Bizi izləyin:
Heydər Əliyev
Uşaq sağlamlığı və xəstəlikləri -3 (Müalıcə-profilaktika)
Bölmələrimiz
Uşaq sağlamlığı və xəstəlikləri -3 (Müalıcə-profilaktika)

Pediatriya uşaqların sağlam inkişafını təmin edən tibbi bilik və praktikanı öyrənir. Onun məqsədi doğuşdan yeniyetməliyə qədər uşaqlarda xəstəliklərin qarşısını almaq, erkən diaqnostika və müalicəni həyata keçirməkdir. Pediatriya həmçinin uşağın fiziki, psixoloji və sosial rifahını birlikdə qiymətləndirir. Bu elm uşaqlarda xəstəliklərin gedişini və müalicəyə reaksiyanı böyüklərdən fərqli şəkildə araşdıraraq fərdi yanaşma təklif edir. Pediatriya sağlam gələcək nəsil formalaşmasında, xəstəliklərin profilaktikasında və cəmiyyətin ümumi sağlamlıq səviyyəsinin yüksəldilməsində böyük rol oynayır. 

Təhsil pilləsi:  Əsas (baza) ali tibb təhsili

İxtisas: Tibb

Fənnin məqsədi:

Uşaqlarda tez-tez rast gələn xəstəliklərin etiologiyası, patogenezi haqqında biliklərin əldə edilməsi. Pediatrik xəstələrdə müayinə vərdişlərinin  təkmilləşdirilməsi və möhkəmləndirilməsi. Klinik təfəkkürün formalaşması, klinik diaqnoz qoymaq bacarığı, tez-tez rast gələn xəstəliklərin müalicə və profilaktikasının əsas prinsipləri ilə tanış olmaq.

Fənnin təlim nəticəsi:

1.         Müxtəlif yaşlı uşaqların anatomo-fizioloji xüsusiyyətlərini fərqləndirməyə bacarmalıdır

2.         Xəstələrin  müayinəsində peşəkar həkimlik vərdişinə yiyələnməlidir,

3.         Ən çox rast gələn xəstəliklərin etiologiya və patogenezini izah etməyə bacarmalıdır

4.         Diaqnostikada istifadə edilən klinik-laborator müayinə üsullarının təyin edə bilməlidir

5.         Pediatrik xəstəliklər zamanı mübarizə tədbirlərinin seçimini izah etməyi bacarmalıdır.

Fənnin məzmunu

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş məcburi fəndir.

Ümumi profilli həkim kadrlarının hazırlanmasında pediatriya önəmli rol oynayır. Bu onunla əlaqədardır ki, yaşlılarda rast gələn bir çox funksional pozğunluqların və xəstəliklərin  profilaktikası uşaq doğulduğu vaxtdan və bəzən də bətndaxili dövrdə həyata keçirilməlidir. Sonuncu isə ancaq uşaq orqanizminin xüsusiyyətlərinə yaxşı bələd olan, sağlam uşaqların bəslənməsi və böyüdülməsini, uşaq yaşları patologiyalarını, müasir müalicə və profilaktika metodlarını mükəmməl bilən həkim mütəxəssislər tərəfindən həyata keçirilə bilər.

MÖVZU

Saat

1.

Perinatal patologiyalar. Perinatal patologiyaların  differensial diaqnostikası. Müalicəyə müasir yanaşma.

  1. N.Ə.Tağıyev. Neonatologiya  /Dərslik/,  Bakı 2007, 535 səh.
  2. Н.П. Шабалов. Неонaтология. В 2-т. Учеб.пособие, 5-е изд. испр. и доп. –М.: МЕДпресс-информ, 2009.

7

2.

Uşaqlarda maye-elektrolit mübadiləsinin xüsusiyyətləri. Turşu-qələvi müvazinətinin pozulmaları. Asidoz və alkaloz, diaqnostika, differensial diaqnostika, korreksiya prinsipləri.

  1. S.Ş.Həsənov. Yenidoğulan uşaqların reanimasiyası və intensiv terapiyası /Dərs vəsaiti/. Bakı 2009, 212 s.

7

3.

Anadangəlmə və  qazanılma ürək qüsurları. Uşaqlarda ürək ritminin pozulmaları.

