Bizi izləyin:
Heydər Əliyev
Üzvi kimya 1 və 2 (Əczaçılıq)
Bölmələrimiz
Üzvi kimya 1 və 2 (Əczaçılıq)

Ali əczaçılıq təhsili sistemində üzvi kimya fənni əsas yerlərdən birini tutur. Üzvi kimya kursunda bioloji kimya, əczaçılıq kimyası, farmakoqnoziya və dərmanların texnologiyası kimi ixtisas fənlərinin təməli qoyulur və gələcək ali təhsilli əczaçıların formalaşması üçün zəmin yaradır. Üzvi kimya kursunun materialları materialist dünya görüşünü və dialektika qanunlarının dərk edilməsini dərinləşdirir.Yeni tipli ixtisasçılar hazırlamaq məqsədi ilə üzvi kimya kursu elə öyrənilməlidir ki, üzvi birləşmələrin kimyəvi xüsusiyyətləri ilə onların quruluşu arasındakı qarşılıqlı əlaqənin qanunauyğunluqları tam şəkildə dərk edilsin və dərmanşünaslığın kimyəvi problemləri həlli mənimsənilsin.

Tədris proqramına müvaffiq olaraq üzvi kimya kursuna ayrilan dərs saatlarının miqdarı və vaxtı aşağıdakı sxemdə göstərilən kimidir:

Fakültə

Kurs

Fən

Semestr

Auditoriya saatları

Mühazirə

Məşğələ

1

Əczaçılıq

II

Üzvi kimya-1

Payız

30

44

2

Əczaçılıq

II

Üzvi kimya-2

Yaz

30

44

İF-16

ÜZVI KIMYA

Təhsil pilləsi:  Əsas (baza) ali tibb təhsili

İxtisas: Əczaçılıq

Fənnin məqsədi:

     Əczaçılıq təhsil sistemində mühüm fənnlərdən biri kimi tələbələrdə əczaçılıqda, tibbdə istifadəsi üçün dərman kimi fəaliyyət göstərən çoxlu sayda üzvi birləşmələrin təsnifatı, quruluşu və xassələri haqqında tələbələrdə müasir bilikləri formalaşdırmaq, üzvi reaksiyaların nəzəri əsaslarını, üzvi birləşmələrin kimyəvi xüsusiyyətləri ilə onların quruluşu arasındakı qarşılıqlı əlaqənin qanunauyğunluqlarını, kimyəvi və fiziki-kimyəvi üsullarla üzvi birləşmələrin təyini və quruluşunu müəyyən etmək üçün səmərəli üsullar seçə bilməsini aşılamaqdır. Sağlam həyat tərzi sürmək üçün biliyə əsaslanmaq, həmçinin təbii ehtiyatlardan səmərəli istifadə etmək və ətraf mühitə hörmətlə yanaşmaqdır. Bununla yanaşı, əczaçılıq kimyası, bioloji-kimya və digər ixtisas fənnlərinin mənimsənilməsində yardımçı olmaq, əczaçıların formalaşması üçün zəmin yaratmaqdır.

Fənnin təlim nəticəsi:

1) Molekulda reaksiya mərkəzlərini tapmaq, onlardakı funksional qruplara və quruluşlarına əsasən reaksiya istiqamətini və şəraitini əvvəlcədən müəyyən etməyi bilir.

2) Üzvi sintezlərdə optimal variantı, kimyəvi və fiziki-kimyəvi üsullarla üzvi birləşmələrin təyini və quruluşunu müəyyən etmək üçün səmərəli üsullar seçə bilir.

     Fənnin məzmunu:

   Elm və Təhsil Nazirliyinin təsdiq etdiyi “050806- Əczaçılıq” təhsil proqramına əsasən məcburi fənndir.

     Bu fənndə külli miqdar üzvi birləşmələrin təsnifatı, üzvi birləşmələrin əsas çevrilmələrinin müasir mexanizmləri, üzvi maddələrin saflaşdırılması və analizi canlı orqanizmdən kənarda və canlı orqanizmlərdə iştirak edən üzvi birləşmələrin tərkibi, quruluşu, alınması xassələri və təbabətdə tətbiqi geniş şəkildə şərh edilir. Bundan əlavə, üzvi maddələrin canlı orqanizmlərin həyat fəaliyyətində və çoxlu sayda nümayəndələrinin dərman preparatı kimi istifadələri haqqında ətraflı məlumat verilir. 

