Bizi izləyin:
Heydər Əliyev
Əczaçılıq toksikologiyası 1 və 2 (Əczaçılıq)
Bölmələrimiz
Əczaçılıq toksikologiyası 1 və 2 (Əczaçılıq)

Əczaçılıq toksikologiyası kimyəvi birləşmələrin, o cümlədən dərman vasitələrinin canlı orqanizmə zərərli təsirini keyfiyyət və kəmiyyətcə öyrənir. Əczaçılıq toksikologiyasının əsas məqsədi zəhərlər və zəhərlənmə hallarının geniş öyrənilməsindən və ona qarşı tədbirlərin hazırlanmasından ibarətdir.

Əczaçılıq toksikologiyası fənnində dərman preparatları da daxil olmaqla zəhərlərin mənbələri, təsnifatı, onların fiziki, kimyəvi və bioloji xüsusiyyətləri; orqanizmə daxilolma yolları, orqanizmdə paylanılması, metabolizmə uğraması və xaricolma yolları; dozadan asılı olaraq toksik xassələri, təsir mexanizmi; zəhərlərin və onların metabolitlərinin bioloji materialdan təcridedilmə, təmizlənmə və aşkarlanması üsulları (kəmiyyət və keyfiyyətcə) haqqında geniş məlumatlar şərh edilir.

Təyin olunan zəhərli maddələr haqqında anlayış, maddənin fiziki və kimyəvi xassələri ilə yanaşı müxtəlif tədqiqat obyektlərindən onların nümunələrinin götürülməsi, toksikoloji əhəmiyyəti haqqında da ətraflı məlumat verilir.

Toksikoloji analizin spesifikliyi, həssaslığı, toksikoloji analizdə istifadə olunan fiziki, kimyəvi, fiziki-kimyəvi üsullar, reaktivlər haqqında məlumatlar təqdim edilir.

Əczaçılıq toksikologiyasında eyni zamanda zəhərli maddələrin dozadan asılı olaraq toksikliyi (kəskin və xroniki), hazırda dərman dizaynı kimi ifadə olunan yeni dərman molekulunun yaradılması zamanı aparılan toksikoloji tədqiqatlar və zəhərli birləşmələrə qarşı antidotların hazırlanması ilə bağlı aparılan geniş elmi araşdırmaların nəzəri əsasları təqdim edilir.

 

   Tədris proqramına müvaffiq olaraq üzvi kimya kursuna ayrilan dərs saatlarının miqdarı və vaxtı aşağıdakı sxemdə göstərilən kimidir:

 

Fakültə

Kurs

Fən

Semestr

Auditoriya saatları

Mühazirə

Məşğələ

1

Əczaçılıq

III

Əczaçılıq toksikologiyası-1

Payız

10

35

2

Əczaçılıq

III

Əczaçılıq toksikologiyası -2

Yaz

10

35

 

 

İMF-02

ƏCZAÇILIQ TOKSIKOLOGIYASI

Təhsil pilləsi:  Əsas (baza) ali tibb təhsili

İxtisas: Əczaçılıq

Fənnin məqsədi:

 

Əczaçılıq təhsili sistemində ixtisas fənnlərindən biri kimi III kursda tədris olunan Əczaçılıq toksikologiyası zəhərlərin mənbələrinin, onların fiziki, kimyəvi, bioloji və dozadan asılı olaraq toksik təsir xüsusiyyətlərinin, orqanizmdə toksikokinetikasının və toksikodinamikasının, zəhərlərin və onların metabolitlərinin bioloji materialdan təcridedilmə və aşkarlanması üsullarının öyrənilməsidir. Məqsədə daxil olan digər istiqamət yeni dərman molekulunun yaradılması, yəni dərman dizaynı probleminin həlli yollarının toksikoloji aspektlərinin öyrənilməsidir.

 

Fənnin təlim nəticəsi:

  1. Zəhərli maddələrin mənşəyinə, orqanizmə təsirinə görə təsnifatını öyrənir;
  2. Hər hansı bir maddənin klassik və müasir analiz üsulları əsasında identifikasiya etməyi bacarır;
  3. Zəhərli maddənin dozadan asılı olaraq orqanizmə təsirini öyrənir;
  4. Toksinlərin biotransformasiyası haqqında bilikləri mənimsəyir;
  5. Kimyəvi-toksikoloji analiz üsullarını mənimsəyir;
  6. Ekspert-analitik kimi formalaşır

 

     Fənnin məzmunu:

    Elm və Təhsil Nazirliyinin təsdiq etdiyi “Əczaçılıq ixtisası” təhsil proqramına əsasən məcburi fənndir.

