Bizi izləyin:
Heydər Əliyev
Üzvi kimya (Stomatologiya)
Bölmələrimiz
Üzvi kimya (Stomatologiya)

Kimya fənləri arasında tibb elmi üçün ən mühüm əhəmiyyət kəsb edən üzvi kimya fənninin proqramı təkmilləşdirilmiş və müasir tələblərə uyğun olaraq yenidən işlənib hazırlanmışdır.

Üzvi  kimya elminin son illərdə sürətli inkişafı, onun  yeni elmi  məlumatlarla zənginləşdirilməsi  və  tibb elmi ilə əlaqəsinin  daha da  dərinləşməsi tələbələrə müasir və eyni zamanda  yığcam biliklərin  verilməsini  təmin  edir.

Proqramda orta məktəbdə keçirilən uzvi kimyadan fərqli olaraq tələbələrə əsasən bioloji fəal uzvi birləşmələr (o cümlədən, bəzi dərman maddələri), biopolimerlər, biotənzimləyıcılər, onların kimyəvi tərkibi, quruluşu, sintez üsulları və bioloji funksiyaları haqqında vacib biliklərin verilməsi planlaşdırılır. Təməl fənn olmaqla yanaşı üzvi  kimya həm də tələbələri nəzəri və təcrübi cəhətdən biokimya, farmokologiya, fiziologiya və farmakoterapiya fənlərinə hazırlamaq məqsədini daşıyır.

 

Tədris proqramına müvaffiq olaraq üzvi kimya kursuna ayrilan dərs saatlarının miqdarı və vaxtıaşağıdakı sxemdə göstərilən kimidir:

Fakültə

Kurs

Fənn

Semestr

Auditoriya saatları

Mühazirə

Məşğələ

1

Stomatologiya

I

Üzvi kimya

Yaz

10

20

 

IMF-34

Üzvi  kimya

Təhsil pilləsi: Əsas baza ali tibb təhsili

İxtisasın adı: Stomatologiya 

Fənnin məqsədi: Tələbələrə əsasən bioloji fəal uzvi birləşmələr (o cümlədən, bəzi dərman maddələri), biopolimerlər, biotənzimləyıcılər, onların kimyəvi tərkibi, quruluşu, sintez üsulları və bioloji funksiyaları haqqında vacib biliklərin verilməsidir. Təməl fənn olmaqla yanaşı üzvi kimya, həm də tələbələri nəzəri və təcrübi cəhətdən biokimya, farmokologiya, fiziologiya və farmakoterapiya fənlərinə hazırlamaq məqsədini daşıyır. 

Fənnin təlim nəticəsi:

Bu kursun sonunda tələbə:

  1. üzvi kimya laboratoriyasında iş qaydalarına və təhlükəsizlik texnikasına riayət edir,
  2. canlı  orqanizmlərdə uzvi birləşmələrinin kimyəvi xassələrini, o cümlədən, diş və sümük toxumalarının kimyəvi tərkibini bilir,
  3. metabolizm prosesində iştirak edən üzvi molekullardakı  əsas finksional qrupları və onların iştirakı ilə gedən mühüm kimyəvi reaksiyaları mənimsəyir,
  4. müxtəlif siniflərə məxsus üzvi kofermentlərin təbiətini öyrənır.
  5. üzvi birləşmələri təsnif edir və adlandırır,
  6. kimyəvi quruluşa  xas olan xarakterik reaksiyaları və mexanizmləri yazmaq bacarığı qazanır;
  7. hər-hansı bir sinfə mənsub olan üzvi maddələrin sintezini həyata keçirir;

 

Fənnin məzmunu

   Bu fənndə külli miqdar üzvi birləşmələrin təsnifatı, üzvi birləşmələrin əsas çevrilmələrinin müasir mexanizmləri, in vitro və in vivo-da iştirak edən üzvi birləşmələrin tərkibi, quruluşu, alınması xassələri və təbabətdə tətbiqi geniş şəkildə şərh edilir. Üzvi kimya canlı orqanizmləri təşkil edən maddələrin tərkibi, quruluşu, funksiyaları və sintez yolları,  maddələr mübadiləsi və canlı orqanizmlərdə gedən kimyəvi çevrilmələr haqqında elmdir. Üzvi  kimyanın  məqsədi  bioloji fəal  üzvi  birləşmələri  (o cümlədən, dərman maddələrini), bioloji polimerləri və kiçik molekul kütləli bioloji nizamlayıcıları tədqiq etməkdir. Üzvi kimyanın biologiya, bioloji kimya, biofizika, farmakologiya və molekulyar patologiya kimi elmlərlə əlaqəsi kifayət qədər sıx olub, onların inkişafına ciddi təsir göstərir. Hüceyrənin fəaliyyətini molekulların qarşılıqlı təsiri kimi təsəvvür etmək olar və bu baxımdan bioloji problem müəyyən mənada kimyəvi əhəmiyyət kəsb edir. Həqiqətən də zülalların, nuklein turşularının və digər bioloji fəal üzvi birləşmələrin quruluşunu öyrənmədən zülalların biosintezini, irsiyyətin ötürülmə mexanizmini, dərman maddələrinin təsiri mexanizmini, immunitetin molekulyar mexanizmini, bir çox xəstəliklərin molekulyar səviyyədə patogenezini və digər çoxsaylı proseslərin mahiyyətini dərk etmək mümkün olmazdı. Tənəffüs, görmə, hafizə, sinir keçiriciliyi, biopotensialların yaranması, fermentlərin təsiri və digər proseslər kimyəvi təbiətə malik olub, müəyyən üzvi birləşmələrin iştirakı ilə gedirlər. Təbabət üçün maraq doğuran bir çox problemlərin müsbət həlli bioloqların, kimyaçıların və fiziklərin iştirakı olmadan mümkün deyil. Son  illərdə  tibb,  biologiya və kimya  elmlərinin  sərhəddində   aparılan birgə tədqiqatlar nəticəsində süni qan preparatlarının, tibbi məqsədlər üçün polimer materiallarının, o cümlədən, müxtəlif orqanların (oynaqlar, damarlar, böyrək, ürək klapanları və s.)  əvəzedicisi kimi endoprotezlərin və digər detalların yaradılması sahəsində mühüm nailiyyətlər əldə edilmişdir.

