Bizi izləyin:
Heydər Əliyev
Bioloji aktiv qida məhsulları
Bölmələrimiz
Bioloji aktiv qida məhsulları

Payız semestrində keçirilən fənlər
 

N

Kurs

Fənn

Auditoriya saatları

Mühazirə

Praktika

1

II

Bioloji aktiv qida məhsulları

10

50

 

Bioloji  Fəalliğa Malik Qida Əlavələri (BFMQƏ) - müasir təbabətdə çox geniş istifadə olunan, qida rasionunu dolğun və optimal etməyə kömək göstərən  məhsullardır. Onların tərkibinə  təbii mənşəli maddələr (minerallar, vitaminlər, qida lifləri, dərman bitki və heyvan  xammalı və onlardan alınan maddələr və məhsullar , yağ turşuları, amin turşuları və d., həmçinin onların alternativ mənbələri daxildir.  

   Bioloji  Fəalliğa Malik Qida Əlavələri fənninin tədrisi əczaçı-magistlarda bu maddələr haqqında müvafiq  biliklərə yiyələnmək, onların  bu vasitələrin tərkibində düzgün  istifadə etmək bacarığını aşılamaq ilə yanaşı,  gələcəkdə bu sahəni elmi cəhəddən  inkişaf  etmək üçün  zəmin yaradır.

Bioloji  Fəalliğa Malik Qida Əlavələri fənninin vəzifələri təbii mənşəli bioloji  fəalliğa malik qida əlavələrin tərkibinə daxil olan maddələrin düzgün  istifadə etmək bacarığını aşılamaq;  bioloji  fəalliğa malik qida əlavələrin dərman vasitələrdən fərqləndirmək və s. kimi peşəkar vərdişləri formalaşdırmaqdır.

Fənnin məqsədi:  Bioloji  Fəalliğa Malik Qida Əlavələri fənninin məqsədi: əczaçı-magistrlarda  qidalanmanın optimal fizioloji rasionunu təmin etmək üçün təbii (bitki, heyvan, mineral mənşəli) xammallar, vitaminlər, vitaminəbənzər maddələr, fermentlər, mikroorqanizmlər, karbohidratlar, amin turşuları, zülallar, ali yağ turşuları, piyli yağlar həmçinin, kimyəvi və bioloji yolla əldə olunmuş xammallar əsasında hazırlanmış BFMQƏ-lərin tərkibinin müəyyənləşdirilməsi, istifadəsi və dərman vasitələrindən fərqləndirilməsi üçün biliklərin formalaşdırılmasıdır.

Fənnin təlim nəticəsi:

1. Bioloji fəallığa malik qida əlavələrin tərifi, tərkibi və müasir təbabətdə yerini.

2. Bioloji fəallığa malik qida əlavələrin təsnifatını.

3. Müstəqil şəkildə müxtəlif xəstəliklərin  kompleks müalicəsində və profilaktikasında istifadə oluna biləcək bioloji fəallığa malik qida əlavələrin tövsiyə etməyi bacarığı.

4. Bioloji  fəalliğa malik qida əlavələrin dərman vasitələrdən fərqləndirmək bacarığı.

5. Bioloji  fəalliğa malik qida əlavələrin tərkibinə görə effektivliyini və təhlükəsizliyini qiymətləndirmək.

Fənnin məzmunu

  1. Müasir əczaçılığın mövcud inkişaf tempinə uyğun olaraq müxtəlif mənşəli fitovasitələrdən istifadə etməklə xəstəliklərin profilaktikasının və müalicəsinin həyata keçirilməsini öyrədən fənndir.
  2. Fənni tədris etmək üçün istifadə olunan konseptual struktur və onun niyə bu xüsusi konsepsiyada təşkil edildiyi
  3. Fənnin kurikulumda yeri
  4. Fənni öyrəndikdən sonra magistrlar ölkədə fəaliyyət göstərən elmi tədqiqat laboratoriyalarında dərman bitki xammalının analizinin yerinə yetirilməsində istifadə edə biləcəklər.
  5. Magistrlar doktorantura pilləsində təhsillərini davam etidrə biləcəklər, həmçinin müasir fiziki-kimyavi üsullarla işləyən avadanlıqlarla təchiz olunmuş laboratoriyalarda elmi fəaliyyətlərini davam etdirə biləcəklər.