     Əczaçılılq toksikologiyası fənnində klassik və müasir kimyəvi analiz üsulları, vəsfi, miqdari və instrumental analiz, onların mahiyyəti, yerinə yetirilməsi, maddə nümunələrinin analizi, lazım gələn avadanlıq, reaktivlər, analizin yekunlaşdırılması və son nəticəsinin statistik cəhətdən işlənilməsi qaydaları geniş şərh edilir.

 Bundan başqa kimyəvi laboratoriyada iş qaydaları, texniki təhlükəsizlik və bədbəxt hallarda ilk yardım, zəhərli və şiddətli təsirə malik maddələrlə davranma, kimyəvi reaktivlər və s. haqqında müfəssəl məlumatlar verilir.

    Analiz və təyin olunan maddələr  haqqında anlayış, maddənin fiziki və kimyəvi xassələri, onların nümunələrinin götürülməsi, bioloji materialdan təcridi, toksikoloji əhəmiyyəti haqqında ətraflı məlumat verilir.

Maddələrin aşkar edilmə prinsipləri, analitik xassə, identifikasiyası, vəsfi analizin fiziki, kimyəvi, fiziki-kimyəvi üsulları, analitik reaksiyalar, reaktivlər, analitik reaksiyaların təsnifatı, spesifikliyi, həssaslığı, kənar qarışıqlardan təmizlənməsi, haqqında məlumatlar təqdim edilir.

Həmçinin instrumental analiz üsulları ilə maddələrin identifikasiya edilməsi və müasir komtuter proqramalarının köməkliyi ilə maddələrin xarakteriza edilərək, toksikliyinin proqnozlaşdırılması öyrənilir.

Əczaçılıq toksikologiyasının nəzəri əsasları əsasən mühazirə dərslərində nəzərə çatdırılır.

Tələbələr bu fənni tam mənimsədikdən sonra magistratura pilləsində də təhsillərini asanlıqla davam etdirə bilərlər və bu da gələcəkdə bu sahədə çalışmaqlarına zəmin yaradır.

 

Əczaçılıq toksiqologiyası-1:

 

Topic

Mövzu (mühazirə)

Readings (Ədəbiyyat)

Saat

1

Əczaçılıq toksikologiyası fənni, vəzifəsi, məqsədi. Digər  fənlərlə əlaqəsi. Toksiklik. Ümumi və xüsusi toksiklik. Zəhərli maddələrin təsnifatı. Qida təhlükəsizliyi və dopinq nəzarəti. Narkotik, psixotrop və güclü təsiredici maddələrin toksikoloji xüsusiyyətləri.

 1.1: İskəndərov Q.B. Toksikoloji kimya. Bakı: Təbib, 2012, 671 s. (I fəsil)

1.2: Curtis D. Klaassen, John B. Watkins III Casarett & Doulls Essentials of Toxicology. By the McGraw-Hill Companies, 2015, p.524 (Unit 1)

https://accesspharmacy.mhmedical.com/book.aspx?bookID=1540 

2

2

Toksiklik testləri.  LD50, LC50, ADI,  LOAEL, NOAEL, NOAEC, T25, BMD, EC50, NOEC, DT50 və s. göstəriciləri, in vivo, in vitro və in silico təcrübələri. Biotestlər.

2.1: Qarayev E.A., Hüseynquliyeva K.F. Ksenobiotiklərin toksikliyinin qiymətləndirilməsinə müasir yanaşmalar. Azərbaycan Tibb jurnalı, 2021 (2), s.95-100

2.2: Curtis D. Klaassen, John B. Watkins III Casarett & Doulls Essentials of Toxicology. By the McGraw-Hill Companies, 2015, p.524 (Unit 1)

https://accesspharmacy.mhmedical.com/book.aspx?bookID=1540

2

3

Toksikokinetika. Toksikokinetik analizi təsvir edən modellər.

