Əczaçılıq təhsil sistemində təməl kimya fənnlərindən biri kimi tələbələrdə kimyəvi analizin nəzəri əsasları haqqında bilik, bacarıq və əməli vərdişlər aşılamaqdır.
Analitik kimya fənninin tədrisinin əsas məqsədi dərman preparatlarının, habelə bütün maddələrin, instrumental cihazların köməyilə, identifikasiyasını, maddələri kəmiyyət və keyfiyyətcə təhlilini həyata keçirmək üçün lazımi nəzəri və təçzübi məlumatları aşılamaq, analitik üsulları praktikaya tətbiq edərək, müvafiq instrumental cihazlarda təyinatı həyata keçirmək, maddələrin tərkibini, quruluşunu və miqdarları hesablama qaydalarını, o cümlədən kimyəvi birləşmələrin vəsfi və miqdari cəhətdən təhlilini həyata keçirməyi tələbələrə aşılamaqdır. Digər tərəfdən gələcəkdə əczaçılıq fakültəsinin ixtisas fənnlərinin (əczaçılıq kimyası, toksikoloji kimya, farmakoqnoziya, əczaçılıq texnologiyası) tələbələr tərəfindən yaxşı mənimsənilməsi üçün bünövrə yaratmaq və yardımcı olmaqdır.
Tədris proqramına müvaffiq olaraq analitik kimya kursuna ayrılan dərs saatlarının miqdarı və vaxtı aşağıdakı sxemdə göstərilən kimidir:
|
№ |
Fakültə |
Kurs |
Fənn |
Semestr |
Auditoriya saatları |
|
|
Mühazirə |
Məşğələ |
|||||
|
1 |
Əczaçılıq |
I |
Analitik kimya-1 |
Yaz |
30 |
60 |
|
2 |
Əczaçılıq |
II |
Analitik kimya-2 |
Payız |
30 |
30 |
İPF – B07
ANALİTİK KİMYA
Təhsil pilləsi: Bakalavriatura (əsas baza ali tibb təhsili)
İxtisas: Əczaçılıq
Fənnin məqsədi:
Analitik kimyanın öyrənilməsində məqsəd maddələrin analizi üçün müasir üsulların işlənib hazırlanması və onların tətbiq olunmasıdır. Fundamental fənn kimi analitik kimyanın əsas məqsədi tələbələrdə kimyəvi analizin nəzəri əsasları haqqında bilik və təcrübi vərdişlər aşılamaq, maddələrin analizini müasir üsullar ilə həyata keçirmək, qarışığın təpkib komponentlərinin aşkar edilməsi və miqdarların təyin edilməsi üçün bacarıq və əməli vərdişlər əldə etmək, həmçinin, təməl fənn kimi gələcəkdə tədris olunacaq ixtisas fənlərin (əczaçılıq kimyası, toksikoloji kimya, farmakoqnoziya, dərmanların texnologiyası) tələbələr tərəfindən daha yaxşı və asan mənimsənilməsinə zəmin yaratmaqdır. Analitik kimya iki əsas bölmədə (vəsfi və miqdari) öyrənilir. Vəsfi və miqdari analizin vəzifəsi maddənin keyfiyyət və kəmiyyət tərkibinin öyrəniməsindən ibarətdir.
Analitik kimy-2 fənninin tədrisinin əsas məqsədi dərman preparatlarının, habelə bütün maddələrin, instrumental cihazların köməyilə, identifikasiyasını, maddələri kəmiyyət və keyfiyyətcə təhlilini həyata keçirmək üçün lazımi nəzəri və təçzübi məlumatları aşılamaq, analitik üsulları praktikaya tətbiq edərək, müvafiq instrumental cihazlarda təyinatı həyata keçirmək, maddələrin tərkibini, quruluşunu və miqdarları hesablama qaydalarını, o cümlədən kimyəvi birləşmələrin vəsfi və miqdari cəhətdən təhlilini həyata keçirməyi tələbələrə aşılamaqdır.
Fənnin təlim nəticələri:
Analitik kimya-1:
9. Ekstraksiya üsulu ilə qarışığı tərkib komponentlərinə ayırmağı bacarır;
Analitik kimya-1 fənni tədris olunub qurtardıqdan sonra, tələbələr kimyəvi analiz üsulları əsasında hər hansı bir maddənin təəhlil olunmasını bilməli, bacarmalı və həyata keçirməlidir, başqa sözlə desək, kimyaçı-analitik kimi formalaşdığı təsdiq olunmalıdır.
Analitik kimya-2:
Bu kursun sonunda tələbə:
1. Analitik kimya kursunda öyrəndiklərini, başqa fənnlərlə (əczaçılıq kimyası, dərmanların texnalogiyası, farmokoqnoziya) əlaqələndirərək təcrübəsində istifadə edir;
2. Spektrofotometrik, kütlə spektroskopiya analiz üsullarını bilir və tətbiq edir;
3. İQ-, Raman spektrometrin, flyüorimetrin, refraktometrin, polyarimetrin, nefelometrin, turbidimetrin köməyi ilə maddəni identifikasiya edir və miqdari təyinatı həyata keçirir;
4. Atom absorbsion və alov-emission spektroskopiya, nüvə maqnit rezonansı spektroskopiya üsullarını bilir və onu təcrübədə tətbiq edir.
5. Xromatoqrafiya və ekstraksiya üsulları ilə qarışığın tərkib komponentlərinə ayrılmasını
bacarır;
6. Elektrometrik (potensiometriya, konduktometriya, kulonometriya, polyaroqrafiya)
üsulları ilə təyinat aparmağı bilir və onu təcrübədə tətbiq edir.
Analitik kimya-2 fənni tədris olunub qurtardıqdan sonra, tələbələr instrumental analiz üsulları əsasında, hər hansı bir maddənin tədqiq etməyi bacarmalı və həyata keçirməlidir, başqa sözlə desək, əczaçı-analitik kimi formalaşması təsdiq olunmalıdır.
