Bizi izləyin:
Heydər Əliyev
Bölmələrimiz
Rezidentura / Doktorantura

Rezidentura

 

“Patologiya” kafedrasında “Tibbi patologiya”, eləcə də “Oral patologiya” ixtisasları üzrə rezidentura proqramı mövcuddur.

“Tibbi patologiya” ixtisası üzrə rezident xəstəliklərin səbəblərini və inkişaf mexanizmlərini, hüceyrə və toxuma səviyyəsində baş verən morfoloji dəyişiklikləri, biopsiya və cərrahi materialların histoloji və sitoloji müayinəsini, autopsiya zamanı ölüm səbəbinin müəyyən edilməsini, həmçinin immunohistokimyəvi və molekulyar üsullarla dəqiq diaqnostikanın aparılmasını öyrənir. Bu, xəstəliklərin düzgün və vaxtında diaqnostikasına, klinik həkimlərin müalicə taktikasını seçməsinə elmi əsas yaradır, xəstəliyin gedişi və proqnozu müəyyən etməyə, səhv diaqnozların qarşısının alınmasına və tibbi xidmətin keyfiyyətinin yüksəldilməsinə kömək edir.

“Oral patologiya” ixtisası üzrə rezidenturanın məqsədi ağız boşluğu, çənə sümükləri və üz-çənə nahiyəsinin xəstəliklərinin etiologiyasını və patogenezini, hüceyrə və toxuma səviyyəsində morfoloji dəyişikliklərini öyrədən, biopsiya və digər diaqnostik materialların histoloji, sitoloji və molekulyar müayinəsini apara bilən, klinik stomatoloji sahələr üçün dəqiq diaqnostik rəy verən yüksək ixtisaslı mütəxəssis hazırlamaqdır.

 

Doktorantura

 

“Patologiya” kafedrasında 3242.01 “Patoloji anatomiya” ixtisası üzrə doktorantura təhsili aparılır.