmələrimiz
Hematologiya (Müalicə-profilaktika, Hərbi Tibb Fakültəsi)

“Hematologiya” fənni qan sistemini, qan yaradan orqanları, həmçinin hematopoez və hemostazın pozulması ilə əlaqədar xəstəlikləri öyrənən klinik tibb sahəsidir. Hematologiya sahəsində fəaliyyət qan xəstəliklərinin aşkarlanmasına, profilaktikasına və müalicəsinə, eləcə də qan sisteminin funksiyalarının pozulması ilə bağlı ağırlaşmaların qarşısının alınmasına yönəlmişdir. Ümumilikdə hematologiya əhalinin hematoloji sağlamlığının qorunması və möhkəmləndirilməsi ilə məşğul olur.

Öyrənilən problemlərin geniş spektrinə baxmayaraq, fənn ilk növbədə tələbələrdə nəzəri biliklərin hematoloji xəstəliklərin diaqnostikası və müalicəsində praktik tətbiqi üzrə bacarıqların formalaşdırılmasına istiqamətlənmişdir. Fənnin tədrisi çərçivəsində tələbələr qan sistemi patologiyalarının profilaktikası və erkən aşkarlanması ilə bağlı əsas anlayış və müddəaları mənimsəyirlər.

Bu fənn sayəsində gələcək mütəxəssislər müalicə müəssisələrində anemiyalar, koaqulopatiyalar, hemoblastozlar və digər qan xəstəlikləri olan pasiyentlərin diaqnostikasında və aparılmasında iştirak edə, tibbi yardımın effektivliyinin və pasiyentlərin həyat keyfiyyətinin yüksəldilməsinə töhfə verə biləcəklər. Tədris prosesində tələbələr hematoloji praktikada müasir prinsipləri və yanaşmaları müəyyənləşdirəcək və tətbiq edəcəklər.

Tələbələr qan sisteminin klinik-laborator göstəricilərini qiymətləndirməyi, hematoloji müayinələrin nəticələrini interpretasiya etməyi, həmçinin irsi, metabolik və onkohematoloji amillərin qan sistemi xəstəliklərinin yaranmasına və gedişinə təsirini təhlil etməyi öyrənəcəklər.

 

Payız semestrində keçirilən fənlər 

Fakültələr 

Kurs 

Fənlər 

Auditoriya saatları 

 

 

 

 

 

Mühazirə 

Praktika 

1

II Müal., profilaktik

IV

Hematologiya

10

35

2

Hərbi Tibb fakültəsi

IV

Hematologiya

10

35

 

Yaz semestrində keçirilən fənlər 

Fakültələr 

Kurs 

Fənlər 

Auditoriya saatları 

 

 

 

 

 

Mühazirə 

Praktika 

1

I  Müal., profilaktika

III

Hematologiya

10

35

 

Fənnin kodu: İF-15

Daxili Xəstəliklər II: Hematologiya

 

Təhsil səviyyəsi: bakalavriat

İxtisas: Müalicə-profilaktika, Hərbi Tibb Fakültəsi

Fənnin məqsədi:

Tələbələrdə qan sistemi, hematopoez və hemostaz prosesləri haqqında sistemli biliklərin formalaşdırılması; qan sistemi xəstəliklərinin diaqnostikası, profilaktikası və müalicəsinin nəzəri əsaslarının və praktiki prinsiplərinin mənimsənilməsi; irsi, metabolik və onkohematoloji amillərin hematoloji xəstəliklərin inkişafına təsirinin öyrənilməsi; qanın klinik-laborator göstəricilərinin qiymətləndirilməsi və hematoloji müayinələrin nəticələrinin interpretasiyası bacarıqlarının formalaşdırılması; hematologiyanın klinik və profilaktik məsələlərinin aydın və əlçatan şəkildə müzakirə edilməsi qabiliyyətinin inkişaf etdirilməsi.

