|
N |
Fakültələr |
Kurs |
Fənnlər |
Auditoriya saatları |
|
|
1 |
Stomatologiya |
IV |
Ortodontiya 1 |
Mühazirə |
Praktika |
|
10 |
80 |
||||
“Ortodontiya” fənni diş-çənə sisteminin inkişaf pozğunluqlarını, dişlərin və çənələrin düzgün olmayan yerləşməsini, eləcə də bu anomaliyaların diaqnostika, profilaktika və müalicə üsullarını öyrənir. Fənn ağız–çənə nahiyəsinin funksional və estetik harmoniyasının bərpasına yönəlmiş elmi və praktik bilikləri əhatə edir. Ortodontiya dişlərin düzgün düzülüşünün insanın ümumi sağlamlığına, nitqinə, çeynəmə funksiyasına və psixoloji rahatlığına təsirini araşdırır.
Fənn diş-çənə anomaliyalarının yaranma səbəblərini genetik, funksional və ekoloji aspektlərdən izah edir, bu problemlərin erkən aşkarlanması və qarşısının alınması yollarını öyrədir. Ortodontik müalicə metodları, aparat və texnologiyalar haqqında ətraflı məlumat verərək, onların klinik praktikada düzgün tətbiqini tələbələrə aşılamağı hədəfləyir.
Ortodontiya fənni stomatologiya sahəsində gələcək mütəxəssislərin formalaşmasında mühüm rol oynayır və tələbələri praktik fəaliyyətə hazırlamağa yönəldilmişdir. Fənnin əsas məqsədi funksional və estetik baxımdan sağlam diş-çənə sisteminin formalaşdırılması, pasiyentlərin həyat keyfiyyətinin yüksəldilməsi və uzunmüddətli ağız sağlamlığının qorunmasının təmin edilməsidir. Bu fənn diş-çənə inkişafı və ortodontik müalicə prosesləri haqqında dərin bilik əldə etməyə imkan verərək, gələcəyin stomatoloqlarına peşəkar fəaliyyətlərində yardımçı olacaqdır.
Təhsil pilləsi: Əsas (baza) ali tibb təhsili
İxtisas: Ortodontiya 1
Fənnin məqsədi:
IV kursda “Ortodontiya” fənninin birinci modulu üzrə tədrisinin əsas məqsədi baş və üzün skeletinin inkişafı, böyüməsi və formalaşması, üz-çənə nahiyəsinin anadangəlmə və qazanılmış xəstəliklərinin etiologiyası, patogenezi, diaqnostikası və klinikası haqqında əsas bilikləri əldə etməkdir.
Fənnin təlim nəticəsi:
- üz-çənə nahiyəsinin strukturunun və topoqrafiyasının yaşa bağlı xüsusiyyətləri və üz-çənə anomaliyalarının baş vermə səbəblərini;
- üz-çənə anomaliyalarının epidemiologiyası, etiologiyası və patogenezi, müasir təsnifatını;
- gips modellərin analiz üsullarını, frontal və yan proyeksiyalarda teleroentgenoqrammaların təhlilini, üzün yumşaq toxuma parametrlərinin qiymətləndirilməsini;
- diş-çənə anomaliyaların etioloji amillərinin təsnifatı və onların qarşısının alınması üçün ümumi profilaktik tədbirlərini;
- profilaktik, müalicəvi və retension ortodontik aparatların növləri və onların tətbiqi prinsiplərini;
- uşaqlarda diş sırası qüsurların protezləşdirilməsinə göstərişləri;
Fənnin məzmunu
Ortodontiya diş sıra anomaliyaları, əng-çənə sümüklərindəki anomaliya və deformasiyaların, funksiya pozulmalarının, gicgah-çənə oynağı patologiyalarının və anadangəlmə qüsurların müalicəsi ilə məşğul olur. Kurs tələbələri kraniofasiyal kompleksinin fizioilji böyüməsi, inkişafı və funksiyalarının əsas prinsipləri ilə tanış edir. Praktiki və mühazirə dərsləri daxil olmaqla 15 həftəlik tədris zamanı üz-çənə nahiyəsinin müxtəlif yaş dövrlərində anatomik və fizioloji xüsusiyyətləri, diş-çənə sisteminin anomaliyalarının etiologiyası və patogenezi, onların diaqnostikası və profilaktikası geniş şərh edilir. Kliniki müayinə üsulları ilə yanaşı tələbələr çənə modellərinin biometrik analizlərini, kəllənin 2 D frontal və lateral telerentgenoqrammasında xətti və bucaq parametrlərinin təhlilini öyrənirlər. Kurs materiallarına uşaq yaşlarında diş sırasının qüsurları zamanı protezlənmənin prinsipləri daxil olunub. Praktiki və laboratoriya dərslərində tələbələrə müxtəlif ortodontik aparatların elementlərinin hazırlanması və ortodontik müalicənin mərhələləri tədris olunur.
