Bizi izləyin:
Heydər Əliyev
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya(MPF)
Bölmələrimiz
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya(MPF)

Fənnin məqsədi: Kommunikativ, yəni dilin müxtəlif sahələrdə ünsiyyət vasitəsi kimi istifadəsi, tələbələri gündəlik həyatın və peşə sahəsinin müxtəlif hadisələrinə həm şifahi, həm də yazılı ifadə və anlamaya hazırlanması məqsədi güdülür. Azərbaycan Tibb Universitetində təhsil alan 1 kurs əcnəbi tələbələrin Azərbaycan dili normalarını, səslərin artikulyasiyasi , intonasiyasi,  ünsiyyət üçün lazım olan leksik-qrammatik minimuma yiyələnməsi, ixtisasa uyğun terminlərin və adların düzgün mənimsəməsi, nitq  fəaliyyətinin müxtəlif formalarından (şifahi, yazılı, molonoq,dialoq) istifadə etməsi,  dili öyrənilən ölkənin adət-ənənələri, nitq mədəniyyəti  haqqinda  anlayış, məişət, ədəbi dil,  rəsmi işgüzar dil, ifadə qaydalarının növlərinin öyrənilməsi və istifadə etmək bacarığı aşılamaqdan ibarətdir. Buna görə dərslərdə istifadə olunan fonetik çalışmalar tələffüzün yaxşılaşdırılmasına, leksik çalışmalar söz bazasının zənginləşdirilməsinə, oxu mətnlər, dialoqlar, qrammatik çalışmalar dil strukturunun möhkəmləndirilməsinə yönəlib. Əsas diqqət təhsil alan gələcəyin mütəxəssislərdə kommunikativ səriştə  formalaşdırmaqdan, onların ümumi nitq mədəniyyətini yüksəltməkdən, müasir Azərbaycan dili normalarını daha mükəmməl mənimsəməkdən, ünsiyyətin müxtəlif formalarından daha məharətlə istifadə etmək bacarığı aşılamaqdan ibarətdir. 

Təhsil pilləsi:  Bakalavriat

İxtisasın adı: Tibb

Tədris edilən fənnin növü: Əsas

AKTS: 4

Payız semestrində keçirilən fənlər

Fakültələr

Kurs

Fənlər

Auditoriya saatları

Praktik dərslər

1

Müalicə profilaktika I

Müalicə profilaktika II

I

Azərbaycan dilində işgüzar və akademik kommunikasiya

60 saat

 

Fənnin kodu: HF – B03

Təhsil pilləsi:  Əsas (baza) ali tibb təhsili

İxtisas: Tibb (İngilis bölməsi)

 

Fənnin təlim nəticəsi:

 Azərbaycan dilinin qayda-qanunlarını,  özünəməxsus xüsusiyyətlərini, nitqini qurarkən səslərin düzgün tələffüzünü, vurğunun, intonasiyanın işlənmə qaydalarını;

- nitq  fəaliyyətinin müxtəlif formalarında (şifahi, yazılı, monolojı,dialojı) danışıq aparmaq, sual vermək və sualları cavablandırmaq;

-  ixtisasa uyğun terminləri, onların izahını və ixtisas üzrə işgüzar kommunikasiyanın dilini;

-  yazılı və şifahi elmi  mətnlərin üslubi xüsusiyyətləri, elmi mətnlərin təşkili prinsiplərini, mətn üzrə işin aparılmasını;

- dili öyrənilən ölkənin adət-ənənələri, nitq etiketlərini və davranış mədəniyyətini;

- rəsmi- işgüzar üslubunun xüsusiyyətlərini, Azərbaycan dilindən sərbəst şəkildə işgüzar ünsiyyət vasitəsi kimi istifadə etməyini.

