Bizi izləyin:
Heydər Əliyev
Akademik yazi və etika (Əczaçılıq menecmenti, Səhiyyə menecmenti)
Bölmələrimiz
Akademik yazi və etika (Əczaçılıq menecmenti, Səhiyyə menecmenti)

 

Fənnin məqsədi: Fənnin ali məktəblərdə tədrisində məqsəd bakalavr, magistr və doktorantlara akademik mətnlərin müxtəlif janrlarının tərtibi haqqında biliklər vermək,onların redaktəsi; şəxsi ideyaların yaranması bacarığını inkişaf etdirmək və onun elmi mətn şəklində korrekt üslubda tərtibidir.

Təhsil pilləsi:  Magistr

İxtisasın adı: Əczaçılıq menecmenti, Səhiyyə menecmenti

Tədris edilən fənnin növü: Məcburi

AKTS: 2

Payız semestrində keçirilən fənlər

Şöbə

Kurs

Fənlər

Auditoriya saatları

Praktik dərslər

1

Magistratura

 

Akademik yazi və etika

 

30 saat

 

Fənnin kodu: HF – B03

Təhsil pilləsi:  Magistratura

İxtisas:  Əczaçılıq menecmenti, Səhiyyə menecmenti

Tədris dili: Azərbaycan

Fənnin təlim nəticəsi:

1. Akademik yazının məqsəd və prinsiplərini izah edə biləcək, elmi üslubun tələbələrinə uyğun yazılı fikir ifadəsi bacarığına malik olacaq;

2. Elmi mətnlərin quruluşunu (giriş, əsas hissə, nəticə, ədəbiyyat siyahısı) analiz edə bilmə və müstəqil tətbiq edə bilmə bacarığı;

3. İstinadetmə və biblioqrafik yazı qaydalarını düzgün şəkildə istifadə etmə;

4. Akademik mühitdə etik davranış normalarına (dürüstlük, obyektivlik, cavabdehlik) yiyələnmə və gələcək fəaliyyətlərində bu vərdişlərdən istifadə etmə;

 5. Müstəqil və tənqidi təfəkkürə əsaslanan akademik yazı nümunələri (referat, tezis, məqalə, tədqiqat işi və.s) hazırlaya bilmə bacarığı.

 

Fənnin məzmunu

Hər bir mütəxəssis, müəllim seçdiyi ixtisasın peşəkarı olmaq üçün öz sahəsində nəzəri və praktik cəhətdən hazırlıqlı olmaqla yanaşı, eyni zamanda professional mühitdə akademik ünsiyyətə, professional akademik kommunikasiyada iştiraka, elmi sferada professional cəmiyyətin nümüyəndələri ilə akademik səviyyədə  kommunikasiyaya hazır olmalıdır. Bu mənada ali məktəblərdə akademik kommunikasiya vərdişlərinə yiyələnmək üçün bu fənnin tədris olunması, gənc mütəxəssislərin akademik yazı qaydalarını mənimsəməsi çox vacibdir.

Kurikulumda yeri: Elm və təhsil nazirlii tərəfindən təsdiqlənmiş təhsil proqramına əsasən məcburi fəndir.

Fənnin tədris formatı

  1. Əyani

Mövzular (praktik məşğələ)

                           Ədəbiyyat

Saat

1

Akademik və peşəkar yazının mahiyyəti, funksiyaları və xarakterik xüsusiyyətləri

Mənbə: M.A.İsmayılova. Azərbaycan dilində akademik kommunikasiyanın aktual problemləri, Bakı 2022

Tapşırıq: “Təhsil sistemində yeniliklər” haqqında bir akademik, bir məişət üslubunda tapşırıq yazmaq. Alınan fərqlilikləri əks etdirən cədvəl tərtib etmək.

2

2

Akademik üslub və dil xüsusiyyətləri (obyektivlik, dəqiqlik, məntiqilik), akademik yazıda ədəbi dil normaları.