   Üzvi kimya fənninin öyrənilməsi nəticəsində tələbə bu biliklərdən canlı orqanizmdə baş verən prosesləri öyrənmək üçün əsas kimi istifadə etmək üçün təbii üzvi birləşmələrin əsas siniflərinin quruluşu ilə əlaqədar kimyəvi davranış qanunauyğunluqlarını bilir. Həyat proseslərinin molekulyar əsasları. Dərman kimi fəaliyyət göstərən çoxlu sayda üzvi birləşmələrin təsnifatını, quruluşunu və xassələrini necə idarə etməyi bilir.

    Əczaçılıq təhsilinin optimallaşdırılmasının təxirəsalınmaz vəzifəsi ümumi peşə fənlərinin tədrisində əczaçılıq fənləri ilə sıx əlaqəni gücləndirmək və kimyəvi təfəkkürün formalaşdırılmasıdır. 

  Üzvi kimya xüsusi bir fən kimi əczaçılıq mütəxəssislərinin peşə hazırlığı sistemində mühüm yer tutur.

    Digər əczaçılıq fənləri ilə əlaqələri gücləndirmək və kimyəvi düşüncəni inkişaf etdirmək üçün əczaçılıq təhsilini optimallaşdırmaq üçün üzvi kimya lazımdır.      

    Üzvi kimya tələbələri ümumi peşə: “Anatomiyanın əsasları ilə fiziologiya”, “Molekulyar biologiya, tibbi genetika”, “Bioloji kimya” və xüsusi əczaçılıq: “Əczaçılıq texnologiyası”, "Farmakoqnoziya", "Əczaçılıq kimyası" fənlərinin sonrakı öyrənilməsi üçün lazım olan bilik və bacarıqlarla təchiz edir.

Üzvi kimya-1:

Mövzu (mühazirə)

Ədəbiyyat

Saat

1.

Üzvi birləşmələrin təsnifatı. Üzvi molekullarda kimyəvi rabitələr.

Faiq Həsənov “Bioüzvi kimya”, dərslik. 574 s. Bakı, 2014 (I Fəsil)

2

2.

Üzvi reaksiyaların mexanizmi.

Faiq Həsənov “Bioüzvi kimya”, dərslik. 574 s. Bakı, 2014 (I Fəsil)

2

3.

Üzvi birləşmələrin quruluşu. Stereoizomerlik.

Faiq Həsənov “Bioüzvi kimya”, dərslik. 574 s. Bakı, 2014 (I Fəsil)

2

4.

Spektral üsullarla üzvi birləşmələrin quruluşunun təyini. Xromatoqrafiya

1.Faiq Həsənov “Bioüzvi kimya”, dərslik. 574 s. Bakı, 2014 (I Fəsil).

2.Eldar Qarayev. Spektroskopik analiz üsulları. Dərslik. Bakı, “Təbib”,  2018

2

5.

Atsiklik karbohidrogenlər.Alkanlar, alkenlər, alkadienlər və alkinlər.

Faiq Həsənov “Bioüzvi kimya”, dərslik. 574 s. Bakı, 2014 (II Fəsil)

2

6.

Tsiklik karbohidrogenlər. Tsikloalkanlar. Arenlər.

Faiq Həsənov “Bioüzvi kimya”, dərslik. 574 s. Bakı, 2014 (II Fəsil)

2

7.

Karbohidrogenlərin halogenli törəmələri.

Faiq Həsənov “Bioüzvi kimya”, dərslik. 574 s. Bakı, 2014 (III Fəsil)

2

8.

Spirtlər və fenollar.

Faiq Həsənov “Bioüzvi kimya”, dərslik. 574 s. Bakı, 2014(III Fəsil)

2

9.

Azot-üzvi birləşmələr.Aminlər, azo- və diazobirləşmələr.

Faiq Həsənov “Bioüzvi kimya”, dərslik. 574 s. Bakı, 2014 (III Fəsil)

2

10.

