Yaz semestrində keçirilən fənlər
|
N |
Kurs |
Fənn |
Auditoriya saatları |
|
|
Mühazirə |
Praktika |
|||
|
1 |
II |
Bitki ehtiyatşünaslığı |
10 |
50 |
İnsanların müxtəlif məqsədlərlə itifadə etdikləri bitki aləmində dərman bitkiləri vacib yer tutur. Son illər dərman bitkilərinə marağın kəskin artması yabanı dərman bitki xammal ehtiyatının səmərəli istifadəsini çox aktual bir problemə çevirmişdir. Dərman bitkilərinin ehtiyatşünaslığı müxtəlif ixtisas sahiblərinin elmi-praktik fəaliyyətinin vacib sahələrindən biri olmaqla, dünyanın bütün ölkələrində həyata keçirilir, lakin hər bir ölkədə onun yerinə yetirilməsi və istiqamətləri müxtəlifdir. Bu müxtəliflik ölkələrin ərazi ölçüsündən, iqtisadiyyatının özəllikləri, demoqrafik vəziyyəti, dərman bitki xammalının bolluğu, tədarük imkanları və s. amillərdən asılıdır. Ümumiyyətlə, yabanı dərman bitkilərinin bioloji, istismar və illik tədarük oluna biləcək miqdarının təyini, yayılma sahələrinin xəritələnməsi, areallarının təyini, eyni zamanda bioloji fəal maddələrin yeni mənbələrinin axtarılması və onların əsasında daha effektli fitopreparatların işlənib hazırlanması əczaçılıq elminin qarşısında duran aktual məsələlərdən biridir.
Ehtiyatşünaslıq tədqiqatlarına ixrac olunan, həmçinin klinik tədqiqatlar aparılan və perspektivli sayılan bitki növləri də cəlb oluna bilir.
Ehtiyatşünaslıq tədqiqatları aparılan zaman yalnız dərman bitki xammalının ehtiyatı deyil, eyni zamanda tədarükün həyata keçirilməsinin mümkünlüyü, kütləvi yayılma sahələrinin iqtisadi cəhətdən uyğun yerləşməsi (əhalinin sıxlığı, daşımaq üçün nəqliyyat şəbəkəsinin yaxınlığı və s.) və s. əsas götürülür. Azərbaycan Respublikasının ərazisi coğrafi baxımdan çox müxtəlifdir. Ona görə də ayrı-ayrı regionlar üzrə sərvətşünaslıq tədqiqatları müəyyən özəlliklər nəzərə alınmaqla yerinə yetirilməlidir. Məs., Quba dağ massivində, Lənkəran dağlıqda yerli şəraitin dağlıq olması nəzərə alınmaqla müxtəlif nəqliyyat növlərindən istifadə olunmalıdır. Sənaye baxımından inkişaf etmiş regionlara (Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və s.) yaxın ərazilərdə bitiklərin illik tədarükünə fikir verilməli və həddən artıq xammal tədarükünə yol verilməməlidir.
“Bitki ehtiyatşünaslığı" fənni (I kurs, II semestr, 3 kredit (45 saat) üzrə tədris proqramı “farmakoqnoziya” ixtisası üzrə təhsil alan əczaçı-magistrlar üçün nəzərdə tutulmuşdur. Proqramın tərtib olunmasında kafedranın çoxillik iş təcrübəsi, həmçinin digər ölkələrin kafedralarının təcrübələri nəzərə alınmışdır.
Bitki ehtiyatşünaslığı fənninin əsas vəzifəsi magistrlarda dərman bitki xammalının ehtiyatının təyininə aid hazırlıq mərhələsinin vərdişlərini mənimsəmək; müxtəlif üsullarla dərman bitki xammalının kütləvi yayılma sahələrinin ölçüsünün və məhsuldarlığının təyininə dair vərdişlər əldə etmək; dərman bitki xammalının bioloji, istimar oluna biləcək və illik tədarük miqdarını hesablamağı öyrənmək; dərman bitkilərinin yayılmasının xəritələnməsi vərdişlərini magistrlərə aşılamaq; dərman bitkilərinin coğrafi yayılması haqqında məlumat toplamaq; konkret ərazidə dərman bitkilərinin təbii ehtiyatını nəzərə almaqla onların tədarük planının hazırlanması və tədarükünün təşkili işlərini mənimsəmək; «Qırmızı kitab»a salınmış, nadir və ehtiyatı az olan yabanı dərman bitkilərinin mühafizəsi işləri ilə tanış olmaq; ümumiyyətlə, təbii sərvətlərə aid olan yabanı dərman bitkilərinin səmərəli istifadəsi vərdişlərinə yiyələnməkdir. Müxtəlif üsullardan istifadə etməklə dərman bitki xammalının bioloji, istismar, illik tədarük oluna biləcək ehtiyatını müəyyənləşdirən, eləcə də nadir bitki növlərinin mühafizəsini həyata keçirən fənndir.