Azərbaycan dilinə məxsus spesifik səsləri düzgün tələffüz etməyi, tələffüz normalarına, intonasiya və vurğuya riayət edərək mətnləri oxumağı, mətndən irəli gələn fikri müəyyənləşdirməyi, sadə qəzet və jurnal məqalələrini oxumağı;

-müxtəlif məzmunlu mətnlərin, onların məqsədinə və xarakterinə uyğun oxumaq və anlamaq, gündəlik həyatla bağlı mövzular və öyrənilən ixtisas mətnləri ətrafında sadə və geniş cümlələr qurmaq, ünsiyyətə girmək, sual vermək, sualları cavablandırmaq, rəy bildirmək, nisbətən çətin ixtisas mətnlərini lüğətin köməyi ilə tərcümə etmək;

-oxunun müxtəlif növləri – öyrənmək, tanış olmaq, gözdən keçirmək məqsədilə mətni tez bir şəkildə gözdən keçirmək və maraqlı məlumat tapdıqda oxunun digər növünə keçmək;

-oxuduğu mətnləri danışmağı, mətnlərə dair suallara cavab verməyi, söhbət aparmağı, fikirlərini müəyyən məntiqi ardıcıllıqda qurmağı, dil vahidlərini düzgün seçməyi;

-kiçik şeirləri əzbər söyləməyi;

-şifahi nitqin mənimsənilməsi üçün proffesional ünsiyyət sahəsinə aid müxtəlif növ dialoq və monoloq qurmağı; 

-tədris-ixtisas (tibb) sahəsindən olan, normal sürətlə şifahi şəkildə təqdim olunan məlumata qulaq asmaq və tam anlamaq, qulaq asılmış materialı konspekt etmək, yazılı şəkildə mənimsənilmiş informasiyanı ifadə etmək, ifadənin ardıcıllığına riayət edərək müəyyən dərəcədə sadə, mürəkkəb tezis planı qurmaq, kospekt, xülasə, referat yazmağı bacarmaq, onun məzmununu danışmaq;

-ölkəşünaslıq anlamı, dilini öyrəndikləri ölkənin adət-ənənələri ilə bağlı olan sosial-mədəni qaydalardan, nitq etiketlərindən düzgün istifadə etmək;

-rəsmi-işgüzar sahəsində ərizə, tərcüməyi-hal, izahatını yazmaq.

Ünsiyyət sahəsinə aid dialoji nitqi başa düşür və ünsiyyət qurur.

 Öyrənilən ixtisas mövzuları əsasında fikir mübadiləsi aparır, kiçik həcmli məruzə və ya təqdimatla çıxış edir.

 

Fənnin məzmunu

Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənnin öyrənilməsinin həm nəzəri, həm də praktiki əhəmiyyəti onunla bağlıdır ki, bu fənn tələbələrin ümumi bilik inkişafına, onlarda şifahi və yazılı nitq mədəniyyətinin yüksəlməsinə yardımçı olur. Tələbələr dilin qayda-qanunlarını dərindən mənimsədikcə ondan daha səmərəli, akademik səviyyədə və daha məqsədəuyğun istifadəyə nail olurlar. Ünsiyyət mədəniyyəti həm nitqin kommunikativ keyfiyyətlərinin məcmusu və sistemi, həm də bu sistemi öyrənən dilçilik elminin bir sahəsidir. Dil ünsiyyət üçün vacib olan ilk şərtdir. Lakin mədəniyyətlərarası qarşılıqlı əlaqənin uğuru və səmərəliliyi xalqların mədəniyyəti, adət-ənənələri, dəyərləri haqqında biliyi, dünyagörüşünün dərk olunması ilə müəyyənləşdirilir. Mədəniyyətlərarası ünsiyyət nəzəriyyəsinin banisi Edvard Hollun fikrincə, mədəniyyət ünsiyyətdir, ünsiyyət isə mədəniyyətdir [Hall 1959, 169]. Mədəniyyət ünsiyyətin sayəsində inkişaf edir.