3.1: İskəndərov Q.B. Toksikoloji kimya. Bakı: Təbib, 2012, 671 s. (I fəsil)

3.2: Curtis D. Klaassen, John B. Watkins III Casarett & Doulls Essentials of Toxicology. By the McGraw-Hill Companies, 2015, p.524 (Unit 1)

https://accesspharmacy.mhmedical.com/book.aspx?bookID=1540

2

4

Zəhərlərin orqanizmə giriş yolları, sorulması, paylanması və xaric olması. Zəhərlərin membranlardan keçid formaları. Absorbsiya və ona təsir edən faktorlar.  

4.1: İskəndərov Q.B. Toksikoloji kimya. Bakı: Təbib, 2012, 671 s. (I fəsil)

4.2: Curtis D. Klaassen, John B. Watkins III Casarett & Doulls Essentials of Toxicology. By the McGraw-Hill Companies, 2015, p.524 (Unit 1)

https://accesspharmacy.mhmedical.com/book.aspx?bookID=1540

2

5

Biotransformasiya. Biotransformasiyanın I və II faza reaksiyaları.

5.1: İskəndərov Q.B. Toksikoloji kimya. Bakı: Təbib, 2012, 671 s. (I fəsil)

5.2: Curtis D. Klaassen, John B. Watkins III Casarett & Doulls Essentials of Toxicology. By the McGraw-Hill Companies, 2015, p.524 (Unit 1)

https://accesspharmacy.mhmedical.com/book.aspx?bookID=1540

2

 

 

Topic

Mövzu (praktika)

Readings (Ədəbiyyat)

Saat

1

Əczaçılıq toksikologiyasına giriş. Toksiklik sinifləri. Toksikoloji analizin xüsusiyyətləri. Farmakonəzarət. Nümunələrin toksikoloji analizə göndərilməsi, qəbulu və qeydiyyatı qaydaları. Zəhərlərin bioloji materialdan təcridi üsulları və zəhərlərin təsnifatı.

1.1: İskəndərov Q.B. Toksikoloji kimya. Bakı: Təbib, 2012, 671 s. (I fəsil)

1.2: Curtis D. Klaassen, John B. Watkins III Casarett & Doulls Essentials of Toxicology. By the McGraw-Hill Companies, 2015, p.524 (Unit 1)

https://accesspharmacy.mhmedical.com/book.aspx?bookID=1540

4

2

Xromatoqrafiya (nazik təbəqədə xromatoqrafiya, qaz xromatoqrafiyası, yüksək effektivli maye xromatoqrafiya),   spektroskopiya (UB-, İQ-, NMR- və kütlə spektroskopiyası) üsullarının zəhərlərin vəsfi və miqdari təyinində tətbiqi.

2.1: Qarayev E.A., Qarayev E.E. Xromatoqrafik analiz. Bakı: Təbib, 2021, 424 s. (I fəsil)

2.2: Qarayev E.A., Qarayev E.E. Spektroskopik analiz üsulları. Bakı: Təbib, 2018, 492 s. (I fəsil)

 

4

3

Turş və əsasi xassəli qeyri-uçucu maddələrin bioloji materialdan təcridi. Turş xassəli qeyri-uçucu zəhərli maddələr. Barbituratlar. Salisil turşusu və törəmələri. Onların toksikologiyası və analizi.

3.1: İskəndərov Q.B. Toksikoloji kimya. Bakı: Təbib, 2012, 671 s. (III fəsil)

3.2: Qarayev E.A. Sintetik üzvi zəhərlərin kimyəvi- toksikoloji analizi. Bakı:  Təbib, 2017, 326 s. (Xüsusi hissə)

3

4

Əsasi xassəli qeyri-uçucu zəhərli maddələr. Alkaloidlər  qrupu.  Vəsfi və miqdari analiz üsulları. Piridin və piperidin  törəməli   alkaloidlərin toksikologiyası və analizi.

4.1: İskəndərov Q.B. Toksikoloji kimya. Bakı: Təbib, 2012, 671 s. (III fəsil)

4.2: Qarayev E.A. Bitki və heyvan mənşəli zəhərlərin kimyəvi-toksikoloji analizi. Bakı: Təbib, 2015, 308 s. (Xüsusi hissə)

2

5

Tropan törəməli alkaloidlərin toksikologiyası və analizi.

5.1: İskəndərov Q.B. Toksikoloji kimya. Bakı: Təbib, 2012, 671 s. (III fəsil)

5.2: Qarayev E.A. Bitki və heyvan mənşəli zəhərlərin kimyəvi-toksikoloji analizi. Bakı: Təbib, 2015, 308 s. (Xüsusi hissə)

2

6

İzoxinolin törəməli alkaloidlərin toksikologiyası və analizi.