Fənnin tədris formatı

Əyani

 

Mövzu (mühazirə)

Ədəbiyyat

Saat

1

Təbii mənşəli bioloji fəallığa malik qida əlavələrin( BFMQƏ) təsnifatı, tərkibi və müasir dövrdə əhəmiyyəti. Pediatriyada və geriatriyadə istifadə prinsiplərini. Heyvan, mineral və bitki mənşəli BFMQƏ-lər. Bakteriya mənşəli preparatlar. Təbii mənşəli bioloji fəallığa malik qida əlavələrin Azərbaycan Respublikasında  öyrənilməsi. Yeni BFMQƏ-nin işlənib hazırlanması və onlara aid analik normativ sənədlərin işlənib hazırlanması.

  1. Ədəbiyyat 1.1.  İsayev C.İ. Fitoterapiya, Bakı, 2016, 295 s.
  2. Ədəbiyyat 1.2. Кərimov Y.B, Süleymanov T.A,, İsayev C.İ., Xəlilov C.S, Farmakoqnoziya, Bakı, 2010, 741 s.

 

2

2

Nutrisevtiklər. Onların təsnifatı,  müasir dövrdə əhəmiyyəti və istifadə sahələri.

Nutrisevtiklərin hazırlanmasında istifadə olunan təbii mənşəli vasitələr: zülallar, aminturşular, piyli yağlar, karbohidratlar, β-karotin, polidoymamış yağ turşuları, vitaminlər, vitaminəbənzər maddələr və kofermentlər,  mineral mənşəli vasitələr, qida əhəmiyyətli təbii liflər (sellüloza, mikrosellüloza və pektin maddələri); onların bioloji fəallığa malik qida əlavələrdə aşağı və yuxarı istehlak həddi.

 

2

3

Parafarmasevtiklər. Onların təsnifarı, dərman vasitələrindən fərqi( dozalnma prisiplərinin qaydaları), müasir dövrdə əhəmiyyəti. Parafarmasevtiklərin tərkibinə  daxil edilən  maddələr (bioflavonoidlər, üzvi turşular, kofein, biogen aminlər, oliqopeptidlər, oliqosaxaridlər, alkaloidlər, fenol birləşmələri, heyvan və bitki   xammalından alınan digər təbii maddələr   və  probiotiklər (bağırsaq mikroflorasını tənzimləyən maddələr) haqqında məlumat

 

2

4

Müxtəlif xəstəliklərin (endokrin sistemin, Mərkəzi sinir sisteminin,tənəffüs orqanlarının,  dayaq – hərəkət aparatının, alkoqolizmin və s.) profilaktikasında və müalicəsində köməkçi vasitə kimi  istifadə olunan  BFMQƏ-nin tərkibləri

 

2

5

Ürək-damar sistemin fəaliyətini yaxşılaşdırıcı kimi istifadə olunan  BFMQƏ-n tərkibində rast gəlinən  bitkilər

 

2

6

Mədə-bağırsaq sistemin fəaliyətini yaxşılaşdırıcı kimi istifadə olunan  BFMQƏ-n tərkibində rast gəlinən  bitkilər

 

2

7

Sidik-ifrazat sisteminin xəstəliklərinin profilaktikasında və müalicəsində köməkçi vasitə kimi  istifadə olunan  BFMQƏ-nin tərkibinə daxil olan  bitkilər

 

2

8

Dayaq-hərəkət aparatının xəstəliklərinin profilaktikasında və müalicəsində köməkçi vasitə kimi  istifadə olunan  BFMQƏ-nin tərkibinə daxil olan  bitkilər

 

2

9

Bədən çəkisini  tənzimləyən BFMQƏ-nin tərkibinə daxil olan  bitkilər

 

2

10

İltihab əleyhinə və antimikrob təsirə malik olan BFMQƏ-nin tərkibinə daxil olan  bitkilər

 

2

 

Mövzu (seminar  məşğələ)

Ədəbiyyat

Saat

1

 Mərkəzi sinir sisteminin yüngül sakitləşdirici və sedativ təsir göstərən  BFMQƏ-n tərkibinə daxil olan bitkilərin  öyrənilməsi

  1. Ədəbiyyat 1.1.  İsayev C.İ. Fitoterapiya, Bakı, 2016, 295 s.
  2. Ədəbiyyat 1.2. Кərimov Y.B, Süleymanov T.A,, İsayev C.İ., Xəlilov C.S, Farmakoqnoziya, Bakı, 2010, 741 s.

