Bizi izləyin:
Heydər Əliyev
Fitoterapiya
Bölmələrimiz
Fitoterapiya

Yaz semestrində keçirilən fənlər

N

Kurs

Fənn

Auditoriya saatları

Mühazirə

Praktika

1

II

Fitoterapiya

20

70

 

Fitoterapiya xəstəliklərin profilaktikasının və müalicəsinin fitovasitələrlə həyata keçirilməsidir. Bu məqsədlə istifadə edilən bitkilər ənənəvi olaraq dərman bitkiləri adlandırılır. “Fitoterapiya” anlayışı elmə Parisdə yaşamış və fəaliyyət göstərmiş fransız həkimi Anri Leklerk tərəfindən gətirilmişdir. Onun dərman bitkilərindən geniş istifadə etməsi haqqında Fransanın aparıcı “La Presse medicale” jurnalında dəfələrlə məlumat verilmişdir. Leklerk bitkilərlə müalicə zamanı qazandığı təcrübəsini klassik vəsait olan “Precis de Phytotherapie”də dərc etdirmişdir. Fitoterapiya fənninin əsas vəzifəsi tibb praktikasına daha çox miqdarda etibarlı təsiri və dozalanması olan fitovasitələrin daxil edilməsidir. Həmçinin insanları aldadaraq təyin edilən plasebo-fitovasitələrin, yəni illyuziyalı-fitovasitələrin sıradan çıxarılmasıdır. Bu vəzifəni fitoterapiya ilə praktik həkimlərin birgə fəaliyyəti nəticəsində həyata keçirmək mümkündür. Müasir əczaçılığın mövcud inkişaf tempinə uyğun olaraq müxtəlif mənşəli fitovasitələrdən istifadə etməklə xəstəliklərin profilaktikasının və müalicəsinin həyata keçirilməsini öyrədən fənndir.

Fənnin məqsədi: Fitoterapiya fənninin məqsədi əczaçı-magistrlarda müxtəlif xəstəliklərin müalicəsində və profilaktikasında dərman bitkilərindən və onlardan alınan bioloji fəal maddələr əsasında hazırlanmış fitovasitələrdən istifadə etmək bacarığını aşılamaq; müxtəlif tərkibli bitki yığıntıları hazırlamağı öyrətmək; zəhərli bitkiləri digər bitkilərdən fərqləndirmək və onlarla zəhərlənmə hallarında ilk yardım tədbirlərini bacarmaq; dərman bitki xammalları əsasında müxtəlif xəstəliklərin profilaktikasında və müalicəsində istifadə olunan bitki yığıntılarının tərtib edilmə qaydalarını mənimsəmək, dərman bitki xammalı, bitki yığıntıları və fitopreparatlar haqqında aldığı biliyi bu vasitələrin xəstələrə reseptsiz buraxılışı zamanı məsləhət xarakterli yardım zamanı istifadə etmək və s. kimi peşəkar vərdişləri formalaşdırmaqdır.

Fənnin təlim nəticəsi:

1. Tərkib hissələrinin qarşılıqlı təsirini nəzərə almaqla, tibb praktikasında istifadəsinə icazə verilmiş bitki yığıntılarının hazırlanmasını.

2. Daha çox yayılmış xəstəliklərin profilaktikasında və müalicəsində istifadə olunan bitki yığıntılarının hazırlanmasını.

3. Qida bitkilərinin xəstəliklərin profilaktikasında və müalicəsində istifadəsinə göstərişləri və onların konkret xəstəliyin spesifik müalicəsində effektivliyini.

4. Dərman bitki xammalının, bitki yığıntılarının və fitopreparatların keyfiyyətini tənzimləyən normativ sənədlərlə işləməyi.

5. Dərman bitki xammalı, bitki yığıntıları və fitopreparatlar haqqında aldığı biliyi (təcrübəni) bu vasitələrin xəstələrə reseptsiz buraxılışı zamanı məsləhət xarakterli yardım zamanı istifadə etməyi.

6. Dərman bitki xammalını həm sərbəst, həm də müxtəlif bitki yığıntılarının tərkibində düzgün identifikasiya etməyi.

7. Dərman bitkilərini və fitopreparatları onların mənsub olduğu kateqoriyalar üzrə: xalq təbabəti, ənənəvi və ofisinal dərman vasitələrinə təsnif etməyi.

8. Bitki yığıntılarının tərkibində olan dərman bitki xammalının makroskopik, mikroskopik və əmtəəçilik analizini həyata keçirməyi.

9. Mövcud olan fitopreparatları onların tətbiq olunma kateqoriyasına görə qruplaşdırmağı.

10. Geniş yayılmış xəstəliklərin müalicəsi zamanı xəstələrə dərman bitki xammalı və fitopreparatlar haqqında əczaçılıq məsləhəti verməyi.

