Bizi izləyin:
Heydər Əliyev
Seçim: Əczaçılıqda analitik cihazlar (Əczaçılıq)
Bölmələrimiz
Seçim: Əczaçılıqda analitik cihazlar (Əczaçılıq)

Əczaçılığın müxtəlif sahələrində aparılan analizlərin yerinə yetrilməsində istifadə olunan üsullardan biri və ən əhəmiyyətlisi xromatoqrafiya hesab olunur. Ümumiyyətlə xromatoqrafiya müasir və və daim inkişafda olan ən əhəmiyyətli analitik üsul kimi nəinki əczaçılıqda, eyni zamanda bir çox sahələrdə müvəffəqiyyətlə istifadə olunur. Elə bir analitik laboratoriya yoxdur ki, orada xromatoqrafiyanın hansısa bir növündən istifadə edilməsin. İstər analitik, istərsə də preparativ məqsədlərlə xromatoqrafiya üsulları elmi və təcrübi laboratoriyalarda öz geniş istifadəsini tapmışdır. Artıq klassik xromatoqrafiya üsulları yeni müasir üsullarla əvəz edilməkdədir. Belə ki, klassik üsullardan olan kagız xromatoqrafiyası və sütunlu xromatoqrafiya üsulları daha əhəmiyyətli NTX və fləş xromatoqrafiya ilə əvəz olunmuşdur. Öz növbəsində NTX analiz üsulu da YENTX ilə əvəz olunur. QMX-da istifadə edilən doldurulma kolonkalarının yerini kapillyar kolonkalar tutur. UYEMX yavaş-yavaş YEMX üsulunu sıxışdırır. Xromatoqrafiya üsullarına tətbiq edilən hər bir yenilik hansısa əsas göstəricilərin daha əlverişli, üstün olmasına görə əvvəlkindən fərqlənir.

Əczaçılıqda istifadə olunan digər əhəmiyyətli analitik üsullardan biri də spektroskopiya hesab olunur. Spektroskopiyanı və eləcə də analitik siqnalın spektrlərini maddənin hansı hissəciyinin yaratması xüsusiyyətinə görə ümumi şəkildə iki yerə ayırırlar: atom spektroskopiyası (atom-absorbsion spektroskopiya, atom-emission spektroskopiya, atom-flüoressent spektroskopiya və s.) və molekulyar spektroskopiya (optik spektroskopiya, mass-spektrometriya, mikrodalğa spektroskopiyası, rentgen spektroskopiyası, NMR-spektroskopiya, EPR-spektroskopiya və s.). Atom spektroskopiyası nümunənin element tərkibini, molekulyar spektroskopiya isə molekul tərkibini öyrənir. Kimyəvi maddənin vəsfi sübutu zamanı optik spektroskopik (UB-, GS- və İQ-spektroskopiya) və kütlə-spektroskopik analiz üsullarından daha geniş istifadə edilir. Lakin maddələrin tam kimyəvi quruluşunu müəyyən etmək üçün NMR-spektroskopiya üsulu böyük əhəmiyyətə malikdir. 

Tədris proqramına müvaffiq olaraq üzvi kimya kursuna ayrilan dərs saatlarının miqdarı və vaxtı aşağıdakı sxemdə göstərilən kimidir:

 

Fakültə

Kurs

Fən

Semestr

Auditoriya saatları

Mühazirə

Məşğələ

1

Əczaçılıq

IV

Seçim: Əczaçılıqda analitik cihazlar

Payız

20

70

 

İSF – 01

Seçim: ƏCZAÇILIQDA ANALITIK CIHAZLAR

Təhsil pilləsi:  Əsas (baza) ali tibb təhsili

İxtisas: Əczaçılıq

Fənnin məqsədi:

 

     Əczaçılıq fakültəsinin bakalavr pilləsində təhsil alan tələbələrə müxtəlif xromatoqrafik və spektroskopik analiz üsullarının nəzəri əsaslarını mənimsətmək,  bununla yanaşı praktik vərdişləri, tətbiq olunan cihazların iş prinsiplərini öyrətməkdən ibarətdir

Fənnin təlim nəticəsi:

1. Gələcəkdə yüksək səriştəli  provizorlar kimi yetişməsinə yardımçıdır.

2.Dərman maddələrinin, kimyəvi maddələrin, toksik maddələrin müxtəlif qarışıqların tərkibindən təmiz, fərdi şəkildə əldə edilməsinin nəzəri əsaslarını bilir və cihazları bu məqsədlə istifadə edir.

