“Nefrologiya” fənni böyrəklərin quruluşunu, funksiyalarını, eləcə də böyrək xəstəliklərinin yaranma mexanizmlərini, klinik xüsusiyyətlərini və müalicə prinsiplərini öyrənir. Fənn orqanizmdə su-elektrolit və turşu-qələvi balansının qorunmasında böyrəklərin rolunu izah edir və böyrək patologiyalarının erkən aşkarlanması, profilaktikası və effektiv idarə olunmasına yönəlmiş biliklərin formalaşdırılmasına xidmət edir. Nefrologiya böyrək xəstəlikləri, onların ağırlaşmaları və uzunmüddətli nəticələri haqqında anlayışları əhatəli şəkildə izah və təhlil edir.
Fənnin müxtəlif aspektləri araşdırılmaqla yanaşı, əsas diqqət nefroloji xidmət sahəsində praktik bacarıqların tətbiqinə, klinik qərarvermə qabiliyyətinin formalaşdırılmasına və sübutlara əsaslanan tibbi yanaşmanın mənimsənilməsinə yönəldilmişdir. Bu fənn əhalinin sağlamlığının qorunması sahəsində fundamental biliklərin əldə edilməsi və səhiyyə sistemində gələcək peşəkar mütəxəssislərin hazırlanması məqsədilə tərtib edilmişdir.
Nefrologiya böyrək xəstəliklərini bioloji, klinik və sosial aspektlərdən araşdırır, onların yaranma səbəblərini müəyyən edir və bu səbəblərin qarşısının alınması yollarını ortaya qoyur. Fənn xroniki böyrək xəstəliklərinin inkişaf mərhələləri, dializ və transplantasiya kimi müalicə üsulları barədə geniş məlumat əldə etməyə imkan yaradır.
Yaz semestrində keçirilən fənlər
|
N |
Fakültələr |
Kurs |
Fənlər |
Auditoriya saatları |
|
|
Mühazirə |
Praktika |
||||
|
1 |
MPF-2 |
III |
Nefrologiya |
10 |
20 |
|
2 |
Hərbi Tibb |
III |
Nefrologiya |
10 |
20 |
Payız semestrində keçirilən fənlər
|
N |
Fakültələr |
Kurs |
Fənlər |
Auditoriya saatları |
|
|
Mühazirə |
Praktika |
||||
|
1 |
MPF-1 |
IV |
Nefrologiya |
10 |
20 |
Fənnin məqsədi: Nefrologiya fənninin tədrisində məqsəd 3-4-cü kurs tələbələrində klinik təfəkkürün inkişaf etdirilməsidir. Klinik təfəkkür ən çox yayılmış nozoloji variantların öyrənilməsi əsasında formalaşır, bundan sonra onların klinik gedişatının xüsusiyyətlərini öyrənmək üçün əsas və təlimat kimi istifadə ediləcəkdir. Bu da öz növbəsində tələbələrə müstəqil olaraq differensial diaqnostika aparmağa, klinik diaqnoz qoymağa, müalicəni təyin etməyə və ürək-damar sisteminin ümumi xəstəliklərinin qarşısının alınmasına imkan verəcək.
Fənnin təlim nəticəsi:
1.Xəstəni ümumi dəyərlənidirərək,anamnezini ,şikayətlərini, xəstəlik tarixçəsini və həyat tarixini, fiziki müayinə məlumatlarını şərh etmək.İlkin və differensial diaqnozu müəyyənləşdirmək
Fənnin məzmunu: Fənnmüddətində tələbələr stasionar şöbəsində və polikliniklarda müəllimin rəhbərliyi altında müalicə işi yerinə yetirirlər, kafedra müdirinin, professor və dosentlərin xəstələri baxişinda iştirak edirlər. Bundan başqa muəlllim tərəfindən xəstələrə baxiş keçirərkən mono- və politematik araşdirmalar apararkən tələbələr iştirak edirlər.
Mühazirələr və praktik dərslərdə göstərilən xəstələrin hərtərəfli klinik xüsusiyyətləri müasir əlavə müayinələrin (instrumental, laborator-biokimyəvi, endoskopik, funksional və morfoloji) nəticələrinin hərtərəfli araşdırılması və nümayiş etdirilməsi ilə müşayiət olunur. Daxili xəstəliklər fənni nəznində keçirilən nefrologiya fənnin öyrənilməsi bütün ixtisaslardan olan həkimlər hazırlanması üçün birinci dərəcəli əhəmiyyət kəsb edir. Fənn əsas böyrək xəstəliklərinin və sindromlarının etiopatogenezini, klinik gedişatının,böyrək patologiyası olan xəstələrin müalicə taktikasının seçimini öyrədir. Öyrənərkən kliniki düşünmənin əsasları, həkimlik deontologiyasi formalaşır, xəstələrin müayinəsində vərdişlər qazanılır və adekvat müalicə təyin etmək bacarığı yaranır. Nefrologiya fənni təhsil proqramında mühüm rol oynayir. Daxili xəsstəliklərinin böyük bir bölümü olan böyrək patologiyaları haqqında tam məlumat etməklə yanaşı, tələbələr bir sonrakı kurslarda bu qrup xəstəliklərin daxili orqanların və sistemlərin başqa patologiyaları ilə differensiasiyaının aparmağı öyrənəcklər.Həmçinin fənnin tədrisi bitdikdən sonra tələbələr bu sahədə yiyələndiyi məlumatları nefrologiya ixtisası üzrə rezidenturaya qəbul olunduğu zaman istifadə edə biləcəklər.Bundan əlavə, yiyələndikləri bacarıq və biliklərdən öz gələcək həkimlik praktikasındada geniş istifadə edə biləcəklər.