6.1: İskəndərov Q.B. Toksikoloji kimya. Bakı: Təbib, 2012, 671 s. (III fəsil)

6.2: Qarayev E.A. Sintetik üzvi zəhərlərin kimyəvi-toksikoloji analizi. Bakı:  Təbib, 2017, 326 s. (Xüsusi hissə)

2

7

İndol və pirrolizidin törəməli alkaloidlərin  toksikologiyası və analizi.

7.1: İskəndərov Q.B. Toksikoloji kimya. Bakı: Təbib, 2012, 671 s. (III fəsil)

7.2: Qarayev E.A. Sintetik üzvi zəhərlərin kimyəvi- toksikoloji analizi. Bakı:  Təbib, 2017, 326 s. (Xüsusi hissə)

2

8

Purin törəməli alkaloidlərin toksikologiyası və analizi.

8.1: İskəndərov Q.B. Toksikoloji kimya. Bakı: Təbib, 2012, 671 s. (III fəsil)

8.2: Qarayev E.A. Bitki və heyvan mənşəli zəhərlərin kimyəvi-toksikoloji analizi. Bakı: Təbib, 2015, 308 s. (Xüsusi hissə)

2

9

Əsasi xarakterli sintetik üzvi maddələrin  (piperidin, para-aminbenzoy turşusu, fenotiazin törəmələri) toksikologiyası və analizi.

9.1: İskəndərov Q.B. Toksikoloji kimya. Bakı: Təbib, 2012, 671 s. (III fəsil)

9.2: Qarayev E.A. Sintetik üzvi zəhərlərin kimyəvi- toksikoloji analizi. Bakı:  Təbib, 2017, 326 s. (Xüsusi hissə)

2

10

Kollokvium

 

2

11

Benzodiazepin törəmələrinin toksikologiyası və analizi.

11.1: İskəndərov Q.B. Toksikoloji kimya. Bakı: Təbib, 2012, 671 s. (III fəsil)

11.2: Qarayev E.A. Sintetik üzvi zəhərlərin kimyəvi- toksikoloji analizi. Bakı:  Təbib, 2017, 326 s. (Xüsusi hissə)

2

12

Ürək qlikozidləri və saponinlər. Onların toksikologiyası və analizi.

12.1: İskəndərov Q.B. Toksikoloji kimya. Bakı: Təbib, 2012, 671 s. (III fəsil)

12.2: Qarayev E.A. Bitki və heyvan mənşəli zəhərlərin kimyəvi-toksikoloji analizi. Bakı: Təbib, 2015, 308 s. (Xüsusi hissə)

2

13

Qaz şəkilli zəhərli maddələrin toksikologiyası və analizi.

13.1: İskəndərov Q.B. Toksikoloji kimya. Bakı: Təbib, 2012, 671 s. (VII fəsil)

13.2: Curtis D. Klaassen, John B. Watkins III Casarett & Doulls Essentials of Toxicology. By the McGraw-Hill Companies, 2015, p.524 (Unit 6)

https://accesspharmacy.mhmedical.com/book.aspx?bookID=1540

2

14

Dopinq maddələrinin toksikologiyası və analizi.

14.1: Qarayev E.A. Sintetik üzvi zəhərlərin kimyəvi- toksikoloji analizi. Bakı:  Təbib, 2017, 326 s. (Xüsusi hissə)

2

15

Yekun dərs. Ümumi sorğu.

 

2

 

Əczaçılıq toksikologiyası-2:

Topic

Mövzu (mühazirə)

Readings (Ədəbiyyat)

Saat

1

Zəhərlərin toksik təsir mexanizmi. Qaraciyər toksikologiyası. Hepatoksikantların təsir mexanizmləri.

 1.1: İskəndərov Q.B. Toksikoloji kimya. Bakı: Təbib, 2012, 671 s.

1.2: Curtis D. Klaassen, John B. Watkins III Casarett & Doulls Essentials of Toxicology. By the McGraw-Hill Companies, 2015, p.524

https://accesspharmacy.mhmedical.com/book.aspx?bookID=1540

2

2

Qaraciyər zədələnmələrinin qiymətləndirilməsi. Etanolun metabolizminin istiqamətləri

2.1: İskəndərov Q.B. Toksikoloji kimya. Bakı: Təbib, 2012, 671 s.

