Bizi izləyin:
Heydər Əliyev
Bölmələrimiz
Rezidentura / Doktorantura

Rezidentura

Stomatologiya fakültəsinin Ortodontiya kafedrasında 060948- “Ortodontiya” ixtisası üzrə rezidentura proqramı mövcuddur.

“Ortodontiya” ixtisası üzrə rezidentura proqramı diş-çənə sisteminin inkişaf və formalaşma pozğunluqlarının diaqnostikası, profilaktikası və müalicəsi sahəsində dərin nəzəri bilik və praktiki bacarıqların əldə edilməsinə yönəldilmişdir. Proqram çərçivəsində dişlərin və çənələrin anomaliyalarının etiologiyası və patogenezi, müasir ortodontik müalicə üsulları, sabit və çıxarılan ortodontik aparatların tətbiqi, eləcə də müalicə nəticələrinin qiymətləndirilməsi öyrənilir.

Rezidentura təhsili rezidentlərdə klinik düşüncə tərzinin formalaşdırılmasına, fərdi müalicə planlarının hazırlanmasına və multidissiplinar yanaşmanın tətbiqinə şərait yaradır. Ortodontiya ixtisası üzrə rezidentura diş-çənə anomaliyalarının erkən aşkarlanmasına, funksional və estetik problemlərin aradan qaldırılmasına, həmçinin pasiyentlərin ağız-diş sağlamlığının uzunmüddətli qorunmasına xidmət edir.

Ortodontiya kafedrasında Rezidentura səviyyəsinin 060948- «Ortodontiya» ixtisası üzrə Təhsil «Təhsil haqqında» Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq olunmuş «Ali təhsil pilləsinin dövlət standartı və proqramı» tələblərinə, «Rezidentura təhsilinin məzmunu və təşkili qaydaları”na və “Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisasların təsnifatına uyğun hazırlanmışdır.

Həkim-rezident dərin fundamental və kliniki peşə hazırlığı tələb edən müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya üsullarından istifadə etməklə əhaliyə ixtisaslaşmış stomatolojı yardımın göstərilməsinə xidmət edir.

 

Doktorantura

Ortodontiya kafedrasında 3226.01 Stomatologiya ixtisası üzrə doktorantura təhsili aparılır.