 

4

2

Endokrin sisteminə təsir edən BFMQƏ-lər:

 Prostat vəzisinin, qadın və kişi  hormonlarının səviyəsinin pozulması ilə bağlı xəstəliklərin profilaktikasında və müalicəsində köməkçi vasitə kimi  istifadə olunan  BFMQƏ-nin tərkibinə daxil olan  bitkilərin öyrənilməsi

 

4

3

Ürək-damar sistemin fəaliyətini yaxşılaşdırıcı kimi istifadə olunan  BFMQƏ-n tərkibində rast gəlinən  bitkilərin  öyrənilməsi

 

4

4

Həzm sisteminin  xəstəliklərinin profilaktikasında və müalicəsində köməkçi vasitə kimi  istifadə olunan   BFMQƏ-nin tərkibinə daxil olan  bitkilərini öyrənilməsi

 

4

5

Tənəffüs orqanlarının xəstəliklərinin profilaktikasında və müalicəsində köməkçi vasitə kimi  istifadə olunan   BFMQƏ-nin tərkibinə daxil olan  bitkilərini öyrənilməsi

 

 

4

6

 İmmun sisteminin funksiyasının tənzimləyən BFMQƏ-nin tərkibinə daxil olan bitkilərin öyrənilməsi

 

2

7

 Sidik-ifrazat sisteminin xəstəliklərinin profilaktikasında və müalicəsində köməkçi vasitə kimi  istifadə olunan  BFMQƏ-nin tərkibinə daxil olan  bitkilərin öyrənilməsi

 

2

8

Dayaq-hərəkət aparatının xəstəliklərinin profilaktikasında və müalicəsində köməkçi vasitə kimi  istifadə olunan  BFMQƏ-nin tərkibinə daxil olan  bitkilərin öyrənilməsi

 

2

9

Bədən çəkisini  tənzimləyən BFMQƏ-nin tərkibinə daxil olan  bitkilərin öyrənilməsi

 

2

10

Antioksidant təsirli QBFƏ-lərin tərkibinə daxil olunan bitkilər. İltihab əleyhinə və antimikrob təsirə malik olan BFMQƏ-nin tərkibinə daxil olan  bitkilərin öyrənilməsi

 

2

 

 

Mövzu (praktik məşğələ)

Ədəbiyyat

Saat

1

Probiotik (eubiotik) və prebiotik tərkibli BFMQƏ-lər. BFMQƏ-n bir-birlərindən fərqi.  Sinbiotklər. BFMQƏ-ə istifadəsi qadağa olunan mikroorqanizmlər.

 

  1. Ədəbiyyat 1.1.  İsayev C.İ. Fitoterapiya, Bakı, 2016, 295 s.
  2. Ədəbiyyat 1.2. Кərimov Y.B, Süleymanov T.A,, İsayev C.İ., Xəlilov C.S, Farmakoqnoziya, Bakı, 2010, 741 s.

 

2

2

Mineral mənşəli BFMQƏ-lər. Makro- və mikroelementlər təbii  mənbələri və o insan orqanizmi üçün əhəmiyyəti. Onların bioloji fəallığa malik qida əlavələrdə aşağı və yuxarı istehlak həddi; BFMQƏ-n digər komponentləri ilə  uyuşmaqları.

Vitamin və vitaminəbənzər  maddələrin BFMQƏ-ə istifadəsi. Onların bioloji fəallığa malik qida əlavələrdə aşağı və yuxarı istehlak həddi. BFMQƏ-lərin digər komponentləri ilə  uyuşmaqları BFMQƏ-n tərkibinə daxil olan vitamin və  vitaminəbənzər  maddələrlə zəngin bitkilər. Mineral mənşəli BFMQƏ-ləri.

 

2

3

Heyvan mənşəli BFMQƏ-lər. Onların  təsnifatı (arı məhsulları, balıq yagı,  hematogenlərin- mənbələri, mumiya və s.). BFMQƏ-ə istifadəsi qadağa olunan heyvan mənşəli xammal.

 

2

4

Alkoqolizmin  profilaktikasında və müalicəsində köməkçi vasitə kimi  istifadə olunan  BFMQƏ-nin tərkibinə daxil olan  bitkilərin öyrənilməsi

Siqaret əleyhinə istifadə olunan istifadə olunan  BFMQƏ-nin tərkibinə daxil olan  bitkilərin öyrənilməsi

 

2

5

 Energetik mübadiləni tənzimləyən və antioksidant təsirli BFMQƏ-nin tərkibinə daxil olan bitkilərin öyrənilməsi

 

2