Fənnin məqsədi:
Azərbaycan dilində işgüzar və akademik kommunikasiyanın məqsədi ictimai həyatda səmərəli davranışları, şifahi və yazılı ünsiyyət vərdişlərini formalaşdırmaq, mənimsətmək, bütün işgüzar resurslardan istifadə etməklə ümumi nitq mədəniyyətini yüksəltmək, dilin zənginliklərindən, söz ehtiyatından səmərəli istifadə qaydalarını öyrətmək, tələbələrə işgüzar ünsiyyətin nəzəriyyəsi və təcrübəsi sahəsində biliklər vermək, onların gələcəkdə peşəkar fəaliyyətlərini bu istiqamətdə formalaşdırmaq, inkişaf etdirməkdir.
Təhsil pilləsi: Orta ixtisas subbakalavriat
İxtisasın adı: Feldşer işi
Tədris edilən fənnin növü: Məcburi
AKTS: 4
Payız semestrində keçirilən fənlər
|
№ |
Fakültələr |
Kurs |
Fənlər |
Auditoriya saatları |
|
Praktik dərslər |
||||
|
1 |
Hərbi tibb fakültəsi |
I |
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya |
60 saat |
Fənnin kodu: HF – B03
Təhsil pilləsi: Əsas (baza) tibb təhsili- subbakalavr
İxtisas: Feldşer işi (Azərbaycan bölməsi)
Fənnin təlim nəticəsi:
1. Peşəkar fəaliyyətdə uğurlu rəqabət üçün zəruri olan dil vasitələrindən sərbəst və qrammatik cəhətdən savadlı istifadə etmək, elmi bilikləri tətbiq etmək, müxtəlif informasiya mübadiləsi aparmaq üçün kommunikativ səriştəliliyi formalaşdırmaqdır.
2. Azərbaycan dilinin fonetikası, orfoqrafiyası, orfoepiyası, leksikası və qrammatikasını öyrətmək və bunların əsasında ünsiyyəti formalaşdırmaq, kommunikativ münasibətə girmək bacarıqlarını aşılamaqdır.
3. Danışıq dili ilə akademik yazılı və şifahi nitqin xüsusiyyətlərini fərqləndirməyi öyrənir.
4. İctimai həyatda səmərəli davranışları, şifahi və yazılı ünsiyyət vərdişlərini formalaşdırmaq, mənimsətmək, bütün işgüzar resurslardan istifadə etməklə ümumi nitq mədəniyyətini yüksəltmək, dilin zənginliklərindən, söz ehtiyatından səmərəli istifadə qaydalarını öyrətmək.
5. Müasir tibbi mənbələrdən və internet resurslarından seçilmiş məqalə və məlumatları oxuyub, əsas fikirləri qeyd etmək, ümumiləşdirmək, icmal və ya təqdimat planı hazırlamaq bacarığı.
6. Dilin zənginliklərindən, söz ehtiyatından səmərəli istifadə qaydalarını öyrənmək bacarığı.
7. Gələcəkdə peşəkar fəaliyyətlərini formalaşdırmaq və inkişaf etdirmək bacarığı.
8. Verilən mövzular əsasında fikir bildirmək, məlumatlanmaq və Azərbaycan dilinin incəliklərinə yiyələnmək bacarığı.
9. Professional ünsiyyət sahəsinə aid dialoji nitqi başa düşür və ünsiyyət qurur.
10. Öyrənilən ixtisas mövzuları əsasında fikir mübadiləsi aparır, kiçik həcmli məruzə və ya təqdimatla çıxış edir.
Fənnin məzmunu
Auditoriya şəraitində, praktiki məşğələ ərzində tədrisi nəzərdə tutulan mövzular gündəlik həyatla bağlı ünsiyyət vərdişləri yaratmaq məqsədi daşıyır və Azərbaycan dilində bilik və bacarıqların (oxuyub-dinləyib anlama, yazı, danışıq) və ünsiyyət vərdişlərinin inkişafı ilə yanaşı gələcək mütəxəssislərin karyera bacarıqlarının da formalaşmasına zəmin ola bilər.
Kurikulumda yeri: Elm və təhsil nazirlii tərəfindən təsdiqlənmiş təhsil proqramına əsasən məcburi fəndir.
