Payız semestrində keçirilən fənlər
|
N |
Kurs |
Fənnin adı |
Auditoriya saatları |
|
|
Mühazirə |
Praktika |
|||
|
1 |
II |
Bitki çayları |
20 |
40 |
Bitki çayları həyatımıza möhkəm bir şəkildə daxil oldu və indi çox vaxt gücləndirici və bir çox xəstəliklərin qarşısını alan gündəlik içki halına gəlir.
Bitki çayları aşağıdakı faydalı xüsusiyyətlərə malikdir: sakitləşdiriçi, həzm problemlərini yaxşılaşdırıçı, öd qovuçu, sidikqovuçu, iltihabəleyhinə və digər təsirlər göstərir; ürəyin sağlamlığını bərpa edir; bütün bədənə bütövlükdə təmizlənmə təsiri göstərir; sinir və immun sistemlərini gücləndirir; bədəni antioksidantlarla qidalandırır; stresi yumşaldır, bədəni enerji və güc ilə doldurur.
“Bitki çayları” fənninin əsas vəzifəsi tibb praktikasına daha çox miqdarda etibarlı təsiri və dozalanması olan fitoçayların daxil edilməsidir. Həmçinin insanları aldadaraq təyin edilən plasebo-fitovasitələrin, yəni illyuziyalı-fitovasitələrin sıradan çıxarılmasıdır.
Müasir əczaçılığın mövcud inkişaf tempinə uyğun olaraq müxtəlif mənşəli bitki çaylarından istifadə etməklə xəstəliklərin profilaktikasının və müalicəsinin həyata keçirilməsini öyrədən fənndir.
Fənnin məqsədi: “Bitki çayları” fənninin məqsədi əczaçı-magistrlarda müxtəlif xəstəliklərin müalicəsində və profilaktikasında dərman bitkilərindən alınan bitki çaylarının istifadə etmək bacarığını aşılamaq; müxtəlif tərkibli bitki çaylarını hazırlamağı öyrətmək; zəhərli bitkiləri digər bitkilərdən fərqləndirmək və onlarla zəhərlənmə hallarında ilk yardım tədbirlərini bacarmaq; dərman bitki xammalları əsasında müxtəlif xəstəliklərin profilaktikasında və müalicəsində istifadə olunan bitki çaylarını tərtib edilmə qaydalarını mənimsəmək, dərman bitki xammalı, bitki yığıntıları və fitoçaylar haqqında aldığı biliyi bu vasitələrin xəstələrə reseptsiz buraxılışı zamanı məsləhət xarakterli yardım zamanı istifadə etmək, lazım olduqda tələbənin çayların hazırlanmasında və istehsalında fəal iştirak etməsini təmin etmək və s. kimi peşəkar vərdişləri formalaşdırmaqdır.
Fənnin təlim nəticəsi:
1. Bitki çaylarına daxil olan dərman bitkilərinin kimyəvi tərkib və tibbdə istifadə baxımından müasir təsnifatını, onların ofisinal və ənənəvi təbabətdə istifadə qaydalarını.
2. Bitki çaylarına daxil olan dərman bitki xammalının istifadəsinin əsas prinsiplərini.
3. Tərkib hissələrinin qarşılıqlı təsirini nəzərə almaqla, tibb praktikasında istifadəsinə icazə verilmiş bitki yığıntılarından çayların hazırlanmasını.
4. Dərman bitki xammalı, bitki yığıntıları və fitoçaylar haqqında aldığı biliyi (təcrübəni) bu vasitələrin xəstələrə reseptsiz buraxılışı zamanı məsləhət xarakterli yardım zamanı istifadə etməyi.
5. Dərman bitki xammalının və bitki yığıntılarının keyfiyyətini tənzimləyən normativ sənədlərlə işləməyi.
6. Bitki çaylarına daxil olan dərman bitki xammalını həm sərbəst, həm də müxtəlif fitoçayların tərkibində düzgün identifikasiya etməyi.
7. Bitki çaylarına daxil olan dərman bitkilərini onların mənsub olduğu kateqoriyalar üzrə: xalq təbabəti, ənənəvi və ofisinal dərman vasitələrinə təsnif etməyi.
