“Kardiologiya” fənni ürək-damar sisteminin xəstəliklərini, onların profilaktikasını, diaqnostikasını, müalicə və reabilitasiya üsullarını öyrənən klinik elmdir. Fənnin əsas məqsədi tələbələrdə ürək-damar xəstəlikləri haqqında sistemli biliklərin formalaşdırılması, bu xəstəliklərin etiologiyası, patogenezi, klinik əlamətləri və müasir müalicə yanaşmalarının mənimsədilməsidir. Kardiologiya fənninin tədrisi zamanı ürək-damar xəstəliklərinin profilaktikasına, sağlam həyat tərzinin formalaşdırılmasına, risk amillərinin erkən aşkarlanmasına, eləcə də əhali arasında xəstələnmə, əlillik və ölüm göstəricilərinin azaldılmasına xüsusi diqqət yetirilir. Fənn ürək-damar sisteminə təsir edən yoluxucu və qeyri-infeksion amilləri əhatə edir. Fənnin öyrənilməsi yalnız nəzəri biliklərin əldə olunması ilə məhdudlaşmır, eyni zamanda klinik praktikada zəruri olan praktiki bacarıqların formalaşdırılmasına yönəldilir. Tələbələr kardioloji xəstələrin müayinəsi üsullarını, instrumental və laborator müayinələrin nəticələrinin şərhini, həmçinin kəskin kardioloji vəziyyətlərdə təxirəsalınmaz tibbi yardımın prinsiplərini öyrənirlər. “Kardiologiya” fənninin mənimsənilməsi gələcək mütəxəssislərə müalicə-profilaktika müəssisələrində səmərəli fəaliyyət göstərmək, əhalinin sağlamlığının qorunması istiqamətində tədbirlərdə iştirak etmək və xəstələrin həyat keyfiyyətinin yüksəldilməsinə töhfə vermək imkanı yaradır. Fənnin nəticəsində tələbələr ürək-damar sağlamlığının qiymətləndirilməsi və müasir klinik tövsiyələrin praktik fəaliyyətdə tətbiqi üzrə zəruri kompetensiyalara yiyələnirlər.Начало формы
Yaz semestrində keçirilən fənlər
|
N |
Fakültələr |
Kurs |
Fənlər |
Auditoriya saatları |
|
|
Mühazirə |
Praktika |
||||
|
1 |
MPF-1 |
V |
Kardiologiya |
14 |
60 |
Payız semestrində keçirilən fənlər
|
N |
Fakültələr |
Kurs |
Fənlər |
Auditoriya saatları |
|
|
Mühazirə |
Praktika |
||||
|
1 |
MPF-2 |
V |
Kardiologiya |
14 |
60 |
|
2 |
Hərbi Tibb |
IV |
Kardiologiya |
14 |
60 |
Təhsil pilləsi: Əsas (baza) ali tibb təhsili
İxtisas: Müalicə - profilaktika
Fənnin məqsədi: Kardiologiya fənninin öyrənilməsində tədrisin əsas məqsədi ayrı-ayrı ürək-damar xəstəliklərinin etiologiyası və patogenezi, klinik təzahürləri, təsnifatı, diaqnostikası, differensial diaqnostikası, müalicəsi və profilaktikası haqqında biliklərin əldə edilməsi nəticəsində gələcəkdə bu sahədə peşəkar ixtisaslaşmış kadrların hazırlanmasından ibarətdir. Kurs müddətində tələbələr stasionar şöbədə və poliklinikada müəllimin rəhbərliyi altında müalicə işi yerinə yetirirlər, kafedra müdirinin, professor və dosentlərin xəstələrə baxışında iştirak edirlər. Bundan başqa muəllim tərəfindən xəstələrə mono- və politematik araşdırmalar apararkən tələbələr iştirak