Fənnin tədris formatı
|
№ |
Mövzular (praktik məşğələ) |
Ədəbiyyat |
Saat |
|
1 |
Azərbaycan dilində İşgüzar və akademik kommunikasiya fənni haqqında ümumi məlumat. |
Mənbə: N.Məmmədli. Azərbaycan dilində İşgüzar və Akademik Kommunikasiya (dərslik). Bakı, “Elm və Təhsil”, 2021, səh. 20-30 Tapşırıq: İşgüzar kommunikasiya sahəsində ünsiyyət və nitq bacarıqlarını inkişaf etdirmək, şifahi və yazılı işgüzar ünsiyyətdə Azərbaycan dilinin imkanlarından optimal istifadə etmək bacarığını aşılamaq. Müasir dünyanın tələblərinə görə tələbələr işgüzar ünsiyyətin əsas janrlarının xüsusiyyətləri ilə (işgüzar söhbət, işgüzar danışıqlar, işgüzar görüş, mətbuat konfransı, telefon danışığı, müzakirə və s.) özünü təqdimetmənin əsaslarını öyrənməli, çıxış hazırlamaq və müşayiət olunan elektron təqdimatı düzgün təqdim etmək bacarığına xüsusi diqqət yetirməlidirlər. |
2 |
|
2 |
İşgüzar kommunikasiyanın vasitələri: verbal və qeyri-verbal kommunikasiya |
Mənbə: N.Məmmədli. Azərbaycan dilində İşgüzar və Akademik Kommunikasiya (dərslik). Bakı, “Elm və Təhsil”, 2021, səh. 31-58; İ.Əliyeva. Filologiya məsələləri №4, Bakı 2024, səh.138-146. Tapşırıq: Tibbə aid peşələrdə qeyri-verbal vasitələrin rolu və onların istifadəsi haqqında məlumat toplamaq. |
2 |
|
3 |
Ünsiyyət prosesində ədəbi dil normalarının gözlənilməsi. Fonetik norma və fonetik hadisələr |
Mənbə: N.Abdullayev. Nitq mədəniyyətinin əsasları. Dərs vəsaiti. Bakı, 2015; səh.124-125 A.Babayev. Azərbaycan dili və nitq mədəniyyəti (ali məktəblər üçün dərslik). Bakı 2015, səh. 151-154. Tapşırıq: Ünsiyyət prosesində ədəbi dil normalarının gözlənilməsi. Fonetik norma və fonetik hadisələr. Ədəbi dil və onun normaları haqqında ətraflı məlumat vermək, fonetik hadisələrin mahiyyətini izah etmək, sözlərin tələffüzündə onların rolunu qeyd etmək. Fonetik normanın pozulmasına aid nümunələr toplamaq. Mövzuya uyğun nümunələr seçmək, mətnlərdən fonetik hadisələrə aid çalışmalar hazırlamaq. |
2 |
|
4 |
Ünsiyyət prosesində ədəbi dil normalarının gözlənilməsi. Leksik norma |
Mənbə: N.Abdullayev. Nitq mədəniyyətinin əsasları. Dərs vəsaiti. Bakı, 2015, səh.125-134. Tapşırıq: Omonim, sinonim, antonim, frazeoloji birləşmələrə aid mətnlərdən parçalar yazmaq. Ədəbi dildə fonetik, leksik, normaların pozulmasına aid misallar gətirmək. |
2 |
|
5 |
Ünsiyyət prosesində ədəbi dil normalarının gözlənilməsi. Qrammatik norma. |
Mənbə: N.Abdullayev. Nitq mədəniyyətinin əsasları. Dərs vəsaiti. Bakı, 2015, səh.125-134. Tapşırıq: Qrammatika haqqında qısa məlumat, sözlərin morfoloji quruluşu, sintaktik əlaqələr, şəkilçi ardıcıllığı, cümlədə söz sırasının pozulması halları, qrammatik kateqoriyaların (mənsubiyyət, hal, zaman və s.) ədəbi dildə gözlənilməsi. Mövzuya uyğun nümunələr seçmək, mətnlərdən leksik və qrammatik normalara aid çalışmalar hazırlamaq. |
2 |
|
6 |
Ünsiyyət prosesində nitqin tələbləri: nitqin aydınlığı və təmizliyi |
