Patologiya fənni xəstəliklərin yaranma səbəblərini, inkişaf mexanizmlərini və orqanizmdə törətdiyi morfoloji və funksional dəyişiklikləri öyrənən əsas elmi-disiplin fənnidir. Bu fənn tələbələrə xəstəliklərin etiologiyası, patogenezi və hüceyrə-tokuma səviyyəsində baş verən dəyişiklikləri sistemli şəkildə anlamağa imkan verir. Patologiya, həmçinin tibbi praktikada istifadə ediləcək biliklərin elmi əsaslarını formalaşdırır və klinik fənlərin tədrisi üçün zəruri nəzəri baza yaradır. Fənnin tədrisi zamanı tələbələr histoloji və laborator praktiki məşğələlər vasitəsilə toxuma və hüceyrələrdə baş verən morfoloji dəyişiklikləri mikroskop altında öyrənir, həmçinin müxtəlif laborator analiz metodlarını tətbiq etməklə xəstəlik proseslərinin patoloji təhlilini həyata keçirirlər. Patologiya fənni, həmçinin tələbələrdə analitik və tənqidi düşünmə bacarıqlarını inkişaf etdirir, elmi-tədqiqat fəaliyyətlərinə ilkin hazırlıq rolunu oynayır və gələcəkdə tibbi və bioloji sahələrdə ixtisaslaşma üçün əsas zəmin yaradır.
Payız semestrində keçirilən fənlər
|
№ |
Fakültələr |
Kurs |
Fənlər |
Auditoriya saatları |
|
|
Mühazirə |
Praktika |
||||
|
1 |
Feldşer |
III |
Patologiyanın əsasları |
6 |
20 |
Fənnin kodu: İPF-B11
Patologiyanın əsasları
Təhsil pilləsi: Subbakalavriat
İxtisas: Hərbi feldşer işi
Fənnin məqsədi:
- Patologiya haqqında anlayış, ümumi və xüsusi patologiya, maddələr mübadiləsi pozulmaları, patologiyanın təzahür formaları, klinika anlayışı, simptomatika, patologiya xəstəliyin başlanğıcı kimi, xəstəlik və sağlamlıq kompetensiyaları, xəstəliyin etiologiyası, patogenezi və diaqnostikası, müxtəlif müayinə metodları, diaqnozun əsaslandırılması, xəstəliklərin əmələgəlmə mexanizmləri və s. öyrədilir.
Fənnin təlim nəticəsi:
Tələbə bilir:
- Patologiyanın tərifini və istifadə etdiyi metodlar haqqında məlumatı;
- Müxtəlif distrofik proseslər zamanı hüceyrə və toxumalarda baş verən struktur dəyişiklikləri;
- Hüceyrənin ölüm növlərini, apoptoz və nekrozun morfo-funksional xüsusiyyətlərini;
- İnsan ölümünün növlərini, bioloji ölümü təsdiq edən nisbi və mütləq əlamətləri, ölümdən sonra insan meyitində yaranan meyit əlamətlərinin xarakter morfoloji xüsusiyyətlərini;
- Qan dövranı pozulmalarının təsnifatını, onların struktur əsaslarını və patogenetik xüsusiyyətlərini;
- İltihabın təsnifatını, morfoloji əlamətlərini, spesifik iltihabi xəstəliklərin morfo-funksional xüsusiyyətlərini;
- İmmunopatoloji proseslərin və kompensator-uyğunlaşma reaksiyalarının etio-patogenetik və morfoloji xüsusiyyətlərini;
- Patogen amillərin və dəyişən ətraf mühit şəraitinin təsirinə cavab olaraq orqanizmin uyğunlaşma və kompensasiya proseslərinin morfologiyası və mexanizmlərini;
- Şişlər haqqında ümumi məlumatı və ayrı-ayrı toxumaların şişlərinin patomorfoloji xüsusiyyətlərini;
- Orqanizmi təşkil edən ayn-ayrı sistemlərin xəstəliklərinin etio-patogenetık və morfoloji xüsusiyyətlərini;
Tələbə bacarır:
- Patologiyada istifadə olunan əsas makroskopik və mikroskopik müayinə metodlarını tətbiq etməyi;
- Parenximatoz, mezenximal və qarışıq degenerasiyalar zamanı hüceyrə və toxumalarda meydana çıxan patomorfoloji dəyişikliklərin makro- və mikroskopik əlamətlərini ayırmağı;
- Müxtəlif ümumpatoloji proseslər (qan və limfa dövranı pozulmaları, kəskin və xronik iltihab, xoş- və bədxassəli şişlər) zamanı orqan və toxumalarda yaranan dəyişikliklərin morfoloji diaqnostikasını;
- Ayrı-ayn sistemlərin xəstəlikləri zamanı əldə edilmiş makroskopik və mikroskopik preparatları təsvir edərək və yaxud da onların təsvirinə əsasən patoloji prosesin xarakteri barədə adekvat fikir irəli sürməyi.