1. A.A. Əyyubova, G.M.Nəsrullayeva, L.İ.Allahverdiyeva, E.S.Səfərəliyeva, M.K.Kərimova, A.F.Çernik-Bülənd, G.Ə.Əhmədov Uşaq xəstəlikləri / Dərslik/ Bakı 2011, 560.

2. A.A. Əyyubova, H.H.Qabulov, N.H.Sultanova. Uşaq xəstəlikləri /Dərslik/  Bakı 2018, 569 səh.

3.S.Z.Qarayeva. Uşaq xəstəlikləri /Dərs vəsaiti/ Bakı, 2014, 186 səh.

7

4.

Uşaqlarda  kəskin və xronik qlomerulonefrit. Klinik-laborator diaqnostika. Müasir müayinə metodları. Müalicə.

1. A.A. Əyyubova, G.M.Nəsrullayeva, L.İ.Allahverdiyeva, E.S.Səfərəliyeva, M.K.Kərimova, A.F.Çernik-Bülənd, G.Ə.Əhmədov Uşaq xəstəlikləri / Dərslik/ Bakı 2011, 560.

2. A.A. Əyyubova, H.H.Qabulov, N.H.Sultanova. Uşaq xəstəlikləri /Dərslik/  Bakı 2018, 569 səh.

3.S.Z.Qarayeva. Uşaq xəstəlikləri /Dərs vəsaiti/ Bakı, 2014, 186 səh.

7

5.

Uşaqlarda pielonefrit, pielosistit, kəskin  böyrək çatışmazlığı. Klinik-laborator diaqnostika. Müasir müayinə metodları. Müalicə planının tərtibi. Kəskin böyrək çatışmazlığında təcili yardım. Hemodializə göstəriş, plazmaferez. Dispanser müşahidə planı.

1. A.A. Əyyubova, G.M.Nəsrullayeva, L.İ.Allahverdiyeva, E.S.Səfərəliyeva, M.K.Kərimova, A.F.Çernik-Bülənd, G.Ə.Əhmədov Uşaq xəstəlikləri / Dərslik/ Bakı 2011, 560.

2. A.A. Əyyubova, H.H.Qabulov, N.H.Sultanova. Uşaq xəstəlikləri /Dərslik/  Bakı 2018, 569 səh.

3.S.Z.Qarayeva. Uşaq xəstəlikləri /Dərs vəsaiti/ Bakı, 2014, 186 səh.

7

6.

Uşaqlarda şəkərli diabet. Klinik gedişin xüsusiyyətləri. Differensial diaqnostika. Müalicənin müasir prinsipləri. Uşaqlarda diffuz toksiki zob, hipotireoz. Klinik gediş xüsusiyyətləri. Differensial diaqnostika. Müalicənin müasir prinsipləri.

1. A.A. Əyyubova, G.M.Nəsrullayeva, L.İ.Allahverdiyeva, E.S.Səfərəliyeva, M.K.Kərimova, A.F.Çernik-Bülənd, G.Ə.Əhmədov Uşaq xəstəlikləri / Dərslik/ Bakı 2011, 560.

2. A.A. Əyyubova, H.H.Qabulov, N.H.Sultanova. Uşaq xəstəlikləri /Dərslik/  Bakı 2018, 569 səh.

3.S.Z.Qarayeva. Uşaq xəstəlikləri /Dərs vəsaiti/ Bakı, 2014, 186 səh.

7

7.

Uşaqlarda böyrəküstü vəzin kəskin və xronik çatışmazlığı.  Klinik gediş xüsusiyyətləri. Differensial diaqnostika. Müalicənin müasir prinsipləri. Uşaqlarda piylənmə. Nanizm. Timus vəzin patologiyaları. Differensial diaqnostika. Müalicənin müasir prinsipləri.

1. A.A. Əyyubova, G.M.Nəsrullayeva, L.İ.Allahverdiyeva, E.S.Səfərəliyeva, M.K.Kərimova, A.F.Çernik-Bülənd, G.Ə.Əhmədov Uşaq xəstəlikləri / Dərslik/ Bakı 2011, 560.

2. A.A. Əyyubova, H.H.Qabulov, N.H.Sultanova. Uşaq xəstəlikləri /Dərslik/  Bakı 2018, 569 səh.

3.S.Z.Qarayeva. Uşaq xəstəlikləri /Dərs vəsaiti/ Bakı, 2014, 186 səh.