Mədəni nitq danışanın nə haqqında, nə məqsədlə, harada, hansı şəraitdə, kiminlə  danışmasını mütləq nəzərə almağı, zəngin söz ehtiyatına malik olmaqla hər sözün, söz birləşməsi və frazeoloji ifadələrin semantikasını, onların yazılış və tələffüz qaydalarını, şifahi nitqdə intonasiya, fasilə, vurğu, mimika və jestlərin işlənmə məqamlarının yerini bilməyi, yazılı nitqdə orfoqrafiya və durğu işarələrin  qaydalarını mənimsəməyi, cümlə üzvlərinin düzgün sıralanması, sintaktik konstruksiyaların, əsas və köməkçi nitq hissələrinin, cümlə tiplərinin üslubi imkanlarını mətn daxilində qiymətləndirib yerində işlətməyi əsas şərt kimi irəli sürür. 

İxtisasından asılı olmayaraq hər bir mütəxəssis gələcəkdə insanlarla işləyəcəkdir. "Yüksək danışıq məsuliyyəti ilə" həyat sahələri var. Onlardan biri də həkimlik, tibb sahəsidir. Həkimlik  dil biliklərini tələb edən “linqvoaktiv” peşədir. Həkim  daima insanlarla ünsiyyətdə olur və öz nitqindən onlara təsir vasitəsi kimi istifadə edir. Buna görə də tədris zamanı əsas diqqət təhsil alan gələcəyin mütəxəssislərində kommunikativ səriştə formalaşdırmaqdan, onların ümumi nitq mədəniyyətini yüksəltməkdən, müasir Azərbaycan dili normalarını daha mükəmməl mənimsəməkdən, ünsiyyətin müxtəlif formalarından daha məharətlə istifadə etmək bacarığı aşılamaqdan ibarətdir.

Azərbaycan dilini xarici dil kimi öyrətdikdə böyük praktiki material istifadə olunur, tələbələrin şifahi nitq qabiliyyətini inkişaf etdirmək üçün praktik məşgələlər, əsasən, aşagıdakı istiqamətdə aparılır: mətnlərin ifadəli oxudan, şeir parçalarının əzbərlənməsindən, verilmiş müxtəsər cümlələrin genişləndirilməsi, müxtəlif mövzularda dialoqların tərtib edilməsindən, situativ oyunlar, yazılı nitqin inkişafında yazı işlərindən, mətn üzrə tapşırıqların və nitq etiketlərinə dair nümunələrin  istifadə edilməsindən. Məşğələlər zamanı tələbələrə ərizə, tərcümeyi-hal, annotasiya və digər əməli yazı nümunələrinin tərtib edilməsi qaydaları öyrədilir. 

Müasir mütəxəssis kommunikativ kompetensiyaya sahib olmalıdır. Hər bir şəxsin ünsiyyətin  formalaşması “Azərbaycan  dilində işgüzar və akademik kommunikasiya” fənnin tədrisi prosesində inkişaf etdirilir. Akademik savadın formalaşması təkcə oxuma və yazma bacarıqlarının inkişaf etməsi deyil, bu həm də müəyyən bir mədəniyyətinə uyğun düşüncə tərzinin inkişafıdır. Yaradılmış bacarıqlar tələbələrin akademik tərəqqisinə birbaşa təsir edir və onların uğurlu ictimailəşməsinə imkan yaradır.

Tədris üçün materialın seçimi tələbələrin ünsiyyət və dərk etmə ehtiyaclarına əsaslanaraq, həm də universitetin ixtisası ilə müəyyən edilmişdir. Proqramda “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya”  fənnin mövzusu, məqsədi, vəzifələri, metodları öz əksini tapır. Fənnin tədris edilməsi üçün 60 akademik saat nəzərdə tutulmuşdur.

Kurikulumda yeri: Elm və təhsil nazirliyi tərəfindən təsdiqlənmiş təhsil proqramına əsasən məcburi fəndir.

Fənnin tədris formatı

  1. Əyani.

Mövzular (praktik məşğələ)

                           Ədəbiyyat

Saat

1

“Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin mövzusu, məqsədi və vəzifələri. Hazırlıq kursunda keçilənlərin təkrarı. Sözün tərkibi kök və şəkilçilər (test tapşırıqları). Dialoq: “Tanışlıq”. Lüğət üzrə iş. Nitq etiketlərinin təkrarı.