Aldehidlər və ketonlar.

Faiq Həsənov “Bioüzvi kimya”, dərslik. 574 s. Bakı, 2014 (III Fəsil)

2

11.

Üzvi turşular.

Faiq Həsənov “Bioüzvi kimya”, dərslik. 574 s. Bakı, 2014 (III Fəsil)

2

12.

Sadə və mürəkkəb efirlər.

Faiq Həsənov “Bioüzvi kimya”, dərslik. 574 s. Bakı, 2014 (III Fəsil)

2

13.

Heterofunksional birləşmələr.Aminspirtlər və aminfenollar

Faiq Həsənov “Bioüzvi kimya”, dərslik. 574 s. Bakı, 2014 (IV Fəsil)

2

14.

Oksiturşular.

Faiq Həsənov “Bioüzvi kimya”, dərslik. 574 s. Bakı, 2014 (IV Fəsil)

2

15.

Oksoturşular.

Faiq Həsənov “Bioüzvi kimya”, dərslik. 574 s. Bakı, 2014 (IV Fəsil)

2

Mövzu (praktika)

Ədəbiyyat

Saat

1.

Üzvi kimya laboratoriyasında iş qaydaları. Təhlükəsizlik texnikası. Kimyəvi qablar və ləvazimatlar

1.Faiq Həsənov “Bioüzvi kimya”, dərslik. 574 s. Bakı, 2014 (I Fəsil)

2.Namiq Rəsulov, Kəmalə Bədəlova. “Üzvi kimyadan laboratoriya işləri”, dərs vəsaiti, 107s. Bakı, “Təbib”, 2019. (səh.4-7)

4

2.

Üzvi molekullarda atomların qarşılıqlı təsiri. Kimyəvi rabitələr.Elektron effektləri. Üzvi birləşmələrdə turşuluq və əsaslıq. Adi və fraksiyalı distillə.

1.Faiq Həsənov “Bioüzvi kimya”, dərslik. 574 s. Bakı, 2014 (I Fəsil)

2.Namiq Rəsulov, Kəmalə Bədəlova. “Üzvi kimyadan laboratoriya işləri”, dərs vəsaiti, 107s. Bakı, “Təbib”, 2019. (Lab.işi №1.)

4

3.

Stereoizomerlik. Konfiqurasiya və konformasiya. Enantiomerlər və diastereomerlər. Şüasındırma əmsalının və ərimə temperaturunun təyini.

1.Faiq Həsənov “Bioüzvi kimya”, dərslik. 574 s. Bakı, 2014 (I Fəsil)

2.Namiq Rəsulov, Kəmalə Bədəlova. “Üzvi kimyadan laboratoriya işləri”, dərs vəsaiti, 107s. Bakı, “Təbib”, 2019. (Lab.işi №2.)

4

4.

Spektral üsullarla üzvi birləşmələrin quruluşunun təyini.

1. Faiq Həsənov “Bioüzvi kimya”, dərslik. 574 s. Bakı, 2014 (I Fəsil)

2.Eldar Qarayev. Spektroskopik analiz üsulları. Dərslik. Bakı, “Təbib”,  2018

4

5.

Karbohidrogenlər. Alkanlar və tsikloalkanlar. Alkenlər, alkadienlər və alkinlər. Arenlər.

Faiq Həsənov “Bioüzvi kimya”, dərslik. 574 s. Bakı, 2014 (II Fəsil)

4

6.

Etilen və asetilenin alınması. İki və üçqat rabitələrə aid vəsfi reaksiyalar.

Namiq Rəsulov, Kəmalə Bədəlova. “Üzvi kimyadan laboratoriya işləri”, dərs vəsaiti, 107s. Bakı, “Təbib”, 2019. (Lab.işi №3.)

4

7.

Karbohidrogenlərin halogenli törəmələri. Spirtlər və fenollar. Karbohidrogenlərin halogenli törəmələrinin  vəsfi təyini

1.Faiq Həsənov “Bioüzvi kimya”, dərslik. 574 s. Bakı, 2014 (III Fəsil)

2.Namiq Rəsulov, Kəmalə Bədəlova. “Üzvi kimyadan laboratoriya işləri”, dərs vəsaiti, 107s. Bakı, “Təbib”, 2019. (Lab.işi №4.)

