Bizi izləyin:
Heydər Əliyev
Sürətləndirilmiş farmakoqnoziya tədrisi
Bölmələrimiz
Sürətləndirilmiş farmakoqnoziya tədrisi

Payız semestrində keçirilən fənlər
 

N

Kurs

Fənn

Auditoriya saatları

Mühazirə

Praktika

1

II

Sürətləndirilmiş farmakoqnoziya tədrisi

10

50

 

Farmakoqnoziya üzrə proqram ümumi və xüsusi  hissələrdən, laboratoriya-mühazirə kursunun keçirilməsi prosesində tələbələrin  qazandıqları bilik, bacarıq və praktiki vərdişlərin siyahısından, mühazirələrin və  laboratoriya məşğələlərinin tematik planlarından,  ədəbiyyat siyahısından təşkil olunmuşdur.

Proqramın ümumi hissəsində aşağıdakı məsələlər nəzərdən keçirilir: fənnin  metodologiyası və  vəzifələri, tarixi aspektdə farmakoqnoziyanın inkişafı, dərman bitki xammalının səmərəli istifadəsi, tədarükünün təşkili, kimyəvi tərkibi, birincili və ikincili metabolitlər, bitki xammalının standartlaşdırılması, dərman bitkilərinin öyrənilməsi sahəsində aparılan elmi tədqiqatlar.

Dərman bitkilərinin  öyrənilməsi, onların introduksiyası, becərilməsi, becərilmənin üstünlüyü və növləri, farmakoqnostik analiz üsulları, xammalın  eyniliyinin təyini və s.

Proqramın xüsusi hissəsində ayrı-ayrı qrup   bitkiləri və  bitki orqanizmində ardıcıl gedən biokimyəvi proseslərə müvafiq olaraq tədarük edilən xammalların  öyrənilməsi əks etdirilmişdir.

Proqrama son illər praktikada tətbiqini tapan bəzi yeni dərman bitkiləri daxil edilmiş (fitoekdisteroidlər və fermentlər tərkibli dərman bitkiləri, qidaya bioloji fəal əlavələr kimi istifadə olunan dərman bitkiləri), nomenklaturaya daxil olmayan bitki və  xammalar isə çıxarılmışdır.

Bəzi bitkilər (tüksüz  biyan, uca andız, əncir, adi atşabalıdı və s.) xüsusi hissənin bir neçə bölməsində təkrarlanır ki, buna da  səbəb həmin bitkilərin bir sıra qrup bioloji fəal maddələrə malik olması və tibbin müxtəlif sahələrində tətbiq edilməsidir.

Ayrı-ayrı qrup bitkilər  üzrə laboratoriya məşğələlərinin keçirilməsi elə qurulmalıdır ki, bitkinin öyrənilməsi xammalın eyniliyi və keyfiyyətinin makroskopik və  mikroskopik üsullarla tədqiqi ilə  başlansın və bioloji fəal maddələrin  tərkibinin  tədqiqi üzrə  məsələlərin həlli ilə  (keyfiyyət və  miqdarının təyini) yekunlaşsın.  Laboratoriya  məşğələlərinin bu cür keçirilməsi materialın  səmərəli  mənimsənilməsini təmin edir və  tələbələrin farmakoqnostik  analizin bütün növləri ilə tanış olmasına imkan verir.

Fənnin məqsədi:

Dərman bitkilərinin tərkibində olan bioloji fəal maddələrin təsnifatı, fiziki-kimyəvi xassələri, alınma üsulları, onlara aid eynilik və miqdari təyini üsulları və bitki aləmində yayılması haqqında magistraları məlumatlandırmaq, eləcə də magistrlarda dərman bitkilərinin morfoloji və anatomik quruluşlarındakı fərqli diaqnostik əlamətlərinə görə oxşar növlərdən və digər bitkilərdən fərqləndirməyi aşılamaq, dərman bitkilərinin Azərbaycanda yayılması və xammal bazası haqqında biliklərinformalaşdırmaqdır.

Fənnin təlim nəticəsi:

1. Farmakoqnoziya haqqında ümumi anlayışları, farmakoqnostik analiz üsullarını, fənnin provizorun praktik fəaliyyətində əhəmiyyətini.