edirlər. Mühazirələr və praktik dərslərdə göstərilən xəstələrin hərtərəfli klinik xüsusiyyətləri müasir əlavə müayinələrin (instrumental, laborator-biokimyəvi, endoskopik, funksional və morfoloji) nəticələrinin hərtərəfli araşdırılması və nümayiş etdirilməsi ilə müşayiət olunur. Kardioloji xəstələrdə müayinə vərdişlərinin təkmilləşdirilməsi və möhkəmləndirilməsi, kliniki düşünmə (xəstə haqqında məlumatlara əsasən geniş klinik diaqnoz qoymaq) bacarığı, differensial diaqnostika aparmaq vərdişinə yiyələnmək, daxili orqanların xəstəliklərinin tipik formalarının müalicəsi və profilaktikasının əsas prinsiplərini öyrənmək tədrisin məqsədinə aiddir. Tədris prosesi müddətində tələbələr stasionar şöbəsində və polikliniklarda müəllimin rəhbərliyi altında müalicə işi yerinə yetirirlər, kafedra müdirinin, professor və dosentlərin xəstələri baxışında iştirak edirlər. Bundan başqa muəlllim tərəfindən xəstələrə baxiş keçirərkən mono- və politematik araşdirmalar apararkən tələbələr iştirak edirlər. Mühazirələr və praktik dərslərdə göstərilən xəstələrin hərtərəfli klinik xüsusiyyətləri müasir əlavə müayinələrin (instrumental, laborator-biokimyəvi, endoskopik, funksional və morfoloji) nəticələrinin hərtərəfli araşdırılması və nümayiş etdirilməsi ilə müşayiət olunur.
Fənnin təlim nəticələri: Kursda ürək-damar xəstəliklərinin tədrisi zamanı tələbələr bu qrup xəstələrin müayinəsində peşəkar həkimlik vərdişinə yiyələnirlər, müayinə metodları, diaqnostika və differensial diaqnostika taktikasını, tibbi sənədləşmənin aparılmasını, təxirəsalınmaz təcilli tibbi yardim göstərmək üsulunu öyrənilir.
Fənnin məzmunu: “Kardiologiya” ürək-damar sisteminin xəstəliklərinin öyrənilməsi, diaqnostikası, müalicəsi və profilaktikası ilə məşğul olan klinik elmdir. Bu sahədə fəaliyyət sağlam həyat tərzinin təbliği, ürək-damar xəstəliklərinə səbəb olan risk amillərinin araşdırılması, xəstəliklərin erkən aşkarlanması, qarşısının alınması və onlara qarşı müvafiq tibbi tədbirlərin həyata keçirilməsi yolu ilə həyata keçirilir. Ümumilikdə kardiologiya əhalinin ürək-damar sağlamlığının qorunmasına xidmət edir. Fənnin müxtəlif aspektləri araşdırılsa da, o əsasən kardioloji xidmətin praktik icrası üçün tələbələrə zəruri olan bilik, fikir və konsepsiyaların tətbiqində yardımçı olmağa yönəldilmişdir. Tələbələr bu fənnin sayəsində cəmiyyətdə ürək-damar xəstəliklərinin və onlarla bağlı əlilliyin qarşısının alınmasına dair ümumi konsepsiya və müddəaları öyrənəcəklər. Bu fənn gələcək mütəxəssislərin istər müalicə-profilaktika müəssisələrində, istərsə də digər səhiyyə və sosial idarəetmə strukturlarında cəmiyyətin və ayrı-ayrı fərdlərin ürək-damar sağlamlığını qorumasına və həyat keyfiyyətini daha da yaxşılaşdırmasına imkan yaradacaqdır.