Fənnin məzmunu “Fitoterapiya” fənni magistrlarda müxtəlif xəstəliklərin profilaktikasında və müalicəsində istifadə olunan dərman bitki yığıntıları və digər fitovasitələr haqqında bilik formalaşdırır, onlarda müstəqil şəkildə dərman bitki yığıntılarının hazırlanması, tərkibinin seçilməsi və alqoritminin hazırlanması istiqamətində peşəkarlıq formalaşdırır. “Fitoterapiya” fənnini magistrlara tədris etmək üçün Əczaçılıq ixtisası üzrə bakalavr pilləsinə aid  Farmakoqnoziya və Fitoterapiaya fənləri tədris olunmalıdır. Magistrant tələbələr dərman bitkiləri, onların kimyəvi tərkibi, istifadə olunan xammalları haqqında məlumata sahib olmalıdırlar. “Fitoterapiya” fənni əczaçı-magistrlərin formalaşmasında mühüm rol oynayır və gələcəkdə onların fəlsəfə doktoru pilləsində elmi-tədqiqat işləri yerinə yetirməyə hazırlayır. Fənni öyrəndikdən sonra magistrlar ölkədə fəaliyyət göstərən elmi tədqiqat laboratoriyalarında dərman bitki xammalının analizinin yerinə yetirilməsində istifadə edə biləcəklər. Həmçinin fitovasitələrin istehsalı ilə məşğul olan əczaçılıq şirkətlərində fəaliyyət göstərə biləcəklər. Magistrlar doktorantura pilləsində təhsillərini davam etdirə biləcəklər, həmçinin müasir fiziki-kimyavi üsullarla işləyən avadanlıqlarla təchiz olunmuş laboratoriyalarda elmi fəaliyyətlərini davam etdirə biləcəklər.

Fənnin tədris formatı

Əyani

 

 

Mövzu (mühazirə)

Ədəbiyyat

Saat

1

Fitoterapiyanın tarixi, məlumat bazası, qayda və prinsipləri, digər tibbi fənlərlə əlaqəsi və  təbabət üçün əhəmiyyəti

1.1. İsayev C.İ. Fitoterapiya, 2016,  6-21

2

2

Fitofarmakologiyanın əsasları. Bitkilərdə sintez olunan ilk və  ikincili bioloji    fəal maddələrin farmakoloji   xüsusiyyətləri

1.1. İsayev C.İ. Fitoterapiya, 2016, 21-57 

2

3

Fitovasitələr. Fitoterapiyada istifadəolunan dərman formaları. Dərman bitkilərinin təyin olunmasının əsas qaydaları. Fitovasitələrin istifadə qaydaları

1.1. İsayev C.İ. Fitoterapiya, 2016, 57-62 

2

4

Sinir sistemi xəstəliklərinin fitoterapiyası

1.1. İsayev C.İ. Fitoterapiya, 2016, 63-75 

2

5

Ürək-damar sistemi xəstəliklərinin fitoterapiyası

1.1. İsayev C.İ. Fitoterapiya, 2016, 103-119 

2

6

Tənəffüs sistemi xəstliklərinin fitoterapiyası

1.1. İsayev C.İ. Fitoterapiya, 2016, 120-132

2

7

Həzm sistemi xəstəliklərinin fitoterapiyası

1.1. İsayev C.İ. Fitoterapiya, 2016, 76-102

2

8

Ginekoloji xəstəliklərin fitoterapiyası

1.1. İsayev C.İ. Fitoterapiya, 2016, 

2

9

Aromaterapiya müalicə üsulu kimi

1.1. İsayev C.İ. Fitoterapiya, 2016, 231-236

2

10

Sidik-ifrazat sistemi xəstəliklərinin fitoterapiyası

1.1. İsayev C.İ. Fitoterapiya, 2016, 173-190

2

 

Mövzu (praktik məşğələ)

Ədəbiyyat

Saat

1

Sinir sistemi xəstəliklərinin fitoterapiyasında istifadə olunan fitovasitələrin təkibinin seçilməsi və hazırlanması qaydaları

1.1. İsayev C.İ. Fitoterapiya, 2016,  63-75

2

2

Tənəffüs yolları xəstəliklərinin fitoterapiyasında istifadə edilən təkibinin seçilməsi və hazırlanması qaydaları

1.1. İsayev C.İ. Fitoterapiya, 2016, 120-133

2

3

 Ürək-damar sisteminin xəstəliklərinin fitoterapiyasında istifadə edilən fitovasitələrin təkibinin seçilməsi və hazırlanması qaydaları

1.1. İsayev C.İ. Fitoterapiya, 2016,  103-119

2

4

Həzm sistemi xəstəliklərinin fitoterapiyasında istifadə edilən fitovasitələrin təkibinin seçilməsi və hazırlanması qaydaları