2. Dərman bitkilərinin tərkibində olan əsas qrup bioloji fəal maddələri və onların  fiziki-kimyəvi xassələrini, biosintez yollarını, onlara aid eynilik və miqdari təyini üsullarını.

3. Bioloji fəal maddələrin əsas keyfiyyət və miqdari təyini üsullarını; dərman bitki xammalının standartlaşdırma qaydalarını.

4. Dərman bitki xammallarının, mineral və heyvan mənşəli xammalların əczaçılıq praktikasında və digər sənaye sahələrində istifadə formalarını və yollarını.

5. Dərman bitki xammalının qablaşdırılması, markirovkası, daşınması və saxlanması zamanı müvafiq normativ sənədlərin tələblərinə uyğunluğunu.

6. Makroskopik və mikroskopik üsulla dərman bitki xammalının eyniliyini təyin etməyi.

7. Dərman bitki xammalının farmakopeya göstəricilərini təyin etməyi.

8. Dərman bitkilərinin tərkibində olan əsas qrup bioloji fəal maddələrə aid keyfiyyət reaksiyalarının və miqdari təyinat üsullarının aparılma texnikasına.

9. Dərman bitki xammalından müxtəlif qrup bioloji fəal maddələri almaq və onları təmizləmək üsullarına.

10. Qarşıya kiçik həcmli elmi tapşırıqların qoyulması və onların eksperimental yolla realizə edilmə bacarığına; farmakoqnostik analiz nəticəsində alınmış nəticələrin statistik işlənmə qaydalarına.

 

Fənnin məzmunu “Sürətləndirilmiş Farmakoqnoziya tədrisi fənni əczaçılıq sahəsində mövcud tədqiqat üsulları və metodologiyaları haqqında elmdir, magistrlarda dərman bitkilərinin morfoloji və anatomik quruluşu haqqında, fikir formalaşdırır,bitkilərin tərkibində olan bioloji fəal birləşmələrin təsnifatı, fiziki-kimyəvi xassələri, bitki xammalından alınması, onlara aid eynilik və miqdari təyinat üsulları haqqında məlumat verir, magistrlarda dərman bitkilərinin farmakopeya göstəicilərinin təyini istiqamətində bacarıqlar formalaşdırır. Əczaçılıq ixtisası olmayan magistrlar üçün məcburi tədris olunan fənndir. Bu fənni keçdikdən sonra magistrlar dərman bitkilərinin tərkibində olan bioloji fəal birləşmələr haqqında məlumata sahib olmalıdırlar. Sürətləndirilmiş farmakoqnoziya tədrisi fənni əczaçı-magistrlərin formalaşmasında mühüm rol oynayır və gələcəkdə onların fəlsəfə doktoru pilləsində elmi-tədqiqat işləri yerinə yetirməyə hazırlayır. Fənni öyrəndikdən sonra magistrlar ölkədə fəaliyyət göstərən elmi tədqiqat laboratoriyalarında dərman bitki xammalının analizinin yerinə yetirilməsində istifadə edə biləcəklər. Magistrlar doktorantura pilləsində təhsillərini davam etdirə biləcəklər, həmçinin müasir fiziki-kimyavi üsullarla işləyən avadanlıqlarla təchiz olunmuş laboratoriyalarda elmi fəaliyyətlərini davam etdirə biləcəklər.

Fənnin tədris formatı

ƏyaniПредпочтительный способ связи

 

Mövzu (mühazirə)

Ədəbiyyat

Saat

1

Farmakoqnoziya fənni və Əczaçılıq üçün əhəmiyyəti. Təbii mənşəli (bitki, heyvan, mineral) xammallar. Dərman bitkisi, dərman bitki xammalı. Yabanı və becərilən DBX. Tədarükü. Dövriyyəsi.

Ədəbiyyat 1.1. Kərimov Y.B., Süleymanov T.A., İsayev C.İ., Xəlilov C.S. Farmakoqnoziya praktikumu, 2010, 3-40

Ədəbiyyat 1.2. Süleymanov T.A., Kərimov Y.B., İsayev C.İ. Farmakoqnoziya praktikumu, 2017, 7-32

2

2

Farmakoqnostik analiz üsulları. Ekstraksiya üsulları. Xromatoqrafik analiz. DBX-dan fərdi maddələrin ayrılması və identifikasiyası. Bitkinin ilkin və ikincili metabolitləri. Bioloji fəal maddələr.