4

8.

 Azot-üzvi birləşmələr. Aldehid və ketonlar. Aminlərin vəsvi təyini. Aldehidlər üçün vəsfi reaksiyalar.

1.Faiq Həsənov “Bioüzvi kimya”, dərslik. 574 s. Bakı, 2014 (III Fəsil)

2.Namiq Rəsulov, Kəmalə Bədəlova. “Üzvi kimyadan laboratoriya işləri”, dərs vəsaiti, 107s. Bakı, “Təbib”, 2019. (Lab.işi №6.)

2

9.

Üzvi turşular. Benzoy turşusunun  sintezi.

1.Faiq Həsənov “Bioüzvi kimya”, dərslik. 574 s. Bakı, 2014 (III Fəsil)

2. Namiq Rəsulov, Kəmalə Bədəlova. “Üzvi kimyadan laboratoriya işləri”, dərs vəsaiti, 107s. Bakı, “Təbib”, 2019. (Lab.işi №7.)

2

10.

Kollokvium

2

11.

Sadə və mürəkkəb efirlər. Etil efirinin alınması.

1.Faiq Həsənov “Bioüzvi kimya”, dərslik. 574 s. Bakı, 2014 (III Fəsil)

2.Namiq Rəsulov, Kəmalə Bədəlova. “Üzvi kimyadan laboratoriya işləri”, dərs vəsaiti, 107s. Bakı, “Təbib”, 2019. (Lab.işi 8.)

2

12.

Aminspirtlər və aminfenollar. Aminspirtlərin vəsfi reaksiyaları.

Faiq Həsənov “Bioüzvi kimya”, dərslik. 574 s. Bakı, 2014 (IV Fəsil)

2

13.

Oksi-və fenolturşular. Salisil turşusunda olan funksional qrupların vəsfi təyini.

1.Faiq Həsənov “Bioüzvi kimya”, dərslik. 574 s. Bakı, 2014 (IV Fəsil)

2.Namiq Rəsulov, Kəmalə Bədəlova. “Üzvi kimyadan laboratoriya işləri”, dərs vəsaiti, 107s. Bakı, “Təbib”, 2019. (Lab.işi 9.)

2

14.

Oksoturşular. Alınması, xassələri və canlı orqanizmdə rolu

Faiq Həsənov “Bioüzvi kimya”, dərslik. 574 s. Bakı, 2014 (IV Fəsil)

2

15.

Oksoturşular üçün vəsfi reksiyalar.

Faiq Həsənov “Bioüzvi kimya”, dərslik. 574 s. Bakı, 2014 (IV Fəsil)

2

Üzvi kimya-2:

Mövzu (mühazirə)

Ədəbiyyat

Saat

1.

Beşüzvlü  bir- və ikiheteroatomlu heterotsiklik birləşmələr.

Faiq Həsənov. “Üzvi kimya” II cild, dərslik. 541s. Bakı, “Təbib”, 2018. (I Fəsil)

2

2.

Altıüzvlü bir- və ikiheteroatomlu heterotsiklik birləşmələr.

Faiq Həsənov. “Üzvi kimya” II cild, dərslik. 541s. Bakı, “Təbib”, 2018. (I Fəsil)

2

3.

Kondensləşmiş beş- və altıüzvlü heterotsiklik birləşmələr

Faiq Həsənov. “Üzvi kimya” II cild, dərslik. 541s. Bakı, “Təbib”, 2018. (I Fəsil)

2

4.

Azot heteroatomlu biheterotsiklik birləşmələr.

Faiq Həsənov. “Üzvi kimya” II cild, dərslik. 541s. Bakı, “Təbib”, 2018. (I Fəsil)

2

5.

Alkaloidlər.

1.Faiq Həsənov. “Üzvi kimya” II cild, dərslik. 541s. Bakı, “Təbib”, 2018. (IV Fəsil)

2. Eldar Qarayev. Bitki və heyvan mənşəli zəhərlərin kimyəvi-toksikoloji analizi. Dərslik. Bakı, “Təbib”,  2015. (səh.133-225)

2

6.

