Bizi izləyin:
Heydər Əliyev
Ümumi kimya (Əczaçılıq)
Bölmələrimiz
Ümumi kimya (Əczaçılıq)

Kimya maddənin quruluşunu, tərkibini, xassələrini və çevrilmələrini öyrənən elm sahəsidir. Kimya bizə elementlərin, birləşmələrin və qarışıqların xassələrini anlamağa və müxtəlif maddələri birləşdirərək yeni maddələr əldə etməyə imkan verir. Kimyanın əsas məqsədi atomlar və molekullar kimi maddənin əsas vahidlərini başa düşmək, kimyəvi reaksiyaları idarə etmək, enerji istehsal etmək, ekoloji problemlərin həlli yollarını tapmaq və bir çox sənaye proseslərini təkmilləşdirməkdir. Kimya bir neçə sahələrə bölünür və dərman inkişafı, qida texnologiyası və ətraf mühitin mühafizəsi kimi müxtəlif tətbiq sahələrinə malikdir. Kimya müasir dünyanın bir çox aspektlərinə təsir edən fundamental elmdir.

Kimyanin fiziki və riyazi prinsipləri birləşdirərək fiziki kimya kimi bir istiqaməti öyrənilir. Fiziki kimya kimyəvi sistemin energetikası, kinetikası və quruşlarının fiziki xüsusiyyətlərini izah edir. Termokimya (energetika), kolloid kimya, termodinamika, kvant kimya kimi sahələri əhatə edir. Reaksiyaların kinetikasını, həcmini, energetikasını və temperatur təsirini araşdırır. Kimyəvi tədqiqatların laboratoriya metodlarına və nümunələrin analizinə nəzər salır.

Kolloid kimya isə maddələrin nanoşkaladakı quruluşunu öyrənir, kolloidlər, qarışıqlar, dispers sistemlər və emulsiyalar kimi sistemləri tədqiq edir. Kolloidlərin optik, elektrik, kimyəvi və fiziki xüsusiyyətlərini araşdırır. Kolloidlərdən bioloji sistemlər və texnologiyada geniş tətbiq edilir.

Tədris proqramına müvaffiq olaraq üzvi kimya kursuna ayrilan dərs saatlarının miqdarı və vaxtı aşağıdakı sxemdə göstərilən kimdir:

 

Fakültə

Kurs

Fən

Semestr

Auditoriya saatları

Mühazirə

Məşğələ

1

Əczaçılıq

I

Ümumi kimya

Payız

30

60

 

 

İF-15

ÜMUMİ KIMYA

Təhsil pilləsi:  Əsas (baza) ali tibb təhsili

İxtisas: Əczaçılıq

Fənnin məqsədi:

 

Əczaçılıq fakültəsinin I kursunda tədris olunan Umumi kimya, kimyanın əsas prinsiplərini və molekulyar səviyyədə hadisələri anlamaq məqsədi daşıyan kimya sahəsidir. Tədris olunan ümumi kimyanın məqsədi tələbələrə kimyəvi hadisələri anlatmaq, termodinamik prinsipləri tədqiq etmək, kimyəvi tarazlıq və tarazlıq sabitlərinin hesablamaq, molekulyar strukturların və qarşılıqlı təsirləri təhlil etməkdən və kimyəvi kinetikanın tədqiq etməkdən və əməli vərdişləri öyrətməkdən ibarətdir.

Fənnin təlim nəticəsi:

  1. Ümumi kimyanın nəzəri əsaslarını, qanunlarını, kvant kimyasına keçid mərhələlərini  bilir;

2. Məhlullar haqqında əsas anlayışları bilir, məhlulların hazırlanmasını bacarır, müxtəlif qatılıqda məhlullar hazırlayır və ifadə formalarını mənimsəyir;

3. Oksidləşmə-reduksiya, turşu-qələvi və kompleksəmələgəlmə reaksiyaları haqqında məlumatlara sahibdir, oksidləşmə - reduksiya reaksiyalarının tərtib üsullarını bilir;

4. Energetik səviyyə və yarımsəviyyələrdə elektronların paylanma ardıcıllığını, kovalent rabitənin növlərini, tam enerjinin asılı olduğu parametrləri bilir;