Ədəbiyyat 1.1. Kərimov Y.B., Süleymanov T.A., İsayev C.İ., Xəlilov C.S. Farmakoqnoziya praktikumu, 2010, 41-64 

Ədəbiyyat 1.2. Süleymanov T.A., Kərimov Y.B., İsayev C.İ. Farmakoqnoziya praktikumu, 2017, 16-53

2

3

Karbohidratlar, vitaminlər, zülallar, fermentlər və lipidlər, quruluşunun xüsusiyyətləri, təsnifatı, fiziki kimyəvi xassələri, alınma üsulları, analiz üsulları saxlanma qaydası. Tərkibində adları sadalanan təbii birləşmələ olan dərman bitki və xammalları

Ədəbiyyat 1.1. Kərimov Y.B., Süleymanov T.A., İsayev C.İ., Xəlilov C.S. Farmakoqnoziya praktikumu, 2010, 66-144 

Ədəbiyyat 1.2. Süleymanov T.A., Kərimov Y.B., İsayev C.İ. Farmakoqnoziya praktikumu, 2017, 58-93

2

4

Qlikozidlər. Onların təsnifatı. Tibbdə istifadəsi. O-qikozidləri. N-qikozidləri. C-qikozidləri. S-qikozidləri. Tioqlikozidlər. Sianoqlikozidlər. Ürək qlikozidləri. Bitki xammalından alınması və analizi. Tərkibində qlikozidlər olan DBX

Ədəbiyyat 1.1. Kərimov Y.B., Süleymanov T.A., İsayev C.İ., Xəlilov C.S. Farmakoqnoziya praktikumu, 2010, 261-266; 341-366

Ədəbiyyat 1.2. Süleymanov T.A., Kərimov Y.B., İsayev C.İ. Farmakoqnoziya praktikumu, 2017, 193-204

2

5

Fenollar. Sadə fenollar. Fenolqlikozidlər. Fenolkarbon turşuları.  Fenilpropanoidlər. Feniletanoidlər. Flavonoidlər, Flavon, Flavonollar, Xalkonlar, auronlar. Flavanonlar və biflavonoidlər. İzoflavonoidlər. Proantosianlar, neoflavonoidlər. Bitki xammalından alınması və analizi.      Ümumi məlumat. Onların təsnifatı. Biogenezi. Bitki xammalından alınması. Tibbdə istifadəsi.

Ədəbiyyat 1.1. Kərimov Y.B., Süleymanov T.A., İsayev C.İ., Xəlilov C.S. Farmakoqnoziya praktikumu, 2010, 458-602 

Ədəbiyyat 1.2. Süleymanov T.A., Kərimov Y.B., İsayev C.İ. Farmakoqnoziya praktikumu, 2017, 222-253; 378-443

2

6

Xinon törəmələri (benzoxinon, naftoxinon, antraxinon). Antrasen törəmələri, kumarinlər, aşı maddələri, liqnanlar, ksantonlar. Ümumi məlumat. Onların təsnifatı. Biogenezi. Bitki xammalından alınması. Tibbdə istifadəsi. Bitki xammalından alınması və analizi.

Ədəbiyyat 1.1. Kərimov Y.B., Süleymanov T.A., İsayev C.İ., Xəlilov C.S. Farmakoqnoziya praktikumu, 2010, 521-629

Ədəbiyyat 1.2. Süleymanov T.A., Kərimov Y.B., İsayev C.İ. Farmakoqnoziya praktikumu, 2017, 344-376; 468-508

 

7

Terpenoidlər. Təsnifatı. Biogenezi. Fiziki və kimyəvi xüsusiyyətləri. Tibbdə və əczaçılıqda tətbiqi. Efir yağları. Təsnifatı. Biogenezi. Fiziki və kimyəvi xüsusiyyətləri. Alınma üsulları. Qaz xromatoqrafiyasının efir yağlarının keyfiyyətinin təyinində rolu. Tibbdə və əczaçılıqda tətbiqi.