Əsas məqsəd qan sistemi xəstəliklərinin diaqnostika və profilaktikasının effektivliyinin artırılması, hematoloji patologiyası olan pasiyentlərə göstərilən tibbi yardımın keyfiyyətinin yaxşılaşdırılmasıdır.

 

Fənn üzrə təlim nəticələri:

– qan sisteminin fiziologiyası və hematopoez prosesləri haqqında biliklər;

– qanın klinik və laborator göstəricilərini qiymətləndirmək bacarığı;

– hematoloji müayinələrin nəticələrini interpretasiya etmək qabiliyyəti;

– qan sistemi xəstəliklərinin inkişafında irsi və onkohematoloji amillərin rolunun müəyyən edilməsi;

– hematoloji xəstəliklərin və onların ağırlaşmalarının profilaktikası prinsiplərinin anlaşılması;

– hematoloji patologiyalı pasiyentlərin vəziyyətinin qiymətləndirilməsində klinik təfəkkürün tətbiqi bacarığı;

– qan xəstəlikləri olan pasiyentlərin aparılmasına dair müasir yanaşmalar haqqında biliklər;

– hematoloji praktikada və elmi fəaliyyətdə etik normalara riayət edilməsi.

 

Fənnin məzmunu:

“Hematologiya” qan sistemini, qan yaradan orqanları, həmçinin hematopoez və hemostazın pozulması ilə əlaqədar xəstəlikləri öyrənən klinik tibb sahəsidir. Fənn tələbələrdə hematoloji xəstəliklərin diaqnostikası, profilaktikası və müalicəsi üçün zəruri olan bilik və bacarıqların formalaşdırılmasına yönəlmişdir.

Müzakirə olunan aspektlərin müxtəlifliyinə baxmayaraq, fənn əsasən nəzəri biliklərin klinik fəaliyyətə praktik tətbiqinə istiqamətlənmişdir. Tədris prosesində tələbələr qan sistemi xəstəliklərinin profilaktikası və erkən aşkarlanması ilə bağlı əsas anlayış və müddəaları mənimsəyirlər.

Fənnin öyrənilməsi nəticəsində gələcək mütəxəssislər müalicə müəssisələrində fəaliyyət göstərə, hematoloji patologiyalı pasiyentlərin diaqnostikasında və aparılmasında iştirak edə, həmçinin göstərilən tibbi yardımın keyfiyyətinin yüksəldilməsinə töhfə verə biləcəklər.

 

№ 

Topic 

Mövzu (mühazirələr) 

Readings (Ədəbiyyat) 

Saat 

Dəmirdefisitli anemiya 

Daxili xəstəliklər Devidson III tom,2022; səh. 197, Stuklov N.J.2019, səh.142; Y.Z.Qurbanov. Qanyaradıcı sistem xəstəlikləri IV cild, 2016, səh.  135. 

Hemolitik anemiya 

Daxili xəstəliklər Devidson III tom, səh. 205; Hematologiya. R.M.Məmmədhəsənov. səh. 15, Kərimov A.Ə. Qanyaradıcı sistem  xəstəlikləri, səh. 195 

Aplastik anemiya 

Stuklov. Hematologiya, səh. 105. Hoffbrant A V MOOSSP.A Essensial Hematologiya səh. 454, Kərimov A.Ə. Qanyaradıcı sistem xəstəlikləri. Səh238 

Meqaloblast anemiya (B12, fol turşusu defisiti) 

Daxili xəstəliklər Devidson III tom,səh. 201 StuklovN.J., səh.137; Y.Z.Qurbanov. Qanyaradıcı sistem xəstəlikləri, səh.140 

Hemoqlobinopatiyalar – oraqvari hüceyrə - talassemiya 

Daxili xəstəliklər Devidson III tom, səh. 213, StuklovN.J. səh.177-182; Kərimov A.Ə. Qanyaradıcı sistem xəstəlikləri səh.205-2011. 

 

Topic 

Mövzu (praktik məşğələ) 

Readings (Ədəbiyyat) 

Saat 

Giriş. Qan hüceyrələri yaranması (eritrositlər, leykositlər, hemoqlobin, kök hüceyrələri, trombositlər  parçalanması 

 

Devidson Daxili xəstəliklər, tom III, səh. 158-160. Stuklov N.J. Hematologiya,səh. 28. 

