Bizi izləyin:
Heydər Əliyev
Ümumi kimya (İctimai səhiyyə)
Bölmələrimiz
Ümumi kimya (İctimai səhiyyə)

Kimya fənləri arasında tibb elmi üçün ən mühüm əhəmiyyə kəsb edən ümumi kimya fənninin proqramı təkmilləşdirilmiş və müasir tələblərə uyğun olaraq yenidən işlənib hazırlanmışdır.

Ümumi kimya bioloji prosesləri nizamlayan və idarə edən fiziki kimyəvi qanunauyğunluqları öyrənir, orqanizmin ayrı-ayrı sistemlərinin funksiyalarını daha dərindən dərk etməyə və ətraf mühitlə əlaqəsini başa düşməyə imkan verir. Ümumi kimyada kimyəvi elementlərin canlı orqanizmlərdə paylanması, maddənin quruluşu, biogen metalların daxili kompleks birləşmələri, liqand patologiyası, bioenerğetikanın nəzəri əsasları olan kimyəvi termodinamikanın qanunları və onların bioloji sistemlərə tətbiqi, məhlullar və onların fizioloji rolu, bioloji sistemlərin elektrokimyası,  tibbdə tətbiq olunan elektrokimyəvi analiz üsulları, fermentativ reaksiyalar və onların kinetikası, dispers sistemlər və biopolimer məhlulların fiziki kimyas haqqında yığcam məlumat verilir.

 

Tədris proqramına müvaffiq olaraq üzvi kimya kursuna ayrilan dərs saatlarının miqdarı və vaxtıaşağıdakı sxemdə göstərilən kimidir:

Fakültə

Kurs

Fənn

Semestr

Auditoriya saatları

Mühazirə

Məşğələ

1

İctimai səhiyyə

I

Ümumi kimya-1

Yaz

20

30

 

 

İF-07  

Ümumi  kimya

Təhsil pilləsi:  Əsas baza ali tibb təhsili

İxtisas: İctimai səhiyyə

Fənnin məqsədi: Proqramda bioloji  proseslərin müxtəlif xəstəliklərin  patogenizinin molekulyar səviyyədə izahını, termodinamikanın qanunlarının bioloji sistemlərə tətbiqini və in vivo-da gedən hadisələri həm idarə edən, həm də nizamlayan fiziki-kimyəvi qanunauyğunluqları energetika və kinetrika nöqteyi-nəzərindən öyrənməkdir.  

 

Fənnin təlim nəticəsi:

Bu kursun sonunda tələbə: 

1.  ümumi kimyanın nəzəri əsaslarına;

2.  müasir tibb elminin təməli əsasları üçün vacib olan atomun quuruluşu, kimyəvi rabitənin növləri, nanotexnologiyalar və liqand patologiyası haqqında təsəvvürlərə;

3.  məhlullar haqqında əsas anlayışları qavramağa, müxtəlif qatılıqda məhlul hazırlama bacarığına və ifadə üsullarını tətbiq etməyə;

4.  oksidləşmə-reduksiya reaksiya tənliklərinin əmsallarını müəyyən etməyi və kompleksəmələgəlmə reaksiyaları haqqında məlumatlara;

5.  orbitallarda elektronların paylanma ardıcıllığını qaydalara əsaslanaraq müəyyən etməyə;

6.  kimyəvi qanunlar və canlı orqanizmdə gedən prosesləri idarə edən fiziki-kimyəvi qanunauyğunluqların əsaslarına;

7.  canlı orqanizmləri təşkil edən bioloji fəal üzvı birləşmələrin quruluşu, funksiyaları və alınma üsulları haqqında biliklərə nail olur.

 

Fənnin məzmunu:

    Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq etdilmiş “Ictimai səhiyyə” ixtisası təhsil proqramına əsasən məcburi fənndir. Ictimai səhiyyə fakültəsində tədris olunan Ümumi kimya fənni üç istiqamətdə tədris olunur. (Ümumi kimya, Fiziki kimya, Kolloid kimya),

    Ümumi kimya - kimyanın əsas prinsiplərini və tibbi kimya sahəsində mühüm əhəmiyyəti olan molekul və atom quruluşlarını öyrədən bir sahədir. Bu fənn kimyanın əsas terminlərini, reaksiyalarını və kimya texnologiyalarını öyrədir. Təbii ki, əczacılıq fakültəsində bu fənnin tədrisi tibbi maddələrin və dərmanların kimyəvi quruluşları, bioloji fəallıqları haqqında bilikləri əhatə edir.