Mənbə: Əhmədova S. Azərbaycan dilində işgüzar və akademik kommunikasiya, Bakı; 2024, Hacıyev T.İ. Azərbaycan ədəbi dilinin tarixi. I hissə Bakı: Elm, 2012.

Tapşırıq: Elmi üslubun monoqrafiya, tezis, elmi icmal, və.s.  haqqında ilkin məlumatlara yiyələnə bilmək. 10 cümləlik obyektiv, məntiqi və dəqiq ifadələrlə mətn qurmaq.

2

3

Tədqiqat mövzusunun seçilməsi, formalaşdırılması və dəqiqləşdirilməsi yolları,tədqiqatçılıq qabiliyyətinin formalaşdırılması

Mənbə: S.Məmmədova. Akademik yazı üzrə bələdçi. Bakı, 2014, R. Əliyev. Elmi işlərin yerinə yetiriliməsi metodikası. Bakı.2016.

 

Tapşırıq:  Magistrant öz maraq dairəsindən çıxış edərək bir tədqiqat mövzusu seçir və onu aşağıdakı kimi formalaşdır:

• Mövzunun adı

• Problemin aktuallığı

• Məqsəd və vəzifələr

• Obyekt və predmet

2

4

Akademik məqalədə məqsəd, vəzifələr və metodologiyanın müəyyənləşdirilməsi.

Mənbə: Rezo Əliyev. Elmi işlərin yerinə yetirilməsi metodikası. (Elmi layihələrin, diplomvə dissertasiya işlərinin uğurlu hazırlanmasına dair vəsait) Bakı 2016.

Tapşırıq: Sadə bir tədqiqat ideyası üçün məqsəd, vəzifələr və metodologiya hissəsini yazmaq. Məsələn: “Sosial mediadan asılılığın gənclərin təhsilinə təsiri”.

2

5

Mənbələrlə işləmək (mənbə toplama, elmi məlumat bazaları və elektron kataloqlardan istifadə imkanları və qaydaları), biblioqrafik təsvirin hazırlanması üsulları və standartları.

Mənbə: Əhmədova S. Azərbaycan dilində işgüzar və akademik kommunikasiya, Bakı, 2024 ; Əliyev R.  Elmi işlərin yerinə yetirilməsi metodikası.  Bakı, 2016.

 

Tapşırıq: Elektron kataloqda mövzuya uyğun bir məqaləni  taparaq onun əsas məlumatlarını qeyd etmək.

2

6

Akademik etika (tədqiqatda dürüstlük, müəllif hüququ).

Mənbə: Rezo Əliyev. Elmi işlərin yerinə yetirilməsi metodikası. (Elmi layihələrin, diplomvə dissertasiya işlərinin uğurlu hazırlanmasına dair vəsait) Bakı 2016

Tapşırıq: Müəllif hüququnun pozulduğu halları əks etdirən 5 situasiya  yazıb, orada hansı etik prinsiplərin pozulduğunu izah etmək.

2

7

Plagiat və onun növləri (plagiatın qarşısını alma yolları).

Mənbə: Əliyev R.  Elmi işlərin yerinə yetirilməsi metodikası.  Bakı, 2016

Tapşırıq: Qısa bir mətn verilir, magistrant həmin mətni plagiat olmadan parafraz etməlidir.

2

8

İstinadetmə, sitatgətirmə və parafraz. (Sitatgətirmə-Vasitəsiz nitq, Sitatgətirmə-Vasitəli nitq.

Mənbə: Etibar Nəcəfov.İctimai elmlərdə akademik yazı və tədqiqat metodları. Bakı: Mütərcim, 2017; Akademik yazı üzrə bələdçi (layihə rəhbəri: Sevinc Məmmədova). Bakı: 2014;İsmayılova M.A. Azərbaycan dilində akademik kommunikasiyanın aktual problemləri. Bakı, ADPU, 2022.

 

Tapşırıq: Bir elmi mənbədən cümlə seçərək  onu 3 şəkildə yazmaq:

1. Vasitəsiz sitat

2. Vasitəli sitat

3. Parafraz

2

9

Annotasiya yazma prinsipləri və akademik yazıda tətbiqi, referatın hazırlanması: strukturu, məzmunu və yazılma qaydaları.