5.  Kolloid məhlulların həqiqi məhlullardan fərqini və onların davamlılığının artırılması yollarını bilir;

6. Nanotexnologiya və nanohissəciklər haqqında ilkin biliklərə sahibdir;

7. Xromatoqrafik analiz üsullarını  və  maddələrin  nümunələr üzrə ayırma və diaqnostik analizi haqqında bilir;

8. Ümumi kimya kursunda öyrəndiklərini, sonradan tədris olunacaq digər kimya fənləri ilə əlaqələndirərək təcrübəsində istifadə edir;

9. Kimya laboratoriyasında təhlükəsizlik qaydalarını bilir və tətbiq edir

     Fənnin məzmunu:

     Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq etdilmiş “Əczaçılıq” ixtisası təhsil proqramına əsasən məcburi fənndir.

     Əczaçılıq fakültəsində tədris olunan Ümumi kimya fənni üç istiqamətdə tədris olunur. (Ümumi kimya, Fiziki kimya, Kolloid kimya),

     Ümumi kimya - kimyanın əsas prinsiplərini və tibbi kimya sahəsində mühüm əhəmiyyəti olan molekul və atom quruluşlarını öyrədən bir sahədir. Bu fənn kimyanın əsas terminlərini, reaksiyalarını və kimya texnologiyalarını öyrədir. Təbii ki, əczacılıq fakültəsində bu fənnin tədrisi tibbi maddələrin və dərmanların kimyəvi quruluşları, bioloji fəallıqları haqqında bilikləri əhatə edir.

    Fiziki kimya – kimyəvi hadisələri izah edən və onların qanunauyğunluqlarını fizikanın ümumi prinsipləri əsasında öyrənən elmdir. Bu fənn maddələrin quruluşu, qarşılıqlı təsiri ilə kimyəvi sistemlərin fiziki xüsusiyyətləri arasındakı əlaqələrindən bəhs edir. Fənnin tədrisində termodinamika, kinetika, kimyanın nəzəriyyləri və elektrokimya kimi mövzulara diqqət yetirilir. Əczacılıq sahəsində, dərmanların hazırlanmasında fiziki – kimyəvi tədqiqat üsulları əhəmiyyətli rol oynayır.

    Kolloid kimya - dispers sistemləri (misal üçün, qarışıq maddələrdən ibarət emulsiyalar və suspenziyalar) öyrənən bir elmdir. Bu fənnin tədrisi zamanı müxtəlif məhlulların hazırlanması, səthi gərilmə, səthi aktiv və inaktiv maddələr, kolloidlərin hazırlanması və onların xassələri, koaqulyasiya və koalessensiya kimi mövzular öyrənilir. Kolloid kimya müxtəlif növ dərmanlar (tabletlər, kapsullar, məlhəmlər, kremlər, məhlullar və ya aerozollar) hazırlamaq üçün istifadə olunur. Həmçinin dərmanların bədəndə necə sərbəst buraxılmasına, udulmasına və paylanmasına təsir edən amilləri öyrənmək üçün istifadə olunur. Nanotexnologiya və nanomateriallar kolloid sistemlərlə birləşdirilir ki, dərmanların məqsədyönlü çatdırılması və uzunmüddətli təsirləri artır. Kolloid kimya dərmanların saxlama müddətini və davamlılığını artırmağa kömək edir. Dərmanlar zaman keçdikcə təsirini azalda və ya itirə bilər, buna görə də kolloid sistemlərin davamlılığının öyrənilməsi vacibdir. Dərmanların orqanizmdə necə qarşılıqlı əlaqədə olduğunu başa düşmək kolloid kimyasının başqa bir vacib aspektidir. Dərmanların plazma, zülallar, hüceyrə membranları və ya digər bioloji sistemlərlə qarşılıqlı əlaqəsi araşdırılır. 

