Payız semestrində keçirilən fənlər
|
N |
Kurs |
Fənn |
Auditoriya saatları |
|
|
Mühazirə |
Praktika |
|||
|
1 |
II |
Tədqiqat bacarıqları və metodları |
10 |
50 |
Hər bir elmi sahənin inkişafı, o sahədə aparılan sistematik elmi tədqiqatların verdiyi töhvələr ilə mümkündür. Ottenbachera (1990) istinadən: “Hər bir ixtisas dəqiq müəyyən edilmiş bilik bazasından yaranır”. “Farmakoqnoziya sahəsi üzrə tədqiqat işinin aparılması" fənni, əczaçılıq elminin ayrılmaz hissəsi olan, farmakoqnoziya sahəsi üzrə elmi problemləri həll edib, yeni biliklər əldə etmək məqsədini daşıyır. Fənn - müstəqil eksperimental tədqiqat işinin planlaşdırılması və həyata keçirilməsi kimi nəzəri və praktiki biliklərdən ibarətdir.
Hər bir tələbə tədqiqat suallarını müəyyənləşdirəcək referat və iştirak edəcəyi laboratoriya ilə bağlı öz seçdiyi poster. Tələbələr edəcək tələbə yoldaşlarının kurs işini qiymətləndirərək nəzərdən keçirən həmyaşıdlar kimi ilk təcrübə əldə edin.
Fənnin məqsədi: “Farmakoqnoziya sahəsi üzrə tədqiqat işinin aparılması” fənninin məqsədi tələbə farmakoqnoziya sahəsində mövcud tədqiqat nəzəriyyəsi və tədqiqat metodologiyası haqqında dərin bilikləri tətbiq edəcək.Nüfuzlu elmi ədəbiyyatla işləmək və məqalə hazırlamaq bacarıqlarına malik, elmi etika və metodologiyadan xəbərdar magistrlar yetişdirməkdir.
Fənnin təlim nəticəsi:
1. Elmi araşdırma prinsipləri, “elmi problem”, “elmi sual”, “elmi mülahizə” anlayışları.
2. Elmi tədqiqat mövzünun düzgün seçimi prinsiplərini və tədqiqat planının tərtibat qaydaları.
3. Elmi tədqiqat etikası, keyfiyyətli tədqiqatın göstəriciləri, müasir elmi tədqiqatlara qarşı irəli sürülən tələblər.
4. Tədqiqat məqsədlərini formalaşdırmaq və bu məqsədlərə çatmaq üçün elmi işin plannı tərtib etmək.
5. Tədqiqat problemini müəyyən etmək, elmi araşdırma üçün metodların seçimini edib, analizlər və eksperimentlər seçimində iştirak etmək.
6. Emi araşdırma və eksperimentlərin aparılması qaydalarına yiyələnmək.
7. Elmi araşdırma nəticələrinin interpretasiyası həyata keçirmək.
8. Müxtəlif tədqiqat metodları arasındakı fərqləri müzakirə və izah etmək.
9. Növbəti akademik pillə olan fəlsəfə və elmlər doktoru səviyyəsinə uyğun şəkildə hazırlığını təmin etmək.
10. Elmi təcrübəyə uyğun olaraq informasiya və biliyi axtarmaq, emal etmək və tənqidi qiymətləndirmək bacarığına malik olmalı, elmi problemləri müstəqil formalaşdırmaq və həll etmək bacarığına yiyələnmək.
