Bizi izləyin:
Heydər Əliyev
Dərman bitki xammalının makroskopik və mikroskopik analizi
Bölmələrimiz
Dərman bitki xammalının makroskopik və mikroskopik analizi

Payız semestrində keçirilən fənlər
 

N

Kurs

Fənn

Auditoriya saatları

Mühazirə

Praktika

1

II

Dərman bitki xammalının makroskopik və mikroskopik analizi

10

50

 

“Dərman bitki xammalının makroskopik və mikroskopik analizi” fənni farmakoqnoziya sahəsində mövcud analiz üsullarından olan makroskopik və mikroskopik analizlər, onların nəzəri və praktik tətbiq üsulları haqqında elmdir. Magistrlarda mikroskopla iş fərdişlərini formalaşdırır, onlarda dərman bitki xammalının morfoloji və anatomik quruluşundakı frəqli diaqnostik əlamətlərinə görə digər oxşar bitki növlərindən fərqləndirmək bacarığı formalaşdırır.

Fənnin məqsədi:

“Dərman bitki xammalının makroskopik və mikroskopik analizi” məqsədi əczaçı-magistrlarda müxtəlif bitki xammallarının morfoloji və anatomik quruluşlarındakı fərqli diaqnostik xüsusiyyətləri haqqında müvafiq bilik formalaşdırmaqdır. Həmçinin əczaçı-magistrlarda dərman bitki xammalına aid analitik-normativ sənədlərin hazırlanması istiqamətində təcrübə toplamasına yardımçı omaqdır.

Fənnin təlim nəticəsi:

1. Fərqli diaqnostik xüsusiyyətləri öyrənmək məqsədi ilə müxtəlif bitki orqanlarının makroskopik və  mikroskopik analizlərini yerinə yetirmək.

2. Müəyyən olunmuş diaqnostik xüsusiyyətləri düzgün qaydada təsvir etmək.

3. Müxtəlif təyinedici cədvəllərdən istifadə edərkən morfoloji və anatomik əlamətlərə  görə təqdim olunan bitki nümunəsini düzgün  təyin etmək.

4. Təbii şəkildə və herbari formasında olan dərman bitki nümunəsini identifikasiya etmək.

5. Dərman bitki xammalında müxtəlif qrup təbii birləşmələrə aid histokimyəvi reaksiyalarının aparılması.

6. Müstəqil şəkildə müxtəlif mikrotexniki vasitələrlə və təyinedicilər ilə işləmək bacarığı.

7. Dərman bitki xammalının anatomik quruluşunda fərqli diaqnostik əlamətləri aşakr etmək üçün mikroskopdan düzgün istifadə etmək.

8. Müstəqil şəkildə diaqnostik xüsusiyyətləri  müəyyən etmək bacarığı.

9. Müstəqil şəkildə   müəyyən edilmiş xüsusiyyətləri təsvir etmək bacarığı.

10. Histokimyəvi reaksiyalarla dərman bitki xammalında oan bioloji fəal birləşmələri təyin etmək.

11. Diaqnostik əlamətlərinin ədədi göstəricilərin ölçmə bacarığı.

 

Fənnin məzmunu:

  • Fənn farmakoqnoziya sahəsində tətbiq olunan makroskopik və mikroskopik analiz üsullarının nəzəri əsaslarını və praktiki tətbiq imkanlarını öyrədir.
  • Magistrlarda mikroskopla işləmə bacarıqlarını formalaşdırır, onları bitki xammalının morfoloji və anatomik quruluşuna əsasən digər oxşar növlərdən fərqləndirməyə yönəldir.
  • Fənnin mənimsənilməsi üçün əvvəlcədən Əczaçılıq bakalavr pilləsində Farmakoqnoziya fənninin tədrisi zəruridir.
  • Magistrantlar dərman bitkilərinin makroskopik və mikroskopik analiz üsulları haqqında elmi bilik və praktiki bacarıqlara sahib olmalıdırlar.
  • Fənn əczaçı-magistrlərin formalaşmasında mühüm elmi baza yaradır və onları gələcəkdə fəlsəfə doktoru pilləsində tədqiqat aparmağa hazırlaşdırır.
  • Fənni mənimsəmiş magistrlar ölkədə fəaliyyət göstərən elmi-tədqiqat laboratoriyalarında bitki xammalının analizi prosesində iştirak edə bilərlər.
  • Magistrlar təhsillərini doktorantura pilləsində davam etdirmək, həmçinin müasir fiziki-kimyəvi analiz avadanlıqları ilə təchiz olunmuş laboratoriyalarda elmi fəaliyyətlərini sürdürmək imkanına malikdirlər.