Fənnin məzmunu:
Analitik kimya, maddə tərkibinin öyrənilməsi üsulları haqqında elmdir. Fənnin tədrisi prosesində, qeyri-üzvi, üzvi maddələrin, eləcə də dərman preparatlarının tərkib komponentlərinin vəsfi və miqdari (qravimetriya, titrimetriya) təyini nəzəri məlumatlar əsasında praktik olaraq həyata kaçirilir. Vəsfi analiz üsulları fiziki, kimyəvi və fiziki-kimyəvi üsullara bölünür. Fiziki üsullar ilə təyinat, maddənin özünün hər hansı bir fiziki xassəsi, fiziki-kimyəvi təyinat isə reaksiya gedişində alınan maddənin müəyyən fiziki göstəriciləri əsasında həyata keçir.
Kimyəvi üsullar ilə təyinatın həyata keçməsi tədqiq edilən maddələrin özünün, ya onun
tərkib komponentlərinin kəmiyyət və keyfiyyət analizi, onların kimyəvi xassələri əsasında həyata keçir. Kəmiyyət və keyfiyyət analizini həyata keçirmək üçün xarakterik vəsfi analitik reaksiyalardan (rəngli birləşmələrin əmələ gəlməsi, çöküntünün alınması, müəyyən qazın ayrılması) istifadə olunur. Kimyəvi üsullar quru və yaş üsulla həyata keçirilir ki, bunlar da yüksək seçiciliyi, yerinə yetrilmə sadəliyi və etibarlılığı ilə xarakterizə olunur. Daha yüksək həssaslığa ehtiyac olduğu halda fiziki və fiziki-kimyəvi analiz üsullarından istifadə olunur.
Əczacılıq sahəsində, dərmanların hazırlanması üçün istər xammalın, istərsə də hazır məhsulun tərkibinin tədqiqi fiziki, fiziki-kimyəvi, həmçinin kimyəvi analiz üsulları ilə həyata keçir. Bu üsulları tətbiq etməklə, müxtəlif nümunələrdə, qarışıqlarda ionların, funksional qrupların aşkar edilməsi, eləcə də dərman preparatlarında əsas və mikrokomponentlərin fərqli analitik metodlar ilə analizi, identifikasiyası, analiz nəticələrinin statistik cəhətdən işlənilməsi qaydaları haqqında geniş məlumat verilir.
Analitik kimya-1 fənninin tədrisi üçün konseptual struptur, əsasən analiz üsullarının təsvirini və tətbiqini əhatə edir. Klassik analiz üsullarını təqdim edən dərslər üçün bu struktur təxminən belə təşkil edilir: Əvvəlcə analitik kimyanın əsas prinsipləri təqdim olunur: kimyəvi analiz, nümunələrin hazırlanması və analiz edilməsinin vacibliyi. Sonra klassik, yəni qravimetrik və həcmi analiz üsullarına fokuslanır. Mövzuların tədris zamanı hansı avadanlıqlardan istifadə edildiyi, prosesin necə getdiyi, nəticələrin necə hesablandığı barədə tələbələrə geniş məlumat verilir. Konseptual strukturun təşkilində əsas məqsəd, tələbələrə hər bir analiz metodunun əsas prinsiplərini aydın şəkildə izah etməkdir. Sadə və əlverişli olduğundan, bu üsullar analitik kimya-2 fənninin tədrisində müasir analiz üsullarını öyrənməyə zəmin yaradır.
Analitik kimya-1 fənninin kurikulumda yeri, əsasən tədris olunan digər kimya sahələri ilə sıx əlaqəli olaraq təşkil edilir. O, həmçinin digər kimya (qeyri-üzvi, üzvi, fiziki kimya və s.) sahələri ilə sıx əlaqəlidir. Bu sahələrdə müxtəlif analitik metodlar tətbiq edilir. Analitik kimya bu metodların necə tətbiq olunacağını və onların hər birinin spesifik tələblərini ödəyir, özündən sonra tədris olunan fənlər (əczaçılıq kimyası, farmakoqnoziya, toksikoloji kimya xə s.) üçün də baza təşkil edir. Məsələn, toksikoloji kimyada analitik kimya metodu ilə maddələrin zəhərli təsirlərinin müəyyən edilməsi üçün kimyəvi analizlər həyata keçirilir. Farmakoqnoziyada dərman bitkilərinin tərkibini və aktiv maddələri müəyyən etmək üçün analitik kimyanın tətbiqi çox önəmlidir. Analitik kimya bu fənlərə təməl biliklər tətbiq etməlklə yanaşı tələbələrə müxtəlif təhlil üsullarını düzgün seçmək və tətbiq etmək bacarığını da qazandırır. Bu əlaqələr kurikulumda analitik kimyanın nə qədər əhəmiyyətli olduğunu vurğulayır və digər kimya sahələrinə keçid üçün güclü bir təməl rolunu oynayır. Tələbələrə keyfiyyət və kəmiyyət analizləri barədə biliklər verilir ki, bu da kompleks kimyəvi analizlər və tətbiqlər üçün tələbələrdə baza yaradaraq, müxtəlif analiz metodları arasında düzgün seçim etmə bacarığını aşılayır. Analitik kimya metodları əczaçılıq, tibb, ətraf mühitin qorunması və sənaye sahələrində geniş tətbiq olunur.
Tələbələr analitik kimya fənnindən verilən materialı öyrənməlidirlər, çünki bu material onlara bu sahədə əsas bilik və bacarıqlar qazandırır. Bu biliklər maddələrin tərkibini və miqdarını dəqiq müəyyən etmək üçün lazım olan analiz metodlarını anlamağa kömək edir. Həmçinin bu material tələbələrə laboratoriya təcrübələrini mənimsəməyə imkan verir. Öyrənilən məlumatlar, tələbələrin gələcəkdə kimya, tibb, əczaçılıq, ətraf mühit kimi sahələrdə iş və araşdırma aparmalarına zəmin yaradır. Beləliklə verilən material tələbələrə bu sahələrdə müvəffəqiyyətli olmaq üçün lazımi təməl bilikləri təcrübələri təqdim edir.