Mənbə: N.Abdullayev. Nitq mədəniyyətinin əsasları. Dərs vəsaiti. Bakı, 2015, səh.34-39, 42-47. Tapşırıq: Mədəni nitqə verilən tələblər. Ünsiyyət prosesində nitqin aydınlığına, təmizliyinə əməl olunması. Nitqin aydınlığının pozulması halları, anlaşılmayan söz və terminlərin işlədilməsi, əcnəbi və dialekt sözlərin lüzumsuz yerə işlədilməsi, nitqin süni şəkildə mürəkkəbləşdirilməsi. Mövzuya uyğun nümunələr seçmək, mətnlərdən nitqin aydınlığı və təmizliyinə aid sözlər, ifadələr tapmaq. |
2 |
|
7 |
Ünsiyyət prosesində nitqin rabitəliliyi və münasibliyi |
Mənbə: N.Abdullayev. Nitq mədəniyyətinin əsasları. Dərs vəsaiti. Bakı, 2015, səh. 58-62. Tapşırıq: Nitqin təmizliyi, aydınlığı, rabitəliliyi, münasibliyi ilə əlaqədar nümunələr hazırlamaq, dövri mətbuatı, internet səhifələrini, kütləvi informasiya vasitələrinin səhifələrini izləmək, nitqə verilən tələblərin pozulmasına aid misallar yazmaq. |
2 |
|
8 |
Ünsiyyət prosesində nitqin yığcamlığı və zənginliyi |
Mənbə: N.Abdullayev. Nitq mədəniyyətinin əsasları. Dərs vəsaiti. Bakı, 2015, səh. 39-42, 51-53 Tapşırıq: Zəngin nitq üçün başlıca meyar geniş söz ehtiyatına malik olmaqdır. Dil ünsürlərinin müxtəlifliyi, rəngarəngliyi və çoxluğunu rəhbər tutaraq nitqin zənginliyinə aid nümunələr yazmaq. Antik dövrdən başlayaraq nitqin yığcamlığına verilən əhəmiyyət və natiqlik məktəblərində “lakonik nitqin” tədrisi haqqında məlumat toplamaq. Verilən mətnlərdən yığcamlığı pozan uzunçuluq və sözçülüyə nümunələr tapmaq. |
2 |
|
9 |
Akademik danışıqda nitqin keyfiyyətinə təsir edən amillər. Vurğu, fasilə |
Mənbə: N.Abdullayev. Nitq mədəniyyətinin əsasları. Dərs vəsaiti. Bakı, 2015, səh. 67-85 Tapşırıq: Nitq fasiləsi intonasiyanın ünsürü kimi. Nitq fasiləsinin həm məntiqi, həm də psixoloji funksiya daşıması. Nitq fasiləsi zamanı durğu işarələrinin işlənmə qaydaları. Bədii ədəbiyyat nümunələrindən istifadə edərək vurğu, onun növləri (heca vurğusu, məntiqi vurğu, həyəcanlı vurğu) və fasilə haqqında tapşırıqlar yazmaq. Bədii əbədiyyatdan məntiqi və həyəcanlı vurğuya aid nümunələr gətirmək. |
2 |
|
10 |
Akademik danışıqda nitqin keyfiyyətinə təsir edən amillər. Melodiklik, temp, tembr. |
Mənbə: N.Abdullayev. Nitq mədəniyyətinin əsasları. Dərs vəsaiti. Bakı, 2015, səh. 85-88. Tapşırıq: Ədəbi dil nümunələrindən parçalar yazmaq, M.Müşfiq, R.Rza, Ə.Kərim, R.Rövşən, Z.Yaqub və s. şeirlərindən istifadə edərək ifadəli oxu təşkil etmək. |
2 |
|
11 |
Dil və nitq |
Mənbə: N.Abdullayev. Nitq mədəniyyətinin əsasları. Dərs vəsaiti. Bakı, 2015, səh. 102-105. Tapşırıq: Natiqliyin tarixi və növləri. Qədim Yunanıstanda, Romada, Şərqdə, Rusiyada və Azərbaycanda yetişmiş natiqlər haqqında məlumatlar hazırlamaq. Demosfen, Sokrat, Məhəmməd Peyğəmbər, İbn Sina, N.Gəncəvi, H.Əliyev və digərləri. Dilin və nitqin fərqli xüsusiyyətlərini araşdırmaq. |
2 |
|
12 |
Yazılı və şifahi nitq |