Fənnin məqsədi: Bitki ehtiyatşünaslığı fənninin məqsədi magistrlara dərman bitkilərinin xammalının bioloji, istismar və illik tədarük oluna biləcək miqdarını təyin etmək, alınmış nəticələrin xəritə halına salınması və ehtiyatı az olan bitkilərin mühafizəsi işini aşılamaqdır.
Fənnin təlim nəticəsi:
1. Təbii şəkildə və herbari formasında olan dərman bitki nümunəsini identifikasiya etməyi.
2. Müxtəlif növ dərman bitkilərinin bioloji, istismar oluna biləcək və illik tədarük oluna biləcək ehtiyatını təyin etməyi.
3. Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilmiş nadir bitki növləri haqqında biliyə.
4. Təbii şəraitdə xarici əlamətlərinə görə dərman bitkilərini fərqləndirməyi bacarmaq.
5. Kartoqrafik xəritədən və digər köməkçi vasitələrdən istifadə etmək.
6. Ehtiyatşünaslıq tədqiqatını təşkil etmək.
7. Ehtiyatşünaslıq tədqiqatları nəticəsində alınmış nəticələrin statistik işlənməsini həyata keçirmək.
8. Dərman bitkilərinin mühafizə tədbirlərini planlaşdırmaq.
Fənnin məzmunu: Bitki ehtiyatşünaslığı fənni müxtəlif üsullardan istifadə etməklə dərman bitki xammalının bioloji, istismar, illik tədarük oluna biləcək ehtiyatını müəyyənləşdirən, eləcə də nadir bitki növlərinin mühafizəsini həyata keçirən fənndir. Bitki ehtiyatşünaslığı fənnini tədris etmək üçün Əczaçılıq ixtisası üzrə bakalavr pilləsinə aid Farmakoqnoziya fənni tədris olunmalıdır. Magistrant tələbələr dərman bitkilərinin yayılma arealları və onların toplanması haqqında məlumata sahib olmalıdırlar. Bitki ehtiyatşünaslığı fənni əczaçı-magistrlərin formalaşmasında mühüm rol oynayır və gələcəkdə onların fəlsəfə doktoru pilləsində elmi-tədqiqat işləri yerinə yetirməyə hazırlayır. Fənni öyrəndikdən sonra magistrlar ölkədə fəaliyyət göstərən elmi tədqiqat laboratoriyalarında dərman bitki xammalının ehtiyatının təyin olunması, onların mühafizə tədbirlərinin yerinə yetirilməsi kimi vacib məsələrin həllində istifadə edə biləcəklər. Magistrlar doktorantura pilləsində təhsillərini davam etdirə biləcəklər, həmçinin bitkilərin ehtiyatını təyini və mühafizəsi sahəsində fəaliyyət göstərən müəssisələrdə elmi fəaliyyətlərini davam etdirə biləcəklər.