Tələbə əldə etdiyi bacarıqları bir çox sahələrdə istifadə edə bilər. Əczaçılıq və tibb sahəsində dərmanların tərkibini təhlil etmək, onların keyfiyyətini və təsirini yoxlamaq üçün analitik kimya metodlarından istifadə olunur.. Məsələn, farmakologiyada dərman maddələrinin dozalarını və zərərli təsirlərini müəyyən etmək üçün analizlər aparılır. Qida təhlükəsizliyini təmin etmək, suyun və havanın tərkibini yoxlamaq, kosmetik və kimyəvi məhsulların keyfiyyətini qiymətləndirmək üçün analitik kimya üsulları tətbiq edilir. Ətraf mühit (torpaq, su, hava) nümunələrinin analizi vasitəsilə çirklənmə səviyyəsi müəyyən edilir və ekoloji problemlərin həllinə töhfə verilir. Biokimya, nanotexnologiya və tibbi diaqnostika kimi sahələrdə bu sahədə qazanılan biliklər mühüm rol oynayır. Ümumiyyətlə analitik kimya tələbəyə əqiq analiz aparmaq, problemləri həll etmək və nəticələri düzgün şərh etmək bacarığı qazandırır ki, bu da onu müxtəlif peşə sahələrində uğurla tətbiq etməyə imkan verir.
Əczaçılıq fakültəsində təhsil alan tələbələr analitik kimya fənnini öyrəndikdən sonra aşağıda göstərilən karyera imkanlarına sahib ola bilərlər.
Əczaçılıq fakultəsinin II kurs tələbələrinə tədris olunan analitik kimya-2 fənni instrumental analiz metodlarından bəhs edir. Fənnin tədrisində xüsusən, optik üsullar (spektrofotometriya, molekulyar-lüminessent analiz, ekstraksiyalı-fotometrik analiz, infragırmızı ve raman spektroskopiya, refraktometriya, atom-absorbsion və atom-emission spektroskopiya, radiospektroskopiya), kütlə spektroskopiyası, xromatografiya və onun növləri, elektrokimyəvi analiz metodları (potensiometriya, konduktometriya, kulonometriya və polyrografiya) tədris olunur ki, bunlar da tədqiq olunan maddənin xüsusiyyətlərini (tərkibi, quruluşu, identifikasiyası və miqdarı) öyrənmək üçün geniş istifadə olunan müasir üsullardır.
Analitik kimya-2 fənni, instrumental analiz üsullarını dərindən öyrətmək üçün konseptual bir struktur istifadə edir. Bu struktur, tələbələrə müxtəlif analitik metodları anlamalarına və tətbiq etmələrinə kömək edən bir sistemdir. Ümumi məqsəd, tələbələrə instrumental metodların hər birinin əsas prinsiplərini və istifadə sahələrini anlamaqdır.
Konseptual strukturun əsas məqsədi:
1. Əsas prinsiplər və metodların fərqləndirilməsi: Hər bir analitik üsulun özünəməxsus prinsip və tətbiq sahələri var. Məsələn, atom absorpsiyon spektroskopiyası nümunə tərkibinin element analizini, kütlə spektroskopiyası maddələrin molekulyar tərkibini təhlil edir. Bu fərqləri öyrənmək, tələbələrə təyinat üçün hansı metodun daha uyğun olduğunu başa düşməyə kömək edir.
2. Metodların bir-birini tamamlaması: Fərqli analitik metodlar bəzən bir-birini tamamlayır. Məsələn, xromatografiya metodu ilə ayrılan maddələr sonra kütlə spektrometriya ilə təhlil edilə bilər. Bu yanaşma tələbələrə müxtəlif üsulların necə inteqrasiya olunduğunu başa düşməyə imkan verir.
3. Dərslərin sırasının məntiqi qurulması: Hər bir metodun işləmə prinsipləri və tətbiq sahələri bir-birini tamamlayacaq şəkildə tərtib edilmişdir. Məsələn, əvvəlcə sadə optik metodlardan başlamaq, sonra daha mürəkkəb metodlara, məsələn, kütlə spektroskopiyasına keçmək tələbələrə əsas prinsipləri daha yaxşı mənimsəmək imkanı verir.
4. Metodların müqayisəsi: Hər bir analitik metodun öz üstünlükləri və məhdudiyyətləri vardır. Konseptual struktura əsaslanaraq, tələbələr bu metodları müqayisəli öyrənməklə, təyinat üçün hansı metodun daha uyğun olduğunu anlayırlar.
Bu strukturlar tələbələrin analitik düşünmə və instrumental analiz üsullarının inteqrasiya- sı barədə dərindən anlayış əldə etmələrinə şərait yaradır. Bu yanaşma həmçinin onlara gələcəkdə müxtəlif analitik problemləri həll etməyə hazırlayır.
Analitik kimya-2 fənni, Analitik kimya-1 fənnindən sonra tədris olunur və müasir analitik üsullar haqqında dərin biliklər verir. Bu fənnin tədrisində optik metodlar, kütlə spektroskopiyası, xromatoqrafiya və elektrokimyəvi metodlar geniş şəkildə izah edilir.
Fənnin tədris ardıcıllığı Analitik kimya-1, sonra Analitik kimya-2 daha sonra isə Əczaçılıq kimyası, Əczaçılıq texnologiyası, farmakoqnoziya, toksikoloji-kimya kimi ixtisaslaşmış fənlər tədris olunur. Bu ardıcıl tədris quruluşu, tələbələrə analitik metodların əsaslarından başlayaraq daha mürəkkəb və tətbiqi yönümlü biliklər əldə etməyə imkan verir. Beləliklə, Analitik kimya-2 fənni, tələbələrin müasir analitik üsullar barədə dərin anlayış qazanmalarını təmin edir və növbəti tədris olunacaq fənlər üçün əsas hazırlıq funksiyasını yerinə yetirir.
Tələbələr Analitik kimya-2 fənnində tədris olunan materialı öyrənməlidirlər, çünki bu biliklər onların gələcək karyeralarında əczaçılığın müxtəlif sahələrində, məsələn, dərmanların keyfiyyətinin yoxlanmasında, təmizliyinin və tərkibinin müəyyən edilməsində və toksik maddələrin təhlilində olduqca vacibdir.
Ayrıca, bu fənn əczaçılıq texnologiyası və toksikoloji analizlər üçün istifadə olunacaq nəzəri və praktik biliklərin əsasını təşkil edir. Beləliklə, analitik kimya-2 fənni üzrə verilən materialı öyrənməklə, tələbələri keyfiyyətli və təhlükəsiz dərman istehsalı və digər sahələrdə analitik metodların tətbiqi üçün mükəmməl biliklərə sahib olur.