Mənbə: R.Həbibi. Azərbaycan dili. Dərslik. Bakı-2010;

Tapşırıq:  Mənbələri oxumaq. Nitq etiketlərinin formalarından istifadə edərək kiçik dialoqlar hazırlamaq. Tələbələrə öz ölkələrində istifadə olunan nitq etiketləri ilə müqayisələr aparmağı tapşırmaq.

2

2

Əvəzlik. Əvəzliyin mənaca növləri

Ailə. Qohumluq bildirən sözlər. Sinonimlər. Oxu mətni: “Mənin ailəm”. Mətn və çalışmalar üzərində iş

Mənbə: Məhbubə Qurbanova, Mətanət Abdullayeva. Azərbaycan dili. Dərs vəsaiti. Bakı, 2008, 328 s.

Tapşırıq: Mətni öyrənmək. Mövzuya aid kiçik mətn yazmaq. Çalışmaları yerinə yetirmək. Qohumluq bildirən sözlərin öyrədilməsi, müqayisələrin aparılması.

2

3

Nitq hissələri. İsim. Xüsusi və ümumi  isimlər.

Oxu mətni nitq fəaliyyətinin bir prosesi və vahidi kimi: “Azərbaycanın paytaxtı  Bakı”. Mətn və çalışmalar üzərində iş

Mənbə: Məhbubə Qurbanova, Mətanət Abdullayeva. Azərbaycan dili. Dərs vəsaiti. Bakı, 2008, 328 s.

 Tapşırıq:  Paytaxt haqqında mətni oxumaq, onun məzmununu danışmaq, mətndəki xüsusi vəümumi sözləri göstərmək, mənasını izah etmək. Yeni sözlər öyrənmək və cümlələr qurmaq.

2

4

İsmin kəmiyyət kateqoriyası. İsmin xəbərlik  kateqoriyası.

Azərbaycan Respublikasının dövlət rəmzləri: bayraq, gerb, himn . İmla. Lüğət üzrə iş.

Mənbə: Məhbubə Qurbanova, Mətanət Abdullayeva. Azərbaycan dili. Dərs vəsaiti. Bakı, 2008, 328 s.

Tapşırıq: Verilmiş mətni öyrənmək. Yeni sözlərlə cümlələr qurmaq

2

5

İsmin mənsubiyyət kateqoriyası.

Oxu mətni: “ATU”. Mətn və çalışmalar üzərində iş

Mənbə: Məhbubə Qurbanova, Mətanət Abdullayeva. Azərbaycan dili. Dərs vəsaiti. Bakı, 2008, 328 s.

Tapşırıq: Mətni öyrənmək. Mövzuya aid verilmiş tapşırıqların yerinə yetirilməsi. Universitet barədə təəssüratın öyrənilməsi üçün sual-cavab təşkil etmək.

2

6

İsmin hal kateqoriyası. Adlıq, yiyəlik, yönlük halları

Dialoq: ““Dərsdə” (“At the lesson”). “Mühazirədə”. Lüğət üzrə iş.

Mənbə: Məhbubə Qurbanova, Mətanət Abdullayeva. Azərbaycan dili. Dərs vəsaiti. Bakı, 2008, 328 s.

Tapşırıq:  Mövzuya aid dialoqun qurulması. Mətn və çalışmalar üzərində iş.

2

7

İsmin hal kateqoriyası (ardı). Təsirlik, yerlik, çıxışlıq halları

Dialoq: “Gəlin  Azərbaycanca danışaq”. Lüğət üzrə iş.

Mənbə: Məhbubə Qurbanova, Mətanət Abdullayeva. Azərbaycan dili. Dərs vəsaiti. Bakı, 2008, 328 s.

Tapşırıq:  İsmin hallarını cümlədə işlətmək. Azərbaycan dili ilə ana dilindəki fərqləri qeyd etmək.

2

8

Feil. Antonimlər. Feilin məsdər forması (-maq,-mək). Təsdiq və inkarı.