Mənbə: N.Abdullayev. Nitq mədəniyyətinin əsasları. Dərs vəsaiti. Bakı, 2015, səh. 107-109. Tapşırıq: Dil və nitq haqqında məlumat toplamaq, yazılı və şifahi nitqin xüsusiyyətlərini araşdırmaq, Azərbaycan Respublikasının Prezidentinin Azərbaycan dili ilə əlaqədar imzaladığı fərman və sərəncamlar haqqında məlumatlarla tanış olmaq. |
2 |
|
13 |
Heydər Əliyev və ritorika |
Mənbə: F.Şiriyev. “Ritorika”. Dərs vəsaiti. Bakı 2014; E.A.Məmmədova. AMEA Tədqiqlər №3,4, Bakı 2024, səh. 15-19 Tapşırıq: Ritorikanın inkişafı və tarixi haqqında məlumatlandırma. Peşəkar natiq, ictimai-siyasi təfəkkür sahibi ümummilli lider H.Əliyevin nitqlərini dinləmək, çıxışlarının video çarxlarını izləmək. Bu çıxışlarda istifadə edilən nitqi orijinal edən atalar sözləri, tarixi hadisələr, mövzuya aid maraqlı nümunələr seçmək. |
2 |
|
14 |
Akademik natiqlik. İctimai-siyasi nitq |
Mənbə: N.Abdullayev. Nitq mədəniyyətinin əsasları. Dərs vəsaiti. Bakı, 2015, səh. 116-119. Tapşırıq: Akademik natiqliyə aid olan Ali məktəb auditoriyalarında oxunun mühazirələr, elmi konfrans, simpoziumlarda edilən məruzələrin, çıxışların nümunələri ilə tanış olmaq. Akademik natiqliyin qaydalarına riayət edərək seçilən mövzu üzrə çıxış hazırlamaq. Digər növlərə nisbətən daha çox inkişaf etmiş ictimai-siyasi nitq nümunələri ilə tanış olmaq. Prezidentin inaqurasiya nitqi, siyasi mövzularda mitinqlərdəki çıxışlardan parçalar dinləmək. |
2 |
|
15 |
Məhkəmə natiqliyi |
Mənbə: N.Abdullayev. Nitq mədəniyyətinin əsasları. Dərs vəsaiti. Bakı, 2015, səh. 119-123. Tapşırıq: Məhkəmə natiqliyinin yaranması, tarixi və keçdiyi inkişaf mərhələləri haqqında məlumatlandırma. Qədim Yunan, Roma, Rusiya və Azərbaycanda məhkəmə nitqləri ilə məşhur olan natiqlər haqqında məlumat toplamaq və bu mövzuda çıxışlar hazırlamaq. |
2 |
|
16 |
Monoloq və monoloji nitqin əsas növləri. Mühazirə, məruzə, çıxış. |
Mənbə: Fikrət Şiriyev. Azərbaycan dilinin nitq mədəniyyəti və ritorika. Bakı, “Nurlar” Nəşriyyat-Poliqrafiya mərkəzi, 2015, səh. 122-129. Tapşırıq: Klassik ədəbiyyat nümunələrindən monoloqlara aid misallar gətirmək, məhşur monoloqları tələbələrin arasında paylaşdırmaq, monoloji nitqin növlərinə aid tapşırıqlar hazırlamaq. |
2 |
|
17 |
Dialoq ünsiyyət forması kimi |
Mənbə: Fikrət Şiriyev. Azərbaycan dilinin nitq mədəniyyəti və ritorika. Bakı, “Nurlar” Nəşriyyat-Poliqrafiya mərkəzi, 2015, səh. 111-115. Tapşırıq: Şair və yazıçılarımızın əsərlərindən, eyni zamanda gündəlik məişət həyatımızda rastlaşdığımız situasiyalara uyğun dialoqlar hazırlamaq. İntra – və interprofessional ünsiyyət zamanı aparılan dialoqların hazırlanması |
2 |
|
18 |
Kütlə qarşısında çıxışın ümumi qaydaları və əsas vasitələri |
Mənbə: Fikrət Şiriyev. Azərbaycan dilinin nitq mədəniyyəti və ritorika. Bakı, “Nurlar” Nəşriyyat-Poliqrafiya mərkəzi, 2015, səh. 221-226. Tapşırıq: Tələbələrin hər hansı mövzu ilə əlaqədar çıxış hazırlaması. Çıxışda tələb olunan qayda-qanunlara və çıxışın əsas vasitələrinə əməl etməsi. |