Fənnin tədrisi kliniki və tədris otaqlarında həyata keçirilir.tələbələrin hamısının işləyə biləcəyi pratik və tədris otaqları mövcuddur və konseptual olaraq fənnin mənimsənilməsində vacib rol oynayır.
Stomatoloq ixtisasının vacib bölmələrindən biridir. Həkimlik praktikasındaa gündəlik rast gələcəkləri xəstəliklərdir.
Tələbələr fənni mənimsəməklə öyrəndikləri nəzəri və praktiki bilikləri praktik səviyyədə və elmi araşdırma sahələrində istifadə edə biləcəklər. Fənni mənimsəmiş tələbələr dövlət və özəl tibb müəssələrində, hüquqi və fiziki şəxs qismində, həmçinin elmi-tədqiqat müəssisələrində çalışa bilərlər.
|
№ |
Mövzu (mühazirə) |
Saat |
|
1 |
"Ortodontiya" ixtisasına giriş. "Ortodontiyanın" inkişaf tarixi. Ortodontik yardımın təşkili. Normal okklüziya anlayışı. Üzün estetikası. |
2 |
|
2 |
Üz-kəllə kompleksinin böyüməsi və inkişafı. Kraniofasiyal kompleksin prenatal inkişafı Kraniofasiyal kompleksin postnatal inkişafı |
2 |
|
3 |
Diş-çənə anomaliyalarının etiologiyası. Fərdi dişlərin anomaliyaları. Dişləm anomaliyaları. |
2 |
|
4 |
Ortodontiyada müayinə və diaqnostika üsulları. |
2 |
|
5 |
Ortodontik müalicədə istifadə olunan aparatlar. Diş-çənə anomaliyalarının profilaktikası. |
2 |
|
№ |
Mövzu (praktik məşğələ) |
Saat |
|
1 |
Ortodontiya fənninin məqsəd və vəzifələri. |
2 |
|
2 |
Kəllə-üz nahiyəsinin böyüməsinin ümumi konsepsiyası. Sümük böyüməsinin əsas mexanizmləri. |
2 |
|
3 |
Kraniofasiyal inkişafın nəzəriyyələri. |
2 |
|
4 |
Diş-çənə sisteminin inkişafinin yaş xüsusiyyətləri. Müvəqqəti, qarişiq və daimi dişləmin morfo-funksional xarakteristikası |
2 |
|
5 |
Optimal okklüziya anlayışı. Okklüziyanın qiymətləndirilməsi. Andrews-a görə Optimal okklüziyanı xarakterizə edən 6 açar. |
2 |
|
6 |
Ortodontiyada stomatoqnatik sistemin funksiyaları və onların müayinəsi və qiymətləndirilməsi. |
2 |
|
7 |
Gicgah çənə oynağının funksional anatomiyası. Gicgah çənə oynağının müayinəsi. |
2 |
|
8 |
Diş-çənə anomaliyalarının təsnifatı (Angle, Devey, Simon). Diş-çənə anomaliyalarının ÜST təsnifatı |
2 |
|
9 |
Üz-çənə anomaliyalarının və deformasiyalarının etiologiyasının təsnifatı. |
2 |
|
10 |
Üz-kəllə nahiyəsinin anadangəlmə anomaliyaları. |
2 |
|
11 |
Uşaqlarda diş-cənə anomaliyalarının yaranmasına səbəb olan zərərli vərdişlər. |
2 |
|
12 |
Diş-çənə anomaliyalarının inkişafında stomatoqnatik funksiyaların pozulmasının rolu. |
2 |
|
13 |
Ortodontiyada klinik müayinə üsulları. Üzün və başın antropometrik diaqnostikası. |
2 |
|
14 |
Üz-kəllə nahiyəsinin yumşaq toxumalarının müayinəsi. |
2 |
|
15 |
Ortodontik xəstələrin fotometrik müayinə üsulları. |
2 |
|
16 |
Fotoşəkil texnikasına olan tələblər. Fotoşəkillərin analizi. |