    Fiziki kimya – bioloji prosesləri nizamlayan və idarə edən fiziki kimyəvi qanunauyğunluqları öyrənir, orqanizmin ayrı-ayrı sistemlərinin funksiyalarını daha dərindən dərk etməyə və ətraf mühitlə əlaqəsini başa düşməyə imkan verir. Ümumi kimyada kimyəvi elementlərin canlı orqanizmlərdə paylanması, maddənin quruluşu, biogen metalların daxili kompleks birləşmələri, liqand patoloğiyası, bioenerğetikanın nəzəri əsasları olan kimyəvi termodinamikanın qanunları və onların bioloji sistemlərə tətbiqi, məhlullar və onların fizioloji rolu, bioloji sistemlərin elektrokimyası,  tibbdə tətbiq olunan elektrokimyəvi analiz üsulları, fermentativ reaksiyalar və onların kinetikası, dispers sistemlər və biopolimer məhlulların fiziki kimyası haqqında məlumat verilir. 

   Kolloid kimya - dispers sistemləri öyrənən bir elmdir. İn vivo-da gedən proseslərin fazalar sərhədindən başlanması izah edilir. Bu fənnin tədrisi zamanı müxtəlif məhlulların hazırlanması, səthi gərilmə, səthi aktiv və inaktiv maddələr, kolloidlərin hazırlanması və onların xassələri, koaqulyasiya və koalessensiya kimi mövzular öyrənilir.

Fənnin tədris format: Əyani

Mövzu (mühazirə)

Ədəbiyyat

Saat

1.

Ümumi kimya, məzmunu və tibb elmi ilə əlaqəsi. Kimyəvi elementlərin canlı orqanizmlərdə paylanması. Atomun quruluşunun kvant-mexaniki modeli. Qeyri-müəyyənlik prinsipi. Şredinger  tənliyi. Kimyəvi rabitənin təbiəti.  

Tağıyev  D.B. Biofiziki   kimya, 2010. 256 s.

2

2.

Kompleks birləşmələrin canlı orqanizmlərdə rolu. Koordinasiya rabitəsinin təbiəti. Kristallik sahə nəzəriyyəsi və molekulyar orbitallar metodu. Hemoqlobin, B12 vitamini və xlorofil. Liqand  patalogiyası.

Tağıyev  D.B. Biofiziki   kimya, 2010. 256 s.

2

3.

Kimyəvi termodinamika və bioenergetika. Termodinamikanın I qanunu və onun bioloji sistemlərə tətbiqi. Termokimya. Hess qanununun termodinamikanın I qanununun nəticəsi olması haqqında. Kalorimetrik ölçmələr və onun əhəmiyyəti.

Tağıyev  D.B. Biofiziki   kimya, 2010. 256 s.

2

4.

Termodinamikanın II və III qanunları. Entropiya və onun statistik xarakteri. Gibbs və Helmholts sərbəst enerjiləri. Dönməyən proseslərin və kimyəvi tarazlığın termodinamikası

Tağıyev  D.B. Biofiziki   kimya, 2010. 256 s.

2

5.

Məhlullar haqqında müxtəlif nəzəriyyələr. Məhlullarda yerdəyişmə hadisələri. Diffuziya, osmos və bioloji proseslərdə osmosun rolu. Donnan tarazlığı.

Tağıyev  D.B. Biofiziki   kimya, 2010. 256 s.

2

6.

Zəif və qüvvətli elektrolitlər. pH və bioloji sistemlər. Bufer sistemlər. Bufer təsiri və tutumu. Orqanizmdə turşu qələvi balansı.

Tağıyev  D.B. Biofiziki   kimya, 2010. 256 s.

2

7.

 Bioloji sistemlərin elektrokimyası. Elektrik keçiriciliyi, elektrod potensialı və metal-məhlul sərhəddində yaranan ikiqat elektrik təbəqəsi. Elektrodların təsnifatı. Redoks-sistemlər və bioloji oksidləşmə.  Membran potensialı və biopotensialların təbiəti.

