Bizi izləyin:
Heydər Əliyev
Əczaçılıq menecmenti
Bölmələrimiz
Əczaçılıq menecmenti

N

Fakültələr

kurs

Fənlər

Auditoriya saatları

1

Əczaçılıq

III

Əczaçılıq menecmenti

46 (təcrübə)

 

   “Əczaçılıq menecmenti” fənni fundamental menecment elminin bütün aspektlərini nəzərə alaraq, idarəetmə prinsip və üsullarının əczaçılıq təcrübəsi sahəsində tətbiqini xarakterizə edir.      Menecment çoxistiqamətli və çoxmərhələli proses olduğuna görə əczaçılıq müəssisəsinin strukturunun hər bir səviyyəsində fərqli idarəetmə üsullarının tətbiqini tələb edir. Eyni zamanda müasir dövrdə  menecmentin bir çox fəaliyyət növü mövcuddur: maliyyə menecmenti, insan resursların menecmenti, sosial menecment, strateji və operativ menecment və s.  Bu fənnin dərk edilməsi əczaçılıq sahəsində kompetent, bilikli və bacarıqlı mütəxəssislərin hazırlanmasına kömək edir.

Təhsil pilləsi:  Əsas (baza) ali tibb təhsili

İxtisas: Əczaçılıq

Fənnin məqsədi: 

Menecmentin elmi və praktiki aspektlərinin, müasir idarəetmə prinsiplərinin öyrədilməsi, gələcəkdə əczaçılıq sahəsində  effektiv sahibkarlıq fəaliyyətini həyata keçirilməsi üçün müasir, peşəkar kadrların hazırlanması. 

Fənnin təlim nəticələri:

Məzun kursun sonunda:

1. Menecment elminin inkişaf mərhələləri və idarəetmə məktəblərini xarakterizə edən xüsusiyyətlərini bilir;

2. Əczaçılıq müəssisəsinin effektiv idarəedilməsi üçün özündə lazım olan liderlik xassələrinin yetişdirilməsini bacarır;

3. Əczaçılıq müəssisəsinin məqsəd və vəzifələrinə uyğun olaraq departmentalizasiya və düzgün əmək bölgüsünün aparılmasını bacarır;

4. Əczaçılıq müəssisəsində insan resurslarının idarəedilməsi prosesinin bütün mərhələlərinin təhlil edilməsini bacarır;

5. Əczaçılıq sahəsində fəaliyət zamanı yaranan münaqişələrin idarəedilməsini və düzgün kommunikasiyaların yaradılmasını bacarır;

6. Əczaçılıq müəssisəsinin rəqabətliliyinin təmin edilməsi və  marketinqin həyata keçirilməsi üçün SWOT analiz matrisasının qurulmasını bacarır;

7. Əczaçılıq müəssisəsinin xüsusiyyətlərini nəzərə alaraq biznes-planın tərtib etmə prinsiplərini bilir.

 

Fənnin məzmunu

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi  tərəfindən müəyyən edilmiş məcburi fəndir.

Əczaçılıq sahəsinin inkişafı, sahibkarlıq fəaliyyətində yeniliklər, bazar münasibətləri şəraitində rəqabətin güclənməsi nəticəsində əczaçılıq müəssisələrinin rəhbərlik qarşısında yeni vəzifə və öhdəlikləri qoyulub. Bu da, öz növbəsində, səhiyyə sistemində əczaçıların fəaliyyətinin müxtəlifliyinə, vəzifə və məsuliyyətinin artmasına gətirib çıxardıb.  Konseptual olaraq əczaçılıq yardımının göstərilməsində yeni texnologiyaların və idarəetmə metodlarının tətbiqi kursun proqramında öz əksini tapıb. “Əczaçılıq menecmenti” fənnin məzmunu idarəetmə praktikasında  müşahidə olunan dəyişikliklərlə əlaqədar olaraq daimi yenilənir, bu fənnin tədrisində müasir  yanaşmaların və məlumatların tətbiqinə zəruriyyət yaranır.

Mövzu (praktik məşğələ)

Readings (Ədəbiyyat)

Saat

1

Əczaçılıq sahəsində biznes və menecment. Sahibkarlıq fəaliyyəti. Biznes etikası. Əczaçılıq müəssisəsi biznes subyekti kimi. 

Abbasov A.B. və müəlliflər. Biznesin təşkili və idarə edilməsi. Dərslik. Bakı: «İqtisad universiteti», 2011,  s. 9-20, 26-32, 49-61

AR sahibkarlıq fəaliyyəti haqqında qanun

http://www.e-qanun.az/framework/7920   

4

2

Menecment nəzəriyyəsi. Menecmentin inkişaf mərhələləri və elmi idarəetmə məktəbləri.  İdarəetmə prosesinin mərhələləri (planlaşdırma, təşkiletmə, istiqamətləndirmə, koordinasiya, nəzarət) və onların qarşılıqlı əlaqəsi

Vəliyeva M.N., Cəlilova K.İ., Zülfüqarova N.S., Mansurova L.N. Əczaçılıq menecmentinin əsasları. Bakı, “Təbib”. 2017, s. 18-28

Dessele Sh.P., Zgarrick D.P., Alston G.L. Pharmacy management: Essentials for all practice settings., 3rd edition 2012, 716 p.