Oxu mətni: “Nasteha Azərbaycanda”. Mətn və çalışmalar üzərində iş   

Mənbə: Məhbubə Qurbanova, Mətanət Abdullayeva. Azərbaycan dili. Dərs vəsaiti. Bakı, 2008, 328 s.

Tapşırıq: Hər hansı görməli yerlər haqqında çıxışın hazırlanması. Tarixi abidələrlə bağlı söhbətlərin aparılması. Yeni sözləri öyrənmək.

2

9

Feilin zamanları. İndiki zaman. Təsdiq və inkarı.

Oxu mətni: “Üzeyir Hacıbəyov”.  Mətn və çalışmalar üzərində  iş.

Mənbə: Məhbubə Qurbanova, Mətanət Abdullayeva. Azərbaycan dili. Dərs vəsaiti. Bakı, 2008, 328 s.

Tapşırıq: Verilmiş mövzuya aid dialoqun qurulması. Feilin zamanlarına uyğun sözləri seçib yazmaq.

2

10

Feilin keçmiş zamanı. Təsdiq və inkarı.

Bədən üzvləri.  İxtisasa uyğun mətn: “Skelet”. Mətn və çalışmalar üzərində iş.

Mənbə: Məhbubə Qurbanova, Mətanət Abdullayeva. Azərbaycan dili. Dərs vəsaiti. Bakı, 2008, 328 s.

Tapşırıq: İxtisasa uyğun mətn öyrənmək. Yeni sözlərlə cümlələr qurmaq. Bədən üzvlərinin öyrənilməsi. Müqayisələrin aparılması

2

11

 Feilin gələcək zamanı. Təsdiq və inkarı. Nitqdə feillərin zamana görə istifadəsi.

“Aptekdə”,”Optikada”, “Poliklinikada”,

 mövzularına aid dialoqun və poliloqun qurulması.

Mənbə: Məhbubə Qurbanova, Mətanət Abdullayeva. Azərbaycan dili. Dərs vəsaiti. Bakı, 2008, 328 s.

Tapşırıq: Yeni sözləri öyrənmək, onlarla cümlələr qurmaq. Mövzuya aid mətn yazmaq. Dialoqlara uyğun nitq etiketlərini öyrənmək.

2

12

Sifət. Sifətin müqayisə dərəcələri (adi, azaltma, çoxaltma). Hava proqnozu. Həftənin günləri.  İlin fəsilləri. Ayların adları. Rənglər.

Oxu mətni: “İl”.“Fəsillər”.(“Year”. “Seasons”) mətninin tərcüməsi. Mətn və çalışmalar üzərində iş

Mənbə: Məhbubə Qurbanova, Mətanət Abdullayeva. Azərbaycan dili. Dərs vəsaiti. Bakı, 2008, 328 s.

Tapşırıq: Müxtəlif fəsillərin gözəl və çətin tərəflərini izah etmək.

2

13

Say. Mənaca növləri. Vaxt. Saat. Ərzaq, qida. Meyvə-tərəvəz. “Bazarda”, “Dükanda” mövzusuna aid dialoqun qurulması. Lüğət üzrə iş.

Mənbə: Məhbubə Qurbanova, Mətanət Abdullayeva. Azərbaycan dili. Dərs vəsaiti. Bakı, 2008,  328 s.

Tapşırıq:“Dükanda” mövzusuna aid dialoqun qurulması. Yeni sözlərin öyrənilməsi və nitqdə istifadəsi. Ərzaq adlarının yazılış və deyiliş qaydasının öyrədilməsi.

2

14

İdi, imiş hissəciklərinin nitq hissələrinə qoşulduqda iş, hadisə haqqında sonradan verilən məlumatın bildirilməsi.

“Həkim qəbulunda” ( həkim - stomatoloqda, kardioloqda, terapevtdə, otolorinqoloqda, travmatoloqda) mövzularına aid dialoqun qurulması. Lüğət üzrə iş.

Mənbə: Məhbubə Qurbanova, Mətanət Abdullayeva. Azərbaycan dili. Dərs vəsaiti. Bakı, 2008, 328 s.