3. Dərman maddələrinin, kimyəvi maddələrin, toksik maddələrin identifikasiyasını yerinə yetirir.

4. Dərman maddələrinin, kimyəvi maddələrin, toksik maddələrin miqdari təyinini müvafiq cihazlarla yerinə yetirir.

5. Əldə etdiyi nəzəri və təcrübi bilikləri əczaçılığın müxtəlif sahələrində istifadə olunan yeni xromatoqrafiya üsullarına tətbiq edir.

6. Əldə etdiyi nəzəri və təcrübi bilikləri əczaçılığın müxtəlif sahələrində istifadə olunan müasir spektroskopiya üsullarına tətbiq edir.

7. Gələcəkdə tələbələrin elmi bilik və bacarıq səviyyələrinin yüksəlməsində, magistratura, doktoranturada uğurla təhsil almasında böyük rolu vardır.

     Fənnin məzmunu:

   Elm və Təhsil Nazirliyinin təsdiq etdiyi  “050806-Əczaçılıq” təhsil proqramına əsasən seçim fənnidir.

   “Əczaçılıqda analitik cihazlar” fənnində əczaçılığın müxtəlif sahələrində aparılan tədqiqatlar, analizlər zamanı tətbiq edilən xromatoqrafiya, spektroskopiya üsullarının əhəmiyyətindən və bu üsulları yerinə yetirmək üçün istifadə olunan cihazların iş prinsipindən bəhs edilir. Müasir instrumental analiz üsulları olan xromatoqrafiya, spektroskopiya üsulları haqqında nəzəri məlumatlar mühazirə dərslərində tələbələrə öyrədilir. Məşğələ dərslərində bu üsullarla analizlərin  yerinə yetirilməsində istifadə olunan cihazlar və onların iş prinsipi haqqında məlumat verilir, eləcə də müxtəlif maddələrin, həmçinin qarışıqların tərkibində olan fərdi maddələrin xromotoqrafiya və spektroskopiya üsulları ilə imkan daxilində təyini aparılır. Bu fənnin məzmununda qaz xromatoqrafiya, yüksək effektiv maye xromatoqrafiya, kütlə spektroskopiya, NMR-spektroskopiya, İQ- və UB - spektroskopiya haqqında məlumatlar xüsusi yer tutur. Tələbə bu fənnin sayəsində təcrübi biliklərə yiyələnərək əczaçılıqda, ekologiyada, tibbdə, qida analizində bu kimi digər laboratoriyalarda çalışmağa maraq göstərir.

     Tələbə mənimsədiyi instrumental analiz üsulları, tətbiq edilən cihazlar haqqında nəzəri məlumat və praktiki vərdişlər vasitəsilə gələcəkdə daha geniş aspektdə müxtəlif sahələrdə - əczaçılıq sahəsində, qida təhlükəsizliyi sahəsində, tibb sahəsində, ekologiya sahəsində çalışa bilər.

 

Mövzu (mühazirə)

Ədəbiyyat

Saat

1

Xromatoqrafiya haqqında ümumi məlumat və xromatoqrafiyanın inkişaf tarixi. Xromatoqrafiya üsullarının təsnifatı. Xromatoqrafiya nəzəriyyələri.

Eldar Abdulla oğlu Qarayev, Elnur Eldar oğlu Qarayev. “Xromatoqrafik analiz”, Dərslik.

I Fəsil, səh. 8,9,24,40.

Təbib nəşriyyatı, Bakı – 2021.

2

2

Nazik təbəqədə xromatoqrafiya üsulunun nəzəri əsasları. Xromatoqrafik bölünmənin fiziki-kimyəvi əsasları.

Eldar Abdulla oğlu Qarayev, Elnur Eldar oğlu Qarayev. “Xromatoqrafik analiz”, Dərslik. II Fəsil, səh. 62,68.

Təbib nəşriyyatı, Bakı – 2021.

2

3

Preparativ xromatoqrafiyanın nəzəri əsasları. Sütünlü və fləş xromatoqrafiya. Mərkəzdənqaçma paylanma xromatoqrafiyası.  

Eldar Abdulla oğlu Qarayev, Elnur Eldar oğlu Qarayev. “Xromatoqrafik analiz”, Dərslik. III Fəsil, səh. 180,183,186,247.

Təbib nəşriyyatı, Bakı – 2021.