Tələbələr Analitik kimya-2 fənnindən öyrəndikləri bacarıqları müxtəlif sahələrdə istifadə edə bilərlər. Onlar müxtəlif analitik cihazlarda işləmə bacarığı əldə etməklə, dərmanların tərkibini təhlil etmə, keyfiyyətinə nəzarət və təhlükəsizliyini təmin etmə bacarıqlarını inkişaf etdirir.
Bu bacarıqların istifadə olunduğu əsas sahələr bunlardır:
1. Əczaçılıq sənayesi: Tələbələr dərmanların keyfiyyətinin yoxlanması, təmizliyinin və tərkibinin müəyyənləşdirilməsi proseslərində spektral analiz, xromatoqrafiya və elektrokimyəvi metodları tətbiq edəcəklər. Bu analizlər dərmanların təsirli və təhlükəsizliyinin təmin olunmasına kömək edir.
2. Farmakoqnoziya: Bitki mənşəli dərmanların tərkibindəki aktiv maddələrin identifikasiyası və miqdarının təhlili üçün tələbələr öyrəndikləri analitik üsullardan istifadə edə bilcəklər.
3. Əczaçılıq araşdırmaları: Tələbələr, yeni dərman formalarının hazırlanmasında və farmasevtik keyfiyyətin təminatında analitik kimya metodlarını tətbiq edəcəklər.
Fənni öyrəndikdən sonra tələbələr bir neçə sahədə karyera imkanları əldə edə bilərlər. Bu fənn, tələbələrə analitik üsulları və instrumental analiz texnikalarını öyrətməklə, onların kimyəvi maddələrin təhlili, keyfiyyətə nəzarət və təhlükəsizlik analizləri sahələrində bacarıqlarını artırır. Bu biliklər, tələbələrə geniş karyera imkanları açır.
Fənnin tədris formatı:
Analitik kimya-1:
|
№ |
Mövzu (mühazirə) |
Ədəbiyyat (fəsil, səhifə) |
Saat |
|
1 |
Analitik kimya fənni, məqsədi, vəzifələri. Kimyəvi analiz, təsnifatı. Vəsfi analiz təsnifatı. Analitik reaksiyaların spesifikliyi və həssaslığı. |
Пономарев В.Д. Аналитическая химия, 1 часть, Москва, 1982, глaвa 1, стр. 7. Şabanov Ə.L. Analitik kimyanın əsasları, Bakı, 1997, fəsil 1, səh.5. |
2 |
|
2 |
Kütlələrin təsiri qanunu, analitik əhəmiyyəti. Ostvaldın durlaşma qanunu. Tarazlıq sabitinin növləri Ion qüvvəsi. Aktivlik, aktivlik əmsalı. |
Пономарев В.Д. Аналитическая химия, 1 часть, Москва, 1982, глaвa 2, стр. 27. Şabanov Ə.L. Analitik kimyanın əsasları, Bakı, 1997, fəsil 2, səh. 29. |
2 |
|
3 |
Protolitik nəzəriyyə. Suyun ion hasili. Turşu və əsasların təyini. Turşu və əsasların pH-nın hesablanması. |
Пономарев В.Д. Аналитическая химия, 1 часть, Москва, 1982, глaвa 3, стр. 37. Şabanov Ə.L. Analitik kimyanın əsasları, Bakı, 1997, fəsil 3, səh. 41. |
2 |
|
4 |
Solvoliz reaksiyaları. Hidroliz olunan duzlarda pH-ın hesablanması. Hidrolizə təsir edən amillər. |
Пономарев В.Д. Аналитическая химия, 1 часть, Москва, 1982, глaвa 3, стр. 54. Şabanov Ə.L. Analitik kimyanın əsasları, Bakı, 1997, fəsil 3, səh. 55. |
2 |
|
5 |
Çoxprotonlu turşularda pH. Bufer sistemləri. Bufer məhlulların pH-ı. Bufer tutumunun hesablanması. |
Пономарев В.Д. Аналитическая химия, 1 часть, Москва, 1982, глaвa 3, стр. 59. Şabanov Ə. L. Analitik kimyanın əsasları, Bakı, 1997, fəsil 3, səh.48. |
2 |
|
6 |
Həllolma hasili. Həllolma və ona təsir edən amillər. |
Пономарев В.Д. Аналитическая химия, 1 часть, Москва, 1982, глaвa 6, стр. 109. Şabanov Ə.L. Analitik kimyanın əsasları, Bakı, 1997, fəsil 4, səh.63. |
2 |
|
7 |
Oksidləşmə-reduksiya reaksiyaları və analitik əhəmiyyəti. Analitik sabitlərinin hesablanması. Sistemin potensialına təsir edən amillər. |
Пономарев В.Д. Аналитическая химия, 1 часть, Москва, 1982, 308 стр, глaвa 5, стр. 85. Şabanov Ə.L. Analitik kimyanın əsasları, Bakı, 1997, fəsil 6, səh.101. |
2 |
|
8 |
Kompleks birləşmələr və analitik əhəmiyyəti. |
Пономарев В.Д. Аналитическая химия, 1 часть, Москва, 1982, глaвa 4, стр. 63. Şabanov Ə.L. Analitik kimyanın əsasları, Bakı, 1997, fəsil 5, səh. 81. |
2 |
|
9 |
Ekstraksiya üsulu və analitik əhəmiyyəti. |
Пономарев В.Д. Аналитическая химия, 1 часть, Москва, 1982, глaвa 3, стр. 16-35. Şabanov Ə.L. Analitik kimyanın əsasları, Bakı, 1997, fəsil 7, səh. 116. |
2 |
|
10 |
Miqdari analiz, əsas prinsipləri. Qravimetriya analiz metodu. |
Пономарев В.Д. Аналитическая химия, 2 часть, Москва, 1982, глaвa 1,2; Şabanov Ə.L. Analitik kimyanın əsasları, Bakı, 1997, fəsil 6, səh. 131. |
2 |
|
11 |
Həcmi analiz (titrimetriya) üsulları. Titrləmə növləri. Titrli məhlullar. Titranta qoyulan tələblər. Turşu-əsasi titrləmə, indikatorları. Titrləmə əyrisi və titrləmə səhvləri. Çoxprotonlu turşuların titrlənməsi. Кarbonat-bikarbonat qarışığının titrlənməsi. |