Tapşırıq: Dialoqları öyrənmək. Yeni sözləri cümlələrdə işlətmək.

2

15

Zərf. Zərflərin mənaca növləri: zaman, yer, kəmiyyət.

Oxu mətni: “Azərbaycanın görkəmli şəxsiyyətləri”.

Mətn və çalışmalar üzərində iş.

Mənbə: Məhbubə Qurbanova, Mətanət Abdullayeva. Azərbaycan dili. Dərs vəsaiti. Bakı, 2008, 328 s.

R.Həbibi. Azərbaycan dili. Dərslik. Bakı-2010.

Tapşırıq: Azərbaycanın hər hansı görkəmli şəxsiyyəti haqqında çıxış hazırlamaq. Müxtəlif ölkələrin görkəmli şəxsləri haqqında tələbələrdən məlumat almaq.

 Çıxışda istifadə olunan zərflərin növlərini müəyyən etmək. Yeni sözləri öyrənmək.

2

16

Zərf. Zərflərin mənaca növləri: tərzi-hərəkət, səbəb. Sual əvəzliklərinin təkrarı. Sual sözləri. “Dayanacaqda”, “Taksi sifarişi” mövzularına aid dialoqlar.  Lüğət üzrə iş.

Mənbə: Məhbubə Qurbanova, Mətanət Abdullayeva. Azərbaycan dili. Dərs vəsaiti. Bakı, 2008, 328 s.

Tapşırıq: Verilmiş mövzulara aid dialoqların qurulması. Yeni mövzulara uyğun nitq etiketlərinin öyrənilməsi.

2

17

Feilin şəkilləri: Əmr, vacib, şərt şəkilləri. 

Oxu mətni: “Gigiyena”. Mətn və çalışmalar üzərində iş. Lüğət üzrə iş.

Mənbə: Məhbubə Qurbanova, Mətanət Abdullayeva. Azərbaycan dili. Dərs vəsaiti. Bakı, 2008, 328 s.

Tapşırıq: Əmr, vacib və şərt şəkillərini istifadə etməklə mövzuya uyğun dialoq və mətnlərin hazırlanması.

2

18

Feilin şəkilləri: lazım, arzu

Zəfər tarixi. Oxu mətni:“Qarabağ Azərbaycandır”. “Bayraq günü”. Mətn və çalışmalar üzərində iş.

Mənbə: Məhbubə Qurbanova, Mətanət Abdullayeva. Azərbaycan dili. Dərs vəsaiti. Bakı, 2008, 328 s.

Tapşırıq: II Vətən müharibəsi, onun səbəbləri, xalqımızın bu müharibədə göstərdiyi əzm və rəşadət, torpaq uğrunda şəhid olan oğul və qızlarımız, qazilərimiz, müharibə iştirakçılarımız haqqında faktlar əsasında inşa yazmaq, slaydlar hazırlamaq, tədbir keçirmək.

2

19

Feilin mənaca növləri: məlum, məchul, qarşılıq-birgəlik, qayıdış, icbar, şəxssiz.

Asudə vaxt. İdman. Dialoq:“Asudə vaxtım”. Lüğət üzrə iş.

Mənbə: R.Həbibi. Azərbaycan dili. Dərslik. Bakı-2010;

 Azərbaycan dili. TDK-nın nəşri, Bakı 2014, 486 səhifə.

Tapşırıq: Mətni öyrənmək. Hər hansı bir asudə vaxt haqqında danışmaq. Qrammatik materialın möhkəmlənməsi üçün çalışmalarla işləmək.

2

20

Feili sifət (-an2).

Feili bağlama (-anda2, -ıb4, -a2)

Oxu mətni: “İçərişəhər”. Mətn və çalışmalar üzərində iş.

Mənbə: R.Həbibi. Azərbaycan dili. Dərslik. Bakı-2010;

Tapşırıq: Feli sifətlə feildən düzələn sifətlərə sual verməklə ayırmaq. Feili bağlamaları cümlədə işlətmək.