Fənnin məzmunu: “Farmakoqnoziya sahəsi üzrə tədqiqat işinin aparılması” fənni farmakoqnoziya sahəsində mövcud tədqiqat nəzəriyyəsi və tədqiqat metodologiyası haqqında elmdir, magistrlarda ədəbiyyatla işləmək və məqalə hazırlamaq bacarıqlarını formalaşdırır. “Farmakoqnoziya sahəsi üzrə tədqiqat işinin aparılması” fənnini tədris etmək üçün Əczaçılıq ixtisası üzrə bakalavr pilləsinə aid Farmakoqnoziya fənni tədris olunmalıdır. Magistrant tələbələr dərman bitkilərinin fitokimyəvi, eləcə də makroskopik və mikroskopik analiz üsulları haqqında məlumata sahib olmalıdırlar. “Farmakoqnoziya sahəsi üzrə tədqiqat işinin aparılması” fənni əczaçı-magistrlərin formalaşmasında mühüm rol oynayır və gələcəkdə onların fəlsəfə doktoru pilləsində elmi-tədqiqat işləri yerinə yetirməyə hazırlayır. Fənni öyrəndikdən sonra magistrlar ölkədə fəaliyyət göstərən elmi tədqiqat laboratoriyalarında dərman bitki xammalının analizinin yerinə yetirilməsində istifadə edə biləcəklər. Magistrlar doktorantura pilləsində təhsillərini davam etdirə biləcəklər, həmçinin müasir fiziki-kimyavi üsullarla işləyən avadanlıqlarla təchiz olunmuş laboratoriyalarda elmi fəaliyyətlərini davam etdirə biləcəklər.
Fənnin tədris formatı
Əyani
|
№ |
Mövzular |
Ədəbiyyat |
Saat |
|
1 |
Elmi metodun ikişaf tarixi. Elmi fəaliyyətin fəlsəfi aspektləri. Elm fəlsəfəsinə giriş. Ontologiya və epistemologiya. Obyektivlik və subyektivlik. Elmi layihələrdə səbəbləndirmə və korrelyasiya. Elm nəzəriyyəsinin quruluşu. Elmi biliklərin əldə edilməsi üçün istifadə edilən metodologiya
|
|
2 |
|
2 |
Elmi araşdırmanın planlaşdırılması. Elmi problemin irəli sürülməsi. Mülahizənin aydınlaşdırılması. Üsul seçimi. Elmi layihələrdə induksiya və deduksiya. Elmi nəticələrin alınması üçün irəli sürülən tələblər. Qərəzsizlik və artefaktların yoxlanılması. Elmi tədqiqatın etibarlılığı. Elmi etika.
|
|
2 |
|
3 |
Ədəbiyyat icmalı. Elmi ədəbiyyat mənbələrin axtarışı və seçimi. Kitabxanalar, onların fəaliyyət prinnsipləri. Tibbi tədqiqat axtarış portalları. Elmi məqalələrin quruluşu və təhlili. Elmi məlumatlara dair tənqidi yanaşma. İmpakt faktor. |
|
2 |
|
4 |
Elmi ünsiyyət növləri. Elmi məqalələr, konfranlslar, konqresslər və s.Tibb və əczaçılıq sahəsində elmi tədqiqat işlərinin nəticələrini dərc etmək üçün elmi jurnallar və məqalələrin yazılışına dair sürülən tələblər. İstinad etmə anlayışı və qaydaları. Elmi tədqiqatların nəticələrini prezentasiya və ya poster vasitəsilə təqdim edilməsi. Prezentasiya və poster tərtibatı üçün irəli sürülən tələblər. |
|
2 |
|
5 |
Farmakoqnoziya sahəsində elmi araşdırmalar, onların mərhələləri, metodları, keyfiyyət standartları. Fitokimyəvi analiz üsulları, keyfiyyat analizi və miqdarı analiz üsulları, mikroskopik analiz, farmakoloji tədqiqatlar. |
|
2 |
|
6 |
Ölçü -araşdırma aləti. Ölçünün dörd növü: nominal, ordinal, interval və nisbət. Tədqiqat nəticələrinin təhlili, statistik işləmələr, validasiya, etibarlılıq. |
