Kafedranın mövzusunun adı - “İnsanın müasir dövrdə geniş yayılmış bəzi əsas
xəstəliklərinin klinik-morfoloji xüsusiyyətləri”
Elmi problemin adı - Müxtəlif üzv və sistemlərdə norma və patologiyada baş verən
funksional və morfoloji dəyişikliklərin xüsusiyyətləri”
Mövzunun aktuallığı - Mövzu son on illiklərdə yüksək əlillik və ölüm faizi verən
xəstəliklərə həsr olunmuşdur.
Tədqiqatın məqsədi - “İnsanın müasir dövrdə geniş yayılmış bəzi əsas xəstəliklərinin
klinik-morfoloji xüsusiyyətləri” mövzusu son on illiklərdə yüksək
əlillik və ölüm faizi verən xəstəliklərin etiologiya, patogenezi,
klinik-morfoloji xüsusiyyətləri və bu patologiyaların
patomorfozunun öyrənilməsinə yönəlmişdir.
Tədqiqatın vəzifələri - Müxtəlif patologiyalar, o cümlədən şişlər, müxtəlif mənşəli ekzogen intoksikasiyalar, ginekoloji patologiyalar, orqan transplantasiyasının təzahürü olaraq reperfuziya sindromu zamanı orqanizmdə baş verən klinik-morfoloji dəyişikliklərin aşkar edilməsi və bunların diaqnostikasında müasir təbabətdə istifadə edilən biopsiya metodlarının dəyərliliyinin müəyyən edilməsidir və onlar arasında korrelyativ əlaqələrin aşkar edilməsi.
Tədqiqat işinin obyekti - Tədqiqat obyektləri Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və Patoloji anatomiya” ETT Birliyinin şəhər və rayon şöbələrinin meyitxanalarına daxil olmuş meyitlər, Bakı şəhərində yerləşən doğum evlərində, Bakı şəhər xəstəxanalarının doğuş şöbələrində ölmüş yenidoğulmuşların meyitləri (SN “MTE və PA” ETT Birliyinin Perinatal patologiyalar şöbəsi), həmçinin Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və Patoloji anatomiya” ETT Birliyinin şəhər və rayon şöbələrinin patohistoloji laboratoriyalarına gətirilmiış biopsiya materialları olmuşdur.
Tədqiqat üsulları - Tədqiqatda klassik patohistoloji müayinə metodları – işıq mikroskopiyası (hematoksilin və eozin, Van-Gizon, üsulları) ilə yanaşı müasir histokimyəvi, immunhistokimyəvi, sitoloji və elektron-mikroskopik metodlardan istifadə olunacaq.
Elmi yeniliyi - Müxtəlif mənşəli patologiyaların - xərçəng və xərçəngönü dəyişikliklərin, hepatosellulyar karsinomanın, intoksikasiyaların, vəzi patologiyalarının və reperfuziya sindromu fonunda baş verə biləcək patomorfoloji dəyişikliklərin morfoloji, sitoloji immunhistokimyəvi, molekulyar xüsusiyyətləri və proqnozlaşdırılma meyarları müasir patomorfoloji texnikanın tətbiq edilməsilə öyrənilmsi və daha effektiv diaqnostik tədbirləri obyektiv nəticələrlə göstərilməsidir. Bu xəstəliklərin gedişində müasir dövrdə təsadüf olunan patomorfoz, patogenetik və patohistoloji xüsusiyyətlər aydınlaşdırılacaqdır.
Elmi-praktik əhəmiyyəti - Elmi-tədqiqat işinin nəticələri əsasında dissertasiya işləri aparılır, həmçinin bu nəticələr elmi məqalələr, dərsliklər, tədris-metodik vəsaitlər, praktikumların yazılmasında istifadə olunacaq. Patomorfoloji laboratoriyaların yerləşdiyi klinikalarda həyata keçirilən müxtəlif biopsiya üsulları (cərrahi, incə-iynə aspirasion, endoskopik və təcili biopsiya) şöbələrin həkimləri tərəfindən tədqiqat işlərinə əsaslanaraq aparılacaqdır. Nəticələr respublikada, müxtəlif xarici ölkələrdə keçirilən elmi konfranslarda təqdim olunacaq və kafedrada Tələbə Elmi Cəmiyyətində elmi-tədqiqat işləri aparan tələbələrin tədqiqatlarında da öz əksini tapacaqdır.
Mövzuya aid
Elmi rəhbər: Professor, t.e.d., Həsənov Ə.B.