Пономарев В.Д. Аналитическая химия, 2 часть, Москва, 1982, глaвa 3, стр. 44. Şabanov Ə.L. Analitik kimyanın əsasları, Bakı, 1997, fəsil 11, səh. 201. |
2 |
|
12 |
Çökdürmə metodları. İstifadə olunan indikatorlar. Titrləmə əyrisi və titrləmə səhvləri. Titrləmə sonunun aşkarlanması. Çökdürmə titrləmənin miqdari analizdə əhəmiyyəti. |
Пономарев В.Д. Аналитическая химия, 2 часть, Москва, 1982, глaвa 4, стр. 78. Şabanov Ə.L. Analitik kimyanın əsasları, Bakı, 1997, fəsil 14, səh. 246. |
2 |
|
13 |
Oksidləşmə-reduksiya (redoksimetriya) titrləmə. Tətbiq olunan indikatorlar. Titrləmə əyrisi və titrləmə səhvləri. Əczaçılıq analizində redoksmetriya metodunun əhəmiyyəti. |
Пономарев В.Д. Аналитическая химия, 2 часть, Москва, 1982, глaвa 5, стр. 105. Şabanov Ə.L. Analitik kimyanın əsasları, Bakı, 1997, fəsil 12, səh. 218. |
2 |
|
14 |
Bromatometriya, xromatometriya, serimetriya və nitritometriya titrləmə üsulları. Standart məhlulları ilə fenol, rezorsin, arsenit anhidridi, salisil turşusu, dəmir 2-sulfat, novokain, sulfanilamid (streptosid), natrium-nitritin təyini qaydaları. |
Пономарев В.Д. Аналитическая химия, 2 часть, Москва, 1982, глaвa 4, стр. 125-130. Şabanov Ə.L. Analitik kimyanın əsasları, Bakı, 1997, fəsil 12, səh. 229-230. |
2 |
|
15 |
Коmpleksəmələgəlmə тitrləmə, üsulları, səhvləri, indikatorları. Titrləmə əyriləri. Titrləmə sonunun aşkarlanması. Metodun miqdari analizdə əhəmiyyəti |
Пономарев В.Д. Аналитическая химия, 2 часть, Москва, 1982, глaвa 4, стр. 63. Şabanov Ə.L. Analitik kimyanın əsasları, Bakı, 1997, fəsil 14, səh. 241. |
2 |
|
№ |
Mövzu (məşğələ) |
Ədəbiyyat |
Saat |
|
1 |
Kimya laboratoriyasında istifadə olunan avadanlıqlar və onlarla iş qaydası. Laboratoriyada texniki təhlükəsizlik, ilk yardım. Kimyəvi reaktivlər. Analitik reaksiyalar və aparılma texnikası. Vəsfi və miqdari analiz, təsnifatı. Quru və məhlulda gedən reaksiyalar. Pirokimyəvi reaksiyalar. Fərdi və ardıcıl analiz. Məsələ həlli: İonlaşma sabiti və ionlaşma dərəcəsinin hesablanmasına aid. |
N.S.Hüseynova, S.A.Paşayeva, Vəsfi analiz. Praktikum (dərs vəsaiti), Bakı, 2023, səh. 10-32. |
4 |
|
2 |
Kationların turşu-əsasi üsul üzrə təsnifatı. I analitik qrup kationların reaksiyaları və qarışığının analizi. Sərbəst iş: I analitik qrup kationların və qarışığının təhlili. Məsələ həlli: Reaksiyaların həssaslığına aid. |
N.S.Hüseynova, S.A.Paşayeva, Vəsfi analiz. Praktikum (dərs vəsaiti), Bakı, 2023, səh. 33. |
4 |
|
3 |
II analitik qrup kationların reaksiyaları və qarışığının analizi. Sərbəst iş: II analitik qrup kationların və qarışığının təhlili. Məsələ həlli: Fəal qatılıq və ion qüvvəsinin hesablanmasına aid. |
N.S.Hüseynova, S.A.Paşayeva, Vəsfi analiz. Praktikum (dərs vəsaiti), Bakı, 2023, səh. 49. |
4 |
|
4 |
III analitik qrup kationların reaksiyaları və qarışığının analizi. Sərbəst iş: III analitik qrup kationların xüsusi reaksiyaları və qarışığının təhlili. Məsələ həlli: Müxtəlif elektrolit məhlullarında pH-ın hesablanmasına aid. |
N.S.Hüseynova, S.A.Paşayeva, Vəsfi analiz. Praktikum (dərs vəsaiti), Bakı, 2023, səh. 68. |
4 |
|
5 |
IV analitik qrup kationların xüsusi reaksiyaları və qarışığının analizi. Sərbəst iş: IV analitik qrup kationların xüsusi reaksiyaları və qarışığının təhlili. Məsələ həlli: Hidrolizə uğrayan duzların hidroliz sabiti, hidroliz dərəcəsi və pH-ın hesablanmasına aid. |
N.S.Hüseynova, S.A.Paşayeva, Vəsfi analiz. Praktikum (dərs vəsaiti), Bakı, 2023, səh.87. |
4 |
|
6 |
V analitik qrup kationların reaksiyaları və qarışığının analizi. Sərbəst iş: V analitik qrup kationların xüsusi reaksiyaları və qarışığının təhlili. Məsələ həlli: Bufer məhlulların pH-ı və bufer həcminin hesablanmasına aid. |
N.S.Hüseynova, S.A.Paşayeva, Vəsfi analiz. Praktikum (dərs vəsaiti), Bakı, 2023, səh. 116. |
4 |
|
7 |
VI analitik qrup kationların reaksiyaları və qarışığının analizi. Sərbəst iş: VI analitik qrup kationların xüsusi reaksiyaları və qarışığının təhlili. Məsələ həlli: Həllolma hasili və həllolmaya müxtəlif amillərin təsirinə aid. |
N.S.Hüseynova, S.A.Paşayeva, Vəsfi analiz. Praktikum (dərs vəsaiti), Bakı, 2023, səh. 148. |
4 |
|
8 |