2

21

Qoşma (üçün, ilə, -la, -lə, kimi, görə, qədər, tərəf, dək). Nitqdə qoşmaların istifadəsi.

Yerləşdirmə. Cəhətlər. Ev əşyalarının mövqeyini, yerini bildirən söz və ifadələr. Oxu mətni: “Yeni mənzilimiz”,“ Our new flat” mətnləri. Mətn və çalışmalar üzərində iş.

Mənbə: R.Həbibi. Azərbaycan dili. Dərslik. Bakı-2010.

Tapşırıq: Mətni öyrənmək. Öz mənzilin haqqında danışmaq. Mövqe bildirən sözləri cümlələrdə işlətmək.

2

22

Bağlayıcı (və, amma, əgər). Ədat (ən). Nitqdə bağlayıcıların və ədatların  istifadəsi.

Menyuda nə var. Düzgün qidalanma.

Oxu mətni: “S.Vurğun”. “Restoranda”, “Kafedə”, “Yeməkxanada” adlı dialoqların qurulması. Lüğət üzrə iş

Mənbə: Məhbubə Qurbanova, Mətanət Abdullayeva. Azərbaycan dili. Dərs vəsaiti. Bakı, 2008, 328 s. Tapşırıq:  Bağlayıcıları cümlədə işlətməklə dialoqların qurulması.Uyğun nitq etiketlərinin istidadəsi

2

23

Modal sözlər (bəlkə, yəni).  Nitqdə  modal sözlərin  istifadəsi.

Mətnin Azərbaycan dilinə tərcüməsi: “At the library”. Lüğət üzrə iş.

Mənbə: Məhbubə Qurbanova, Mətanət Abdullayeva. Azərbaycan dili. Dərs vəsaiti. Bakı, 2008, 328 s.

Bonk N.A., Q.A.Kotiy, N.A.Lukyanova. Engilis dili dərsliyi, 1 hissə.-M., Dekont, 1998, 637 səh. Tapşırıq: Modal sözləri cümlədə işlətmək. Öz ölkələrinin məçhur kitabxanaları haqda danışmaq.

2

24

Cümlənin intonasiyaya görə növləri: nəqli, sual, əmr, nida cümlələri. İmlanın yazılması.

Oxu mətni:“Bayramlar və tarixi günlər”. Mətn və çalışmalar üzərində iş.

Yarımçıq, natamam mətn üzərində iş. Yazılı şəkildə verilmiş informasiyanın şifahi nitqlə ifadə edilməsi.

Mənbə: Məhbubə Qurbanova, Mətanət Abdullayeva. Azərbaycan dili. Dərs vəsaiti. Bakı, 2008, 328 s.

Gərayzadə M.Ə. English (ATU-nun hazırlıq şöbəsinin xarici dinləyiciləri üçün dərs vəsaiti). Bakı, Poliqrafiya, 2017.

Tapşırıq: Yeni sözlərin cümlələrdə işlədilməsi. Mövzuya aid dialoqların qurulması. Milli bayramlarımız barədə çıxışların hazırlanması. Müxtəlif ölkələrdə keçirilən milli bayramlar haqqına tələbələrdən məlumat almaq.

2

25

Nitqin əsas formaları.

Nitq fəaliyyətinin növləri: danışma, anlama, dinləmə, yazı, oxu. Şifahi və yazılı nitq  arasındakı fərqlər. Akademik  yazının və şifahi nitqin xüsusiyyətləri.

Azərbaycanın tarixi abidələri, görməli yerləri. Oxu mətni: “Heydər Əliyev Mərkəzi”. Şifahi şəkildə verilmiş informasiyanın yazılı nitqlə ifadə edilməsi.

Mənbə: Məhbubə Qurbanova, Mətanət Abdullayeva. Azərbaycan dili. Dərs vəsaiti. Bakı, 2008, 328 s.; İnternet resursları.

Tapşırıq: Yeni sözlərin cümlələrdə işlədilməsi. Durğu işarələrini istifadə etməklə cümlənin növünün dəyişilməsinə aid misallar yazmaq.