Tağıyev  D.B. Biofiziki   kimya, 2010. 256 s.

2

8.

 Fermentlər və onların təsir mexanizmi. Fermentativ reaksiyaların kinetikası. Fotokimyəvi və radiasion reaksiyalar.

Tağıyev  D.B. Biofiziki   kimya, 2010. 256 s.

2

9

Səth hadisələri. Səthi aktiv maddələr. Qanda lipidlərin zülal təbəqəsi ilə örtülmüş damcılar şəklində hərəkət etməsinin səth hadisəsinə əsaslanması. Sorbsiya hadisələri. Məhlullardan adsorbsiya və xromatoqrafik analizin adsorbsiya hadisəsinə əsaslanması.

Tağıyev  D.B. Biofiziki   kimya, 2010. 256 s.

2

10

Dispers sistemlər və onların xassələri. Koaqulyasiyanın kinetikası və mexanizmi. Yüksək molekul kütləli birləşmələr (YMB) və onların tibbdə tətbiqi. YMB-in məhlullarının davamlılığı və şişməsi.

Tağıyev  D.B. Biofiziki   kimya, 2010. 256 s.

2

 

  1. Предпочтительный способ связи
  2. И.Ф.О и контактная информация ассистентов преподавателей (мед.сестра в клтнических дисциплинах, лаборанты)

 

Mövzu (məşğələ)

Ədəbiyyat

Saat

1.

Ümumi kimya laboratoriyalarında təhlükəsizlik qaydaları. Stexiometrik qanunlar. Məhlulların qatılığı və onun ifadə üsulları. Həcmi analiz metodları və onların tibb üçün əhəmiyyəti. Müxtəlif qatılıqlı məhlulların hazırlanması və titrimetrik (həcmi) analizə aid təcrübələr.

Tağıyev  D.B. Biofiziki   kimya, 2010. 256 s.

Tağıyev D.B., İsmayılova Ç.H..  Biofiziki və bioüzvi kimya praktikumu. 2020. 356 s.   

2

2.

Kvant ədədləri. Orbitallarda elektronların paylanma ardıcıllığını müəyyən edən qaydalar. Atom orbitallarının hibridləşməsi və molekulların həndəsi forması.

Tağıyev  D.B. Biofiziki   kimya, 2010. 256 s.

Tağıyev D.B., İsmayılova Ç.H..  Biofiziki və bioüzvi kimya praktikumu. 2020. 356 s.   

2

3.

Orqanogen və biogen elementlər. Makro-, mikro- və ultramikroelementlər. Kompleks birləşmələr, əmələ gəlmə prinsipləri, adlandırılması, davamlılığı və dissosiasiyası.

Tağıyev  D.B. Biofiziki   kimya, 2010. 256 s.

Tağıyev D.B., İsmayılova Ç.H..  Biofiziki və bioüzvi kimya praktikumu. 2020. 356 s.   

2

4.

Termodinamikanın birinci qanunu. Daxili enerji, entalpiya və I qanunun bioloji sistemlərə tətbiqi. Tənəffüs əmsalı və oksigenin kalorik ekvivalenti.  

Tağıyev  D.B. Biofiziki   kimya, 2010. 256 s.

Tağıyev D.B., İsmayılova Ç.H..  Biofiziki və bioüzvi kimya praktikumu. 2020. 356 s.   

2

5.

Termokimyanın əsas qanunları və kalorimetrik ölçmələr. Reaksiyaların istilik effektinin hesablanmasına aid məsələ həlli.

Tağıyev  D.B. Biofiziki   kimya, 2010. 256 s.

Tağıyev D.B., İsmayılova Ç.H..  Biofiziki və bioüzvi kimya praktikumu. 2020. 356 s.   

2

6.

Məhlullar. Suyun canlı orqanizmlərdə rolu və onun nizamlı modelləri. Həllolmanın mexanizmi və termodinamikası. Qazların mayelərdə və mayelərin bir-birində həll olması. Paylanma qanunu və ekstraksiya.