|
№ |
Mövzu (mühazirə) |
ƏDƏBİYYAT |
SAAT |
|
1. |
Qlomerulyar xəstəliklər. Birincili və ikincili qlomerulyar xəstəliklər |
Nefrologiya-A.Y.Məmmədzadə,2018,134 s,səh 55-71 Comprehensive Clinical Nephrology-Richard J.Johnson, John Feehally,Jurgen Floege,2014,1299 p,səh 184-270 |
2 |
|
2. |
Su- elektrolit balansının pozulmaları (K,Ca,P,Mg), turşu-qələvi müvazinətinin pozulmaları. Metabolik asidoz, metabolik alkaloz.Dehidratasiya. |
Comprehensive Clinical Nephrology-Richard J.Johnson, John Feehally,Jurgen Floege,2014,səh 80-170 |
2 |
|
3. |
İkincili arterial hipertenziyalar. Renovaskulyar və renoparenximal hipertenziya və İşemik nefropatiya. Patogenez, klinika, diaqnostika və müalicəsi. Hamiləlik və böyrək zədələnməsi |
Daxili xəstəliklər- V.Ə.Əzizov və başqaları, 2012, 976s, səh 307-327 Comprehensive Clinical Nephrology-Richard J.Johnson, John Feehally,Jurgen Floege,2014,səh 396-453
|
2 |
|
4. |
Kəskin böyrək zədələnməsi. Etiologiya, patogenez, klinika, diaqnostika və müalicəsi |
Brenner and Rector’s The Kidney. Brenner BM (eds). The Kidney, 6th ed. Brady HR, Brenner BM, Clarkson MR, Lieberthal W. Acute renal failure. Saunders Company, Phi, Vol 1, 1201-1262. |
2 |
|
5. |
Böyrəklərin xronik xəstəliyi diaqnostika və klinik qiymətləndirməsi. Böyrək əvəzedici terapiya.Hemodializ,periton dializi,böyrək transplantasiyası. |
Comprehensive Clinical Nephrology-Richard J.Johnson, John Feehally,Jurgen Floege,2014,1299 p səh 903-942 |
2 |
|
№ |
Mövzu (praktika) |
ƏDƏBİYYAT |
SAAT |
|
Mövzu 1 |
Əsas zədələnmə simptomları və sindromları (hematuriya, proteinuriya, nefrotik sindrom, nefritik sindrom) |
Comprehensive Clinical Nephrology-Richard J.Johnson, John Feehally,Jurgen Floege,2014,1299 p |
2 |
|
Мövzu 2 |
Böyrəklərin instrumental və funksional müayinəsi, onların diaqnostik əhəmiyyəti.Sidiyin ümumi müayinəsi və onun diaqnostik əhəmiyyəti. Sidik miqdarı dəyişiklikləri.(poliuriya.oliquriya,anuriya).Sidik ifrazı prosesinin pozulmaları (Nokturiya,polaaakuriya.dizuriya), |
Pocket companion to Brenner@Rectors Thr Kidney,8th edition,p/ 871.səh 7-60 |
2 |
|
Мövzu 3 |
Qlomerulyar xəstəliklərin histoloji təsnifatı,etiologiyası, patogenezi, klinik təsviri, diaqnostika və müalicəsi |
Nefrologiya-A.Y.Məmmədzadə,2018,134 s,səh 55-71 Comprehensive Clinical Nephrology-Richard J.Johnson, John Feehally,Jurgen Floege,2014,1299 p,səh 184-270 |
2 |
|
Мövzu 4 |
Diabetik nefropatiya. Patogenezi, kliniki təzahürləri, diaqnostika,profilaktika və müalicəsi |
Comprehensive Clinical Nephrology-Richard J.Johnson, John Feehally,Jurgen Floege,2014,1299 p,səh 357-396 |
2 |
|
Мövzu 5 |
Sistem vaskulitlər və birləşdirici toxumanın diffuz xəstəlikləri zamanı böyrəklərin zədələnməsi. Böyrək amiloidozu, Trombotik mikroangiopatiyalar.Paraproteinemiyalar və mielom böyrəyi |
Comprehensive Clinical Nephrology-Richard J.Johnson, John Feehally,Jurgen Floege,2014,1299 p,səh 290-357 |
2 |
|
Мövzu 6 |
Tubulointerstisial nefropatiyalar: kəskin və xronik interstisial nefritlər, Refluks nefropatiyası |
Comprehensive Clinical Nephrology-Richard J.Johnson, John Feehally,Jurgen Floege,2014,1299 p.səh 729-767 |
2 |
|
Мövzu 7 |
Böyrəklərin irsi xəstəlikləri: Autosomal Dominant Polikistik Böyrək Xəstəliyi, Alport sindromu, Fankoni sindromu, anadangəlmə böyrək anomaliyaları |
Comprehensive Clinical Nephrology-Richard J.Johnson, John Feehally,Jurgen Floege,2014,1299 p,sə 532-626 |
2 |
|
Мövzu 8 |
Böyrək-sidik yolları infeskiyası |
Daxili xəstəliklər- V.Ə.Əzizov və başqaları, 2012, 976s Səh 705-725 |
2 |
|
Мövzu 9 |
Böyrəklərin xronik xəstəliyi. Etiologiya, patogenez, klinika, diaqnostika və müalicəsi |
Nefrologiya-A.Y.Məmmədzadə,2018,134 s,səh 113-125 Comprehensive Clinical Nephrology-Richard J.Johnson, John Feehally,Jurgen Floege,2014,1299 p səh 903-942 |
2 |
|
Мövzu 10 |
Böyrək xəstəlikləri zamanı dərman preparatlarının istifadəsi. |
Comprehensive Clinical Nephrology-Richard J.Johnson, John Feehally,Jurgen Floege,2014,1299 p,səh 870-903 |
2 |