 

Fənnin tədris format: Əyani

Mövzu (mühazirə)

Ədəbiyyat

Saat

1.

Üzvi kimyanin məzmunu və onun biopolimerlərin quruluşlarının müəyyənləşməsində rolu. Üzvi birləşmələrin quruluşu və bioloji fəallığı. Mono-, poli- və heterofunksional üzvi birləşmələr.

Bağırzadə Q.Ə., Quliyev F.Ə. Tibb Universitetinin stomatologiya fakültəsinin  tələbələri üçün dərslik. Bakı: “MSV NƏŞR” mətbəəsi, 2023, 316 s.

2

2.

Karbohidratlar (mono-  və  disaxaridlər) təsnifatı, stereoizomerliyi, bioloji əhəmiyyəti.

Bağırzadə Q.Ə., Quliyev F.Ə. Tibb Universitetinin stomatologiya fakültəsinin  tələbələri üçün dərslik. Bakı: “MSV NƏŞR” mətbəəsi, 2023, 316 s.

2

3.

α-Aminturşuların təsnifatı, stereoizomerliyi və xassələri. Peptid və zülallar, onların quruluş xüsusiyyətləri.

Bağırzadə Q.Ə., Quliyev F.Ə. Tibb Universitetinin stomatologiya fakültəsinin  tələbələri üçün dərslik. Bakı: “MSV NƏŞR” mətbəəsi, 2023, 316 s.

2

4.

Heterotsiklik birləşmələr, təsnifatı, xassələri və tibbdə tətbiq olunan bəzi törəmələri.

Bağırzadə Q.Ə., Quliyev F.Ə. Tibb Universitetinin stomatologiya fakültəsinin  tələbələri üçün dərslik. Bakı: “MSV NƏŞR” mətbəəsi, 2023, 316 s.

2

5.

Lipidlər. Hidroliz olunmayan lipidlər. Terpenlər və terpenoidlər. Steroidlərin təsnifatı. Sterinlər və öd turşuları.

Bağırzadə Q.Ə., Quliyev F.Ə. Tibb Universitetinin stomatologiya fakültəsinin  tələbələri üçün dərslik. Bakı: “MSV NƏŞR” mətbəəsi, 2023, 316 s.

2

 

Mövzu (məşğələ)

Ədəbiyyat

Saat

1.

Üzvi kimya laboratoriyalarında təhlükəsizlik qaydaları. Üzvi molekullarda atomların qarşılıqlı təsiri. Üzvi birləşmələrin turşu-əsasi xassələri. Karbonil qrupunun quruluş xüsusiyyətləri və reaksiya qabiliyyəti. Lab. təcrübəsi: Üzvi birləşmələrdə bəzi elementlərin vəsfi analizi.

Bağırzadə Q.Ə., Quliyev F.Ə. Tibb Universitetinin stomatologiya fakültəsinin  tələbələri üçün dərslik. Bakı: “MSV NƏŞR” mətbəəsi, 2023, 316 s.

Tağıyev D.B., İsmayılova Ç.H. Biofiziki və bioüzvi kimya praktikumu. Bakı, “ATU mətbəəsi”, 2020, 356 s.

2

2.

Mono- və dikarbon turşuları. Hidroksi-, okso- və aminturşular, onların ümumi və spesifik reaksiyaları. Limon turşusunun biosintezi.

Bağırzadə Q.Ə., Quliyev F.Ə. Tibb Universitetinin stomatologiya fakültəsinin  tələbələri üçün dərslik. Bakı: “MSV NƏŞR” mətbəəsi, 2023, 316 s.

