|
N |
Kurs |
Fənn |
Auditoriya saatları |
|
|
Mühazirə |
Praktika |
|||
|
1 |
I |
Farmakoqnoziya 1 |
10 |
80 |
Müasir dövrdə fitopreparatların istehsalı geniş vüsət almış və müxtəlif xəstəliklərin müalicəsində onlardan daha tez-tez istifadə olunur, ona görə də hazırda dərman bitkilərinin tərkibində olan müxtəlif qrup bioloji fəal birləşmələrin kimyəvi tərkibləri haqqında müəyyən bilgilərin verilməsi farmakoqnoziya ixtisası üzrə təhsil alan magistrların təhsilində mühüm yer tutur. Bioloji fəal maddələrin xammal mənbələrin aşkar edilməsi üçün, əczaçı fitokimyəvi analiz üsulları haqqında müəyyən biliklərə malik olmalı, həmçinin bioloji fəal maddələrin dərman bitki xammalında eynilik və miqdarı təyinatını aparmağı bacarmalıdır. Fitokimyəvi analiz yeni dərman bitki xammalı və fitopreparatın standartlaşdırılması üçün vacibdir.
“Fitokimya” fənninin vəzifəsi magistrlarda bitkilərin tərkibində olan müəyyən qrup bioloji fəal maddəni sərbəst şəkildə almaq, ona aid eynilik və miqdari təyinatı həyata keçirmək, eləcə də bitki xammalından fərdi şəkildə müəyyən qrupa aid maddənin alınmasını və identifikasiyasını həyata keçirməyə cəhd etməkdir.
“Fitokimya” dərman bitkilərinin tərkibində olan müxtəlif qrup birləşmələrin müasir analiz üsulları əsasında araşdırılmasını, bioloji fəal birləşmələrin standartlaşdırılmasını öyrədən fənndir.
Fənnin məqsədi: “Fitokimya” fənninin məqsədi magistrlarda dərman bitkilərinin tərkibində olan müxtəlif qrup bioloji fəal birləşmələrin aşkar edilməsi, onların bitki xammalından alınması, onlara aid müvafiq eynilik və miqdari təyinat üsulları üzrə peşəkar vərdişləri formalaşdırmaqdır.
Fənnin təlim nəticəsi:
1. Müstəqil şəkildə bitki xammalından ekstrakt almaq, fraksiyalara bölmək və təmizləməyi
2. Ekstraktlardan müxtəlif xromatoqrafiya üsulları tətbiq etməklə fərdi maddə almağı
3. Qarşıya kiçik həcmli elmi tapşırıqların qoyulması və onların eksperimental yolla realizə edilməsini
4. müstəqil şəkildə dərman bitkilərinin tərkibində olan əsas qrup bioloji fəal maddələrə aid keyfiyyət və miqdari təyinat üsullarının aparılma texnikasına;
5. Dərman bitki xammalının analzində müvafiq xromatoqrafiya üsulunu seçmək bacarığına.
6. Müstəqil şəkildə dərman bitkilərinin tərkibində olan əsas qrup bioloji fəal maddələrə aid miqdari təyinat üsullarının aparılma texnikasına;