Tələbə yiyələnir:
- Ümumi patoloji proseslər zamanı hüceyrə, toxuma və orqanlarda gedən dəyişikliklərin morfoloji nöqteyi-nəzərdən təhlilnə;
- Klinik-anatomik analiz bacarıqlarına;
- Muxtəlif sistemlərin xəstəlikləri zamanı yaranan patomorfolojı dəyişiklikləri müvafiq klinik laborator və eksperimental göstəricilər ilə birgə qiymətləndirməyə;
- Xəstəliklərin morfoloji diaqnostik əlamətlərinin sintetik ümumiləşdirilməsinin əsaslarına və onların səbəb-nəticə əlaqələrində düzgün şərhinə.
Fənnin məzmunu
“Patologiyanın əsasları” fənni xəstəliklərin, patoloji proseslərin və hüceyrə patologiyasının inkişafının ümumi qanunauyğunluqlarını öyrənir. “Patologiya” fənni böyük qruplarda tələbələrə nəzəri olaraq mühazirələrin oxunması və kiçik qruplarda praktik məşğələlərin keçirilməsi formatında tədris olunur. “Patologiyanın əsasları” fənni baza ali tibb təhsili kurikulumunun əsas hissəsinə aiddir. Fənn 2-ci kursun 3-cü semestrində tədris olunur.
“Patologiyanın əsasları” tibb və səhiyyə sahəsində fundamental fənn olub, tibbi biliklərin əsasını təşkil edir. O, müxtəlif xəstəliklərin və pozulmaların mexanizmləri haqqında əsas bilik və anlayışı təmin edir. Patologiyanı dərindən bilmədən digər tibbi fənləri başa düşmək və mənimsəmək olduqca çətindir. Patologiyanın klinik praktikaya birbaşa aidiyyəti vardır ki, bu da tələbələrə xəstəliklərin diaqnozunun və effektiv müalicəsinin təyinində kömək edir. Əsas patoloji proseslər haqqında biliklər tibb işçilərinə uyğun qərarlar qəbul etməyə və xəstələrə daha yaxşı qulluq göstərməyə imkan verir.
“Patologiyanın əsasları” tənqidi düşünmə və problem həll etmə bacarıqlarını ehtiva edir. Tələbələr laboratoriya testlərinin nəticələri, görüntüləmə tədqiqatları və xəstəlik tarixləri daxil olmaqla klinik məlumatları təhlil etməyi və şərh etməyi öyrənirlər. Bu analitik yanaşma səhiyyədə və bir çox başqa sahələrdə dəyərlidir. Patologiyanın dərindən dərk edilməsi səhiyyədə əsaslı tədqiqatlara və yeniliklərə səbəb ola bilər. Patologiyada üstün olan tələbələr yeni müalicə üsullarının, diaqnostik vasitələrin və tibbi irəliləyişlərin inkişafına töhfə verə bilərlər. Patologiyanı başa düşmək sağlamlıq və xəstəlik haqqında vahid perspektiv təmin edir. O, müxtəlif tibbi fənləri birləşdirir və tələbələrə hərtərəfli səhiyyə xidmətinin göstərilməsi üçün vacib olan xəstə baxımında daha böyük mənzərəni görməyə kömək edir.
Tibb daim inkişaf edən bir sahədir. Patologiyanın öyrənilməsi tələbələri karyeraları boyunca davamlı öyrənmə üçün güclü əsaslarla təchiz edir. Tibb elmindəki yeni kəşflər və irəliləyişlər mütəxəssislərdən ən son məlumatlardan xəbərdar olmağı tələb edəcək. Tələbələr ümumi patologiyada əldə etdikləri bacarıqları klinik praktikada, tibbi tədqiqatlarda, səhiyyənin idarə edilməsində və xəstələrin diaqnostikası, müalicəsi və müdafiəsi üçün səhiyyə ilə bağlı müxtəlif peşələrdə tətbiq etmək, tibbi nailiyyətlərə töhfə vermək və bu sahədə məlumatlı qərarlar qəbul etmək imkanı əldə edəcəklər.