8. Bitki çaylarına daxil olan dərman bitki xammalının makroskopik, mikroskopik və əmtəəçilik analizini həyata keçirməyi.
9. Geniş yayılmış xəstəliklərin müalicəsi zamanı xəstələrə dərman bitki çayları haqqında əczaçılıq məsləhəti verməyi.
10. Dərman bitki xammalını həm sərbəst, həm də müxtəlif bitki yığıntılarının tərkibində düzgün identifikasiya etməyi.
Fənnin məzmunu
“Bitki çayları” fənni magistrlarda müxtəlif xəstəliklərin profilaktikasında və müalicəsində istifadə olunan dərman bitki yığıntıları və digər fitovasitələr haqqında bilik formalaşdırır, onlarda müstəqil şəkildə dərman bitki yığıntılarının hazırlanması, tərkibinin seçilməsi və alqoritminin hazırlanması istiqamətində peşəkarlıq formalaşdırır. Fənnin əsas vəzifəsi tibb praktikasına daha çox miqdarda etibarlı təsiri və dozalanması olan fitoçayların daxil edilməsidir. Həmçinin insanları aldadaraq təyin edilən plasebo-fitovasitələrin, yəni illyuziyalı-fitovasitələrin sıradan çıxarılmasıdır. Müasir əczaçılığın mövcud inkişaf tempinə uyğun olaraq müxtəlif mənşəli bitki çaylarından istifadə etməklə xəstəliklərin profilaktikasının və müalicəsinin həyata keçirilməsini öyrədən fənndir. “Bitki çayları” fənnini magistrlara tədris etmək üçün Əczaçılıq ixtisası üzrə bakalavr pilləsinə aid Farmakoqnoziya və Fitoterapiaya fənləri tədris olunmalıdır. Magistrant tələbələr dərman bitkiləri, onların kimyəvi tərkibi, istifadə olunan xammalları haqqında məlumata sahib olmalıdırlar. “Bitki çayları” fənni əczaçı-magistrlərin formalaşmasında mühüm rol oynayır və gələcəkdə onların fəlsəfə doktoru pilləsində elmi-tədqiqat işləri yerinə yetirməyə hazırlayır. Fənni öyrəndikdən sonra magistrlar ölkədə fəaliyyət göstərən elmi tədqiqat laboratoriyalarında dərman bitki xammalının analizinin yerinə yetirilməsində istifadə edə biləcəklər. Həmçinin bitki çaylarının və bitki yığıntılarının istehsalı ilə məşğul olan əczaçılıq şirkətlərində fəaliyyət göstərə biləcəklər. Magistrlar doktorantura pilləsində təhsillərini davam etdirə biləcəklər, həmçinin müasir fiziki-kimyavi üsullarla işləyən avadanlıqlarla təchiz olunmuş laboratoriyalarda elmi fəaliyyətlərini davam etdirə biləcəklər.
Fənnin tədris formatı
ƏyaniПредпочтительный способ связи
|
№ |
Mövzu (mühazirə) |
Ədəbiyyat |
Saat |
|
1 |
Bitki çaylarının istifadəsi tarixi, məlumat bazası, qayda və prinsipləri, digər tibbi fənnlərlə əlaqəsi və təbabət üçün əhəmiyyəti. Bitki çaylarının tədris fənni kimi mahiyyəti. Fənnin əsas anlayışları. Əczaçılığın və tibbin müasir inkişaf etapında vəzifələri, praktik əczaçılığın və tibbin vacib fənnləri ilə əlaqəsi
|
1.1. İsayev C.İ. Fitoterapiya, 2016, 6-21 |
2 |
|
2 |
Bitki çaylarının hazırlanmasının və istifadəsinin əsasları. Bitkilərdə sintez olunan ilk və ikincili bioloji fəal maddələrin farmakoloji xüsusiyyətləri |
1.1. İsayev C.İ. Fitoterapiya, 2016, 21-57 |
2 |
|
3 |
Dərman çaylarının etibarlılığı, bitki mənşəli xammalının toplanma müddəti, sabitləşmə metodları, analiz, bazardakı dərman çayının reseptləri, müxtəlif xəstəliklərdə istifadə olunan çay resepti nümunələri. Dərman bitki yığıntılarının hazırlanmasına metodoloji yanaşma |