|
№ |
Mövzu (mühazirə) |
ƏDƏBİYYAT |
SAAT |
|
1 |
Kardialgiyaların dif. diaqnostikası |
Kardiologiya - V.Ə.Əzizov, 2024, 407 s |
2 |
|
2 |
Kəskin və xronik koronar sindrom |
Daxili xəstəliklər - V.Ə.Əzizov və başqaları, 2012, 976 s |
2 |
|
3 |
Ürəyin qeyri-koronarogen xəstəlikləri |
Kəskin koronar sindrom - V.Ə.Əzizov və başqaları, 2013, 166 s |
2 |
|
4 |
Ürəyin qazanılmış qüsurları |
Kardiologiyadan mühazirə materialları (kafedranın saytında) |
2 |
|
5 |
Arterial hipertenziya |
Kardiologiya - V.Ə.Əzizov, 2024, 407 s |
2 |
|
6 |
Aritmiya və blokadalar |
Daxili xəstəliklər - V.Ə.Əzizov və başqaları, 2012, 976 s |
2 |
|
7 |
Kəskin və xronik ürək çatışmazlığı |
Kəskin koronar sindrom - V.Ə.Əzizov və başqaları, 2013, 166 s |
2 |
|
№ |
Mövzu (praktika) |
ƏDƏBİYYAT |
SAAT |
|
1 |
Ürək-damar sisteminin müayinəsi: şikayətlər (döş sümüyü arxasında ağrı, təngnəfəslik, ürəkdöyünmə və ürək ritmin pozulması, oskürək və qanhayxırma, tez yorulma, bayılma, sağ qabırğaaltı nahiyyədə ağrı və ya ağırlıq hissi), inspeksiya, palpasiya, perkussiya, auskultasiya. AT-nin ölçülmə qaydası. Anamnez toplamaq |
Kardiologiya - V.Ə.Əzizov, 2024, 407 s |
2 |
|
2 |
Ürək-damar sisteminin laborator müayinəsi: qanın ümumi analizi, lipid spektri (ümumi XS, ASLP, ÇASLP, YSLP, triqliseridlər), karbohidrat mübadiləsi (qanda şəkər, qlikohemoqlobin), BNP, NT-proBNP, kreatinin, |
Daxili xəstəliklər - V.Ə.Əzizov və başqaları, 2012, 976 s |
2 |
|
3 |
Ürək-damar sisteminin qeyri-invaziv instrumental müayinəsi. EKQ (aparılma qaydası, normal EKQ-nin analizi), EKQ-nin sutkalıq (Holter) monitoru, yük sınaqları (veloerqometriya, tredmil-test), yemək borusudaxili stimulyasiya, farmakoloji sınaqlar |
Kəskin koronar sindrom - V.Ə.Əzizov və başqaları, 2013, 166 s |
2 |
|
4 |
Ürək-damar sisteminin digər qeyri-invaziv (ExoKQ, radionuklid müayinə, KT angioqrafiya, ürək MRT-si, pozitron-emission tomoqrafiya) və invaziv (koronar angioqrafiya) müayinəsi. |
Kardiologiyadan mühazirə materialları (kafedranın saytında) |
2 |
|
5 |
Aterosklerozun patogenezi haqqında müasir fikirlər. Hiperlipidemiya: təsnifatı, müalicə prinsipləri. Ailəvi hiperxolesterinemiya: epidemiologiya, patogenez, klinika, diaqnostika |
Kardiologiya - V.Ə.Əzizov, 2024, 407 s |
2 |
|
6 |
Ürəyin işemik xəstəliyi: anlayış, etiologiyası, patogenezi, risk faktorları, təsnifatı |
Daxili xəstəliklər - V.Ə.Əzizov və başqaları, 2012, 976 s |
2 |
|
7 |
Kəskin koronar sindrom (KKS): anlayış, patofiziologiyası, klinik formaları, diaqnostik meyarları. Qeyri-stabil stenokardiya, müalicə taktikası, profilaktikası |
Kardiologiya - V.Ə.Əzizov, 2024, 407 s |
2 |
|
8 |
ST seqmentinin davamlı elevasiyası ilə müşaiyət olunan kəskin miokard infarktı: anlayışı, etiologiyası, patogenezi, təsnifatı, klinikası, diaqnostikası, müalicə və profilaktikası |