2.2: Curtis D. Klaassen, John B. Watkins III Casarett & Doulls Essentials of Toxicology. By the McGraw-Hill Companies, 2015, p.524

https://accesspharmacy.mhmedical.com/book.aspx?bookID=1540

2

3

Böyrək toksikologiyası. Toksik nefropatiya. Böyrəyin müxtəlif struktur elementlərində patologiya törədən nefrotoksinlər

3.1: İskəndərov Q.B. Toksikoloji kimya. Bakı: Təbib, 2012, 671 s.

3.2: Curtis D. Klaassen, John B. Watkins III Casarett & Doulls Essentials of Toxicology. By the McGraw-Hill Companies, 2015, p.524

https://accesspharmacy.mhmedical.com/book.aspx?bookID=1540

2

4

Genetik toksikologiya, kimyəvi mutagenez, kimyəvi karsinogenez, teratogenlik

4.1: İskəndərov Q.B. Toksikoloji kimya. Bakı: Təbib, 2012, 671 s.

4.2: Curtis D. Klaassen, John B. Watkins III Casarett & Doulls Essentials of Toxicology. By the McGraw-Hill Companies, 2015, p.524

https://accesspharmacy.mhmedical.com/book.aspx?bookID=1540

2

5

Tənəffüs sistemi toksikliyi. Tənəffüs sistemində biotransformasiya

5.1: İskəndərov Q.B. Toksikoloji kimya. Bakı: Təbib, 2012, 671 s.

5.2: Curtis D. Klaassen, John B. Watkins III Casarett & Doulls Essentials of Toxicology. By the McGraw-Hill Companies, 2015, p.524

https://accesspharmacy.mhmedical.com/book.aspx?bookID=1540

2

 

 

Topic

Mövzu (praktika)

Readings (Ədəbiyyat)

Saat

1

Uçucu zəhərlərin bioloji materialdan su buxarı ilə distillə etməklə təcridi. Mikrodiffuziya üsulu ilə uçucu zəhərlərin təyini. Sianid turşusu, biomaterialdan təcridi, aşkar edilməsi və təyini.

1.1: İskəndərov Q.B. Toksikoloji kimya. Bakı: Təbib, 2012, 671 s.

1.2: Curtis D. Klaassen, John B. Watkins III Casarett & Doulls Essentials of Toxicology. By the McGraw-Hill Companies, 2015, p.524

https://accesspharmacy.mhmedical.com/book.aspx?bookID=1540

4

2

Xlor üzvi birləşmələr: xloroform, xloralhidrat, karbon 4-xlorid, dixloretan, kimyəvi-toksikoloji xarakteristikası, təcridi, aşkarı və təyini.

2.1: Qarayev E.A., Qarayev E.E. Xromatoqrafik analiz. Bakı: Təbib, 2021, 424 s.

2.2: Qarayev E.A., Qarayev E.E. Spektroskopik analiz üsulları. Bakı: Təbib, 2018, 492 s.

 

4

3

Formaldehid, aseton, sirkə turşusu və anhidridi, kimyəvi-toksikoloji xarakteristikası, təcridi, aşkarı və təyini.

3.1: İskəndərov Q.B. Toksikoloji kimya. Bakı: Təbib, 2012, 671 s.

3.2: Qarayev E.A. Sintetik üzvi zəhərlərin kimkyəvi toksikoloji analizi. Bakı:  Təbib, 2017, 326 s.

3

4

Alifatik spirtlər. Etanol, metanol, izoamil spirti, etilenqlikol. Kimyəvi-toksikoloji xarakteristikası, təcridi, aşkarı və təyini. Fenollar, törəmələri və kimyəvi-toksikoloji analizi.

4.1: İskəndərov Q.B. Toksikoloji kimya. Bakı: Təbib, 2012, 671 s.

4.2: Qarayev E.A. Bitki və heyvan mənşəli zəhərlərin kimyəvi-toksikoloji analizi. Bakı: Təbib, 2015, 308 s.

2

5

Metal zəhərlərin minerallaşma usulu ilə təcridi,  Atom Absorbsion Spektroskopiya (AAS) və İnduktiv Əlaqəli Plazmalı Mass Spektrometriya (ICP MS) üsulları ilə  analizi. Barium, qurğuşun birləşmələrinin kimyəvi-toksikoloji analizi.

5.1: İskəndərov Q.B. Toksikoloji kimya. Bakı: Təbib, 2012, 671 s.