      Ümumi kimya, fiziki və kolloid kimya - kimyanın mühüm sahələridir və geniş karyera imkanlarına malik olan fənlərdir. Belə ki, tələbələr gələcəkdə kimya sahəsində fundamental tədqiqatlar aparan universitetlərdə, tədqiqat laboratoriyalarında və ya sənaye şirkətlərində alim və ya tədqiqatçı kimi, kimyəvi məhsulların istehsalı ilə məşğul olan şirkətlərdə istehsal proseslərini və keyfiyyətə nəzarəti inkişaf etdirmək üçün kimyaçı mütəxəssis kimi fəaliyyət göstərə bilərlər. Həmçinin, dərman və tibbi məhsullar istehsal edən əczaçılıq sənayesində və şirkətlərdə də işləyə bilərlər.

.

Mövzu (mühazirə)

Ədəbiyyat

(fəsil, səhifə)

Saat

1

Ümumi kimya, məzmunu və tibb elmi ilə əlaqəsi. Kimyəvi elementlərin canlı orqanizmlərdə paylanması. Atomun quruluşu. Atomun quruluşu haqqında modellər.

Tağıyev D.B. Bioüzvi və biofiziki  kimya, Bakı, 2010, fəsil 1, səh. 6-10

https://az.warbletoncouncil.org/relacion-quimica-otras-ciencias-16595 

2

2

Kvant ədədləri və energetik səviyyələrdə elektronların paylanma ardıcıllığını müəyyən edən qanunlar. De-Broyl dalğaları və Heyzenberqin qeyri-müəyyənlik prinsipi. Atom orbitalların hibridləşməsi və molekulların həndəsi forması.  

Tağıyev D.B. Bioüzvi və biofiziki  kimya, Bakı, 2010. fəsil 1, səh. 14-16

2

3

Elementlərin dövri sistemi və onların təsnifatı. Elementlərin fiziki parametrlərinin onların sıra nömrəsindən asılı olaraq dəyişməsi.

 

Əhmədov E.L.,Hüseynquliyeva K.F. “Ümumi və fiziki kimyadan mühazirələr”, Bakı, 2022, fəsil 2, səh. 45-50

2

4

  1. Kimyəvi rabitənin təbiəti haqqındakı nəzəriyyələr. Şredinger tənliyi. Oksidləşmə-reduksiya reaksiyaları və onların tərtib üsulları.
  2.  

Tağıyev D.B. Bioüzvi və biofiziki  kimya, Bakı, 2010, fəsil 1, səh. 17-21

2

5

Kimyəvi rabitənin növləri və onların xarakteristikası. Molekullararası qarşılıqlı təsir növləri (orentasiya, induksiya, dispersion qarşılıqlı təsirlər) kimyəvi rabitənin polyarlığı və dipol momenti

Əhmədov E.L.,Hüseynquliyeva K.F. “Ümumi və fiziki kimyadan mühazirələr”, Bakı, 2022, fəsil 1, səh. 56-64

2

6

  1. Kompleks birləşmələr və onların canlı orqanizmlərdə rolu.
  2.  

Tağıyev D.B. Bioüzvi və biofiziki  kimya, Bakı, 2010, fəsil 1, səh. 23-37

2

7

Kimyəvi termodinamika və bioenergetika. Termodinamikanın 0 və I qanunları və onun bioloji sistemlərə tətbiqi. Termokimya və onun qanunları. Hess qanunundan çıxan nəticələr.

 

Acalova G.İ., Həsənov X.İ. “Termodinamika və bioenergetika”, Bakı, 2021, fəsil 2, səh. 38-48

 

2

8

  1. Termodinamikanın II və III qanunları. Entropiya və onun müxtəlif proseslərdə dəyişikliyi. Nernst tənliyi. Entropiya və ehtimallıq. Termodinamik potensiallar. Hibbs-Helmholts sərbəst enerjiləri.
  2.  

Acalova G.İ., Həsənov X.İ. “Termodinamika və bioenergetika”, Bakı, 2021, fəsil 2, səh. 49-58

 

  1.  

2

9

  1. Məhlullar haqqında müxtəlif nəzəriyyələr. Məhlullarda tarazlıq və yerdəyişmə hadisələri. Kimyəvi tarazlığın termodinamikası. Fazalar keçidi. Hibbsin fazalar qaydası. Suyun hal diaqramı
  2.  