Fənnin tədris formatı

Əyani

 

Hər movzunun ədəbiyyatı (kitab (adı, fəsli),  məqalə (jurnalın adı, ili, nömrəsi, səhifəsi və s.) və həmin ədəbiyyatın veb-adresi göstərilməlidir

 

Mövzu (mühazirə)

Ədəbiyyat

Saat

1

Fənninin məqsəd və vəzifələri, istifadə olunan   üsullar və əczaçılıq üçün   əhəmiyyəti. Müxtəlif  morfoloji struktura malik olan bitki xammallarında diaqnostik əlamətlərin aşkar edilmə  və təsviri qaydaları. Bitki xammalının diaqnostikasında istifadə olunan müasir tədqiqat üsulları. Analitik-normativ sənədlərdə və standartlaşdırmada dərman bitki xammalının  makro- və mikro diaqnostik xüsusiyyətlərinin təsvirinin  yeri.

Ədəbiyyat 1.1. Кərimov Y.B, Süleymanov T.A,, İsayev C.İ., Xəlilov C.S, Farmakoqnoziya, Bakı, 2010, 42-48 s.

Ədəbiyyat 1.2: Süleymanov T.A., Kərimov Y.B., İsayev C.İ. Farmakoqnoziya prakrikumu, Bakı, 2016, s. 33-57.

 

2

2

Bitki xammalının makroskopik analizi. Makroskopik analizin aparılması üçün lazım olan cihazlar və ləvazimatlar. Analizə hazırlıq. Analizin aparılma metodikaları. Müxtəlif morfoloji qruplara aid xammal növlərinin (yeraltı orqanların, otun, gövdənin, qabığın, yarpağın, tumurcugun, çiçəyin, meyvənin, Jtoxumun) diaqnostik xüsusiyyətlərinin öyrənilməsi.

Ədəbiyyat 1.1. Кərimov Y.B, Süleymanov T.A,, İsayev C.İ., Xəlilov C.S, Farmakoqnoziya, Bakı, 2010, 42-44 s.

Ədəbiyyat 1.1: Süleymanov T.A., Kərimov Y.B., İsayev C.İ. Farmakoqnoziya prakrikumu, Bakı, 2016, s. 33-34

2

3

Mikroskopik analizin aparılması üçün lazım olan cihazlar və ləvazimatlar. Bitki xammalının mikroskopik analizi. Müxtəlif morfoloji qruplara aid xammal növlərinin (yeraltı orqanların, otun, gövdənin, qabığın, yarpağın, tumurcugun, çiçəyin, meyvənin, toxumun) diaqnostik xüsusiyyətlərinin öyrənilməsi. Histokimyəvi reaksiyalarının aparılması.

Ədəbiyyat 1.1: Süleymanov T.A., Kərimov Y.B., İsayev C.İ. Farmakoqnoziya prakrikumu, Bakı, 2016, s. 38-52

2

4

Dərman bitkiləri ilə zəngin olan fəsilələrin botaniki   xarakteristikası və diaqnostik əlamətləri. Təyinedicilərlə (açarlarla) bitkilərin təyini. Bitkilərin eyniliyini təsdiq edən vauçerlərin verilməsi.

Ədəbiyyat 1.1: Süleymanov T.A., Kərimov Y.B., İsayev C.İ. Farmakoqnoziya prakrikumu, Bakı, 2016, s. 94-100, s. 290-293.

2

5

Dərman bitkilərinin morfometriyası və onun əhəmiyyəti. Dərman bitki xammalının anatomik-diaqnostik əlamətlərinin ədədi xarakteristikalarının öyrənilməsi. Alınmış nəticələrin statistik işləməsi.

Ədəbiyyat 1.1: Süleymanov T.A., Kərimov Y.B., İsayev C.İ. Farmakoqnoziya prakrikumu, Bakı, 2016

2

 

Mövzu (praktik məşğələ)

Ədəbiyyat

Saat

1

Təyinedicilərlə  bitki  və dərman bitki xammalının təyini. Müxtəlif təyinedicilərlərlə işləmək qaydaları.

Ədəbiyyat 1.1. Кərimov Y.B, Süleymanov T.A,, İsayev C.İ., Xəlilov C.S, Farmakoqnoziya, Bakı, 2010, 741 s.

Ədəbiyyat 1.2: Памятка "Как работать с определителем растений?" https://infourok.ru/pamyatka-kak-rabotat-s-opredelitelem-rastenij-4973478.html

6

2

Makroskopik analiz. Yerüstü orqanların (gövdənin, yarpağın, qabığın, tumurcuğun, çiçəyin, meyvənin, otun) morfologiyası və makroskopik analizi. Nümunələrin analizə hazırlanması. Analizin gedişi. Diaqnostik əlamətlərin aşkarlanması. Cədvəllərə uyğun olaraq makrodiaqnostik əlamətlərin təsviri.

Ədəbiyyat 1.1: Süleymanov T.A., Kərimov Y.B., İsayev C.İ. Farmakoqnoziya prakrikumu, Bakı, 2016, s. 33-34.