I analitik qrup anionların xüsusi reaksiyaları. Sərbəst iş: I analitik qrup anionların analizinin yerinə yetirilməsi. Məsələ həlli: Oksidləşmə-reduksiya reaksiyanın tarazlıq sabiti və getmə imkanının sübutuna aid. |
N.S.Hüseynova, S.A.Paşayeva, Vəsfi analiz. Praktikum (dərs vəsaiti), Bakı, 2023, səh. 168. |
4 |
|
9 |
II və III analitik qrup anionların xüsusi reaksiyaları. Kationların ekstraksiya və xromatoqrafiya üsulu ilə analizi. Sərbəst iş: II və III analitik qrup anionların xüsusi reaksiyalarının təhlili. Məsələ həlli: Kompleks birləşmələrin davamsızlıq sabitinin hesablanmasına aid. |
N.S.Hüseynova, S.A.Paşayeva, Vəsfi analiz. Praktikum (dərs vəsaiti), Bakı, 2023, səh. 193-219. |
4 |
|
10 |
Kollokvium. Miqdari analiz. Qravimetriya. Analitik tərəzi və çəki daşları. Sərbəst iş 1: Barium-xloriddə kristallik suyun təyin edilməsi. Sərbəst iş 2: Dəmir və sulfatların təyini. Məsələ həlli: Məhlul qatılığının ifadə üsullarına aid (keçid düstupları). |
Q.B.İskəndərov, N.Ə.Cəbrayılova, Məmmədəliyeva F.M. Kimyəvi miqdari analiz (dərs vəsaiti), Bakı, 2005, səh. 5-19. |
2
2 |
|
11 |
Miqdari analizdə titrləmə üsulları. Turşu-əsasi titrləmə. Asidimetriya titrləmə üsulu. Titrli məhlulların hazırlanması və standartlaşdırılması. Sərbəst iş 1: 0,1mol/l hidrogen-xlorid, oksalat turşusu, natrium-hidroksid məhlullarının hazırlanması və standartlaşdırılması. Aspirin və bor turşusunun titrimetrik üsulla təyini. Sərbəst iş 2: Karbonatın analizi. Karbonat və hidrokarbonat qarışığının titrlənməsi. Mövzuya aid məsələ həlli: |
Q.B.İskəndərov, N.Ə.Cəbrayılova, Məmmədəliyeva F.M. Kimyəvi miqdari analiz (dərs vəsaiti), Bakı, 2005, səh. 20-46. |
4 |
|
12 |
Alkalimetriya titrləmə üsulu. Sərbəst iş 1: Xlorid turşusu, sirkə essensiyası, asetilsalisil turşusu (aspirin), salisil turşusu və s. təyini. Susuz mühitdə titrləmə. Kalium-asetatın təyini. Oksidləşmə-reduksiya titrləmə. Permanqanatometriya titrləmə üsulu. Sərbəst iş 2: Titrli məhlulun hazırlanması və standartlaşdırılması. Hidrogen-peroksid məhlulu və dəmir 2-sulfatın analizi. Mövzuya aid məsələ həlli: |
Q.B.İskəndərov, N.Ə.Cəbrayılova, Məmmədəliyeva F.M. Kimyəvi miqdari analiz (dərs vəsaiti), Bakı, 2005, səh. 46-60. |
4 |
|
13 |
Yodometriya titrləmə üsulu ilə oksidləşdiricilərin və reduksiyaedicilərin təyini. Sərbəst iş 1: Titrli məhlulların hazırlanması və standartlaşdırılması. Arsenit anhidridi, askorbin turşusu, yodun təyini. Sərbəst iş 2: Formaldehid məhlulu, hidrogen-peroksid məhlulu, mis 2-sulfat, kalium-permanqanatın analizi. Üsula aid məsələ həlli. Bromatometriya, xromatometriya, serimetriya və nitritometriya titrləmə üsulları. Sərbəst iş 3: Titrli məhlulların hazırlanması və standartlaşdırılması. Arsenit anhidridi, fenol, rezorsin, salisil turşusu, dəmir 2-sulfat, prokain (novokain), sulfanilamid (streptosid) və natrium-nitritin təyini. |
Q.B.İskəndərov, N.Ə.Cəbrayılova, Məmmədəliyeva F.M. Kimyəvi miqdari analiz (dərs vəsaiti), Bakı, 2005, səh. 61-79. |
4 |
|
14 |
Çökdürmə titrləmə (argentometriya, rodanometriya, merkurometriya) Sərbəst iş: Titrli məhlulun hazırlanması və standartlaşdırılması. Halogenid duzlarının təyini. Üsula aid məsələ həlli. |
Q.B.İskəndərov, N.Ə.Cəbrayılova, Məmmədəliyeva F.M. Kimyəvi miqdari analiz (dərs vəsaiti), Bakı, 2005, səh. 79-86. |
4 |
|
15 |
Kompleksonometriya titrləmə üsulu, indikatorları, səhvləri. Sərbəst iş 1: Titrli məhlulun hazırlanması və standartlaşdırılması. Sink-sulfatın analizi. Kalsium və maqnezium ionlarının təyini. Sərbəst iş 2: Suyun codluğunun təyini. Üsula aid məsələ həlli. |
Q.B.İskəndərov, N.Ə.Cəbrayılova, Məmmədəliyeva F.M. Kimyəvi miqdari analiz (dərs vəsaiti), Bakı, 2005, səh. 86-91. |
4 |
Analitik kimya-2:
|
№ |
Mövzu (mühazirə) |
Ədəbiyyat (fəsil, səhifə) |
Saat |
|
1 |
İnstrumental analiz üsulları, təsnifatı. Optik üsullar haqqında ümumi məlumat. Molekulyar-absorbsion üsullar. |
Qarayev E. A., Qarayev E. E., Spektroskopik analiz üsulları. (dərslik) Bakı, 2018, bölmə 1, səh. 11. |
2 |
|
2 |
Molekulyar-absorbsion spektroskopiya. Vudvord-Fizer qaydası. Lambert -Buger-Ber qanunu və ondan kənaraçıxmalar. Maddələrin identifikasiyası. |
Qarayev E. A., Qarayev E. E., Spektroskopik analiz üsulları. (dərslik) Bakı, 2018, bölmə 2, səh. 23. |