1.1. İsayev C.İ. Fitoterapiya, 2016,  76-102

2

5

Ginekoloji xəstəliklərin müalicəsində və profilaktikasında istifadə edilən fitovasitələr. Qadınlarda şişöncəsi vəziyyətlərdə istifadə edilən fitovasitələrin təkibinin seçilməsi və hazırlanması qaydaları

1.1. İsayev C.İ. Fitoterapiya, 2016,  197-210

2

6

Endokrinoloji xəstəliklərin müalicəsində və orqanizmin maddələr mübadiləsinin pozğunluqlarında istifadə edilən dərman bitkiləri və fitovasitələrin təkibinin seçilməsi və hazırlanması qaydaları

1.1. İsayev C.İ. Fitoterapiya, 2016, 166-173 

2

7

Revmatik xəstəliklərin fitoterapiyası. Orqanizmin toksiki metabolitlərdən təmizlənməsində (detoksikasiyasında) fitovasitələrin təkibinin seçilməsi və hazırlanması qaydaları

1.1. İsayev C.İ. Fitoterapiya, 2016,  211-215, 253-256

2

8

Qaraciyər, öd kisəsi və öd yollarının, həzm vəzilərinin xəstəliklərinin müalicəsində istifadə edilən fitovasitələrin təkibinin seçilməsi və hazırlanması qaydaları

1.1. İsayev C.İ. Fitoterapiya, 2016,  152-166

2

9

İmmunodefisit vəziyyətlərin fitoterapiyası. İmmunomoduləedici və tonuslandırıcı təsirə malik dərman bitkiləri və fitopreparatlar. İmmundefisit vəziyyətlərdə istifadə edilən fitovasitələrin təkibinin seçilməsi və hazırlanması qaydaları

1.1. İsayev C.İ. Fitoterapiya, 2016,  243-253

2

10

Stomatologiyada istifadə olunan fitovasitələr. Göz xəstəliklərinin müalicəsində istifadə olunan fitovasitələrin təkibinin seçilməsi və hazırlanması qaydaları

1.1. İsayev C.İ. Fitoterapiya, 2016,  142-152, 276-280

2

 

Mövzu (seminar məşğələ)

Ədəbiyyat

Saat

1

Müalicəvi faktorlar. Psixoterapevtik faktorlar. Farmakoloji faktorlar. Fitoterapiyada psixoloji və psixoterapevtik fenomenlər

1.1. İsayev C.İ. Fitoterapiya, 2016,  27-39

5

2

Neyrotrop təsirə malik olan dərman bitkiləri. MSS-nin stimulyatorları, proseslərin tormozlanma ötürücülüyünü pozan vasitələr. Tonizəedici, b-adrenostimuləedici və kofeinəoxşar təsirli bitkilər. Adrenomimetik təsirli bitkilər. Bitki mənşəli adaptogenlər və psixostimulyatorlar. Nootroplar, QAYT-tərkibli və QAYT-ergik fitovasitələr. Bitki mənşəli neyroleptiklər

1.1. İsayev C.İ. Fitoterapiya, 2016,  32-43

5

3

Dərman bitki yığıntılarının hazırlanması, tərkibinin seçilməsi və alqoritmi

1.1. İsayev C.İ. Fitoterapiya, 2016,  79-86

5

4

Fitoterapiyada əlavə təsirlər, uyuşmazlıq halları, əks göstərişlər

1.1. İsayev C.İ. Fitoterapiya, 2016,  44-57

5

5

Pediatriyada fitoterapiyanın özəllikləri

1.1. İsayev C.İ. Fitoterapiya, 2016,  225-235

5

6

Nefrologiyada istifadə edilən fitovasitələr

1.1. İsayev C.İ. Fitoterapiya, 2016, 190-197 

5

7

Qocalmanın fitoterapiyası və orqanizmin bərpa olunmasında  istifadə edilən dərman bitkiləri və fitopreparatlar.

Sağlamlığın prinsip və qaydaları. Uzun müddətli sağlamlıq proqramlarının həyata keçirlməsində fitoterapiyanın əhəmiyyəti

1.1. İsayev C.İ. Fitoterapiya, 2016,  238-241, 236-238

5

8

Dəri xəstəliklərinin fitoterapiyası

1.1. İsayev C.İ. Fitoterapiya, 2016, 216-231

5

9

Kosmetologiyada istifadə edilən fitovasitələr

1.1. İsayev C.İ. Fitoterapiya, 2016,  268-275

5

10

Müxtəlif xəstəliklərin (onkoloji, anemiya, nikotindən asılılıq, spirtli içkilərə aludəçilik və s.) müalicəsində istifadə edilən fitovasitələr

1.1. İsayev C.İ. Fitoterapiya, 2016, 257-267

5