Təbii və sintetik polimerlər.

Namiq Rəsulov. “Yüksək molekullu birləşmələr”, dərs vəsaiti, 142 səh. Bakı, 2023

2

7.

α-Aminturşular.

Faiq Həsənov. “Üzvi kimya” II cild, dərslik. 541s. Bakı, “Təbib”, 2018. (II Fəsil)

2

8.

 Peptidlər və zülallar

Faiq Həsənov. “Üzvi kimya” II cild, dərslik. 541s. Bakı, “Təbib”, 2018. (II Fəsil)

2

9.

Karbohidratlar. Monosaxaridlər

Faiq Həsənov. “Üzvi kimya” II cild, dərslik. 541s. Bakı, “Təbib”, 2018. (II Fəsil)

2

10.

Di- və polisaxaridlər

Faiq Həsənov. “Üzvi kimya” II cild, dərslik. 541s. Bakı, “Təbib”, 2018. (II Fəsil)

2

11.

Nuklein turşuları

Faiq Həsənov. “Üzvi kimya” II cild, dərslik. 541s. Bakı, “Təbib”, 2018. (II Fəsil)

2

12.

Hidroliz olunan lipidlər.

Faiq Həsənov. “Üzvi kimya” II cild, dərslik. 541s. Bakı, “Təbib”, 2018. (III Fəsil)

2

13.

 Monoterpenlər və monoterpenoidlər. Seskviterpenlər və seskviterpenoidlər.

Faiq Həsənov. “Üzvi kimya” II cild, dərslik. 541s. Bakı, “Təbib”, 2018. (V Fəsil)

2

14.

Diterpenlər və diterpenoidlər. Triterpenlər və triterpenoidlər.

Faiq Həsənov. “Üzvi kimya” II cild, dərslik. 541s. Bakı, “Təbib”, 2018. (V Fəsil)

2

15.

 Steroidlər.

Faiq Həsənov. “Üzvi kimya” II cild, dərslik. 541s. Bakı, “Təbib”, 2018. (VI Fəsil)

2

Mövzu (praktika)

Ədəbiyyat

Saat

1.

 Beşüzvlü heterotsiklik birləşmələr.Furfurolun quru ağac yonqarından alınması və anilinlə reaksiyası.

1.Faiq Həsənov. “Üzvi kimya” II cild, dərslik. 541s. Bakı, “Təbib”, 2018. (I Fəsil)

2.Namiq Rəsulov, Kəmalə Bədəlova. “Təbii üzvi birləşmələrə aid laboratoriya işləri”, dərs vəsaiti, 110s, Bakı, “Təbib”, 2022. (Lab.işi-1)

4

2.

Altıüzvlü heterotsiklik birləşmələr. Nikotin turşusun sintezi.

1.Faiq Həsənov. “Üzvi kimya” II cild, dərslik. 541s. Bakı, “Təbib”, 2018. (I Fəsil)

2.Namiq Rəsulov, Kəmalə Bədəlova. “Təbii üzvi birləşmələrə aid laboratoriya işləri”, dərs vəsaiti, 110s, Bakı, “Təbib”, 2022.(Lab.işi-2)

4

3.

Kondensləşmiş heterotsiklik birləşmələr. Kofeinin çaydan alınması.

1.Faiq Həsənov. “Üzvi kimya” II cild, dərslik. 541s. Bakı, “Təbib”, 2018. (I Fəsil)

2.Namiq Rəsulov, Kəmalə Bədəlova. “Təbii üzvi birləşmələrə aid laboratoriya işləri”, dərs vəsaiti, 110s, Bakı, “Təbib”, 2022.(Lab.işi-3)

4

4.

Azot heteroatomlu biheterotsiklik birləşmələr. Sidik turşusunun natrium duzunun alınması.

1.Faiq Həsənov. “Üzvi kimya” II cild, dərslik. 541s. Bakı, “Təbib”, 2018. (I Fəsil)

2.Namiq Rəsulov, Kəmalə Bədəlova. “Təbii üzvi birləşmələrə aid laboratoriya işləri”, dərs vəsaiti, 110s, Bakı, “Təbib”, 2022.(Lab.işi-3)

4

5.

