“Nefrologiya” fənni böyrəklərin quruluşunu, funksiyalarını, eləcə də böyrək xəstəliklərinin yaranma mexanizmlərini, klinik xüsusiyyətlərini və müalicə prinsiplərini öyrənir. Fənn orqanizmdə su-elektrolit və turşu-qələvi balansının qorunmasında böyrəklərin rolunu izah edir və böyrək patologiyalarının erkən aşkarlanması, profilaktikası və effektiv idarə olunmasına yönəlmiş biliklərin formalaşdırılmasına xidmət edir. Nefrologiya böyrək xəstəlikləri, onların ağırlaşmaları və uzunmüddətli nəticələri haqqında anlayışları əhatəli şəkildə izah və təhlil edir.
Fənnin müxtəlif aspektləri araşdırılmaqla yanaşı, əsas diqqət nefroloji xidmət sahəsində praktik bacarıqların tətbiqinə, klinik qərarvermə qabiliyyətinin formalaşdırılmasına və sübutlara əsaslanan tibbi yanaşmanın mənimsənilməsinə yönəldilmişdir. Bu fənn əhalinin sağlamlığının qorunması sahəsində fundamental biliklərin əldə edilməsi və səhiyyə sistemində gələcək peşəkar mütəxəssislərin hazırlanması məqsədilə tərtib edilmişdir.
Nefrologiya böyrək xəstəliklərini bioloji, klinik və sosial aspektlərdən araşdırır, onların yaranma səbəblərini müəyyən edir və bu səbəblərin qarşısının alınması yollarını ortaya qoyur. Fənn xroniki böyrək xəstəliklərinin inkişaf mərhələləri, dializ və transplantasiya kimi müalicə üsulları barədə geniş məlumat əldə etməyə imkan yaradır.
Yaz semestrində keçirilən fənlər
|
N |
Fakültələr |
Kurs |
Fənlər |
Auditoriya saatları |
|
|
Mühazirə |
Praktika |
||||
|
1 |
MPF-2 |
VI |
Nefrologiya |
yoxdur |
30 |
Payız semestrində keçirilən fənlər
|
N |
Fakültələr |
Kurs |
Fənlər |
Auditoriya saatları |
|
|
Mühazirə |
Praktika |
||||
|
1 |
MPF-1 |
VI |
Nefrologiya |
yoxdur |
30 |
Təcrübənin məqsədi: Klinik təcrübə mərhələsində nefrologiya fənninin tədrisində məqsəd gənc həkimlərdə klinik təfəkkürün dərinləşdirilməsi və praktik bacarıqların formalaşdırılmasıdır. Bu mərhələdə klinik təcrübəçilər böyrək xəstəliklərinin ən çox rast gəlinən nozoloji formalarını dərindən mənimsəməklə, onların klinik gedişi, laborator və instrumental göstəriciləri əsasında differensial diaqnostika aparmaq, dəqiq klinik diaqnoz qoymaq, fərdi müalicə planı tərtib etmək və nefroloji xəstəliklərin profilaktikasını həyata keçirmək bacarıqlarını qazanmalıdırlar.
Təcrübənin təlim nəticəsi:
Təcrübənin məzmunu: Təcrubə müddətində nefrologiya fənninin tədrisi praktik yönümlü şəkildə təşkil olunur və intern həkimlərin klinik düşüncə qabiliyyətlərinin, peşəkar bacarıqlarının, qərarvermə və müalicə planlaşdırma səriştələrinin formalaşdırılmasına yönəlib. Tədris müddətində klinik təcrübəçilər stasionar və ambulator (poliklinik) şəraitdə həkim-müəllimlərin rəhbərliyi altında birbaşa müalicə işində iştirak edir, kafedra müdirinin, professor və dosentlərin apardığı kliniki baxışlarda fəal şəkildə iştirak edirlər.Eyni zamanda real xəstələr üzərində mono- və politematik klinik araşdırmalar aparır, klinik təcrübə zamanı göstərilən xəstələrin instrumental, laborator-biokimyəvi, funksional, morfoloji və endoskopik müayinələrinin nəticələrini təhlil etməyi öyrənirlər, Müxtəlif nefroloji sindrom və xəstəliklərin diaqnostikasını, differensial diaqnozunu və müalicə taktikasını təyin etmə bacarığı qazanırlar.Tədris prosesində əsas böyrək xəstəliklərinin və nefroloji sindromların etiologiya və patogenezini, klinik gedişatını və müalicə prinsiplərini dərindən mənimsəyirlər. Xəstələrin hərtərəfli müayinəsi, diaqnostik qərarvermə, və uyğun müalicənin təyini kimi praktiki vərdişlərə yiyələnirlər.Nefrologiya üzrə təcrübənin öyrənilməsi tələbələrə gələcəkdə nefroloji xəstəlikləri digər sistem xəstəliklərindən ayırd etməyi , praktik həkimlik fəaliyyətində bu bilik və bacarıqlardan səmərəli istifadə etməyi,ixtisasartırma və ya rezidentura səviyyəsində (xüsusilə nefrologiya üzrə) təhsillərini davam etdirmək üçün zəruri baza biliklərini əldə etməyi təmin edir.
|
№ |
Mövzu (praktika) |
ƏDƏBİYYAT |
SAAT |
|
Mövzu 1 |
Su elektrolit tarazlığının pozulmasının diaqnostikası, müalicəsi, profilkatik tədbirləri.Turşu-qələvi müvazinatın pozulması. |
Comprehensive Clinical Nephrology-Richard J.Johnson, John Feehally,Jurgen Floege,2019, 1299 p Səh 80-170 |
6 |
|
Мövzu 2 |
Ödemli xəstəyə yanaşma- diaqnostika, klinik qiymətləndirilmə, müalicə.Proteinuriyalı xəstəyə yanaşma.Hematuriyalı xəstəyə yanaşma. |
Pocket companion to Brenner@Rectors Thr Kidney,8th edition,p/ 871.səh 7-60 |
6 |
|
Мövzu 3 |
Şəkərli diabet zamanı böyrək zədələnməsi.Arterial hipertenziyalı xəstəyə yanaşma. |
Nefrologiya-A.Y.Məmmədzadə,2018,134 s,səh 55-71 Comprehensive Clinical Nephrology-Richard J.Johnson, John Feehally,Jurgen Floege,2019,1299 p,səh 396-473,səh.357-385 |
6 |
|
Мövzu 4 |
Tubulointerstisial xəstəliklər: diaqnostika,müalicə, profilaktika. |
Comprehensive Clinical Nephrology-Richard J.Johnson, John Feehally, Jurgen Floege,20191299 p,səh729-767,səh 357-385 |
6 |
|
Мövzu 5 |
Kəskin böyrək zədələnməsi və böyrəklərin xronik xəstəliyi: diaqnostika, differensial diaqnostika, müalicə, profilaktika. |
Comprehensive Clinical Nephrology- Richard J.Johnson, John Feehally, Jurgen Floege,20191299 p,səh 736-859,səh903-1022 |
6 |