2 |
|
3 |
Ekstraksiyalı-fotometrik analiz. Fotometrik təyinat. Fotometrik reaksiyalar. |
Qarayev E. A., Qarayev E. E., Spektroskopik analiz üsulları. (dərslik) Bakı, 2018, bolmə 2, səh. 39. |
2 |
|
4 |
Molekulyar-lüminessent analiz. Flyuorimetriya. Fotolümines sensiya, xemilüminessensiya, flyuoressensiya,fosforosensiya spektroskopiyaları haq¬qın-da məlumat. |
"Oсновы аналитической химии” под редакцией академика Ю.А.Золотова. Методы химического анализа. частъ II. Tərcüməçi: Əməkdar elm xadimi, k.e.d., prof. R.Ə.Əliyeva. Elmi redaktor: BdU-nun analitik kimya kafedrasının müdiri k.e.d., prof. F.M.Çıraqov. Fəsil 11, səh. 266. |
2 |
|
5 |
İQ- və Raman spektroskopiya. Furye transformalı İQ-spektrofotometrlər. Maykelson interferometrinin iş prinsipi. |
Qarayev E. A., Qarayev E. E., Spektroskopik analiz üsulları. (dərslik) Bakı, 2018, bölmə 3, səh. 78. |
2 |
|
6 |
Refraktometriya, polyarimetriya nefelometriya və turbidimetriya metodları haqqında ümumi məlumat. |
"Oсновы аналитической химии” под редакцией академика Ю.А.Золотова. Методы химического анализа. частъ II. Tərcüməçi: Əməkdar elm xadimi, k.e.d., prof. R.Ə.Əliyeva. Elmi redaktor: BDU-nun analitik kimya kafedrasının müdiri k.e. d., prof. F.M.Çıraqov. Fəsil 11, səh 320. |
2 |
|
7 |
Atom spektroskopiyası. Atom-absorbsion və alov-emission spektroskopiya. |
"Oсновы аналитической химии” под редакцией академика Ю.А.Золотова. Методы химического анализа. частъ II. Tərcüməçi: Əməkdar elm xadimi, k.e.d., prof. R.Ə.Əliyeva. Elmi redaktor: BDU-nun analitik kimya kafedrasının müdiri k.e. d., prof. F.M.Çıraqov. Fəsil 11, səh 188. |
2 |
|
8 |
Radiospektroskopik metodlar. Nüvə maqnit rezonansı spektroskopiyası. |
Qarayev E. A., Qarayev E E., Spektroskopik analiz üsulları. (dərslik) Bakı, 2018, bölmə 4, səh. 210. |
2 |
|
9 |
Kütlə spektroskopiyası. İonlaşma növləri. Detektorları. İdentifikasiya. Spektrlərin interpretasiyası. |
Qarayev E. A., Qarayev E. E., Spektroskopik analiz üsulları. (dərslik) Bakı, 2018, bölmə 5, səh. 334. |
2 |
|
10 |
Хromatoqrafiya üsulları, təsnifatı. Xromatoqrafik ayrılma nəzəriyyələri. Хromatoqrafik parametrlər. Adsorbsion, paylayıcı,ion-mübadilə, çökdürücü, adsorbsion-kompleksəmələgətirici, eksklyuzion və affin xromatoqrafiya. |
Qarayev E. A., Qarayev E. E., Xromatoqrafiq analiz. (dərslik) Bakı, 2021, bölmə 1, səh. 8. |
2 |
|
11 |
Nazik təbəqə üzərində xromatoqrafiya Sütunlu, fləş, analitik, preparativ xromatoqrafiya. Selektivlik və piklərin ayrılması. Xromatoqramın işlənməsi. Detektorlar. Nəticələrin etibarlılığı və xəta mənbələri. |
Qarayev E. A., Qarayev E. E., Xromatoqrafiq analiz. (dərslik) Bakı, 2021, bölmə 2, səh. 58, 180, 186, 269-304 |
2 |
|
12 |
Maye (maye-maye, maye-bərk, maye-gel) хrоmатоqrаfiya. Xüsusiyyətləri. YEMX. Tətbiqi. |
Qarayev E. A., Qarayev E. E., Xromatoqrafiq analiz. (dərslik) Bakı, 2021, bölmə 4. səh. 251. |
2 |
|
13 |
Qaz xromatoqrafiyası (qaz-maye, qaz-bərk). Tətbiq sahələri. Xromatoqrafların xüsusiyyətləri. |
Qarayev E. A., Qarayev E. E., Xromatoqrafiq analiz. (dərslik) Bakı, 2021, səh. 351. |
2 |
|
14 |
Elektrokimya. Elektrod potensialları. Elektroanalitik metodlar. Potensiometriya. Potensiometrik titrləmə. Konduktometriya. Konduktometrik titrləmə. |
"Oсновы аналитической химии” под редакцией академика Ю.А.Золотова. Методы химического анализа. частъ II. Tərcüməçi: Əməkdar elm xadimi, k.e.d., prof. R.Ə.Əliyeva. Elmi redaktor: BdU-nun analitik kimya kafedrasının müdiri k.e. d., prof. F.M.Çıraqov. Fəsil 11, səh. 122. |
2 |
|
15 |
Kulonometriya. Kulonometrik titrləmə. Polyaroqrafiya. Amperometrik titrləmə. Elektroqravimetriya. |
"Oсновы аналитической химии” под редакцией академика Ю.А.Золотова. Методы химического анализа. частъ II. Tərcüməçi: Əməkdar elm xadimi, k.e.d., prof. R.Ə.Əliyeva. Elmi redaktor: BdU-nun analitik kimya kafedrasının müdiri k.e. d., prof. F.M.Çıraqov. Fəsil 11, səh. 152. |
2 |
|
№ |
Mövzu (məşğələ) |
Ədəbiyyat |
Saat |
|
1 |
Laboratoriya avadanlığı və cihazlar ilə tanışşlıq. Spektroskopik üsulların nümayişi. Sərbəst iş 1: İkikomponentli qarışıqların tərkib komponentlərinin spektrofotometrik üsulla miqdari təyini. |
Qarayev E. A., Qarayev E. E., Spektroskopik analiz üsulları. (dərslik). Bakı, 2018, bölmə 1, səh.11. |