İridoidlər, təsnifatı, fiziki-kimyəvi xassələri.

Ədəbiyyat 1.1. Kərimov Y.B., Süleymanov T.A., İsayev C.İ., Xəlilov C.S. Farmakoqnoziya praktikumu, 2010, 177-256 

Ədəbiyyat 1.2. Süleymanov T.A., Kərimov Y.B., İsayev C.İ. Farmakoqnoziya praktikumu, 2017, 122-190; 203-209

 

8

Saponinlər. Təsnifatı. Steroid və triterpen saponinlər. Biogenezi. Fiziki və kimyəvi xüsusiyyətləri. Tibbdə və əczaçılıqda tətbiqi.

Tərkibində ürək qlikozidləri olan dərman bitki xammalları.

Ədəbiyyat 1.1. Kərimov Y.B., Süleymanov T.A., İsayev C.İ., Xəlilov C.S. Farmakoqnoziya praktikumu, 2010, 297-345

Ədəbiyyat 1.2. Süleymanov T.A., Kərimov Y.B., İsayev C.İ. Farmakoqnoziya praktikumu, 2017, 269-298; 301-342

 

9

Alkaloidlər. Ümumi məlumat, biogenezi, təsnifatı, fiziki-kimyəvi xassələri. Bitki xammalından alınması, təmizlənməsi. Keyfiyyət və kəmiyyət analizləri.   Həqiqi alkaloidlər. Tərkibində alkaloidlər olan dərman bitki xammalları.   Protoalkaloidlər. Psevdoalkaloidlər. Steroid və diterpen alkaloidlər. Tərkibində alkaloidlər olan dərman bitki xammalları.

Ədəbiyyat 1.1. Kərimov Y.B., Süleymanov T.A., İsayev C.İ., Xəlilov C.S. Farmakoqnoziya praktikumu, 2010, 350-454

Ədəbiyyat 1.2. Süleymanov T.A., Kərimov Y.B., İsayev C.İ. Farmakoqnoziya praktikumu, 2017, 554-644

 

10

Heyvan mənşəli xammallar. İlan zəhəri. Arı məhsulları. Zəli. Əqrəb zəhəri. Panta. Süngər.

Mineral mənşəli xammallar. Naftalan nefti. Mumiya. Müalicəvi palçıq. Mineral sular. İstisu.

Ədəbiyyat 1.1. Kərimov Y.B., Süleymanov T.A., İsayev C.İ., Xəlilov C.S. Farmakoqnoziya praktikumu, 2010, 670-683

Ədəbiyyat 1.2. Süleymanov T.A., Kərimov Y.B., İsayev C.İ. Farmakoqnoziya praktikumu, 2017, 647-655

 

 

Mövzu (praktik məşğələ)

Ədəbiyyat

Saat

1

Farmakoqnostik analiz üsulları. Dərman bitki xammalı. Bioloji fəal birləşmələr. Dərman bitki xammalının, toplanması, qurudulması və saxlanılması. Kontaminasiyalar

Ədəbiyyat 1.1. Kərimov Y.B., Süleymanov T.A., İsayev C.İ., Xəlilov C.S. Farmakoqnoziya praktikumu, 2010, 41-63

Ədəbiyyat 1.2. Süleymanov T.A., Kərimov Y.B., İsayev C.İ. Farmakoqnoziya praktikumu, 2017, 7-18

4

2

Makroskopik analiz. Əmtəəçilik analizi. Təyinedicilər vasitəsilə naməlum xammalın müəyyənləşdirilməsi. Mikroskopla işləmək bacarığı. Mikroskopik analiz. Təyinedicilər vasitəsilə naməlum xammalın müəyyənləşdirilməsi.