Fənnin tədris formatı
Əyani
|
№ |
Mövzu (mühazirə) |
Ədəbiyyat |
Saat |
|
1 |
Bitki ehtiyatşünaslığı fənninin məqsədi və vəzifələri, tədqiqatların mərhələləri. Tədqiqatların üsulları.Alınan nəticələrin kameral işlənilməsi və xəritələnməsi |
Ədəbiyyat 1.1. Кərimov Y.B, Süleymanov T.A,, İsayev C.İ., Xəlilov C.S, Farmakoqnoziya, Bakı, 2010, 741 s. Ədəbiyyat 1.2. İsayev C.İ., Qocayeva F.Ə. Dərman bitkilərinin ehtiyatşünaslığı, Bakı, 2011, 91 s. |
2 |
|
2 |
Azərbaycan Respublikasının bitki örtüyü. |
Ədəbiyyat 1.1. Кərimov Y.B, Süleymanov T.A,, İsayev C.İ., Xəlilov C.S, Farmakoqnoziya, Bakı, 2010, 741 s. Ədəbiyyat 1.2. İsayev C.İ., Qocayeva F.Ə. Dərman bitkilərinin ehtiyatşünaslığı, Bakı, 2011, 91 s. |
2 |
|
3 |
Azərbaycanın geobotanik bölgələri |
Ədəbiyyat 1.1. Кərimov Y.B, Süleymanov T.A,, İsayev C.İ., Xəlilov C.S, Farmakoqnoziya, Bakı, 2010, 741 s. Ədəbiyyat 1.2. İsayev C.İ., Qocayeva F.Ə. Dərman bitkilərinin ehtiyatşünaslığı, Bakı, 2011, 91 s. |
2 |
|
4 |
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun Herbari fondu və həmin fondda qorunan yabanı drəman bitkiləri |
Ədəbiyyat 1.1. Кərimov Y.B, Süleymanov T.A,, İsayev C.İ., Xəlilov C.S, Farmakoqnoziya, Bakı, 2010, 741 s. Ədəbiyyat 1.2. İsayev C.İ., Qocayeva F.Ə. Dərman bitkilərinin ehtiyatşünaslığı, Bakı, 2011, 91 s. Ədəbiyyat 1.1. Кərimov Y.B, Süleymanov T.A,, İsayev C.İ., Xəlilov C.S, Farmakoqnoziya, Bakı, 2010, 741 s. Ədəbiyyat 1.2. İsayev C.İ., Qocayeva F.Ə. Dərman bitkilərinin ehtiyatşünaslığı, Bakı, 2011, 91 s. |
2 |
|
5 |
Dərman bitkilərinin ehtiyatının mühafizəsi, səmərəli istifadəsi və mühafizə tədbirləri. Azərbaycanın Qırmızı Kitabı. Milli parklar və qoruqlar |
Ədəbiyyat 1.1. Кərimov Y.B, Süleymanov T.A,, İsayev C.İ., Xəlilov C.S, Farmakoqnoziya, Bakı, 2010, 741 s. Ədəbiyyat 1.2. İsayev C.İ., Qocayeva F.Ə. Dərman bitkilərinin ehtiyatşünaslığı, Bakı, 2011, 91 s. |
2 |
|
№ |
Mövzu (praktik məşğələ) |
Ədəbiyya) |
Saat |
|
1 |
Bitki ehtiyatşünaslığı fənninin məqsədi və vəzifələri, tədqiqatların mərhələləri. Bitki ehtiyatşünaslığı fənninin əczaçılıq üçün əhəmiyyəti |
Ədəbiyyat 1.1. Кərimov Y.B, Süleymanov T.A,, İsayev C.İ., Xəlilov C.S, Farmakoqnoziya, Bakı, 2010, 741 s. Ədəbiyyat 1.2. İsayev C.İ., Qocayeva F.Ə. Dərman bitkilərinin ehtiyatşünaslığı, Bakı, 2011, 91 s. |
4 |
|
2 |
Dərman bitki xammalının öyrənilməsinə aid aid hazırlıq mərhələsi |
Ədəbiyyat 1.1. Кərimov Y.B, Süleymanov T.A,, İsayev C.İ., Xəlilov C.S, Farmakoqnoziya, Bakı, 2010, 741 s. Ədəbiyyat 1.2. İsayev C.İ., Qocayeva F.Ə. Dərman bitkilərinin ehtiyatşünaslığı, Bakı, 2011, 91 s. |
4 |
|
3 |
Dərman bitkilərinin ehtiyatının öyrənilməsinin ekspedisiya (çöl) mərhələsi |
Ədəbiyyat 1.1. Кərimov Y.B, Süleymanov T.A,, İsayev C.İ., Xəlilov C.S, Farmakoqnoziya, Bakı, 2010, 741 s. Ədəbiyyat 1.2. İsayev C.İ., Qocayeva F.Ə. Dərman bitkilərinin ehtiyatşünaslığı, Bakı, 2011, 91 s. |
4 |
|
4 |
Dərman bitkilərinin ehtiyatının öyrənilməsinin kameral mərhələsi |