Tağıyev D.B., İsmayılova Ç.H. Biofiziki və bioüzvi kimya praktikumu. Bakı, “ATU mətbəəsi”, 2020, 356 s.

2

3.

Aromatik heterofunksional birləşmələr (p-aminobenzoy və sulfanil turşuları) alınması, kimyəvi xassələri və törəmələrinin tibbdə tətbiqi. Lab. təcrübələri: aspirinin hidrolizi və salisil turşusunun təyini.

Bağırzadə Q.Ə., Quliyev F.Ə. Tibb Universitetinin stomatologiya fakültəsinin  tələbələri üçün dərslik. Bakı: “MSV NƏŞR” mətbəəsi, 2023, 316 s.

Tağıyev D.B., İsmayılova Ç.H. Biofiziki və bioüzvi kimya praktikumu. Bakı, “ATU mətbəəsi”, 2020, 356 s.

2

4.

 Monosaxaridlər, açıq və qapalı quruluşıarı.

Bağırzadə Q.Ə., Quliyev F.Ə. Tibb Universitetinin stomatologiya fakültəsinin  tələbələri üçün dərslik. Bakı: “MSV NƏŞR” mətbəəsi, 2023, 316 s.

Tağıyev D.B., İsmayılova Ç.H. Biofiziki və bioüzvi kimya praktikumu. Bakı, “ATU mətbəəsi”, 2020, 356 s.

2

5.

 Monosaxaridlərin törəmələri (askorbin, neyramin və sial turşuları, qlikozidlər), sadə və mürəkkəb efirləri. Biozalar poliozaların disaxarid fraqmenti kimi  və polisaxaridlər. Lab. təcrübələri: mis 2-hidroksidin  qlükoza ilə reduksiyası. (Trommer sınağı); laktoza  və saxarozanın Feilinq mayesi ilə reaksiyası.  

Bağırzadə Q.Ə., Quliyev F.Ə. Tibb Universitetinin stomatologiya fakültəsinin  tələbələri üçün dərslik. Bakı: “MSV NƏŞR” mətbəəsi, 2023, 316 s.

Tağıyev D.B., İsmayılova Ç.H. Biofiziki və bioüzvi kimya praktikumu. Bakı, “ATU mətbəəsi”, 2020, 356 s.

2

6.

α-Aminturşular, peptidlər və zülallar. Peptid qrupunun quruluş xüsusiyyətləri. Lab. təcrübələri: α-aminturşuların ninhidrin, biuret, ksantoprotein və fol reaksiyaları.

Bağırzadə Q.Ə., Quliyev F.Ə. Tibb Universitetinin stomatologiya fakültəsinin  tələbələri üçün dərslik. Bakı: “MSV NƏŞR” mətbəəsi, 2023, 316 s.

Tağıyev D.B., İsmayılova Ç.H. Biofiziki və bioüzvi kimya praktikumu. Bakı, “ATU mətbəəsi”, 2020, 356 s.

2

7.

Kollokvium  

 

2

8.

Mono-və bitsiklik heterotsiklik birləşmələr. Antibiotiklər. Lab. təcrübələri: piridin, analgin və nikotinin təyini  reaksiyaları. 

Bağırzadə Q.Ə., Quliyev F.Ə. Tibb Universitetinin stomatologiya fakültəsinin  tələbələri üçün dərslik. Bakı: “MSV NƏŞR” mətbəəsi, 2023, 316 s.

Tağıyev D.B., İsmayılova Ç.H. Biofiziki və bioüzvi kimya praktikumu. Bakı, “ATU mətbəəsi”, 2020, 356 s.

2

9.

Nuklein turşuları. Purin və pirimidin nukleozidləri. Kofermentlər.  

Bağırzadə Q.Ə., Quliyev F.Ə. Tibb Universitetinin stomatologiya fakültəsinin  tələbələri üçün dərslik. Bakı: “MSV NƏŞR” mətbəəsi, 2023, 316 s.

Tağıyev D.B., İsmayılova Ç.H. Biofiziki və bioüzvi kimya praktikumu. Bakı, “ATU mətbəəsi”, 2020, 356 s.

2

10.

 Hidroliz olunan sadə və mürəkkəb lipidlər. Lipidlərin oksidləşmə və hidroliz reaksiyaları.

Bağırzadə Q.Ə., Quliyev F.Ə. Tibb Universitetinin stomatologiya fakültəsinin  tələbələri üçün dərslik. Bakı: “MSV NƏŞR” mətbəəsi, 2023, 316 s.

Tağıyev D.B., İsmayılova Ç.H. Biofiziki və bioüzvi kimya praktikumu. Bakı, “ATU mətbəəsi”, 2020, 356 s.

Тюкавкина Н.А., Бауков Ю.И., Биоорганическая химия-М.Медицина,1985.-480 c.

D.B. Tagiyev, F.A. Quliyev, S.S. Fatullayeva «Brief course in biophysical and bioorganic chemistry» (Manual for the students of Medical Universities) Baku - “Tabib” 2009, 299 p.

2