5.2: Qarayev E.A. Bitki və heyvan mənşəli zəhərlərin kimyəvi-toksikoloji analizi. Bakı: Təbib, 2015, 308 s.

2

6

Xrom, manqan, mis, gümüş və arsen birləşmələrinin kimyəvi-toksikoloji analizi.

6.1: İskəndərov Q.B. Toksikoloji kimya. Bakı: Təbib, 2012, 671 s.

6.2: Qarayev E.A. Sintetik üzvi zəhərlərin kimkyəvi-toksikoloji analizi. Bakı:  Təbib, 2017, 326 s.

2

7

Bismut, stibium, sink, tallium və kadmium birləşmələrinin kimyəvi-toksikoloji analizi.

7.1: İskəndərov Q.B. Toksikoloji kimya. Bakı: Təbib, 2012, 671 s.

7.2: Qarayev E.A. Sintetik üzvi zəhərlərin kimkyəvi toksikoloji analizi. Bakı:  Təbib, 2017, 326 s.  

2

8

Civə və onun birləşmələrinin kimyəvi-toksikoloji analizi.

8.1: İskəndərov Q.B. Toksikoloji kimya. Bakı: Təbib, 2012, 671 s.

8.2: Qarayev E.A. Bitki və heyvan mənşəli zəhərlərin kimyəvi-toksikoloji analizi. Bakı: Təbib, 2015, 308 s.

2

9

Bioloji materialdan su ilə təcrid olunan maddələr. Mineral turşular.   Qələvi və duzlarının kimyəvi-toksikoloji analizi.

9.1: İskəndərov Q.B. Toksikoloji kimya. Bakı: Təbib, 2012, 671 s.

9.2: Qarayev E.A. Sintetik üzvi zəhərlərin kimkyəvi toksikoloji analizi. Bakı:  Təbib, 2017, 326 s.

2

10

Kollokvium

 

2

11

Narkotik təsirli kimyəvi maddələrin kimyəvi-toksikoloji analizi.

11.1: İskəndərov Q.B. Toksikoloji kimya. Bakı: Təbib, 2012, 671 s.

11.2: Qarayev E.A. Sintetik üzvi zəhərlərin kimkyəvi toksikoloji analizi. Bakı:  Təbib, 2017, 326 s.v

2

12

Pestisidlər. Tərkibində xlor olan pestisidlərin kimyəvi-toksikoloji analizi.

12.1: İskəndərov Q.B. Toksikoloji kimya. Bakı: Təbib, 2012, 671 s.

12.2: Qarayev E.A. Bitki və heyvan mənşəli zəhərlərin kimyəvi-toksikoloji analizi. Bakı: Təbib, 2015, 308 s.

12.3: Qarayev E.A. Sintetik üzvi zəhərlərin kimkyəvi toksikoloji analizi. Bakı:  Təbib, 2017, 326 s.

2

13

Pestisidlər. Tərkibində fosfor olan pestisidlərin kimyəvi-toksikoloji analizi.

13.1: İskəndərov Q.B. Toksikoloji kimya. Bakı: Təbib, 2012, 671 s.

13.2: Qarayev E.A. Bitki və heyvan mənşəli zəhərlərin kimyəvi-toksikoloji analizi. Bakı: Təbib, 2015, 308 s.

13.3: Qarayev E.A. Sintetik üzvi zəhərlərin kimkyəvi toksikoloji analizi. Bakı:  Təbib, 2017, 326 s.

2

14

Müxtəlif qida qruplarında qida qatqı maddələrinin və zərərli maddələrin təyini.

14.1: İskəndərov Q.B. Toksikoloji kimya. Bakı: Təbib, 2012, 671 s.

14.2: Qarayev E.A. Bitki və heyvan mənşəli zəhərlərin kimyəvi-toksikoloji analizi. Bakı: Təbib, 2015, 308 s.

2

15

İçməli və istifadə edilən sularda çirkləndirici maddələrin analizi və toksikliyin qiymətləndirilməsi. Biotestlər.

15.1: İskəndərov Q.B. Toksikoloji kimya. Bakı: Təbib, 2012, 671 s.

15.2: Curtis D. Klaassen, John B. Watkins III Casarett & Doulls Essentials of Toxicology. By the McGraw-Hill Companies, 2015, p.524

https://accesspharmacy.mhmedical.com/book.aspx?bookID=1540

2