Ədəbiyyat 1.1. Кərimov Y.B, Süleymanov T.A,, İsayev C.İ., Xəlilov C.S, Farmakoqnoziya, Bakı, 2010, 741 s. Ədəbiyyat 1.2. İsayev C.İ., Qocayeva F.Ə. Dərman bitkilərinin ehtiyatşünaslığı, Bakı, 2011, 91 s. |
4 |
|
5 |
Dərman bitki xammalının tədarükünun planlaşdırılması və təşkili |
Ədəbiyyat 1.1. Кərimov Y.B, Süleymanov T.A,, İsayev C.İ., Xəlilov C.S, Farmakoqnoziya, Bakı, 2010, 741 s. Ədəbiyyat 1.2. İsayev C.İ., Qocayeva F.Ə. Dərman bitkilərinin ehtiyatşünaslığı, Bakı, 2011, 91 s. |
4 |
|
6 |
Dərman bitki xammalının bioloji və istismar oluna biləcək ehtiyatının təyini |
Ədəbiyyat 1.1. Кərimov Y.B, Süleymanov T.A,, İsayev C.İ., Xəlilov C.S, Farmakoqnoziya, Bakı, 2010, 741 s. Ədəbiyyat 1.2. İsayev C.İ., Qocayeva F.Ə. Dərman bitkilərinin ehtiyatşünaslığı, Bakı, 2011, 91 s. |
4 |
|
7 |
Dərman bitki xammalının illik tədarük oluna biləcək ehtiyatının təyini və alınmış nəticələrin xəritələnməsi |
Ədəbiyyat 1.1. Кərimov Y.B, Süleymanov T.A,, İsayev C.İ., Xəlilov C.S, Farmakoqnoziya, Bakı, 2010, 741 s. Ədəbiyyat 1.2. İsayev C.İ., Qocayeva F.Ə. Dərman bitkilərinin ehtiyatşünaslığı, Bakı, 2011, 91 s. |
4 |
|
8 |
Dərman bitkilərinin ehtiyatının mühafizəsi, səmərəli istifadəsi və mühafizə tədbirləri. Azərbaycanın Qırmızı Kitabı. Milli parklar və qoruqlar |
Ədəbiyyat 1.1. Кərimov Y.B, Süleymanov T.A,, İsayev C.İ., Xəlilov C.S, Farmakoqnoziya, Bakı, 2010, 741 s. Ədəbiyyat 1.2. İsayev C.İ., Qocayeva F.Ə. Dərman bitkilərinin ehtiyatşünaslığı, Bakı, 2011, 91 s. |
4 |
|
9 |
Birillik ot bitkilərinin yayılma arealının və xammal ehtiyatının təyini (çətirli isitməotu, adi quşbuğdası, adi cirə, aptek çobanyastığı, adi quşbuğdası) |
Ədəbiyyat 1.1. Кərimov Y.B, Süleymanov T.A,, İsayev C.İ., Xəlilov C.S, Farmakoqnoziya, Bakı, 2010, 741 s. Ədəbiyyat 1.2. İsayev C.İ., Qocayeva F.Ə. Dərman bitkilərinin ehtiyatşünaslığı, Bakı, 2011, 91 s. |
4 |
|
10 |
Çoxillik ot bitkilərinin yayılma arealının və xammal ehtiyatının təyini (dərman gülxətmisi, yeddidilim acıçiçək, avstriya ilanbaşı, sarmat zəngçiçəyi, azərbaycan köpükotu) |
Ədəbiyyat 1.1. Кərimov Y.B, Süleymanov T.A,, İsayev C.İ., Xəlilov C.S, Farmakoqnoziya, Bakı, 2010, 741 s. Ədəbiyyat 1.2. İsayev C.İ., Qocayeva F.Ə. Dərman bitkilərinin ehtiyatşünaslığı, Bakı, 2011, 91 s. |
4 |
|
11 |
Kol və yarımkol bitkilərinin yayılma arealının və xammal ehtiyatının təyini (kəklikotu, adaçayı, itburnu, ardıc) |
Ədəbiyyat 1.1. Кərimov Y.B, Süleymanov T.A,, İsayev C.İ., Xəlilov C.S, Farmakoqnoziya, Bakı, 2010, 741 s. Ədəbiyyat 1.2. İsayev C.İ., Qocayeva F.Ə. Dərman bitkilərinin ehtiyatşünaslığı, Bakı, 2011, 91 s. |
4 |
|
12 |
Ağac bitkilərinin yayılma arealının və xammal ehtiyatının təyini (boz qızılağac, şərq fıstığı, kövrək murdarça, işlədici murdarça, beşdişicikli yemişan) |
Ədəbiyyat 1.1. Кərimov Y.B, Süleymanov T.A,, İsayev C.İ., Xəlilov C.S, Farmakoqnoziya, Bakı, 2010, 741 s. Ədəbiyyat 1.2. İsayev C.İ., Qocayeva F.Ə. Dərman bitkilərinin ehtiyatşünaslığı, Bakı, 2011, 91 s. |
4 |
|
13 |
Yekun məşğələ |