1.1. İsayev C.İ. Fitoterapiya, 2016, 57-62 |
2 |
|
4 |
Sinir sistemi xəstəliklərində bitki çayların istifadə olunması. Müxtəlif mənşəli nevrozların, nevrotik vəziyyətlərin, depressiyaların, yuxusuzluğun, radikulitin, xroniki yorğunluq sindromu və s. sinir sistemi xəstəliklərinin müalicəsində və profilaktikasında bitki çaylarının əhəmiyyəti və fitoçayların istifadə olunma imkanları |
1.1. İsayev C.İ. Fitoterapiya, 2016, 63-75 |
2 |
|
5 |
Tənəffüs yolları xəstəliklərində bitki çayların istifadə olunması. Kəskin respirator virus infenksiyalarında, bronx-ağciyər xəstəliklərində, kəskin və xroniki bronxitdə, pnevmoniyada, bronxial astmada, xroniki ağciyər çatışmazlığında və s. istifadə edilən fitoçaylar |
1.1. İsayev C.İ. Fitoterapiya, 2016, 103-119 |
2 |
|
6 |
Həzm sistemi xəstəliklərində bitki çayların istifadə olunması. Qastrit və qastroduodenit, mədənin və onikibarmaq bağırsağın xora xəstəlikləri, bağırsağın disbakteriozu, xroniki kolit, xroniki enterit, babasil, meteorizm, dispepsiya, bağırsaq disbakteriozu, qurd invaziyaları və s. xəstəliklərin müalicəsində istifadə edilən fitoçaylar |
1.1. İsayev C.İ. Fitoterapiya, 2016, 120-132 |
2 |
|
7 |
Ürək-damar sisteminin xəstəliklərində bitki çayların istifadə olunması. Kardiotonik vasitələr, damargenəldici vasitələr, spazmolitik vasitələr, ateroskleroz əleyhinə vasitələr, diuretik vasitələr, sedativ vasitələr. Ürək-damar nevrozlarında, aterosklerozda, hipertoniya xəstəliklərində, hipotonik xəstəliklərdə, neyrosirkulyator distoniyada, ürəyin işemik xəstəliklərində, miokarditlərdə, astenonevrotik sindromda, qan dövranının müxtəlif çatışmazlıqlarında, ürək çatışmazlığında, aritmiyalarda, tromboflebitdə, venaların varikoz genişlənməsində və s. istifadə edilən fitoçaylar |
1.1. İsayev C.İ. Fitoterapiya, 2016, 76-102 |
2 |
|
8 |
Urologiyada bitki çayların istifadə olunması. Böyrək və sidikçıxarıcı yolların xəstəliklərinin müalicəsində istifadə olunan diuretik, bakterisid, iltihab əleyhinə, daşparçalayıcı, spazmolitik, immunomodulaedici, antihistamin, ümumi gücləndirici və zəif sedativ və ya anksiolitik təsirli fitoçaylar. Sistit, uretrit, pielonefrit, qlomerulonefrit, sidikdaşı xəstəlikləri, enurez və s. xəstəliklərin müalicəsində fitoçayların əhəmiyyəti. Nefrologiyada bitki çayların istifadə olunması. Prostat vəzinin xəstəlikləri: prostatit, prostat vəzinin adenoması və s. müalicəsində istifadə edilən fitoçaylar |
1.1. İsayev C.İ. Fitoterapiya, 2016, |
2 |
|
9 |
Sağlamlığın prinsip və qaydaları. Uzun müddətli sağlamlıq proqramlarının həyata keçirlməsində fitoçayların əhəmiyyəti |
1.1. İsayev C.İ. Fitoterapiya, 2016, 231-236 |
2 |
|
10 |
Orqanizmin toksiki metabolitlərdən təmizlənməsində (detoksikasiyasında) bitki çayların istifadə olunması. Toksiki metabolitləri – ekzogen və endogen mənşəli zəhərləri orqanizmdən xaric etmək üçün istifadə olunan fitoçaylar |
1.1. İsayev C.İ. Fitoterapiya, 2016, 173-190 |
2 |
|
№ |
Mövzu (praktik məşğələ) |
Ədəbiyyat |
Saat |
|
1 |
Sinir sistemi xəstəliklərində istifadə olunan bitki çaylarının tərkibinin seçilməsi və hazrıalnamsı qaydaları |
1.1. İsayev C.İ. Fitoterapiya, 2016, 63-75 |
2 |