2 |
|
17 |
Diş qövsünün diaqnositk modellərinin hazırlanması. Diş qövslərinin rəqəmsallaşdırılması. |
2 |
|
18 |
Daimi dişləm dövründə modellərin diaqnostik ölçülməsi. Diş qövsünün perimetrinin təhlili. |
2 |
|
19 |
Daimi dişləm dövründə modellərin diaqnostik ölçülməsi. Tonn təhlili, Pont təhlili, Linder Hart təhlili. |
2 |
|
20 |
Daimi dişləm dövründə modellərin diaqnostik ölçülməsi. Bolton təhlili. |
2 |
|
21 |
Qarışıq dişləm dövründə modellərin diaqnostik ölçülməsi. Nance təhlili ,Tanaka Johnston təhlili. |
2 |
|
22 |
Ortodontiyada rentgenoloji müayinə üsulları (ağızdaxili rentgenoqrafiya, panoram rentgenoqrafiya, konus-şüalı kompüter tomoqrafiyası). |
2 |
|
23 |
Ortodontiyada telerentgenoqrafiyanın tətbiqi. Sefalometrik nöqtələrin təyini. Sefalometriyada xətti və bucaq parametrləri. |
2 |
|
24 |
Kəllənin yan proyeksiyadan telerentgenoqrafiyası. Steiner təhlili. |
2 |
|
25 |
Kəllənin yan proyeksiyadan telerentgenoqrafiyası (McNamara təhlili). |
2 |
|
26 |
Kəllənin yan proyeksiyadan telerentgenoqrafiyası. Tweed təhlili. |
2 |
|
27 |
Kəllənin yan proyeksiyadan telerentgenoqrafiyası (Jarabak təhlili, Wits vahidi). |
2 |
|
28 |
Kəllənin ön-arxa proyeksiyadan telerentgenoqrafiyası (Grummons və Kappeyne van de Coppello təhlili). |
2 |
|
29 |
Ortodontik pasiyentin böyümə ve inkishaf mərhələlərinin rentgenoloji qiymətləndirilməsi. |
2 |
|
30 |
Ortodontik diş yerdəyişməsi zamanı dişdə və ərtaf toxumalarda yaranan dəyişikliklər. Ortodontik müalicə zamanı tətbiq olunan qüvvələr. |
2 |
|
31 |
Dişlərin yerdəyişməsinin biomexaniki əsasları. Dişlərin ortodontik yerdəyişmə növləri. |
2 |
|
32 |
Ortodontik aparatların təsnifatı (çıxan, sabit, profilaktik, müalicəvi, retension, mexaniki, funksional). |
2 |
|
33 |
Çıxan ortodontik aparatlar. Çıxan ortodontik aparatların komponentləri. Ortodontik aparatların hazırlanmasının laboratoriya mərhələləri. |
2 |
|
34 |
Sabit ortodontik aparatlar. Sabit ortodontik aparatların komponentləri. |
2 |
|
35 |
Funksional aparatlar. Funksional aparatların biomexanikası. Fränkel funksiya tənzimləyiciləri. |
2 |
|
36 |
Funksional aparatlar. Andresen-Haüpl aparatı (monoblok), Twin Blok aparatı, Herbst aparatı. |
2 |
|
37 |
Ağızxarici aparatlar (başlıq dartı aparatı (Headgear), üz maskası (Face Mask), çənəlik (Chin Cup). |
2 |
|
38 |
Uşağın müxtəlif inkişaf mərhələlərində aparılan profilaktik ortodontik tədbirlər |
2 |
|
39 |
Diş-cənə anomaliyalarının profilaktikasında cərrahi müdaxilə üsulları. Miogimnastika. |
2 |
|
40 |
Dayandırıcı ortodontiyda tətbiq edilən tədbirlər (dişlərin ardıcıl və planlı çıxarılması, yertutucuların istifadəsi, preortodontik treynerlərin istifadəsi). |
2 |