7. Dərman bitki xammalından müxtəlif qrup bioloji fəal maddələri almaq və onları təmizləmək üsullarına.
8. Bitkidən müxtəlif xromatoqrafik üsullar tətbiq etməklə fərdi şəkildə maddə almaq bacarığına
9. Elmi ədəbiyyat mənbələri ilə işləmək qabiliyyətinə.
Fənnin məzmunu “Fitokimya 1” fənni farmakoqnoziya sahəsində mövcud tədqiqat üsulları və metodologiyaları haqqında elmdir, magistrlarda fitokimyəvi tədqiqatlar zamanı dərman bitki xammalının tərkibində olan müvafiq qrup bioloji fəal birləşmələrə aid eynilik və miqdari təyinat üsullarını yerinə yetirmək bacarıqlarını formalaşdırır. “Fitokimya 1” fənnini tədris etmək üçün Əczaçılıq ixtisası üzrə bakalavr pilləsinə aid Farmakoqnoziya fənni tədris olunmalıdır. Magistrant tələbələr dərman bitkilərinin fitokimyəvi analiz üsulları haqqında məlumata sahib olmalıdırlar. “Fitokimya 1” fənni əczaçı-magistrlərin formalaşmasında mühüm rol oynayır və gələcəkdə onların fəlsəfə doktoru pilləsində elmi-tədqiqat işləri yerinə yetirməyə hazırlayır. Fənni öyrəndikdən sonra magistrlar ölkədə fəaliyyət göstərən elmi tədqiqat laboratoriyalarında dərman bitki xammalının analizinin yerinə yetirilməsində istifadə edə biləcəklər. Magistrlar doktorantura pilləsində təhsillərini davam etdirə biləcəklər, həmçinin müasir fiziki-kimyavi üsullarla işləyən avadanlıqlarla təchiz olunmuş laboratoriyalarda elmi fəaliyyətlərini davam etdirə biləcəklər.
Fənnin tədris formatı
Əyani Предпочтительный способ связи
|
№ |
Mövzu (mühazirə) |
Ədəbiyyat |
Saat |
|
1 |
Fitokimya 1 fənninin məqsədi və vəzifələri. Əsas anlayışlar. Müasir fiziki-kimyəvi üsullar. |
Ədəbiyyat 1.1. Süleymanov T.A., Kərimov Y.B., İsayev C.İ. Farmakoqnoziya praktikumu, 2017, 16-32 |
2 |
|
2 |
Terpenoidlər. Steroidlər. Xarakteristikası, təsnifatı, bitki aləmində yayilması; dərman bitki xammalından alınması və identifikasiya üsulları |
Ədəbiyyat 1.1. Süleymanov T.A., Kərimov Y.B., İsayev C.İ. Farmakoqnoziya praktikumu, 2017, 122-135, 301-311 |
2 |
|
3 |
Ürək qlikozidləri, onların xarakteristikası, təsnifatı, bitki aləmində yayilması və analiz üsulları |
Ədəbiyyat 1.1. Süleymanov T.A., Kərimov Y.B., İsayev C.İ. Farmakoqnoziya praktikumu, 2017, 269-277 |
2 |
|
4 |
Alkaloidlər, fiziki-kimyəvi xassələri, təsnifatı, bitki aləmində yayılması və analzi üsulları |
Ədəbiyyat 1.1. Süleymanov T.A., Kərimov Y.B., İsayev C.İ. Farmakoqnoziya praktikumu, 2017, 554-573 |
2 |
|
5 |
Saponinlər, onların təsnifatı, fiziki və kimyəvi xarakteristikası, alınma üsulları, identifikasiyası, alınma üsulları |
Ədəbiyyat 1.1. Süleymanov T.A., Kərimov Y.B., İsayev C.İ. Farmakoqnoziya praktikumu, 2017, 301-314 |
2 |
|
№ |
Mövzu (praktik məşğələ) |
Ədəbiyyat |
Saat |
|
1 |
Fitokimyəvi analizlərdə istifadə olunan avadanlıqlar və qurğular. Spektrofotometr, rotor-buxarlandırıcı, Ginzberq sınaq şüşəsi, su hamamı, əks soyuducular, İQ-spektorskopiya, UB-spektroskopiya, NMR, YEMX, QX-sı |
