Payız semestrində keçirilən fənlər
|
N |
Kurs |
Fənn |
Auditoriya saatları |
|
|
Mühazirə |
Praktika |
|||
|
1 |
I |
Xromatoqrafik analiz üsulları |
10 |
50 |
Hazırda bitkilərinin tərikbində olan bioloji fəal maddələrin yeni xammal mənbələrinin aşkar edilməsi, eləcə də alınmış fərdi maddələr və kompleks birləşmələr əsasında effektli dərman vasitələrinin yaradılması istiqamətində elmi tədqiqat işləri aparılmaqdadır. Bu tədqiqatların yerinə yetirilməsində müasir fitokimyəvi analzi üsullarından geniş istifadə edilir. Peşəkar əczaçı-magistr fitokimyəvi analiz üsulları haqqında müəyyən biliklərə malik olmalıdır, həmçinin müxtəlif qrup bioloji fəal maddələrin dərman bitki xammalından alınması, təmzilənməsi, onların eynilik və miqdarı təyinatı üsullarını və xromatoqrafik analiz üsullarını aparmağı bacarmalıdır. Fitokimyəvi analiz, eləcədə xromatoqrafik analiz dərman bitki xammalının və fitopreparatın standartlaşdırılması üçün vacib analiz üsuludur.
“Xromatoqrafik analiz üsulları” fənninin vəzifəsi magistrlarda bitkilərin tərkibində olan ilk və ikincili metobolitlərə aid olan bioloji fəal maddələrin müxtəlif xromatoqrafik üsullarla eyniliyinin təyini, bitki xammalından alınmış ekstraktların fraksiyalara bölünməsi, fərdi şəkildə maddələrin alınması və identifikasiyasını həyata keçirmək vərdişləri formalaşdırmaqdır.
“Xromatoqrafik analiz üsulları” bitkilərin tərkibində olan müxtəlif qrup bioloji fəal birləşmələri müxtəlif xromatoqrafik üsullarla araşdırılmasını öyrədən, eləcə də bu üsullar haqqında magistralara nəzəri bilik verən fənndir.
Fənnin məqsədi: “Xromatoqrafik analiz üsulları” fənninin məqsədi magistrlarda xromatoqrafik analiz üsulları haqqında nəzəri bilik formalaşdırmaq, farmakoqnostik elmi araşdırmalarda xromatoqrafik üsulları düzgün seçmək bacarığı yaratmaq, eləcə də bitkilərin təribində olan bioloji fəal birləşmələrin xromatoqrafik üsulla eynilik və miqdari təyini üsullarını yerinə yetirmək, bu üsulların köməkliyi ilə bitki ekstraktlarından fərdi maddələr almaq vərdişləri formalaşdırmaqdır.
Fənnin təlim nəticəsi:
1. Xromatoqrafik analiz üsulları haqqında nəzəri bilikləri.
2. Təbii birləşmələrin analizində düzgün xromatoqrafik üsulu seçmək.
3. Hərəkətsiz və hərəkətli fazalar haqqında məlumatı.
4. Müstəqil şəkildə nazik təbəqədə xromatoqrafiya üsulu ilə bitki xammalından alınmış ekstraktlarda bioloji fəal birləşmələri təyin etməyi.
5. Müstəqil şəkildə kağız xromatoqrafiyası üsulu ilə bitki xammalından alınmış ekstraktlarda bioloji fəal birləşmələri təyin etməyi.
6. Müstəqil şəkildə sütun xromatoqrafiyası üsulu ilə bitki xammalından alınmış ekstraktlarda bioloji fəal birləşmələri fərdi maddələrə bölməyi.
7. Müstəqil şəkildə bitkilərinin tərkibində olan müxtəlif qrup bioloji fəal birləşmələr məcmuyunu xromatoqrafik üsullarla təmziləmək texnikasına.
8. Bitki xammalının analizində müvafiq xromatoqrafiya üsulunu seçmək bacarığına.
9. Müstəqil şəkildə bitkilərin tərkibində olan müxtəlif qrup bioloji fəal birləşmələri fərdi maddələrə bölmək texnikasına.