Tağıyev D.B. Bioüzvi və biofiziki  kimya, Bakı, 2010, fəsil 3, səh. 80-84

2

10

Zəif və qüvvətli elektrolitlər. pH və bioloji sistemlər. Orqanizmin əsas bufer sistemləri. Bufer təsiri və tutumu. Orqanizmdə turşu qələvi balansı.

Tağıyev D.B. Bioüzvi və biofiziki  kimya, Bakı, 2010, fəsil 3, səh. 106-110

2

11

Elektrokimya. Bioloji sistemlərin elektrokimyası. Elektrik keçiriciliyi, elektrod potensialı və metal-məhlul sərhəddində yaranan ikiqat elektrik təbəqəsi. Elektrodların təsnifatı. Redoks-sistemlər və bioloji oksidləşmə. Membran potensialı və biopotensialların təbiəti.

Tağıyev D.B. Bioüzvi və biofiziki  kimya, Bakı, 2010, fəsil 4, səh. 123-127

https://www.ceb.cam.ac.uk/research/groups/rg-eme/Edu/the-electrical-double-layer

2

12

Fermentlər və onların təsir mexanizmi. Fermentativ reaksiyaların kinetikası. Fotokimyəvi və radiasion reaksiyalar.

Tağıyev D.B. Bioüzvi və biofiziki  kimya, Bakı, 2010, fəsil 5, səh. 164-170

https://www.khanacademy.org/science/ap-biology/cellular-energetics/enzyme-structure-and-catalysis/v/enzymes

2

13

  1. Səth hadisələri, səthi gərilmə. Sorbsiya. Adsorbsiyanın növləri və nəzəriyyələri. Xromatoqrafiya və onun növləri.

Tağıyev D.B. Bioüzvi və biofiziki  kimya, Bakı, 2010, fəsil 6, səh. 179-185

2

14

  1. Dispers sistemlər, onların təsnifatı, alınması və xassələri. Kolloid hissəciklərin quruluşu və onun mitselyar nəzəriyyəsi. Mitsellanın kimyəvi quruluşu.

Tağıyev D.B. Bioüzvi və biofiziki  kimya, Bakı, 2010, fəsil 7, səh. 200-205

2

15

  1. Dispers sistemlərin koaqulyasıyası. Koaqulyasiyanın kinetikası və mexanizmi Yüksək molekul kütləli birləşmələr (YMB) və onların tibbdə tətbiqi. YMB-in məhlullarının davamlılığı və şişməsi.
  2.  

Tağıyev D.B. Bioüzvi və biofiziki  kimya, Bakı, 2010, fəsil 8, səh. 239-248

https://www.hematology.org/education/patients/blood-clots

2

 

Mövzu (məşğələ)

Ədəbiyyat

Saat

1

Laboratoriya avadanlıqları ilə tanışlıq. Stexiometrik qanunlar. Məhlulların qatılığı və onun ifadə üsulları. Bir qatılıq ifadə vasitəsindən digərinə keçid. Məsələ həlli.

Əhmədov E.L., Hüseynquliyeva K.F. “Ümumi və fiziki kimyadan mühazirələr”, Bakı, 2022, fəsil 1, səh. 16-20

4

2

Elementlərin dövri sistemi. Elementlərin təsnifatı və oların fiziki - kimyəvi parametrlərinin sıra nömrəsindən asılılığı.

Əhmədov E.L., Hüseynquliyeva K.F. “Ümumi və fiziki kimyadan mühazirələr”, Bakı, 2022, fəsil 2, səh. 45-50.

4

3

Atomun quruluşu. De-Broyl dalğaları, Heyzenberqin qeyri-müəyyənlik prinsipi. Hidrogen atomuna müvafiq gələn spektral seriyalar. Şredinger tənliyi.

Tağıyev D.B. Bioüzvi və biofiziki  kimya, Bakı, 2010, fəsil 1, səh. 6-10

4

4

Kvant ədədləri. Orbitallarda elektronların paylanma ardıcıllığını müəyyən edən qaydalar. Atom orbitallarının hibridləşməsi və molekulların həndəsi forması.