6

3

Makroskopik analiz. Yeraltı orqanların (kökün, kökümsovün, soğanağın, kökyumruların) morfologiyası və onların makroskopik analizi. Nümunələrin analizə hazırlanması. Analizin gedişi. Diaqnostik əlamətlərin aşkarlanması. Cədvəllərə uyğun olaraq makrodiaqnostik əlamətlərin təsviri. 

Ədəbiyyat 1.1: Süleymanov T.A., Kərimov Y.B., İsayev C.İ. Farmakoqnoziya prakrikumu, Bakı, 2016, s.33-34

6

4

Mikroskopik analiz. Yerüstü orqanların (gövdənin, yarpağın, qabığın, tumurcuğun, çiçəyin, meyvənin, otun) anatomik quruluşu və mikroskopik analizi. Anatomik-diaqnostik əlamətlərin aşkarlanması.Nümunələrin analizə hazırlanması. Analizin gedişi.

 

Ədəbiyyat 1.1: Süleymanov T.A., Kərimov Y.B., İsayev C.İ. Farmakoqnoziya prakrikumu, Bakı, 2016, s. 38-52

a

5

Mikroskopik analiz.Yeraltı orqanların (kökün, kökümsovün, soğanağın, kökyumruların) anatomik quruluşu və onların mikroskopik analizi.  Anatomik-diaqnostik əlamətlərin aşkarlanması.Nümunələrin analizə hazırlanması. Analizin gedişi.

Ədəbiyyat 1.1: Süleymanov T.A., Kərimov Y.B., İsayev C.İ. Farmakoqnoziya prakrikumu, Bakı, 2016, s.38-52

6

6

 Nişastanın, zülalların, piyli yağların, efir yağların, saponinlərin, antrosentörəmələrin və d. bitki tpxumalarında təyini ilə bağlı histokimyəvi reaksiyaların aparılması

 

Ədəbiyyat 1.1: Süleymanov T.A., Kərimov Y.B., İsayev C.İ. Farmakoqnoziya prakrikumu, Bakı, 2016, s. 38-57

6

7

Doğranmış, xırdalanmış və poroşok şəklinə salınmış  bitki xammallarının təyinedicilər vasitəsilə eyniliyinin təyini.

Ədəbiyyat 1.1: Süleymanov T.A., Kərimov Y.B., İsayev C.İ. Farmakoqnoziya prakrikumu, Bakı, 2016, s.38-57

6

8

Dərman bitkiləri ilə zəngin olan fəsilələrin (kələmkimilər, əməgöməçikimilər, qırxbuğumkimilər, erikakimilər, xaşxaşkimilər, paxlakimilər və d.)  diaqnostik əlamətlərin öyrənilməsi

Ədəbiyyat 1.1:  Ботаника : учебник для вузов / под ред. Г. П. Яковлева, М. Ю. Гончарова. 4-е изд.,  2018, 591-751 с.

Ədəbiyyat 1.2: Муравьева Д.А., Самылина И.А., Яковлев Г.П. Фармакогнозия. Учебник. 4-е изд., перераб. и доп.  М.: Медицина, 2002. с. 629-634

6

9

 Dərman bitkiləri ilə zəngin olan fəsilələrin (dodaqçiçəyikimilər, badımcankimilər, qaymaqçiçəyikimilər, araliyakimilər, çətirçiçəkkimilər, astrakimilər və d.)   diaqnostik əlamətlərin öyrənilməsi

 

Ədəbiyyat 1.1:  Ботаника : учебник для вузов / под ред. Г. П. Яковлева, М. Ю. Гончарова. 4-е изд.,  2018, 591-751 с.

Ədəbiyyat 1.2: Муравьева Д.А., Самылина И.А., Яковлев Г.П. Фармакогнозия. Учебник. 4-е изд., перераб. и доп.  М.: Медицина, 2002. с. 629-634

6

10

Dərman bitkiləri ilə zəngin birləpəli sinfindən olan  fəsilələrin (zambaqkimilər, səhləbkimilər və d.)  diaqnostik əlamətlərin öyrənilməsi. İbtidai bitliərin morfoloji və anatomik xüsusiyyətlərinin öyrənilməsi.

 Yekun məşğələ

Ədəbiyyat 1.1:  Ботаника : учебник для вузов / под ред. Г. П. Яковлева, М. Ю. Гончарова. 4-е изд.,  2018, 292- с. 342-643.

Ədəbiyyat 1.2: Муравьева Д.А., Самылина И.А., Яковлев Г.П. Фармакогнозия. Учебник. 4-е изд., перераб. и доп.  М.: Медицина, 2002. с. 629-634

6

 

Tədris və öyrənmə metodları: mühazirə, seminarlar,praktik tapşırıqlar