10. Elmi ədəbiyyat mənbələri ilə işləmək qabiliyyətinə.
Fənnin məzmunu
“Xromatoqraik analiz” fənni “Xromatoqrafik analiz üsulları” fənninin vəzifəsi magistrlarda bitkilərin tərkibində olan ilk və ikincili metobolitlərə aid olan bioloji fəal maddələrin müxtəlif xromatoqrafik üsullarla eyniliyinin təyini, bitki xammalından alınmış ekstraktların fraksiyalara bölünməsi, fərdi şəkildə maddələrin alınması və identifikasiyasını həyata keçirmək vərdişləri formalaşdırmaqdır. “Xromatoqrafik analiz üsulları” bitkilərin tərkibində olan müxtəlif qrup bioloji fəal birləşmələri müxtəlif xromatoqrafik üsullarla araşdırılmasını öyrədən, eləcə də bu üsullar haqqında magistralara nəzəri bilik verən fənndir. “Xromatoqrafik analiz” fənnini tədris etmək üçün Əczaçılıq ixtisası üzrə bakalavr pilləsinə aid Farmakoqnoziya fənni tədris olunmalıdır. Magistrant tələbələr dərman bitkilərinin fitokimyəvi analiz üsulları haqqında məlumata sahib olmalıdırlar. “Xromatoqrafik analiz” fənni əczaçı-magistrlərin formalaşmasında mühüm rol oynayır və gələcəkdə onların fəlsəfə doktoru pilləsində elmi-tədqiqat işləri yerinə yetirməyə hazırlayır. Fənni öyrəndikdən sonra magistrlar ölkədə fəaliyyət göstərən elmi tədqiqat laboratoriyalarında dərman bitki xammalının analizinin yerinə yetirilməsində istifadə edə biləcəklər. Magistrlar doktorantura pilləsində təhsillərini davam etdirə biləcəklər, həmçinin müasir fiziki-kimyavi üsullarla işləyən avadanlıqlarla təchiz olunmuş laboratoriyalarda elmi fəaliyyətlərini davam etdirə biləcəklər.
Fənnin tədris formatı
Əyani Предпочтительный способ связи
|
№ |
Mövzu (mühazirə) |
Ədəbiyyat |
Saat |
|
1 |
“Xromatoqrafik analiz üsulları” fənninin məqsədi. Fənnin əsas anlayışları. Təsnifatı. Tətbiqinə və faza sistemlərinə görə təsnifatı. Hərəkətsiz faza, hərəkətli faza. Həlledici sistemləri seçmək texnikası. Əczaçının praktiki fəaliyyətində “Xromatoqrafik analiz üsulları” fənninin rolu və əhəmiyyəti |
Ədəbiyyat 1.1. Süleymanov T.A., Kərimov Y.B., İsayev C.İ. Farmakoqnoziya praktikumu, 2017, 16-32 |
2 |
|
2 |
Dərman bitkilərinin kimyəvi tərkibi. İlkin və ikincili metabolitlər. Əsas təsiredici və müşayiətedici maddələr, |
Ədəbiyyat 1.1. Süleymanov T.A., Kərimov Y.B., İsayev C.İ. Farmakoqnoziya praktikumu, 2017, 122-135, 301-311 |
2 |
|
3 |
Müasir fitokimyəvi analiz üsulları |
Ədəbiyyat 1.1. Süleymanov T.A., Kərimov Y.B., İsayev C.İ. Farmakoqnoziya praktikumu, 2017, 269-277 |
2 |
|
4 |
Nazik təbəqədə xromatoqrafiya. Kağız xromatoqrafiyası. Sütun xromatoqrafiyası. Maye-maye xromatoqrafiyası. Qaz xromatoqrafiyası. Qaz-maye xromatoqrafiyası Flash xromatoqrafiyası |
Ədəbiyyat 1.1. Süleymanov T.A., Kərimov Y.B., İsayev C.İ. Farmakoqnoziya praktikumu, 2017, 554-573 |
2 |
|
5 |
Yüksək effektli maye xromatoqrafiyası |
Ədəbiyyat 1.1. Süleymanov T.A., Kərimov Y.B., İsayev C.İ. Farmakoqnoziya praktikumu, 2017, 301-314 |
2 |
|
№ |
Mövzu (praktik məşğələ) |
Ədəbiyyat |
Saat |
|
1 |
Karbohidratlar: polisaxaridlər, oliqosaxaridlər və monosaxaridlər. Vitaminlər və lipidlər. Onların bitki xammalından alınması, alınmış ekstraktların təmizlənməsi və fraksiyalara bölünməsi |
Ədəbiyyat 1.1. Süleymanov T.A., Kərimov Y.B., İsayev C.İ. Farmakoqnoziya praktikumu, 2017, 16-31 |