Daxili xəstəliklər - V.Ə.Əzizov və başqaları, 2012, 976 s |
2 |
|
9 |
ST seqmentinin davamlı elevasiyası ilə müşaiyət olunmayan kəskin miokard infarktı: anlayışı, etiologiyası, patogenezi, təsnifatı, klinikası, diaqnostikası, müalicə və profilaktikası |
Kəskin koronar sindrom - V.Ə.Əzizov və başqaları, 2013, 166 s |
2 |
|
10 |
Kəskin miokard infarktının ağırlaşmaları və müalicəsi |
Kardiologiyadan mühazirə materialları (kafedranın saytında) |
2 |
|
11 |
Xronik koronar sindrom: stabil stenokardiya, anlayışı, etio-patogenezi, klinikası, təsnifatı, diaqnostikası, diff.diaqnostikası, müalicə alqoritmi. İnvaziv müayinə və müalicəyə göstərişlər |
Kəskin koronar sindrom - V.Ə.Əzizov və başqaları, 2013, 166 s |
2 |
|
12 |
Xronik koronar sindrom: spontan stenokardiya, mikrovaskulyar stenokardiya, “ağrısız” işemiya. Etio-patogenezi, diaqnostik meyarları, müalicə özəllikləri, profilaktikası |
Kəskin koronar sindrom - V.Ə.Əzizov və başqaları, 2013, 166 s |
2 |
|
13 |
Kəskin revmatik qızdırma. Ürəyin revmatik xəstəliyi: patomorfologiyası, diaqnostikası, müalicə prinsipləri, profilaktikası |
Kardiologiya - V.Ə.Əzizov, 2024, 407 s |
2 |
|
14 |
İnfeksion endokardit: anlayışı, etiologiyası, patogenezi, klinikası, təsnifatı, diaqnostikası, differensial diaqnostikası. İnfeksion endokarditin törədicilərə görə müalicə özəllikləri, profilaktikası |
Daxili xəstəliklər - V.Ə.Əzizov və başqaları, 2012, 976 s |
2 |
|
15 |
Miokardit: anlayışı, etiologiyası, patogenezi, klinikası, təsnifatı, diaqnostikası, differensial diaqnostikası, müalicə və profilaktikası |
Kəskin koronar sindrom - V.Ə.Əzizov və başqaları, 2013, 166 s |
2 |
|
16 |
Perikardit: anlayışı, etiologiyası, patogenezi, klinikası, təsnifatı, diaqnostikası, differensial diaqnostikası, müalicə və profilaktikası. Perikardial punksiyaya göstərişlər |
Kardiologiyadan mühazirə materialları (kafedranın saytında) |
2 |
|
17 |
Kardiomiopatiyalar (KMP): anlayış, təsnifatı. Hipertrofik KMP: anlayış, klinikası, diaqnostikası, differensial diaqnostikası, müalicəsi və profilaktikası |
Kardiologiya - V.Ə.Əzizov, 2024, 407 s |
2 |
|
18 |
Dilatasion KMP: anlayış, klinikası, diaqnostikası, differensial diaqnostikası, müalicəsi və profilaktikası Restriktiv KMP: klinikası, diaqnostikası, differensial diaqnostikası, müalicəsi və profilaktikası |
Daxili xəstəliklər - V.Ə.Əzizov və başqaları, 2012, 976 s |
2 |
|
19 |
Yaşlılarda ürəyin anadangəlmə qüsurları: klinikası, diaqnostikası, müalicəsi və profilaktikası. Cərrahi müdaxiləyə göstərişlər Ürəyin qazanılmış qüsurları: sağ atrioventrikulyar dəliyin stenozu və üçtaylı qapağın çatışmazlığı - etiologiyası, patogenezi, klinikası, diaqnostikası, diff.diaqnostikası. Cərrahi müdaxiləyə göstərişlər Ürəyin qazanılmış qüsurları: ağciyər arteriyası qapağının çatışmazlığı - etiologiyası, patogenezi, klinikası, diaqnostika və diff. diaqnostikası. Cərrahi müdaxiləyə göstərişlər |