Hemostazın faza və funksiyası, qanın laxtalanma sistemi (trombositlər, fibrinolik qanaxmalar) koaquloqrammagöstəriciləri 

 

Devidson Daxili xəstəliklər, tom III, səh. 165-168. Stuklov N.J. Hematologiya,səh. 60-68, R.M.Məmmədhəsənov. Hematologiya, səh. 34. 

Qanın klinik analiz. Qan yaxmasının mikroskopiyası. Sümük iliyinin müayinəsi. Eritrositlərin, hemoqlobinin artıb azalma sindromu, leykositoz, leykoformula (dəyişikliklərinqiymətləndirilməsi  

 

Devidson Daxili xəstəliklər, tom III, səh. 160, 167; 168; Stuklov N.J. Hematologiya,səh. 28, R.M.Məmmədhəsənov. Hematologiya, səh. 5-6. 

Splenomeqaliyalar (səbəblər, birincili,ikincili və s.) diaqnostik müayinə üsulları  

 

Devidson Daxili xəstəliklər, tom III, səh. 177. Stuklov N.J. Hematologiya,səh. 94. Y.Z.Qurbanov. Qan yaradıcı sistem xəstəlikləri. Səh. 102. 

Trombositopatiya, Tromboz, trombopeniya 

 

Devidson Daxili xəstəliklər, tom III, səh. 252. Stuklov N.J. Hematologiya,səh. 89-92; 205.. 

Hemoliz. Qan qrupları.Rezus-faktor 

Stuklov N.J.  Hematologiya, səh.82; 43 

Dəmirdefisitli anemiya 

Devidson Daxili xəstəliklər, tom III, səh. 197. Stuklov N.J. Hematologiya,səh. 142. Kərimov A.Ə.Qan xəstəlikləri. Səh.185; 186. 

Meqaloblast anemiya 

Devidson Daxili xəstəliklər, tom III, səh. 201. Stuklov N.J. Hematologiya,səh.137.  

Hemolitik anemiya 

Devidson Daxili xəstəliklər, tom III, səh. 205. Stuklov N.J. Hematologiya,səh. 173; 188 

10 

Aplastik anemiya 

Devidson Daxili xəstəliklər, tom III, səh. 241. Stuklov N.J. Hematologiya,səh.110.  

11 

Hemoqlobinopatiyalar. Oraqvarihüceyrə anemiyası, talassemiya 

 

Devidson Daxili xəstəliklər, tom III, səh.213;  Stuklov N.J. Hematologiya, səh.177; 192 

 

12 

Hemoxromatoz.

Dəmir mübadiləsi 

Devidson Daxili xəstəliklər, tom III, səh. 173. Stuklov N.J. Hematologiya, səh.46. 

13 

Hemofiliya 

Devidson Daxili xəstəliklər, tom III, səh. 250. Stuklov N.J. Hematologiya, səh.210. 

14 

Villebrand xəstəliyi 

Devidson Daxili xəstəliklər, tom III, səh. 250. Stuklov N.J. Hematologiya, səh.213 

15 

Hemorragik vaskulit (Şenleyn-Henohxəstəliyi) 

Devidson Daxili xəstəliklər, tom III, səh. 244. Stuklov N.J. Hematologiya, səh.201 

16

Kəskin leykoz 

Devidson Daxili xəstəliklər, tom III, səh.220. Stuklov N.J. Hematologiya,səh. 240. 

2

17

Xroniki mieloleykoz 

Devidson Daxili xəstəliklər, tom III, səh.225. Stuklov N.J. Hematologiya,səh.252.

2

18

Qan komponentləri və antianemik preparatlar. Qan köçürməyə göstəriş antikoaqulyant terapiya

Devidson Daxili xəstəliklər, tom III, səh.181. Stuklov N.J. Hematologiya,səh. 326, 331 

1