Ədəbiyyat 1.1. Süleymanov T.A., Kərimov Y.B., İsayev C.İ. Farmakoqnoziya praktikumu, 2017, 16-31 |
4 |
|
2 |
Fitokimyəvi analizlərdə ekstraktların alınma üsulları, onların təmizlənməsi və fraksiyalara bölünməsi |
Ədəbiyyat 1.1. Süleymanov T.A., Kərimov Y.B., İsayev C.İ. Farmakoqnoziya praktikumu, 2017, 16-31 |
4 |
|
3 |
Fitokimyəvi analizlərdə xromatoqrafiya üsulunun tətbiqi. Kağız xromatoqrafiyası, NTX, sütun xromatoqrafiyası. Xromatoqrafik analizlərəd istifadə olunan sorbentlər və həlledicilər. |
Ədəbiyyat 1.1. Süleymanov T.A., Kərimov Y.B., İsayev C.İ. Farmakoqnoziya praktikumu, 2017, 26-32 |
4 |
|
4 |
Efir yağlarının analizi: eynilik və miqdari təyini, identifikasiyası, kimyəvi öyrənilməsi |
Ədəbiyyat 1.1. Süleymanov T.A., Kərimov Y.B., İsayev C.İ. Farmakoqnoziya praktikumu, 2017, 122-134 |
4 |
|
5 |
Efir yağlarının alınma üsulları |
Ədəbiyyat 1.1. Süleymanov T.A., Kərimov Y.B., İsayev C.İ. Farmakoqnoziya praktikumu, 2017, 127-133 |
4 |
|
6 |
İridoidlərin analizi: alınma üsulları, eynilik və miqdari təyini, identifikasiyası, kimyəvi öyrənilməsi |
Ədəbiyyat 1.1. Süleymanov T.A., Kərimov Y.B., İsayev C.İ. Farmakoqnoziya praktikumu, 2017, 203-209 |
4 |
|
7 |
Ürək qlikozidlərinin analizi: alınma üsulları, eynilik və miqdari təyini, identifikasiyası, kimyəvi öyrənilməsi |
Ədəbiyyat 1.1. Süleymanov T.A., Kərimov Y.B., İsayev C.İ. Farmakoqnoziya praktikumu, 2017, 269-278 |
4 |
|
8 |
Həqiqi alkaloidlərin analizi: alınma üsulları, eynilik və miqdari təyini, identifikasiyası, kimyəvi öyrənilməsi |
Ədəbiyyat 1.1. Süleymanov T.A., Kərimov Y.B., İsayev C.İ. Farmakoqnoziya praktikumu, 2017, 554-560 |
4 |
|
9 |
Psevdoalkaloidlərin analizi: alınma üsulları, eynilik və miqdari təyini, identifikasiyası, kimyəvi öyrənilməsi |
Ədəbiyyat 1.1. Süleymanov T.A., Kərimov Y.B., İsayev C.İ. Farmakoqnoziya praktikumu, 2017, 560-567 |
4 |
|
10 |
Protoalkaloidlərin analizi: alınma üsulları, eynilik və miqdari təyini, identifikasiyası, kimyəvi öyrənilməsi |
Ədəbiyyat 1.1. Süleymanov T.A., Kərimov Y.B., İsayev C.İ. Farmakoqnoziya praktikumu, 2017, 567-572 |
4 |
|
11 |
Steroid və diterpen birləşmələr. Analizi: alınma üsulları, eynilik və miqdari təyini, identifikasiyası, kimyəvi öyrənilməsi |
Ədəbiyyat 1.1. Süleymanov T.A., Kərimov Y.B., İsayev C.İ. Farmakoqnoziya praktikumu, 2017, 559-564 |
4 |
|
12 |
Triterpen saponinlər, onların təsnifatı, fiziki və kimyəvi xarakteristikası, alınma üsulları, identifikasiyası, alınma üsulları |
Ədəbiyyat 1.1. Süleymanov T.A., Kərimov Y.B., İsayev C.İ. Farmakoqnoziya praktikumu, 2017, 301-307 |
4 |
|
13 |
Steroid saponinlər, onların təsnifatı, fiziki və kimyəvi xarakteristikası, alınma üsulları, identifikasiyası, alınma üsulları |
Ədəbiyyat 1.1. Süleymanov T.A., Kərimov Y.B., İsayev C.İ. Farmakoqnoziya praktikumu, 2017, 307-315 |
2 |