2

4

Yüksək effektiv maye xromatoqrafiya üsulunun nəzəri əsasları və əczaçılıqda tətbiqi. Detektorların növləri. Preparativ yüksək effektiv maye xromatoqrafiya üsulu.

Eldar Abdulla oğlu Qarayev, Elnur Eldar oğlu Qarayev. “Xromatoqrafik analiz”, Dərslik. IV Fəsil, səh. 251,348,269,340.

Təbib nəşriyyatı, Bakı – 2021.

2

5

Qaz xromatoqrafiyasının nəzəri əsasları və əczaçılıqda tətbiqi. Kolonka və detektorlara qoyulan tələblər. Detektorların növləri.

Eldar Abdulla oğlu Qarayev, Elnur Eldar oğlu Qarayev. “Xromatoqrafik analiz”, Dərslik. V və IV Fəsil, səh. 354,414,262,269,272,279.

Təbib nəşriyyatı, Bakı – 2021.

2

6

Spektroskopiyanın nəzəri əsasları. Spektroskopik analiz üsullarının əczaçılıqda tətbiqi. Absorbsion spektroskopiyada istifadə edilən göstəricilər. Molekulyar absorbsion spektroskopiya nəzəriyyəsi

Eldar Abdulla oğlu Qarayev, Elnur Eldar oğlu Qarayev. “Spektroskopik analiz üsulları”, Dərslik. I və II Fəsil səh. 492, 11, 19-22, 23,27.

Təbib nəşriyyatı, Bakı – 2018.

2

7

 UB -və GS – spektroskopiya. Əsas prinsip və qanunlar. Buger-Lambert-Ber qanunu

Eldar Abdulla oğlu Qarayev, Elnur Eldar oğlu Qarayev. “Spektroskopik analiz üsulları”, Dərslik. II Fəsil səh.  23,27,36.

Təbib nəşriyyatı, Bakı – 2018.

2

8

İQ-spektroskopiyanın nəzəri əsasları. Furye İQ-spektroskopiya. Əksolunma İQ-spektroskopiyası.

Eldar Abdulla oğlu Qarayev, Elnur Eldar  oğlu Qarayev. “Spektroskopik analiz üsulları”, Dərslik. III Fəsil səh. 80, 89, 107.

Təbib nəşriyyatı, Bakı – 2018.

2

9

NMR-spektroskopiyanın nəzəri əsasları. 1H NMR spektroskopiyası. 13C NMR spektroskopiyası. İkiölçülü (2D) NMR spektroskopiya

Eldar Abdulla oğlu Qarayev, Elnur Eldar oğlu Qarayev. “Spektroskopik analiz üsulları”, Dərslik. IV Fəsil, səh. 210,252,312,323.

Təbib nəşriyyatı, Bakı – 2018.

2

10

Kütlə-spektroskopiyanın nəzəri əsasları. Mass-spektrometrin iş prinsipi. Neytral hissəciklərin və ionların stabilliyinin qiymətləndirilməsi

Eldar Abdulla oğlu Qarayev, Elnur Eldar oğlu Qarayev. “Spektroskopik analiz üsulları”, Dərslik. V Fəsil, səh. 335,349,350.

Təbib nəşriyyatı, Bakı – 2018.

2

 

Mövzu (praktik məşğələ)

Ədəbiyyat

Saat

1

Nazik təbəqədə xromatoqrafiya üsulunun yerinə yetirmə texnikası. Sorbentlər, elyuentlər və deteksiya. Bir- və ikiölçülü NTX. Selektivlik. Xətalar.

Eldar Abdulla oğlu Qarayev, Elnur Eldar oğlu Qarayev. “Xromatoqrafik analiz”, Dərslik. II Fəsil, səh. 76,87,105,111,120,134.

Təbib nəşriyyatı, Bakı – 2021.

6

2

Nazik təbəqədə xromatoqrafiya üsulunun variantları. Miqdarı təyinat. Skrininq analiz.

Eldar Abdulla oğlu Qarayev, Elnur Eldar oğlu Qarayev. “Xromatoqrafik analiz”, Dərslik. II Fəsil,  səh.131,138,142.

Təbib nəşriyyatı, Bakı – 2021.

6

3

Sütünlü və fləş xromatoqraflarının iş prinsipləri. Fləş xromatoqrafların növləri.

Eldar Abdulla oğlu Qarayev, Elnur Eldar  oğlu Qarayev. “Xromatoqrafik analiz”, Dərslik. III Fəsil, səh. 183,186.