2

26

Dialoq mədəniyyəti. Poliloq.

“Həkim-pasiyent”. kommunikativ sisteminin xüsusiyyətləri. Qeyri-verbal ünsiyyət vasitələrdən tibdə istifadə edilməsi.  Tibbə aid ifadələr. Xəstəlik tarixçəsi.   “Tibbi yardım” mövzusuna aid dialoq və poliloqun qurulması. Lüğət üzərində iş.

Mənbə: Gərayzadə M.Ə. English (ATU-nun hazırlıq şöbəsinin xarici dinləyiciləri üçün dərs vəsaiti). Bakı, Poliqrafiya, 2017.

Tapşırıq: Mövzuya aid yeni sözləri öyrənmək və dialoqlarda işlətmək. Tələbələrə həkim-pasiyent münasibətlərində istifadə oluna biləcək nitq etiketlərini yazmağı tapşırmaq. 

 

 

2

27

Monoloji nitq. Tibbi ünsiyyətdə monoloji nitqin növləri və formaları.

Oxu mətni: “Xocalı faciəsi”.  Mətn və çalışmalar üzərində  iş.

Mənbə: R.Həbibi. Azərbaycan dili. Dərslik. Bakı-2010; İnternet resursları.

Tapşırıq: Mətni öyrənmək. Xocalı faciəsinin dəhşətləri haqqında tələbələrə fikirlərini yazmağı tapşırmaq. Mövzuya aid tapşırıqların yerinə yetirilməsi.

 

2

28

Rəsmi-işgüzar üslubun   xüsusiyyətləri. Əməli yazı nümunələri. Ərizə. İzahat

Telefon vasitəsilə işgüzar danışıq.

Mətnin Azərbaycan dilinə tərcüməsi “A telephone conversation”. Lüğət üzrə iş.

 Mənbə: Bonk N.A., Q.A.Kotiy,

 N.A.Lukyanova. Engilis dili dərsliyi, 1 hissə.-M., Dekont, 1998, 637 səh.;

Tapşırıq: Yeni sözləri öyrənmək, onlarla dialoqlar qurmaq. Telefonla danışarkən nəzakət qaydaları və nitq etiketləri üzərində işləmək.

2

29

Rəsmi-işgüzar üslubun   xüsusiyyətləri. Əməli yazı nümunələri. Tərcümeyi-hal. CV forması. Rəsmi tanışlıq.

Oxu mətni: “20 yanvar”. Mətn və çalışmalar üzərində iş.

Mənbə: Azərbaycan dili. TDK-nın nəşri, Bakı 2014, 486 səhifə;

Məhbubə Qurbanova, Mətanət Abdullayeva. Azərbaycan dili. Dərs vəsaiti. Bakı, 2008, 328 s.; İnternet resursları.

Tapşırıq: Rəsmi-işgüzar üslubun xüsusiyyətlərini öyrənmək. Tələbələrə ərizə nümunəsi yazdırmaq. Hər bir tələbəyə sadə tərcümeyi-halını yazdırmaq

2

30

Keçilənlərin təkrarı. İmtahana hazırlıq. Test tapşırıqları üzərində iş.

 

2

 

Tədris və öyrənmə metodları

    • seminarlar
    • praktik tapşırıqlar
    • təqdimatlar və müzakirələr
    • müstəqil iş/araşdırma
    • layihələr
    • rol oyunları
    • tapşırıq-əsaslı öyrənmə (task-based learning)

 

Sərbəst işlərin mövzuları:Mövzular (təxmini)

1

Azərbaycanın görməli yerləri

2

Nadir xəstəliklər

3

Məşhur Azərbaycan həkimləri

4

Sosial şəbəkələrin həyatımızda rolu

5

Xocalı faciəsi

6

Milli adət-ənənələrimiz

7

Azərbaycan yazıçıları

8

Milli mətbəximiz

9

Seçdiyim peşə

10

Azərbaycan Tibb Universiteti