|
2 |
|
7 |
Elmi məqalə və tezislərin yazılış qaydaları. Plagiat anlayışı, Anti-plagiat sistemi. |
|
2 |
|
8 |
Dissertasiya, avtoreferat tərdibat qaydaları. Rəy və resenziya yazılış qaydaları. |
|
2 |
|
9 |
Elmi konfranslar, konqreslər, simpoziumlar, onlarda iştirak etmə imkanları |
R. Əliyev “Elmi işlərin yerinə yetirilməsi metodikası.” Elmi layihələrin, diplom və dissertasiya işlərinin yazılmasına dair vəsait. Baki, 2016 |
2 |
|
10 |
Fənlərarası tədqiqatlar, farmakoqnoziya sahəsinin digər sahələrlə əlaqəsi |
“An Introduction to Scientific Research,” E.B. Wilson, Jr., Dover Publications, 1991. (ISBN13: 978-0841209336) |
2 |
|
№ |
Mövzu (praktiki məşğələ) |
Ədəbiyyat |
Saat |
|
1 |
Elmi problem, elmi sual, elmi mülahizə anlayışları. |
|
2 |
|
2 |
Elmi tədqiqatın mərhələləri. Konseptualizasiya, dizayn, empirik, analitik, paylaşma mərhələləri. I |
|
2 |
|
3 |
Elmi tədqiqatın mərhələləri. Konseptualizasiya, dizayn, empirik, analitik, paylaşma mərhələləri. II |
|
2 |
|
4 |
Elmi işin planının tərtibatı, elmi işin dizaynı. |
|
2 |
|
5 |
Ədəbiyyat mənbələrinin axtarışı, açar sözlər |
|
2 |
|
6 |
Farmakoqnoziya sahəsində ədəbiyyat mənbələri, kitabxanalar, “online” kitabxanalar, keyfiyyətli mənbələrin axtarışı |
|
2 |
|
7 |
Bitki üzərində aparılan farmakoloji tədqiqatları araşdırmaq üçün mənbələr, in vitro və in vivo araşdırmalar, klinik sınaqlar, meta analiz, təsadüfi (ramdomized) sınaqlar |
|
2 |
|
8 |
Kimyəvi quruluşlar haqqında araşdırmaq üçün mənbələr, kimyəvi quruluşların əks etdirilməsi üçün proqramlar (ChemDraw), CAS nömrəsi. |
|
2 |
|
9 |
Botanik məlumatların araşdırılması, botanik elmi adlar, azərbaycan dilində bitki adları, herbari və vauçer nümunə anlayışı, bitkinin identifikasiyası üçün online mənbələr (The plant list və s.) |
|
2 |
|
10 |
Bitkilərin toplanma qaydaları, bitki ehtiyatların səmərəli istifadəsi, Qırmızı kitab |
|
2 |
|
№ |
Mövzu (seminar məşğələ) |
Ədəbiyyat |
Saat |
|
1 |
Araşdırma obyektinin seçimi, Azərbaycan florası, endemik növlər |
|
2 |
|
2 |
Ədəbiyyat icmalının hazırlanması qaydaları, elmi etika, ədəbiyyat mənbələrinə istinadlar, plagiat, anti-plagiat proqramı |
R. Əliyev “Elmi işlərin yerinə yetirilməsi metodikası.” Elmi layihələrin, diplom və dissertasiya işlərinin yazılmasına dair vəsait. Baki, 2016 |
2 |
|
3 |
Farmakoqnostik tədqiqatlar, farmakoqnostik analiz üsulları |
|
2 |
|
4 |
Dərman bitkilərin makroskopik və mikroskopik analizi, fitokimyəvi analiz, bioloji fəallıq və farmakoloji analiz üsulları |
|
2 |
|
5 |
Bioloji-fəal maddələrin ekstraksiya metodları, maddələr məmuyu alınması, fərdi maddələrin ayrılması |
|
2 |
|
6 |
Bioloji-fəal maddələrin eynilik və miqdari analiz üsulları |
|
2 |
|
7 |
Spektroskopik analiz metodları, bioloji-fəal maddələrin ayrılması, quruluş təyini |
|
2 |
|
8 |
Posterlərin hazırlanma qaydaları. |
|
2 |
|
9 |
Prezentasiyaların hazırlanma qaydaları. |
|
2 |
|
10 |
Elmi nəticələrin interpretasiyası |
|
2 |