2 |
|
2 |
Sərbəst iş: Fotometrik və spektrofotometrik titrləmə üsulu ilə miqdari təyinat. |
Qarayev E. A., Qarayev E. E., Spektroskopik analiz üsulları. (dərslik). Bakı, 2018, bölmə 2, səh. 23. |
2 |
|
3 |
UB– və GS– sahədə spektroskopiya. Sərbəst iş 1: Maddənin UB-spektrofotometriya üsulu ilə analizi. |
Qarayev E. A., Qarayev E. E., Spektroskopik analiz üsulları. (dərslik). Bakı, 2018, bölmə 2, səh.38. |
2 |
|
4 |
Molekulyar-lüminessent analiz. Flüorometriya. Maddə qatılığının təyini üsulları. |
"Oсновы аналитической химии” под редакцией академика Ю.А.Золотова. Методы химического анализа. частъ II. Tərcüməçi: Əməkdar elm xadimi, k.e.d., prof. R.Ə.Əliyeva. Elmi redaktor: BdU-nun analitik kimya kafedrasının müdiri k.e.d., prof. F.M.Çıraqov. Fəsil 11, səh. 266. |
2 |
|
5 |
İQ- və Raman spektroskopiya. İQ- spektrlərin interpretasiyası. Sərbəst iş: Maddənin İQ- spektrinə əsasən kimyəvi quruluşunun müəyyən edilməsi. |
Qarayev E. A., Qarayev E. E., Spektroskopik analiz üsulları. (dərslik) Bakı, 2018, bölmə 3, səh.1 05 |
2 |
|
6 |
Refraktometriya və polyarimetriya metodları haqqında ümumi məlumat. Sərbəst iş: Refraktometriya ilə miqdari analiz. |
"Oсновы аналитической химии” под редакцией академика Ю.А.Золотова. Методы химического анализа. частъ II. Tərcüməçi: Əməkdar elm xadimi, k.e.d., prof. R.Ə.Əliyeva. Elmi redaktor: BdU-nun analitik kimya kafedrasının müdiri k.e.d., prof. F.M.Çıraqov. Fəsil 11, səh. 320. |
2 |
|
7 |
Atom-absorbsion (AAS) və alov-emissiya (AES) spektroskopiya. Sərbəst iş: Atom-absorbsion spektroskopiya ilə kationların analizi. Mövzuya aid məsələ həlli. |
. "Oсновы аналитической химии” под редакцией академика Ю.А.Золотова. Методы химического анализа. частъ II. Tərcüməçi: Əməkdar elm xadimi, k.e.d. prof. R.Ə.Əliyeva. Elmi redaktor: BdU-nun Analitik kimya kafedrasının müdiri k.e.d., prof. F.M.Çıraqov. Fəsil 11, səh. 188. |
2 |
|
8 |
Nüvə maqnit rezonansı (NMR) spektroskopiyası. 1H NMR spektroskopiya. Mövzuya aid məsələ həlli. |
Qarayev E. A., Qarayev E. E., Spektroskopik analiz üsulları. (dərslik) Bakı, 2018, bölmə 4, səh.252. |
2 |
|
9 |
13C NMR spektroskopiya. 2D NMR spektroskopiya. Mövzuya aid məsələ həlli. |
Qarayev E. A., Qarayev E. E., Spektroskopik analiz üsulları. (dərslik) Bakı, 2018, 491 səh. Qarayev E. A., Qarayev E. E., Spektroskopik analiz üsulları. (dərslik) Bakı, 2018, bölmə 4, səh. 312. |
2 |
|
10 |
Kollokvium |
|
2 |
|
11 |
Kütlə spektroskopiyası. Mövzuya aid məsələ həlli. |
Qarayev E. A., Qarayev E. E., Spektroskopik analiz üsulları. (dərslik) Bakı, 2018, 491 səh. Qarayev E. A., Qarayev E. E., Spektroskopik analiz üsulları. (dərslik) Bakı, 2018, bölmə 5, səh. 334—361. |
2 |
|
12 |
Хromatoqrafiya üsulları, təsnifatı. Хromatoqrafik parametrlər. İon-mübadilə, sütunlu və fləş xromatoqrafiyası. Sərbəst iş 1: Nazik təbəqə üzərində xromatoqrafiyanın köməyilə dərman preparatlarının keyfiyyət analizi. Sərbəst iş 2: Aminturşuların xromatoqrafik üsulla ayrılması. |
Qarayev E. A., Qarayev E. E., Xromatoqrafiq analiz. (dərslik) Bakı, 2021, bölmə 1, səh. 8. |
2 |
|
13 |
Qaz və maye хrоmатоqrаfiya. Sərbəst iş: YEMX ilə miqdari analiz. |
Qarayev E. A., Qarayev E. E., Xromatoqrafiq analiz. (dərslik) Bakı, 2021, səh. 251., səh. 351. |
2 |
|
14 |
Elektrokimyəvi analiz üsulları. Potensiometriya. Konduktometriya.. Sərbəst iş 1: Potensiometrik üsul ilə məhlulun pH-nın təyini. Sərbəst iş 2: Qüvvətli və zəif turşu qarışığının (HCl+H3PO4) konduktometrik titrlənməsi. |
"Oсновы аналитической химии” под редакцией академика Ю.А.Золотова. Методы химического анализа. частъ II. Tərcüməçi: Əməkdar elm xadimi, k.e.d., prof. R.Ə.Əliyeva. Elmi redaktor: BdU-nun Analitik kimya kafedrası-nın müdiri k.e.d., prof. F.M.Çıraqov. Fəsil 11, səh. 122. |
2 |
|
15 |
Kulonometriya. Kulonometrik titrləmə. Polyaroqrafiya. Amperometrik titrləmə. Sərbəst iş: ZnCl2 duzu məhlulunun K4[Fe(CN)6] ilə amperometrik təyini. |
"Oсновы аналитической химии” под редакцией академика Ю.А.Золотова. Методы химического анализа. частъ II. Tərcüməçi: Əməkdar elm xadimi, k.e.d., prof. R.Ə.Əliyeva. Elmi redaktor: BdU-nun Analitik kimya kafedrasının müdiri k.e.d., prof. F.M.Çıraqo Çıraqov. Fəsil 11, səh 152. |
2 |