Tağıyev D.B. Bioüzvi və biofiziki  kimya, Bakı, 2010, fəsil 1, səh. 22-26

4

5

Kimyəvi rabitənin növləri. Kimyəvi rabitənin təbiəti haqqında klassik və müasir nəzəriyyələr. Oksidləşmə-reduksiya reaksiyaları.

Tağıyev D.B. Bioüzvi və biofiziki  kimya, Bakı, 2010, fəsil 1, səh. 17-21

4

 

6

Orqanogen və biogen elementlər. Makro-, mikro- və ultramikroelementlər. Kompleks birləşmələr, əmələ gəlmə prinsipləri, adlandırılması, davamlılığı və dissosiasiyası.

Tağıyev D.B. Bioüzvi və biofiziki  kimya, Bakı, 2010, fəsil 1, səh. 22-26

4

7

Termodinamikanın birinci qanunu. Daxili enerji, entalpiya. Birinci qanunun bioloji sistemlərə tətbiqi. Tənəffüs əmsalı və oksigenin kalorik ekvivalenti. Termokimyanın əsas qanunları. Məsələ həlli.

Acalova G.İ., Həsənov X.İ. “Termodinamika və bioenergetika”, Bakı, 2021, fəsil 7, səh. 73-79

4

8

Məhlullar. Suyun canlı orqanizmlərdə rolu və onun nizamlı modelləri. Həllolmanın mexanizmi və termodinamikası. Qazların mayelərdə və mayelərin bir-birində həll olması. Paylanma qanunu və ekstraksiya.

Tağıyev D.B. Bioüzvi və biofiziki  kimya, Bakı, 2010, fəsil 3, səh. 80-83

4

9

 

Məhlulların kolliqativ xassələri. Raul qanunu Krioskopiya və ebulioskopiya. Elektrolit məhlulları. Hidrogen göstəricisi. Bufer sistemlər və onların təsir mexanizmi. Qanın bufer sistemləri.

Tağıyev D.B. Bioüzvi və biofiziki  kimya, Bakı, 2010, fəsil 3, səh. 91-95

4

10

Elektrokimya. Məhlulların elektrik keçiriciliyi. Konduktometriya. Elektrokimyəvi elementlər. Elektrodların təsnifatı Elektrod potensialı. Elektrokimyəvi analiz üsulları.

Kollokvium.

Tağıyev D.B. Bioüzvi və biofiziki  kimya, Bakı, 2010, fəsil 4, səh. 123-130

2

 

2

11

Biokimyəvi reaksiyaların kinetikası və əsas anlayışları. Temperaturun reaksiya sürətinə təsiri. Arrenius tənliyi. Kataliz və katalizatorlar. Fermentativ kataliz və onun xüsusiyyətləri. Laboratoriya işi: Hidrogen-peroksidin parçalanma reaksiyasının tədqiqi.

Tağıyev D.B. Bioüzvi və biofiziki  kimya, Bakı, 2010, fəsil 5, səh. 152-161

4

12

Səth hadisələri. Səthi gərilmə. Adsorbsiyanın növləri və nəzəriyyələri. Xromatoqrafiya. Laboratoriya işi.

Tağıyev D.B. Bioüzvi və biofiziki  kimya, Bakı, 2010, fəsil 6, səh. 179-185

4

13

Dispers sistemlərin təsnifatı, alınması, tənzimlənməsi və xassələri. Elektroforez və onun tibbdə tətbiqi. Zolların müxtəlif üsullarla alınmasına aid təcrübələr.

Tağıyev D.B. Bioüzvi və biofiziki  kimya, Bakı, 2010, fəsil 7, səh. 200-205

4

14

Kolloid hissəciklərin quruluşu və onun mitselyar nəzəriyyəsi. Mitsellanın kimyəvi quruluşu.

Tağıyev D.B. Bioüzvi və biofiziki  kimya, Bakı, 2010, fəsil 7, səh. 220-223

4

15

Dispers sistemlərin davamlılıq amilləri və koaqulyasiyası. Qanın laxtalanmasının koaqulyasiya mərhələsi, kolloid mühafizə və peptizasiya.

Tağıyev D.B. Bioüzvi və biofiziki  kimya, Bakı, 2010, fəsil 7, səh. 227-232

4