“Kardiologiya” fənni ürək-damar sisteminin xəstəliklərini, onların profilaktikasını, diaqnostikasını, müalicə və reabilitasiya üsullarını öyrənən klinik elmdir. Fənnin əsas məqsədi tələbələrdə ürək-damar xəstəlikləri haqqında sistemli biliklərin formalaşdırılması, bu xəstəliklərin etiologiyası, patogenezi, klinik əlamətləri və müasir müalicə yanaşmalarının mənimsədilməsidir. Kardiologiya fənninin tədrisi zamanı ürək-damar xəstəliklərinin profilaktikasına, sağlam həyat tərzinin formalaşdırılmasına, risk amillərinin erkən aşkarlanmasına, eləcə də əhali arasında xəstələnmə, əlillik və ölüm göstəricilərinin azaldılmasına xüsusi diqqət yetirilir. Fənn ürək-damar sisteminə təsir edən yoluxucu və qeyri-infeksion amilləri əhatə edir. Fənnin öyrənilməsi yalnız nəzəri biliklərin əldə olunması ilə məhdudlaşmır, eyni zamanda klinik praktikada zəruri olan praktiki bacarıqların formalaşdırılmasına yönəldilir. Tələbələr kardioloji xəstələrin müayinəsi üsullarını, instrumental və laborator müayinələrin nəticələrinin şərhini, həmçinin kəskin kardioloji vəziyyətlərdə təxirəsalınmaz tibbi yardımın prinsiplərini öyrənirlər. “Kardiologiya” fənninin mənimsənilməsi gələcək mütəxəssislərə müalicə-profilaktika müəssisələrində səmərəli fəaliyyət göstərmək, əhalinin sağlamlığının qorunması istiqamətində tədbirlərdə iştirak etmək və xəstələrin həyat keyfiyyətinin yüksəldilməsinə töhfə vermək imkanı yaradır. Fənnin nəticəsində tələbələr ürək-damar sağlamlığının qiymətləndirilməsi və müasir klinik tövsiyələrin praktik fəaliyyətdə tətbiqi üzrə zəruri kompetensiyalara yiyələnirlər.
Yaz semestrində keçirilən fənlər
|
N |
Fakültələr |
Kurs |
Fənlər |
Auditoriya saatları |
|
|
Mühazirə |
Praktika |
||||
|
1 |
MPF-2 |
VI |
Kardiologiya |
yoxdur |
30 |
Начало формы
Payız semestrində keçirilən fənlər
|
N |
Fakültələr |
Kurs |
Fənlər |
Auditoriya saatları |
|
|
Mühazirə |
Praktika |
||||
|
1 |
MPF-1 |
VI |
Kardiologiya |
yoxdur |
30 |
Təhsil pilləsi: Əsas (baza) ali tibb təhsili
İxtisas: Müalicə - profilaktika
Fənnin məqsədi: Klinik təcrübə mərhələsində kardiologiya fənninin tədrisində məqsəd gənc həkimlərdə klinik təfəkkürün dərinləşdirilməsi və praktik bacarıqların formalaşdırılmasıdır. Bu mərhələdə klinik təcrübəçilər ürək xəstəliklərinin ən çox rast gəlinən nozoloji formalarını dərindən mənimsəməklə, onların klinik gedişi, laborator və instrumental göstəriciləri əsasında differensial diaqnostika aparmaq, dəqiq klinik diaqnoz qoymaq, fərdi müalicə planı tərtib etmək və kordioloji xəstəliklərin profilaktikasını həyata keçirmək bacarıqlarını qazanmalıdırlar.Azərbaycan respublikasının Elm Və Təhsil Nazirliyi tərəfindən “Tibb” təhsil proqramında müəyyən edilmiş məcburi fənndir.
Təcrübənin təlim nəticəsi:
Təcrübənin məzmunu: Təcrubə müddətində kardiologiya fənninin tədrisi praktik yönümlü şəkildə təşkil olunur və intern həkimlərin klinik düşüncə qabiliyyətlərinin, peşəkar bacarıqlarının, qərarvermə və müalicə planlaşdırma səriştələrinin formalaşdırılmasına yönəlib. Tədris müddətində klinik təcrübəçilər stasionar və ambulator (poliklinik) şəraitdə həkim-müəllimlərin rəhbərliyi altında birbaşa müalicə işində iştirak edir, kafedra müdirinin, professor və dosentlərin apardığı kliniki baxışlarda fəal şəkildə iştirak edirlər.Eyni zamanda real xəstələr üzərində mono- və politematik klinik araşdırmalar aparır, klinik təcrübə zamanı göstərilən xəstələrin instrumental, laborator-biokimyəvi, funksional, morfoloji və endoskopik müayinələrinin nəticələrini təhlil etməyi öyrənirlər, Müxtəlif kardioloji sindrom və xəstəliklərin diaqnostikasını, differensial diaqnozunu və müalicə taktikasını təyin etmə bacarığı qazanırlar.Tədris prosesində əsas ürək xəstəliklərinin və katrdioloji sindromların etiologiya və patogenezini, klinik gedişatını və müalicə prinsiplərini dərindən mənimsəyirlər. Xəstələrin hərtərəfli müayinəsi, diaqnostik qərarvermə, və uyğun müalicənin təyini kimi praktiki vərdişlərə yiyələnirlər. Kardiologiya üzrə təcrübənin öyrənilməsi tələbələrə gələcəkdə kardioloji xəstəlikləri digər sistem xəstəliklərindən ayırd etməyi , praktik həkimlik fəaliyyətində bu bilik və bacarıqlardan səmərəli istifadə etməyi,ixtisasartırma və ya rezidentura səviyyəsində (xüsusilə kardiologiya üzrə) təhsillərini davam etdirmək üçün zəruri baza biliklərini əldə etməyi təmin edir.
|
Günlər |
Мövzunun adı |
Ədəbiyyat |
Saat |
|
Mövzu1. |
Ürək nahiyyəsində ağrıların differensial diaqnostikası. Müayinə və müalicə taktikası |
“Kardiologiya” V.Ə. Əzizov və başqaları Bakı 2024 |
6 |
|
Мövzu 2 |
Arterial hipertenziyanın differensial diaqnostikası. Müalicə prinsipləri. Müxtəlif komorbid vəziyyətlərdə müalicə taktikası |
“Kardiologiya” V.Ə. Əzizov və başqaları Bakı 2024 |
6 |
|
Мövzu 3 |
Aritmiyaların differensial diaqnostikası və müalicə prinsipləri |
“Kardiologiya” V.Ə. Əzizov və başqaları Bakı 2024 |
6 |
|
Мövzu 4 |
Ödem sindromunun differensial diaqnostikası və müalicə strategiyası |
“Kardiologiya” V.Ə. Əzizov və başqaları Bakı 2024 |
6 |
|
Мövzu 5 |
Ürək qüsurlarının differensial diaqnostikası və müalicə taktikası |
“Kardiologiya” V.Ə. Əzizov və başqaları Bakı 2024 |
6 |