Ədəbiyyat 1.1. Kərimov Y.B., Süleymanov T.A., İsayev C.İ., Xəlilov C.S. Farmakoqnoziya praktikumu, 2010,  41-48

Ədəbiyyat 1.2. Süleymanov T.A., Kərimov Y.B., İsayev C.İ. Farmakoqnoziya praktikumu, 2017, 33-57; 654-660

4

3

Fitokimyəvi analiz. Ekstraksiya üsulları. Xromatoqrafiya

Ədəbiyyat 1.1. Kərimov Y.B., Süleymanov T.A., İsayev C.İ., Xəlilov C.S. Farmakoqnoziya praktikumu, 2010, 44-51

Ədəbiyyat 1.2. Süleymanov T.A., Kərimov Y.B., İsayev C.İ. Farmakoqnoziya praktikumu, 2017, 16-31

4

4

Tərkibində karbohidratlar, vitaminlər, zülallar, fermentlər və lipidlər olan dərman bitkiləri və onların analiz üsulları

Ədəbiyyat 1.1. Kərimov Y.B., Süleymanov T.A., İsayev C.İ., Xəlilov C.S. Farmakoqnoziya praktikumu, 2010, 66-174

Ədəbiyyat 1.2. Süleymanov T.A., Kərimov Y.B., İsayev C.İ. Farmakoqnoziya praktikumu, 2017, 58-120

4

5

Tərkibində qlikozidlər olan dərman bitkiləri, siano-qlikozidlər, tioqlikozidlər, ürək qlikozidləri, bitki xammalından alınması və  analiz üsulları

Ədəbiyyat 1.1. Kərimov Y.B., Süleymanov T.A., İsayev C.İ., Xəlilov C.S. Farmakoqnoziya praktikumu, 2010, 261-294

Ədəbiyyat 1.2. Süleymanov T.A., Kərimov Y.B., İsayev C.İ. Farmakoqnoziya praktikumu, 2017, 193-200; 269-298

4

6

Tərkibində sadə fenollar, fenolqlikozidlər və flavonoidlər olan dərman bitkiləri və onların analiz üsulları

Ədəbiyyat 1.1. Kərimov Y.B., Süleymanov T.A., İsayev C.İ., Xəlilov C.S. Farmakoqnoziya praktikumu, 2010, 458-602

Ədəbiyyat 1.2. Süleymanov T.A., Kərimov Y.B., İsayev C.İ. Farmakoqnoziya praktikumu, 2017, 223-268; 378-443

4

7

Tərkibində antrasen törəmələri, kumarinlər, aşı maddələri, ksantonlar və liqnanalr olan dərman bitkiləri və onların analizi

Ədəbiyyat 1.1. Kərimov Y.B., Süleymanov T.A., İsayev C.İ., Xəlilov C.S. Farmakoqnoziya praktikumu, 2010, 521-544

Ədəbiyyat 1.2. Süleymanov T.A., Kərimov Y.B., İsayev C.İ. Farmakoqnoziya praktikumu, 2017, 344-375; 444-507

4

8

Tərkibində efir yağları və iridoidlər olan dərman bitkiləri və onların analiz üsulları

Ədəbiyyat 1.1. Kərimov Y.B., Süleymanov T.A., İsayev C.İ., Xəlilov C.S. Farmakoqnoziya praktikumu, 2010, 183-256; 327-339

Ədəbiyyat 1.2. Süleymanov T.A., Kərimov Y.B., İsayev C.İ. Farmakoqnoziya praktikumu, 2017, 122-190; 203-209

4

9

Tərkibində triterpen və steroid saponinlər olan dərman bitkiləri və onların analiz üsulları

Ədəbiyyat 1.1. Kərimov Y.B., Süleymanov T.A., İsayev C.İ., Xəlilov C.S. Farmakoqnoziya praktikumu, 2010, 297-325

Ədəbiyyat 1.2. Süleymanov T.A., Kərimov Y.B., İsayev C.İ. Farmakoqnoziya praktikumu, 2017, 301-343

4

10

Tərkibində alkaloidlər olan dərman bitkiləri və onların analiz üsulları

Ədəbiyyat 1.1. Kərimov Y.B., Süleymanov T.A., İsayev C.İ., Xəlilov C.S. Farmakoqnoziya praktikumu, 2010, 350-455

Ədəbiyyat 1.2. Süleymanov T.A., Kərimov Y.B., İsayev C.İ. Farmakoqnoziya praktikumu, 2017, 554-643

4