2 |
|
19 |
İşgüzar prosesdə etik qaydalar: müraciət formaları, sualvermə, söhbətə qoşulma, cavabvermə |
Mənbə: N.Abdullayev. Nitq mədəniyyətinin əsasları. Dərs vəsaiti. Bakı, 2015, səh. 213-225. Tapşırıq: Nitqin etik məsələləri mədəni nitqin əsas şərtlərindən biri kimi. “Etika” termini. Nəzakətli danışıq tərzi, müraciət formalarından düzgün istifadə olunması nitqin etik mədəniyyətinin vacib şərtləri kimi. Sualvermə, söhbətəqoşulma, şad və ya bəd xəbərin çatdırılması, başqasını dinləmək bacarığı, nitqə müdaxilə, rəy söyləməklə əlaqədar nümunələr hazırlamaq. Peşə etikası haqqında məlumat toplamaq. |
2 |
|
20 |
Ünsiyyət prosesində dinləmə bacarığı |
Mənbə: N.Abdullayev. Nitq mədəniyyətinin əsasları. Dərs vəsaiti. Bakı, 2015, səh. 225-226. Tapşırıq: Bədii ədəbiyyatdan, dövri mətbuatdan, elmi mənbələrdən, dərs prosesində yaranan dialoqlardan istifadə edərək nümunələr hazırlamaq. |
2 |
|
21 |
Diskussiya mədəniyyəti |
Mənbə: N.Abdullayev. Nitq mədəniyyətinin əsasları. Dərs vəsaiti. Bakı, 2015, səh. 244-248. Tapşırıq: Müxtəlif mövzularda müzakirələr aparmaq, diskussiyalar keçirmək və söhbətlər aparmaq. |
2 |
|
22 |
İşgüzar və akademik danışıqda rəy söyləmək, münasibət bildirmək |
Mənbə: N.Abdullayev. Nitq mədəniyyətinin əsasları. Dərs vəsaiti. Bakı, 2015, səh. 228-233 Tapşırıq: Fakültələr üzrə hər tələbə öz nitqində olan müraciət formalarını qruplaşdırıb “Etika nədir?” mövzusunda 3-5 dəqiqəlik nitq hazırlasın. Ümummilli lider H.Əliyevin xalqla görüşü, ünsiyyəti, çıxışlarından nümunələr gətirmək. |
2 |
|
23 |
Peşə etikası |
Mənbə: İ.B.Əliyeva. Filologiya məsələləri №2, Bakı 2024, səh. 365-371. Tapşırıq: Peşə etikası, davranış qaydaları, etik münasibətlər mövzusunda mətn hazırlamaq, situasiyalar qurmaq |
2 |
|
24 |
Xəstəlik tarixçəsi. |
Mənbə: S.Ə.Kadiyeva. Nitq mədəniyyəti kursuna aid əməli tapşırıqlar. (Tədris-metodiki tövsiyələr). II hissə - Bakı: Mütərcim, 2016 - səh.56-57. Tapşırıq: Tələbələrə nümunə paylayaraq nümunədə ixtisasa uyğun verilən sualları cavablandırmaq. |
2 |
|
25 |
Ədəbi dilin üslubları: Elmi üslub |
Mənbə: N.Abdullayev. Nitq mədəniyyətinin əsasları. Dərs vəsaiti. Bakı, 2015, səh. 194-199, 201-202. Tapşırıq: Elmi üslub milli elmi təfəkkürün təzahür forması kimi. Məntiqilik, ardıcıllıq, konkretlik, dəqiqlik və termin çoxluğu elmi üslubun fərqli əlamətləri kimi verilir. Qrammatik formalardan qənaət prinsipi ilə istifadə, cümlədə daha çox isim və sifətlərin işlənməsi, işarə əvəzliklərinə üstünlük verilməsi, mürəkkəb cümlə quruluşu, elmi anlayışların dəqiq tərifi, ifadələrin məntiqililiyi, obyektivliyi, yığcamlığı, terminlər, elm və texnikanın müxtəlif sahələrində prosesləri təsvir edən ümumi sözlər və s. elmi üslubun tipik xarekterik xüsusiyyətləridir. Elmi üsluba aid nümunələr gətirmək. |
2 |