6

8.

Birincili və ikincili immunodefisit vəziyyətlər.

1.N.Ə.Tağıyev. Neonatologiya  /Dərslik/,  Bakı 2007, 535 səh.

2.Н.П. Шабалов. Неонaтология. В 2-т. Учеб.пособие, 5-е изд. испр. и доп. –М.: МЕДпресс-информ, 2009.

6

9.

Uşaqlarda anadangəlmə-irsi xəstəliklər. Qalaktozemiya, qlikogenozlar, fruktozemiya. Patogenez, klinik aspektlər, müalicə prinsipləri. Fenilketonuriya, lipid mübadiləsinin irsi xəstəlikləri. Patogenez, klinik aspektlər, müalicə prinsipləri.

1. A.A. Əyyubova, G.M.Nəsrullayeva, L.İ.Allahverdiyeva, E.S.Səfərəliyeva, M.K.Kərimova, A.F.Çernik-Bülənd, G.Ə.Əhmədov Uşaq xəstəlikləri / Dərslik/ Bakı 2011, 560.

2. A.A. Əyyubova, H.H.Qabulov, N.H.Sultanova. Uşaq xəstəlikləri /Dərslik/  Bakı 2018, 569 səh. (səh. 308-315).

6

10.

Təxirəsalınmaz hallar. Hipertermik sindrom. Qıcolma sindromu. Kəskin   ürək damar çatışmazlığı.Tənəffüs çatışmazlığı. İnağ  sindromu. Anafilaktik şok. Komatoz hallar.

1. A.A. Əyyubova, G.M.Nəsrullayeva, L.İ.Allahverdiyeva, E.S.Səfərəliyeva, M.K.Kərimova, A.F.Çernik-Bülənd, G.Ə.Əhmədov Uşaq xəstəlikləri / Dərslik/ Bakı 2011, 560.

2. A.A. Əyyubova, H.H.Qabulov, N.H.Sultanova. Uşaq xəstəlikləri /Dərslik/  Bakı 2018, 569 səh. (səh. 308-315).

6

11.

Uşaqlarda hemostaz pozulmaları. Hemofiliya, talassemiya, trombositopenik purpura. Disseminəolunmuş damar daxili laxtalanma (DDL) sindromu.

1. A.A. Əyyubova, G.M.Nəsrullayeva, L.İ.Allahverdiyeva, E.S.Səfərəliyeva, M.K.Kərimova, A.F.Çernik-Bülənd, G.Ə.Əhmədov Uşaq xəstəlikləri / Dərslik/ Bakı 2011, 560.

2. A.A. Əyyubova, H.H.Qabulov, N.H.Sultanova. Uşaq xəstəlikləri /Dərslik/  Bakı 2018, 569 səh. (səh. 308-315).

6

12.

Kəskin və xroniki leykoz. Limfoqranulomatoz

1. A.A. Əyyubova, G.M.Nəsrullayeva, L.İ.Allahverdiyeva, E.S.Səfərəliyeva, M.K.Kərimova, A.F.Çernik-Bülənd, G.Ə.Əhmədov Uşaq xəstəlikləri / Dərslik/ Bakı 2011, 560.

2. A.A. Əyyubova, H.H.Qabulov, N.H.Sultanova. Uşaq xəstəlikləri /Dərslik/  Bakı 2018, 569 səh. (səh. 308-315).

6

13.

Uşaq poliklinikası işinin əsas prinsipləri. Sahə pediatrının işi ilə tanışlıq Uşaq poliklinikasında sənədləşdirmə. Uşaq poliklinikasının strukturunun xüsusiyyətləri. Poliklinikada müayinə prinsipləri. Sağlam və xəstə uşaqların    dispanserizasiyası.

1. A.A. Əyyubova, H.H.Qabulov, N.H.Sultanova. Uşaq xəstəlikləri /Dərslik/  Bakı 2018, 569 səh. (səh. 308-315).

6

14.

Sağlam uşaq kabinetinin işi. Sağlam uşaqların qəbulu və müayinəsi.  İmmunoloji kabinetin fəaliyyəti. Peyvəndlərin təqvim  planı. Əks göstərişlər. Fəsadlar, onların müalicə  və profilaktikası.

Ümumi

90