Bizi izləyin:
Heydər Əliyev
Bölmələrimiz
Elmi istiqamət və elmi araşdırmalar

Mövzunun adı :Simptomatik epilepsiyanın müxtəlif yaş dövrlərində xüsusiyyətlərinin öyrənilməsi.

Epilepsiya geniş yayılmış nevroloji xəstəliklərdən biri olmaqla, ürək-damar xəstəlikləri və şəkərli diabetdən sonra ümumi xəstəliklər arasında üçüncü yeri tutur. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, hazırda dünyada 50 milyondan artıq insan epilepsiyadan əziyyət çəkir. Bu səbəbdən epilepsiya qlobal səhiyyə problemlərindən biri hesab olunur və ona tibbi yardımın təkmilləşdirilməsi məqsədilə epidemioloji tədqiqatların aparılması xüsusi əhəmiyyət kəsb edir (ÜST, 2015; Hauser W.A., 2015).

Mövzunun aktuallığı: Epilepsiya geniş yayılmış nevroloji xəstəliklərdən biri olmaqla, ürək-damar xəstəlikləri və şəkərli diabetdən sonra ümumi xəstəliklər arasında üçüncü yeri tutur. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, hazırda dünyada 50 milyondan artıq insan epilepsiyadan əziyyət çəkir. Bu səbəbdən epilepsiya qlobal səhiyyə problemlərindən biri hesab olunur və ona tibbi yardımın təkmilləşdirilməsi məqsədilə epidemioloji tədqiqatların aparılması xüsusi əhəmiyyət kəsb edir (ÜST, 2015; Hauser W.A., 2015).

Epilepsiyanın gedişi və klinik təzahürləri müxtəlif etioloji amillər, yaş dövrü, cinsiyyət və irsi faktorlarla sıx əlaqəlidir. Xüsusilə simptomatik epilepsiya mərkəzi sinir sisteminin insultları, travmaları, infeksion və həcmli prosesləri, eləcə də uşaq serebral iflici fonunda daha tez-tez müşahidə olunur və əksər hallarda əlilliyə səbəb olur. Bu baxımdan simptomatik epilepsiyanın müxtəlif yaş dövrlərində epidemioloji və klinik xüsusiyyətlərinin öyrənilməsi aktual elmi və sosial əhəmiyyətə malikdir.

Azərbaycanda epilepsiyanın müxtəlif aspektləri üzrə aparılmış əvvəlki tədqiqatlar (2011–2020-ci illər) əsasən epidemioloji və etioloji istiqamətləri əhatə etmişdir. Bu tədqiqatların davamı olaraq, 2021–2025-ci illər üçün təsdiq olunmuş elmi iş çərçivəsində simptomatik epilepsiyanın yaşla əlaqəli xüsusiyyətlərinin kompleks şəkildə araşdırılması nəzərdə tutulmuşdur.

Məqsədi: Azərbaycanın müxtəlif regionlarında simptomatik epilepsiyanın müxtəlif yaş dövrlərində epidemioloji göstəricilərinin, xəstələrin klinik və sosial-ekonomik xüsusiyyətlərinin öyrənilməsi, eləcə də medikamentoz müalicənin optimallaşdırılması imkanlarının qiymətləndirilməsi

Elmi yenilik dərəcəsi: Azərbaycanda simptomatik epilepsiyanın müxtəlif yaş və cins qruplarında epidemioloji göstəriciləri müəyyən edilmişdir.

·  Epilepsiya sindromlarının və tutma növlərinin strukturu, fokal epilepsiyanın mümkün etioloji amilləri sistemli şəkildə öyrənilmişdir.

·  Xəstəliyin yayılma xüsusiyyətləri yaş və cins faktorları ilə əlaqələndirilmiş, klinik gediş fərqlilikləri təsbit olunmuşdur.

·  Medikamentoz müalicənin adekvatlığı, onun sindromal, nozoloji və klinik göstəricilərlə, eləcə də xəstələrin həyat keyfiyyəti ilə əlaqəsi qiymətləndirilmişdir.

·  Tədqiqat nəticəsində simptomatik epilepsiyanın diaqnostikası, müalicəsi və sosial adaptasiyası üçün elmi əsaslar yaradılmışdır.

Tətbiq sahəsi: Tədqiqat nəticələri əsasında insultlar, MSS infeksiyaları, travmalar, həcmli proseslər və uşaq serebral iflici zamanı yaranan epileptik tutmaların klinik xüsusiyyətləri və yaşla əlaqəli səciyyələri müəyyən edilir, daha effektiv medikamentoz müalicə yanaşmaları işlənib hazırlanır.

Səmərəlilik: Tədqiqatlar nəticəsində simptomatik epilepsiyanın erkən diaqnostikası, adekvat müalicəsi, epilepsiyalı xəstələrin sosial adaptasiyası və həyat keyfiyyətinin yaxşılaşdırılmasına yönəlmiş tibbi-sosial tədbirlər sisteminin formalaşdırılması mümkün olur.