Mənbə: M.A.İsmayılova, Azərbaycan dilində akademik kommunikasiyanın aktual problemləri, Bakı 2022.

 

Tapşırıq:        

• 1 səhifəlik məqaləyə 3-4 cümləlik annotasiya yazmaq.

• Kiçik bir mövzu seçib  (məsələn, “Ekoloji problemlər”) referatın strukturunu hazırlamaq: giriş, əsas hissə, nəticə.

2

10

Tədqiqat hesabatlarının hazırlanması və təqdimatının təşkili, akademik təqdimat və seminar etikası.

Mənbə: Rezo Əliyev. Elmi işlərin yerinə yetirilməsi metodikası. (Elmi layihələrin, diplomvə dissertasiya işlərinin uğurlu hazırlanmasına dair vəsait) Bakı 2016; İsmayılova M.A. Azərbaycan dilində akademik kommunikasiyanın aktual problemləri. Bakı, ADPU, 2022.

Tapşırıq:

• Sadə bir tədqiqat mövzusu üzrə təqdimat planı hazırlamaq (PowerPoint üçün slayd planı kimi).

• “Seminar zamanı necə davranmaq lazımdır”? mövzusuna hazırlaşmaq.

2

11

Beynəlxalq jurnallar üçün yazı standartları, indekslər, tezislər və konfrans materialları.

Mənbə: M.A.İsmayılova, Azərbaycan dilində akademik kommunikasiyanın aktual problemləri, Bakı 2022, Əliyev R.  Elmi işlərin yerinə yetirilməsi metodikası.  Bakı, 2016.

Tapşırıq:   3 beynəlxalq elmi jurnalın adını və istiqamətini tapmaq.

2

12

Dissertasiya akademik yazı janrı kimi, magistr dissertasiyası elmi tədqiqat işi kimi, dissertasiyanın strukturu (titul vərəqi, mündəricat, əsas hissə (dissertasiyanın məzmunu), nəticə, əlavələr).

Mənbə: Etibar Nəcəfov.İctimai elmlərdə akademik yazı və tədqiqat metodları. Bakı: Mütərcim, 2017; Akademik yazı üzrə bələdçi (layihə rəhbəri: Sevinc Məmmədova). Bakı: 2014.

Tapşırıq:

• Dissertasiyanın strukturunu cədvəl halında yazmaq.

• Hansı hissə nə üçün vacibdir — hər birinin funksiyasını qısaca izah etmək.

2

13

Dissertasiyanın giriş hissəsi (tədqiqatın işlənmə dərəcəsi, ob­yekti və predmeti, məq­səd və vəzifələri, müd­dəaları, elmi yeniliyi və aktuallığı və. s.).

Mənbə: S. Məmmədova, V.Qasımova, V.Əyyub, Akademik yazı üzrə bələdçi, Bakı, 2014, Əliyev R.  Elmi işlərin yerinə yetirilməsi metodikası.  Bakı, 2016.

 

Tapşırıq:  

• Öz seçdiyi tədqiqat mövzusu üçün giriş hissəsinin planını yazmaq:

• Mövzunun aktuallığı

• Məqsəd və vəzifələr

• Yenilik

2

14

Avtoreferat, onun mahiyyəti və məqsədi, tərtib qaydası.

Mənbə: Etibar Nəcəfov.İctimai elmlərdə akademik yazı və tədqiqat metodları. Bakı: Mütərcim, 2017.

Tapşırıq: 

• Sadə bir tədqiqat işinə avtoreferat nümunəsi hazırlamaq (1 səhifə).

• Avtoreferatla dissertasiya arasındakı fərqi qeyd etmək.

2

15

İmtahana hazırlıq

Magistrantlarla  keçilənləri təkrarlamaq

2

 

Tədris və öyrənmə metodları

    • seminarlar
    • praktik tapşırıqlar
    • təqdimatlar və müzakirələr
    • müstəqil iş/araşdırma
    • layihələr