|
2 |
Ürək-damar sistemi xəstəliklərində istifadə olunan bitki çaylarının tərkibinin seçilməsi və hazrıalnamsı qaydaları |
1.1. İsayev C.İ. Fitoterapiya, 2016, 120-133 |
2 |
|
3 |
Həzm sistemi xəstəliklərində istifadə olunan bitki çaylarının tərkibinin seçilməsi və hazrıalnamsı qaydaları |
1.1. İsayev C.İ. Fitoterapiya, 2016, 103-119 |
2 |
|
4 |
Tənəffüs sistemi xəstəliklərində istifadə olunan bitki çaylarının tərkibinin seçilməsi və hazrıalnamsı qaydaları |
1.1. İsayev C.İ. Fitoterapiya, 2016, 76-102 |
2 |
|
5 |
Uroloji və nefroloji xəstəliklərdə istifadə olunan bitki çaylarının tərkibinin seçilməsi və hazrıalnamsı qaydaları |
1.1. İsayev C.İ. Fitoterapiya, 2016, 197-210 |
2 |
|
6 |
Ginekoloji xəstəliklərin müalicəsində istifadə olunan bitki çaylarının tərkibinin seçilməsi və hazrıalnamsı qaydaları |
1.1. İsayev C.İ. Fitoterapiya, 2016, 166-173 |
2 |
|
7 |
Endokrinoloji xəstəliklərin müalicəsində və orqanizmin maddələr mübadiləsinin pozğunluqlarında istifadə edilən bitki çaylarının tərkibinin seçilməsi və hazrıalnamsı qaydaları |
1.1. İsayev C.İ. Fitoterapiya, 2016, 211-215, 253-256 |
2 |
|
8 |
Dəri xəstəliklərinində istifadə olunan bitki çaylarının tərkibinin seçilməsi və hazrıalnamsı qaydaları |
1.1. İsayev C.İ. Fitoterapiya, 2016, 152-166 |
2 |
|
9 |
Kosmetologiyada istifadə edilən bitki çaylarının tərkibinin seçilməsi və hazrıalnamsı qaydaları |
1.1. İsayev C.İ. Fitoterapiya, 2016, 243-253 |
2 |
|
10 |
Orqanizmin toksiki metabolitlərdən təmizlənməsində (detoksikasiyasında) istifadə olunan bitki çaylarının tərkibinin seçilməsi və hazrıalnamsı qaydaları istifadə olunması |
1.1. İsayev C.İ. Fitoterapiya, 2016, 142-152, 276-280 |
2 |
|
№ |
Mövzu (seminar məşğələ) |
Ədəbiyyat |
Saat |
|
1 |
Həzm sistemi xəstəliklərində bitki çayların istifadə olunması. Qastrit və qastroduodenit, mədənin və onikibarmaq bağırsağın xora xəstəlikləri, bağırsağın disbakteriozu, xroniki kolit, xroniki enterit, babasil, meteorizm, dispepsiya, bağırsaq disbakteriozu, qurd invaziyaları və s. xəstəliklərin müalicəsində istifadə edilən fitoçaylar |
1.1. İsayev C.İ. Fitoterapiya, 2016, 27-39 |
5 |
|
2 |
Sinir sistemi xəstəliklərində bitki çayların istifadə olunması. Müxtəlif mənşəli nevrozların, nevrotik vəziyyətlərin, depressiyaların, yuxusuzluğun, radikulitin, xroniki yorğunluq sindromu və s. sinir sistemi xəstəliklərinin müalicəsində və profilaktikasında bitki çaylarının əhəmiyyəti və fitoçayların istifadə olunma imkanları |
1.1. İsayev C.İ. Fitoterapiya, 2016, 32-43 |
5 |
|
3 |
Ürək-damar sisteminin xəstəliklərində bitki çayların istifadə olunması. Kardiotonik vasitələr, damargenəldici vasitələr, spazmolitik vasitələr, ateroskleroz əleyhinə vasitələr, diuretik vasitələr, sedativ vasitələr. Ürək-damar nevrozlarında, aterosklerozda, hipertoniya xəstəliklərində, hipotonik xəstəliklərdə, neyrosirkulyator distoniyada, ürəyin işemik xəstəliklərində, miokarditlərdə, astenonevrotik sindromda, qan dövranının müxtəlif çatışmazlıqlarında, ürək çatışmazlığında, aritmiyalarda, tromboflebitdə, venaların varikoz genişlənməsində və s. istifadə edilən fitoçaylar |
1.1. İsayev C.İ. Fitoterapiya, 2016, 79-86 |