4 |
|
2 |
Efir yağları. Onların bitki xammalından alınması, alınmış ekstraktların təmizlənməsi və fraksiyalara bölünməsi |
Ədəbiyyat 1.1. Süleymanov T.A., Kərimov Y.B., İsayev C.İ. Farmakoqnoziya praktikumu, 2017, 16-31 |
4 |
|
3 |
İridoidlər. Onların bitki xammalından alınması, alınmış ekstraktların təmizlənməsi və fraksiyalara bölünməsi |
Ədəbiyyat 1.1. Süleymanov T.A., Kərimov Y.B., İsayev C.İ. Farmakoqnoziya praktikumu, 2017, 26-32 |
4 |
|
4 |
Həqiqi alkaloidlər. Onların bitki xammalından alınması, alınmış ekstraktların təmizlənməsi və fraksiyalara bölünməsi. Protoalkaloidlər və psevdoalkaloidlər. Onların bitki xammalından alınması, alınmış ekstraktların təmizlənməsi və fraksiyalara bölünməsi |
Ədəbiyyat 1.1. Süleymanov T.A., Kərimov Y.B., İsayev C.İ. Farmakoqnoziya praktikumu, 2017, 122-134 |
4 |
|
5 |
Steroid alkaloidlər. Diterpen alkaloidlər. Onların bitki xammalından alınması, alınmış ekstraktların təmizlənməsi və fraksiyalara bölünməsi |
Ədəbiyyat 1.1. Süleymanov T.A., Kərimov Y.B., İsayev C.İ. Farmakoqnoziya praktikumu, 2017, 127-133 |
4 |
|
6 |
Ürək qlikozidləri, kardenolidlər və bufadienolidlər. Bitki xammalından ürək qlikozidlərinin alınması, alınmış çıxarışın təmizlənməsi, kristallaşdırlması və ürək qlikozidlərinin fərdi maddələrə bölünməsi |
Ədəbiyyat 1.1. Süleymanov T.A., Kərimov Y.B., İsayev C.İ. Farmakoqnoziya praktikumu, 2017, 203-209 |
4 |
|
7 |
Saponinlər. Triterpen və steroid saponinlər. Onların bitki xammalından alınması, alınmış ekstraktların təmizlənməsi və fraksiyalara bölünməsi |
Ədəbiyyat 1.1. Süleymanov T.A., Kərimov Y.B., İsayev C.İ. Farmakoqnoziya praktikumu, 2017, 269-278 |
4 |
|
8 |
Sianoqlikozidlər və tioqlikozidlər. Onların bitki xammalından alınması, alınmış ekstraktların təmizlənməsi və fraksiyalara bölünməsi. Sadə fenol birləşmələri. Fenolqlikozidlər. Onların bitki xammalından alınması, alınmış ekstraktların təmizlənməsi və fraksiyalara bölünməsi |
Ədəbiyyat 1.1. Süleymanov T.A., Kərimov Y.B., İsayev C.İ. Farmakoqnoziya praktikumu, 2017, 554-560 |
4 |
|
9 |
Flavonoidlər. Onların bitki xammalından alınması, alınmış ekstraktların təmizlənməsi və fraksiyalara bölünməsi |
Ədəbiyyat 1.1. Süleymanov T.A., Kərimov Y.B., İsayev C.İ. Farmakoqnoziya praktikumu, 2017, 560-567 |
4 |
|
10 |
Antrasen törəmələri. Onların bitki xammalından alınması, alınmış ekstraktların təmizlənməsi və fraksiyalara bölünməsi |
Ədəbiyyat 1.1. Süleymanov T.A., Kərimov Y.B., İsayev C.İ. Farmakoqnoziya praktikumu, 2017, 567-572 |
4 |
|
11 |
Aşı maddələri. Onların bitki xammalından alınması, alınmış ekstraktların təmizlənməsi və fraksiyalara bölünməsi |
Ədəbiyyat 1.1. Süleymanov T.A., Kərimov Y.B., İsayev C.İ. Farmakoqnoziya praktikumu, 2017, 559-564 |
4 |
|
12 |
Kumarinlər və xromonlar. Onların bitki xammalından alınması, alınmış ekstraktların təmizlənməsi və fraksiyalara bölünməsi |
Ədəbiyyat 1.1. Süleymanov T.A., Kərimov Y.B., İsayev C.İ. Farmakoqnoziya praktikumu, 2017, 301-307 |
4 |
|
13 |
Ksantonlar və liqnanlar. Onların bitki xammalından alınması, alınmış ekstraktların təmizlənməsi və fraksiyalara bölünməsi |
Ədəbiyyat 1.1. Süleymanov T.A., Kərimov Y.B., İsayev C.İ. Farmakoqnoziya praktikumu, 2017, 307-315 |
2 |