Təbib nəşriyyatı, Bakı – 2021.

6

4

Yüksək effektiv maye xromatoqraf cihazının iş prinsipi. Preparativ Yüksək effektivli maye xromatoqrafın iş prinsipi, kalibrləmə qrafikinin qurulması.

Eldar Abdulla oğlu Qarayev, Elnur Eldar oğlu Qarayev. “Xromatoqrafik analiz”, Dərslik. IV Fəsil səh. 252,340,342.

Təbib nəşriyyatı, Bakı – 2021.

6

5

Yüksək effektiv maye xromatoqrafiyada optimal analitik şəraitin tapılması. Miqdari təyinat.

Eldar Abdulla oğlu Qarayev, Elnur Eldar oğlu Qarayev. “Xromatoqrafik analiz”, Dərslik. IV Fəsil, səh 341,322.

Təbib nəşriyyatı, Bakı – 2021.

6

6

Qaz xromatoqrafının iş prinsipi. Detektorların həssaslığı və təyinat həddi. Optimal analitik şəraitin tapılması.

Eldar Abdulla oğlu Qarayev, Elnur Eldar oğlu Qarayev. “Xromatoqrafik analiz”, Dərslik. V Fəsil, səh.360,382,397.

Təbib nəşriyyatı, Bakı – 2021.

4

7

Spektrofotometr və ya optik spektrometrin iş prinsipi. Buger-Lambert-Ber qanunundan kənaraçıxmalar. Digər qayda və prinsiplər.

Eldar Abdulla oğlu Qarayev, Elnur Eldar oğlu Qarayev. “Spektroskopik analiz üsulları”, Dərslik. II Fəsil, səh. 36,39,40,51.

Təbib nəşriyyatı, Bakı – 2018.

4

8

Spektrofotometrdə udma spektri və optik sıxlıq. Udma spektrinin çəkilməsi və optik sıxlığın ölçülməsi.

Eldar Abdulla oğlu Qarayev, Elnur Eldar oğlu Qarayev. “Spektroskopik analiz üsulları”, Dərslik. II Fəsil, səh. 48,50.

Təbib nəşriyyatı, Bakı – 2018.

4

9

Spektrofotometrdə çəkilmiş spektrlərin interpretasiyası, miqdari təyinatın yerinə yetirilməsi. Məsələ həlli.

Eldar Abdulla oğlu Qarayev, Elnur Eldar oğlu Qarayev. “Spektroskopik analiz üsulları”, Dərslik. II Fəsil, səh. 52,70-72.

Təbib nəşriyyatı, Bakı – 2018.

4

10

Kollokvium

 

4

11

İQ spektroskopiyada istifadə olunan cihazlar. Nümunələrin hazırlanması və İQ-spektrlərin çəkilməsi. İQ-spektrlərin interpretasiyası.

Eldar Abdulla oğlu Qarayev, Elnur Eldar oğlu Qarayev. “Spektroskopik analiz üsulları”, Dərslik. III Fəsil, səh. 114 - 118, 124.

Təbib nəşriyyatı, Bakı – 2018.

4

12

NMR spektroskopiyada siqnalın qeydiyyatı. Relaksasiya.Kimyəvi sürüşmə. NMR-spektrlər əsasında kimyəvi quruluşun açılması. Məsələ həlli.

Eldar Abdulla oğlu Qarayev, Elnur Eldar oğlu Qarayev. “Spektroskopik analiz üsulları”, Dərslik. IV Fəsil, səh. 228,235,242,329.

Təbib nəşriyyatı, Bakı – 2018.

4

13

Kütlə-spektroskopiya üsulunda identifikasiya. Spektrlərin interpretasiyası.

Eldar Abdulla oğlu Qarayev, Elnur Eldar oğlu Qarayev. “Spektroskopik analiz üsulları”, Dərslik. V Fəsil, səh. 353, 357.

Təbib nəşriyyatı, Bakı – 2018.

4

14

Kombinə edilmiş spektroskopik  analiz üsullarında spektrlərin interpetasiyası. Əsas kimyəvi qrupların spektral göstəricilərinin təyini.

Eldar Abdulla oğlu Qarayev, Elnur Eldar oğlu Qarayev. “Spektroskopik analiz üsulları”, Dərslik. VI Fəsil, səh. 380, 397.

Təbib nəşriyyatı, Bakı – 2018.

4

15

Ümumi sorğu. Yekun dərs.

 

4