5 |
|
4 |
Qaraciyər, öd kisəsi və öd yollarının, həzm vəzilərinin xəstəliklərinin müalicəsində istifadə edilən dərman bitkiləri və fitoçaylar. Pankreatit, öddaşı xəstəlikləri, xolesistit, ödçıxarıcı yolların xəstəlikləri, hepatitlər, sirroz, piyli hepatoz və s. xəstliklərinin müalicəsində istifadə edilən fitoçaylar |
1.1. İsayev C.İ. Fitoterapiya, 2016, 44-57 |
5 |
|
5 |
Ağız boşluğu, selikli qişa, əsnək xəstəliklərinin fitoterapiyasında istifadə olunan bitki çayları. Stomatologiya və göz xəstəliklərinidə istifadə olunan fitoçaylar |
1.1. İsayev C.İ. Fitoterapiya, 2016, 225-235 |
5 |
|
6 |
Urologiyada bitki çayların istifadə olunması. Böyrək və sidikçıxarıcı yolların xəstəliklərinin müalicəsində istifadə olunan diuretik, bakterisid, iltihab əleyhinə, daşparçalayıcı, spazmolitik, immunomodulaedici, antihistamin, ümumi gücləndirici və zəif sedativ və ya anksiolitik təsirli fitoçaylar. Sistit, uretrit, pielonefrit, qlomerulonefrit, sidikdaşı xəstəlikləri, enurez və s. xəstəliklərin müalicəsində fitoçayların əhəmiyyəti. Nefrologiyada bitki çayların istifadə olunması. Prostat vəzinin xəstəlikləri: prostatit, prostat vəzinin adenoması və s. müalicəsində istifadə edilən fitoçaylar |
1.1. İsayev C.İ. Fitoterapiya, 2016, 190-197 |
5 |
|
7 |
Endokrinoloji xəstəliklərin müalicəsində və orqanizmin maddələr mübadiləsinin pozğunluqlarında istifadə edilən dərman bitkiləri və onların əsasında hazırlanan fitoçaylar. Şəkərli diabet, hipertireoz, hipotireoz, yağ mübadiləsinin pozğunluqları, piylənmə, podaqra və s. xəstəliklərdə istifadə olunan fitovasitələr. Ginekoloji xəstəliklərin müalicəsində və profilaktikasında bitki çayların istifadə olunması. Mastopatiya, uşaqlıq mioması, hestozlar, endometrioz, endometrit, menstrual tsiklin pozğunluqları, patoloji klimaks, klimakterik sindrom, dismenoreya, sonsuzluq və şişöncəsi xəstəliklərin müalicəsində istifadə olunan fitoçaylar |
1.1. İsayev C.İ. Fitoterapiya, 2016, 238-241, 236-238 |
5 |
|
8 |
Revmatik xəstəliklərində bitki çayların istifadə olunması. Revmatik vəstəliklərin müalicəsində istifadə edilən fitovasitələr. Revmatoid artrit, metabolik artrit, deformasiya olunmuş osteoartroz və s. xəstəliklərin müalicəsində fitoçayların əhəmiyyəti.
|
1.1. İsayev C.İ. Fitoterapiya, 2016, 216-231 |
5 |
|
9 |
Pediatriyada bitki çayların istifadəsinin özəllikləri. Uşaqlarda dərman bitkilərinin istifadə qaydaları. Pediatriya praktikasında əsas prinsip - uşaqların müalicəsinin effektivliyinin və təhlükəsizliyinin təmin edilməsində fitovçayların əhəmiyyəti. Uşaqlarda nevroz, loqonevroz və sinir sistemi xəstəliklərinin müalicəsində fitoçayların əhəmiyyəti. Geriatriyada bitki çayların istifadə olunması. Qoca və ahıl yaşlı insanlarda baş verən müxtəlif xəsətliklərin müalicəsində və profilaktikasında fitoçayların istifadə imkanları |
1.1. İsayev C.İ. Fitoterapiya, 2016, 268-275 |
5 |
|
10 |
İmmunodefisit vəziyyətlərində bitki çayların istifadə olunması. İmmunomoduləedici, immunostimulyatorlar və tonuslandırıcı təsirə malik dərman bitkiləri və onların əsasında hazırlanan fitoçaylar |
1.1. İsayev C.İ. Fitoterapiya, 2016, 257-267 |
5 |