|
26 |
Rəsmi-işgüzar üslub. Əməli yazıların tərtibi. Ərizə. İzahat
|
Mənbə: N.Abdullayev. Nitq mədəniyyətinin əsasları. Dərs vəsaiti. Bakı, 2015, səh.202-203, səh. 204-205. Tapşırıq: Əməli yazılar rəsmi-işgüzar üslubun ənənəvi formullar sistemi, standart nümunə və təlimatlarda möhkəmlənən sənədin səlis, aydın, savadlı və məzmunlu tərtib edilməsi üçün istifadə olunan qayda və vasitələrin məcmusudur. Buraya daxil olan ərizə və izahat daxildir. Ərizələrin məzmunca fərqli olan nümunələri ilə tanış olub şikayət və xahiş ərizələri yazmaq. İzahatın yazılış forması və nümunələri ilə tanış olmaq və fərqli mövzulara aid izahat yazmaq. |
2 |
|
27 |
Əməli yazıların tərtibi. Tərcümeyi-hal. CV-forması |
Mənbə: N.Abdullayev. Nitq mədəniyyətinin əsasları. Dərs vəsaiti. Bakı, 2015, səh. 206-207. Tapşırıq: CV ünvanlanan şəxsdə ilk fikir formalaşmasına səbəb olan vasitədir. Ona görə də CV hazırlayan özünü tərənnüm etməyəi bacarmalıdır. CV bir çox dövlət idarələri və müəssisələrində istifadə olunan tərcümeyi-halın analoqudur. Lakin CV-dən fərqli olaraq tərcümeyi-hal sərbəst şəkildə tərtib olunur və əllə yazılır. Hər tələbə öz tərcümeyi-halını yazsın, CV formasını hazırlasın. |
|
|
28 |
Əməli yazıların tərtibi. Protokol. Hesabat |
Mənbə: N.Abdullayev. Nitq mədəniyyətinin əsasları. Dərs vəsaiti. Bakı, 2015, səh. 207 Tapşırıq: Dəftərxana – kargüzarlıq işində, rəsmi dövlət işlərində ən çox müraciət olunan sənədlərdən biri protokol növü ilə tanış olmaq. Tələbələrin fərqli mövzulara aid iclas protokollarını tərtib etmək. Hesabatın yazılış qaydaları ilə tanış olmaq. Fərqli mövzulara aid hesabat yazmaq. |
29 |
|
29 |
İşgüzar məktublar. Epistolyar üslub |
Mənbə: N.Məmmədli. Azərbaycan dilində İşgüzar və Akademik Kommunikasiya (dərslik). Bakı, “Elm və Təhsil”, 2021, səh.462-470. B.Xəlilov. Azərbaycan dilində İşgüzar və akademik kommunikasiya. Bakı, “Adiloğlu” nəşriyyatı, 2021, səh.166-176. Tapşırıq: Məktub yazışmanın ən qədim növlərindəndir. Tələbələr onun növləri: ədəbi məktublar, şəxsi məktublar, işgüzar məktublar və s. haqqında məlumatlanmalı, işgüzar məktublar və onların növlərinə aid nümunələr hazırlamalı, məktub yazarkən yazı qaydaları sisteminə əməl etməlidirlər. |
27 |
|
30 |
İmtahana hazırlıq |
Tələbələrlə keçilənləri təkrarlamaq |
2 |
Tədris və öyrənmə metodları
Sərbəst işlərin mövzuları:
|
№ |
Mövzuların adları |
|
1 |
Milli qəhrəmanlarımız |
|
2 |
Qarabağ müharibəsində fədakarlıq və qəhrəmanlıq göstərən həkimlərimiz və tibb işçilərimiz |
|
3 |
Reklamlarda rastlaşdığımız qüsurlar |
|
4 |
Səlahiyyətli şəxs olsam ölkəm üçün nə edərdim? |
|
5 |
Son dövrdə tibdə olan yeniliklər (70 il ərzində) |
|
6 |
Kütləvi informasiya vasitələrinin dilimizə təsiri |
|
7 |
Zəfər tarixi |
|
8 |
Azərbaycanın tanınmış həkimləri |
|
9 |
Respublikamızın bölgələrinə xas olan xəstəliklər |
|
10 |
Sosial şəbəkələr. (Mənfi və müsbət tərəfləri) |