Kəskin koronar sindrom - V.Ə.Əzizov və başqaları, 2013, 166 s |
2 |
|
20 |
Ürəyin qazanılmış qüsurları: aortal stenoz, aortal çatışmazlıq - etiologiyası, patogenezi, klinikası, diaqnostikası, diff.diaqnostikası. Müştərək aortal qüsur. Cərrahi müdaxiləyə göstərişlər Ürəyin qazanılmış qüsurları: mitral stenoz, mitral çatışmazlıq - etiologiyası, patogenezi, klinikası, diaqnostikası, diff. diaqnostikası. Müştərək mitral qüsur. Cərrahi müdaxiləyə göstərişlər |
Kardiologiyadan mühazirə materialları (kafedranın saytında) |
2 |
|
21 |
Arterial hipertenziya: spesifik risk faktorları, patogenezi, təsnifatı, risk stratifikasiyası, klinik gedişi (ürəyin, böyrəklərin, beynin və damarların zədələnməsi), diaqnostikası, diff. Diaqnostikası aritmiya) antihipertenziv preparatların seçimi, AT-nin hədəf səviyyəsi Bədxassəli və refrakter hipertenziya, diaqnostik meyarları, müalicə prinsipləri. Hipertonik krizlər |
Kardiologiya - V.Ə.Əzizov, 2024, 407 s |
2 |
|
22 |
Essensial hipertenziyanın müalicənin ümumi prinsipləri. Antihipertenziv preparatlar və onların kombinasiyası. Komorbid hallarda (hamiləlik, metabolik sindrom, şəkərli diabet, BXX, insult, ÜİX, səyrici |
Daxili xəstəliklər - V.Ə.Əzizov və başqaları, 2012, 976 s |
2 |
|
23 |
Ağciyər hipertenziyası: birincili ağciyər hipertenziyasının etio-patogenezi, klinikası, diaqnostikası, differensial diaqnostikası, müalicəsi Ağciyər arteriyasının tromboemboliyası (kəskin ağciyər ürəyi) |
Kəskin koronar sindrom - V.Ə.Əzizov və başqaları, 2013, 166 s |
2 |
|
24 |
Xroniki ağciyər ürəyi: etiologiyası, patogenezi, klinikası, diaqnostikası, diff.diaqn., müalicəsi |
Kardiologiyadan mühazirə materialları (kafedranın saytında) |
2 |
|
25 |
Aritmiyalar: impulsun əmələ gəlməsinin pozulması. EKQ diaqnostika və müalicəsi |
Kardiologiya - V.Ə.Əzizov, 2024, 407 s |
2 |
|
26 |
Aritmiyalar: keçiriciliyin pozulması (blokadalar). EKQ diaqnostika və müalicəsi |
Daxili xəstəliklər - V.Ə.Əzizov və başqaları, 2012, 976 s |
2 |
|
27 |
Aritmiyalar: ritmin kombinə olunmuş pozulmaları. EKQ diaqnostika və müalicəsi |
Kəskin koronar sindrom - V.Ə.Əzizov və başqaları, 2013, 166 s |
2 |
|
28 |
Antiaritmik preparatlar – təsnifatı, təsir mexanizmi. Müxtəlif ritm pozulmalarında onların seçimi |
Kardiologiyadan mühazirə materialları (kafedranın saytında) |
2 |
|
29 |
Kəskin ürək çatışmazlığı – etiologiyası, patogenezi, klinikası, diaqnostik meyarları, müalicəsi |
Kəskin koronar sindrom - V.Ə.Əzizov və başqaları, 2013, 166 s |
2 |
|
30 |
XÜÇ-un etiologiyası, patogenezi, təsnifatı, klinikası XÜÇ-un diaqnostikası (diaqnostik alqoritm) və müalicəsi (müalicə alqoritmi). Atım fraksiyasının səviyyəsinə görə müalicəsi prinsipləri |
Kardiologiyadan mühazirə materialları (kafedranın saytında) |
2 |
Конец формы