Tağıyev  D.B. Biofiziki   kimya, 2010. 256 s.

Tağıyev D.B., İsmayılova Ç.H..  Biofiziki və bioüzvi kimya praktikumu. 2020. 356 s.   

2

7.

Məhlulların kolliqativ xassələri. Raul qanunu və ondan kənara çıxmalar. Krioskopiya və ebulioskopiya. Elektrolit məhlulları. Hidrogen göstəricisi. Bufer sistemlər və onların təsir mexanizmi. Qanın bufer sistemləri. Krioskopiya və ebulioskopiya ilə molekul kütləsinin hesablanması.

Tağıyev  D.B. Biofiziki   kimya, 2010. 256 s.

Tağıyev D.B., İsmayılova Ç.H..  Biofiziki və bioüzvi kimya praktikumu. 2020. 356 s.   

2

8.

Elektrokimya. Məhlulların elektrik keçiriciliyi. Konduktometriya. Elektrokimyəvi elementlər. Membran potensialı. Elektrokimyəvi analiz üsulları

Tağıyev  D.B. Biofiziki   kimya, 2010. 256 s.

Tağıyev D.B., İsmayılova Ç.H..  Biofiziki və bioüzvi kimya praktikumu. 2020. 356 s.   

2

9.

Kimyəvi reaksiyaların sürəti, molekulyarlığı və tərtibi. 1 və 2 tərtibli reaksiyaların kinetik tənlikləri. Temperaturun reaksiya sürətinə təsiri. Arrenius tənliyi. Reaksiya tərtibinin və aktivləşmə enerjisinin qrafiki yolla hesablanması.

Tağıyev  D.B. Biofiziki   kimya, 2010. 256 s.

Tağıyev D.B., İsmayılova Ç.H..  Biofiziki və bioüzvi kimya praktikumu. 2020. 356 s.   

2

10.

Kollokvium.

Tağıyev  D.B. Biofiziki   kimya, 2010. 256 s.

2

11

Səth hadisələri. Səthi gərilmə. Səthi aktiv və inaktiv maddələr. Qaz və məhlul ilə bərk səth sərhəddində adsorbsiya. Xromatoqrafiya. Lab. təcrübəsi: kağız xromatoqrafiyası üsulu ilə aminturşular qarışığının vəsfi analizi.

Tağıyev  D.B. Biofiziki   kimya, 2010. 256 s.

Tağıyev D.B., İsmayılova Ç.H..  Biofiziki və bioüzvi kimya praktikumu. 2020. 356 s.   

 

12

Dispers sistemlərin təsnifatı, alınması, tənzimlənməsi və elektrik xassələri. Kolloid hissəciklərin quruluşu. Elektroforez və onun tibbdə tətbiqi. Zolların müxtəlif üsullarla alınmasına aid təcrübələr.

Tağıyev  D.B. Biofiziki   kimya, 2010. 256 s.

Tağıyev D.B., İsmayılova Ç.H..  Biofiziki və bioüzvi kimya praktikumu. 2020. 356 s.   

2

13

Dispers sistemlərin davamlılıq amilləri və koaqulyasiyası. Qanın laxtalanmasının koaqulyasiya mərhələsi, kolloid mühafizə və peptizasiya.

Tağıyev  D.B. Biofiziki   kimya, 2010. 256 s.

Tağıyev D.B., İsmayılova Ç.H..  Biofiziki və bioüzvi kimya praktikumu. 2020. 356 s.   

2

14

Təbii, sintetik və suni yüksək molekullu  birləşmələr.

Tağıyev  D.B. Biofiziki   kimya, 2010. 256 s.

Tağıyev D.B., İsmayılova Ç.H..  Biofiziki və bioüzvi kimya praktikumu. 2020. 356 s.   

2

15

Yüksək molekullu birləşmələrin davamlılığı, şişməsi, həll olması və özlülüyü. Bioloji və Nyuton məhlulları. Yüksək molekullu birləşmələrin özlülüyünün təyininə aid təcrübələr.

Tağıyev  D.B. Biofiziki   kimya, 2010. 256 s.

Tağıyev D.B., İsmayılova Ç.H..  Biofiziki və bioüzvi kimya praktikumu. 2020. 356 s.   

2