Alkaloidlər. Adi dəlibəndin çiçəklərinin alkaloidlərinin təyini.

1.Faiq Həsənov. “Üzvi kimya” II cild, dərslik. 541s. Bakı, “Təbib”, 2018. (IV Fəsil)

2.Namiq Rəsulov, Kəmalə Bədəlova. “Təbii üzvi birləşmələrə aid laboratoriya işləri”, dərs vəsaiti, 110s, Bakı, “Təbib”, 2022.(Lab.işi-4)

4

6.

α-Aminturşular. Qlisinin ninhidrinlə reaksiyası.

1.Faiq Həsənov. “Üzvi kimya” II cild, dərslik. 541s. Bakı, “Təbib”, 2018. (II Fəsil)

Namiq Rəsulov, Kəmalə Bədəlova. “Təbii üzvi birləşmələrə aid laboratoriya işləri”, dərs vəsaiti, 110s, Bakı, “Təbib”, 2022.(Lab.işi-5)

4

7.

Peptidlər və zülallar. Zülalların denaturalaşması. Zülalların Biuret reaksiyası

1.Faiq Həsənov. “Üzvi kimya” II cild, dərslik. 541s. Bakı, “Təbib”, 2018. (II Fəsil)

2.Namiq Rəsulov, Kəmalə Bədəlova. “Təbii üzvi birləşmələrə aid laboratoriya işləri”, dərs vəsaiti, 110s, Bakı, “Təbib”, 2022.(Lab.işi-5)

4

8.

Monosaxaridlər.

Qələvi mühitdə monosaxaridlərin Cu(OH)2 ilə reaksiyası nəticəsində kompleksin əmələ gəlməsi.

1.Faiq Həsənov. “Üzvi kimya” II cild, dərslik. 541s. Bakı, “Təbib”, 2018. (II Fəsil)

2.Namiq Rəsulov, Kəmalə Bədəlova. “Təbii üzvi birləşmələrə aid laboratoriya işləri”, dərs vəsaiti, 110s, Bakı, “Təbib”, 2022.(Lab.işi-6)

2

9.

Di- və polisaxaridlər. Nişastanın yodla reaksiyası. Sellülozanın hidrolizi.

1.Faiq Həsənov. “Üzvi kimya” II cild, dərslik. 541s. Bakı, “Təbib”, 2018. (II Fəsil)

2.Namiq Rəsulov, Kəmalə Bədəlova. “Təbii üzvi birləşmələrə aid laboratoriya işləri”, dərs vəsaiti, 110s, Bakı, “Təbib”, 2022.(Lab.işi-7)

2

10.

Kollokvium

2

11.

Nuklein turşuları.

Faiq Həsənov. “Üzvi kimya” II cild, dərslik. 541s. Bakı, “Təbib”, 2018. (III Fəsil)

2

12.

Hidroliz olunan lipidlər.Gənəgərçək yağının qələvi mühitdə hidrolizi.

1.Faiq Həsənov. “Üzvi kimya” II cild, dərslik. 541s. Bakı, “Təbib”, 2018. (IV Fəsil)

2.Namiq Rəsulov, Kəmalə Bədəlova. “Təbii üzvi birləşmələrə aid laboratoriya işləri”, dərs vəsaiti, 110s, Bakı, “Təbib”, 2022. (Lab.işi-8)

2

13.

Terpenlər və terpenoidlər. Adi daşsarmaşığı bitkisindən alınmış triterpen saponinlərinin xromatoqrafiya üsulu ilə təyini

1.Faiq Həsənov. “Üzvi kimya” II cild, dərslik. 541s. Bakı, “Təbib”, 2018. (IV Fəsil)

2.Namiq Rəsulov, Kəmalə Bədəlova. “Təbii üzvi birləşmələrə aid laboratoriya işləri”, dərs vəsaiti, 110s, Bakı, “Təbib”, 2022.(Lab.işi-9)

2

14.

Steroidlər

Antibakterial xassəli salisil turşusunun vinil-, allil- və metakril efirlərinin sintezi                                  

Faiq Həsənov. “Üzvi kimya” II cild, dərslik. 541s. Bakı, “Təbib”, 2018. (VI Fəsil)

2