|
№ |
Mövzu (mühazirə) |
Ədəbiyyat |
Saat |
|
1 |
Patologiya haqqında anlayış. Degenerasiyalar. Hüceyrə ölümü. Qan dövranı pozulmaları. İltihab. Kompensator-uyğunlaşma prosesləri. Şişlər haqqında ümumi məlumat. |
Həsənov Ə.B., Ələkbərov A.Ə., Orucov M.T. Patologiya. Dərslik. Bakı, 2023, səh. 12-70. |
2 |
|
2 |
Ürək-qan damar sisteminin xəstəlikləri. Ağciyər xəstəlikləri. Həzm sisteminin xəstəlikləri. |
Həsənov Ə.B., Ələkbərov A.Ə., Orucov M.T. Patologiya. Dərslik. Bakı, 2023, səh. 126-142; 153-192. |
2 |
|
3 |
Böyrək xəstəlikləri. İnfeksion xəstəliklər. |
Həsənov Ə.B., Ələkbərov A.Ə., Orucov M.T. Patologiya. Dərslik. Bakı, 2023, səh. 193-203; 248-282. |
2 |
|
№ |
Mövzu (praktik məşğələ) |
Ədəbiyyat |
Saat |
|
1 |
Degenerasiyalar. Hüceyrə ölümü (nekroz, apoptoz). Ölüm. Meyit əlamətləri. |
Həsənov Ə.B., Ələkbərov A.Ə., Orucov M.T. Patologiya. Dərslik. Bakı, 2023, səh. 16-38. |
4 |
|
2 |
Qan dövranı pozulmaları. |
Həsənov Ə.B., Ələkbərov A.Ə., Orucov M.T. Patologiya. Dərslik. Bakı, 2023, səh. 39-45. |
4 |
|
3 |
Ekssudativ və proliferativ iltihablar. Kompensator-uyğunlaşma prosesləri. |
Həsənov Ə.B., Ələkbərov A.Ə., Orucov M.T. Patologiya. Dərslik. Bakı, 2023, səh. 46-52; 58-63. |
4 |
|
4 |
Şişlər haqqında ümumi məlumat. Epitelial və mezenximal şişlər. |
Həsənov Ə.B., Ələkbərov A.Ə., Orucov M.T. Patologiya. Dərslik. Bakı, 2023, səh. 64-77. |
4 |
|
5 |
Ürək-qan damar sisteminin xəstəlikləri (ateroskleroz, hipertoniya xəstəliyi, miokard infarktı). |
Həsənov Ə.B., Ələkbərov A.Ə., Orucov M.T. Patologiya. Dərslik. Bakı, 2023, səh. 126-137. |
2 |
|
Aralıq qiymətləndirmə. |
|
2 |
|
|
6 |
Revmatik xəstəliklər (kəskin revmatik qızdırma, revmatoid artrit, sistem qırmızı qurdeşənəyi). |
Həsənov Ə.B., Ələkbərov A.Ə., Orucov M.T. Patologiya. Dərslik. Bakı, 2023, səh. 143-149. |
2 |
|
7 |
Ağciyər xəstəlikləri (bronxit, pnevmoniya). Mədə-bağırsaq traktı xəstəlikləri (qastrit, xronik xora xəstəliyi). |
Həsənov Ə.B., Ələkbərov A.Ə., Orucov M.T. Patologiya. Dərslik. Bakı, 2023, səh. 53-159; 167-171. |
4 |
|
8 |
Qaraciyər xəstəlikləri (hepatit, sirroz). Böyrək xəstəlikləri (qlomerulonefrit). |
Həsənov Ə.B., Ələkbərov A.Ə., Orucov M.T. Patologiya. Dərslik. Bakı, 2023, səh. 184-192; 194-197. |
4 |
|
9 |
Daxili sekresiya vəzilərinin xəstəlikləri (şəkərli diabet, zob). |
Həsənov Ə.B., Ələkbərov A.Ə., Orucov M.T. Patologiya. Dərslik. Bakı, 2023, səh. 204-209. |
3 |
|
10 |
İnfeksion xəstəliklər (qrip, qızılca, səpkili yatalaq, difteriya, qarın yatalağı, dizenteriya). |
Həsənov Ə.B., Ələkbərov A.Ə., Orucov M.T. Patologiya. Dərslik. Bakı, 2023, səh. 252-254; 258; 260-261; 265-268. |
|