4

3

Əczaçılıq biznes strukturu. Bazar subyektlərinin xarakteristikası: mülkiyyət forması, təşkilati-hüquqi statusu, həcmi və s.

  Abbasov A.B. və müəlliflər. Biznesin təşkili və idarə edilməsi .Dərslik. Bakı: «İqtisad universiteti», 2011, s. 20-26, 171-188

AR mülkiyyət haqqında qanun

https://e-qanun.az/framework/10221

4

4

Müəssisənin daxili və xarici mühiti. Əczaçılıq müəssisəsinin həyat sikli. Müəssisələrdə departmentalizasiya üsulları.

Vəliyeva M.N., Cəlilova K.İ., Zülfüqarova N.S., Mansurova L.N. Əczaçılıq menecmentinin əsasları. Bakı, “Təbib”. 2017, s. 28-40

 

4

5

Liderlik idarəetmə prinsipi kimi.  Liderin xassələri: bilik və bacarıqları. Meneceri liderdən fərqləndirən xüsusiyyətlər. Motivasiya.   Formal və qeyri-formal qruplar.   Özünə menecment anlayışı. Taym menecment.

Vəliyeva M.N., Cəlilova K.İ., Zülfüqarova N.S., Mansurova L.N. Əczaçılıq menecmentinin əsasları. Bakı, “Təbib”. 2017, s. 94-114, 114-141

Dessele Sh.P., Zgarrick D.P., Alston G.L. Pharmacy management: Essentials for all practice settings., 3rd edition 2012, 716 p.

4

6

Əczaçılıq müəssisələrində “İnsan resursları” menecmenti. “Əmək kollektivi” anlayışı, onu xarakterizə edən aspektlər. Əmək münasibətlərinin tənzimlənməsi. Kadrlar üzrə menecerin funksiyaları. İşə qəbulu haqqında müqavilə və digər sənədlər.  

Vəliyeva M.N., Cəlilova K.İ., Zülfüqarova N.S., Mansurova L.N. Əczaçılıq menecmentinin əsasları. Bakı, “Təbib”. 2017, s. 174-191

Dessele Sh.P., Zgarrick D.P., Alston G.L. Pharmacy management: Essentials for all practice settings., 3rd edition 2012, 716 p.

4

7

Əczaçılıq müəssisələrində əmək bölgüsü. Əczaçılıq müəssisəsində kommunikasiyanın qurulması.  Əczaçılıq müəssisələrində münaqişələrin idarəedilməsi. 

Vəliyeva M.N., Cəlilova K.İ., Zülfüqarova N.S., Mansurova L.N. Əczaçılıq menecmentinin əsasları. Bakı, “Təbib”. 2017, s. 81-94, 141-159

Dessele Sh.P., Zgarrick D.P., Alston G.L. Pharmacy management: Essentials for all practice settings., 3rd edition 2012, 716 p.

4

8

Əczaçılıqda logistik əməliyyatlar və onların idarəolunması. Logistik zəncirinin formalaşması. Təchizatçıların seçim meyarlları. 

Vəliyeva M.N., Cabbarova Ş.A. Əczaçılığın idarəolunması və iqtisadiyyatı. Bakı, “Şərq-Qərb”nəşriyyat evi, 2013,fəsil 3, s.52-87

4

9

Əczaçılıqda əmtəə siyasəti. Çeşid siyasəti. Əmtəənin həyat dövrü konsepsiyası  Merçandayzinqin əsasları.

Cəlilova K.İ., Zülfüqarova N.S., Mansurova L.N. Dərman vasitələrinin çeşid strukturunun marketinq analiz metodikasının işlənib hazırlanması. Bakı, 2019, 31s.

Faruk Nalbantoğlu. Güçlü Eczane Yönetimi. Yayınevi: Artıfarma Yayınları, 2015, 140s.

 

4

10

Əczaçılıq marketinq menecmenti. Marketinq kompleksi.     DV-nin irəlilədilməsi. Əczaçılıq müəssisəsi üçün SWOT matrisanın qurulması.

Kotler F. Marketinq menecment. (tərcümə) 2-ci nəşr, 2008, Bakı, “İqtisad Universiteti”, s. 101-118

Dessele Sh.P., Zgarrick D.P., Alston G.L. Pharmacy management: Essentials for all practice settings., 3rd edition 2012, 716 p.

4

11

Strateji menecment. Əczaçılıqda mal və xidmətlərinin idarəedilməsi. Risk menecment.

Vəliyeva M.N., Cəlilova K.İ., Zülfüqarova N.S., Mansurova L.N. Əczaçılıq menecmentinin əsasları. Bakı, “Təbib”. 2017, s. 57-73

 

4

12

Biznes-plan. Əczaçılıq təcrübəsində biznes-planın rolu və tərtibi.

  Abbasov A.B. və müəlliflər. Biznesin təşkili və idarə edilməsi Dərslik. Bakı: «İqtisad universiteti», 2011, s. 221-236

2