Bizi izləyin:
Heydər Əliyev
Ortodontiya 2 (Stomatologiya)
Bölmələrimiz
Ortodontiya 2 (Stomatologiya)

N

Fakültələr

Kurs

Fənnlər

Auditoriya saatları

1

Stomatologiya

V

Ortodontiya 2

Mühazirə

Praktika

10

80

 

Ortodontiya 2 (Stomatologiya)

“Ortodontiya” fənni diş-çənə sisteminin inkişaf pozğunluqlarını, dişlərin və çənələrin düzgün olmayan yerləşməsini, eləcə də bu anomaliyaların diaqnostika, profilaktika və müalicə üsullarını öyrənir. Fənn ağız–çənə nahiyəsinin funksional və estetik harmoniyasının bərpasına yönəlmiş elmi və praktik bilikləri əhatə edir. Ortodontiya dişlərin düzgün düzülüşünün insanın ümumi sağlamlığına, nitqinə, çeynəmə funksiyasına və psixoloji rahatlığına təsirini araşdırır.

Fənn diş-çənə anomaliyalarının yaranma səbəblərini genetik, funksional və ekoloji aspektlərdən izah edir, bu problemlərin erkən aşkarlanması və qarşısının alınması yollarını öyrədir. Ortodontik müalicə metodları, aparat və texnologiyalar haqqında ətraflı məlumat verərək, onların klinik praktikada düzgün tətbiqini tələbələrə aşılamağı hədəfləyir.

Ortodontiya fənni stomatologiya sahəsində gələcək mütəxəssislərin formalaşmasında mühüm rol oynayır və tələbələri praktik fəaliyyətə hazırlamağa yönəldilmişdir. Fənnin əsas məqsədi funksional və estetik baxımdan sağlam diş-çənə sisteminin formalaşdırılması, pasiyentlərin həyat keyfiyyətinin yüksəldilməsi və uzunmüddətli ağız sağlamlığının qorunmasının təmin edilməsidir. Bu fənn diş-çənə inkişafı və ortodontik müalicə prosesləri haqqında dərin bilik əldə etməyə imkan verərək, gələcəyin stomatoloqlarına peşəkar fəaliyyətlərində yardımçı olacaqdır.

Təhsil pilləsi:  Əsas (baza) ali tibb təhsili

İxtisas: Ortodontiya 2

Klinik təcrübənin məqsədi: V kursda “Ortodontiya” klinik təcrübənin ikinci modulu üzrə tədrisin əsas məqsədi tələbənin müxtəlif yaş dövrlərində diş anomaliyalarının müalicə və profilaktika üsullarını seçmək üçün praktiki bacarıqlara yiyələnmək, üz-çənə nahiyəsinin anadangəlmə və qazanılmış anomaliyalarınınm etiologiya, patogenezi, klinikası və müalicəsi haqqında ilkin biliklərin əldə edilməsidir.

 

Klinik təcrübənin təlim nəticəsi:

 üz-çənə anomaliyalarının təsnifatlarının qurulması prinsiplərini.

- sagittal, vertikal və transversal  anomaliyaları olan xəstələrin diaqnostikasının və müalicəsinin əsaslarını;

- sagittal, vertikal və transversal  istiqamətlərdə dişlərin hərəkət növlərini;

-ortodontik müalicədə istifadə olunan sabit ortodontik qövs tellərinin materialları və onların xüsusiyyətləri;

- profilaktik ortodontiyada aparılan müxtəlif üsullar və onların tətbiqinin hüdudları;

- düz qövs texnikası ilə müalicə zamanı Edgewise  texnika elementlərinin istifadəsinə göstərişlər;

- skelet  mənşəli diç-çənə anomaliyalarının təyini və onların cərrahi korreksiyası prinsipləri;

- yuxarı və aşağı dodaq yüyənlərinin plastik cərrahiyyəsi üçün əsas göstəricilər, dişlərin ardıcıl çəkilməsi, retensiyalı dişlərin taclarının  açılması .

 

Klinik təcrübənin məzmunu

Ortodontiya diş sıra anomaliyaları, əng-çənə sümüklərindəki anomaliya və deformasiyaların, funksiya pozulmalarının, gicgah-çənə oynağı patologiyalarının və anadangəlmə qüsurların müalicəsi ilə məşğul olur. Kurs tələbələri kraniofasiyal kompleksinin fizioilji  böyüməsi, inkişafı və funksiyalarının əsas prinsipləri ilə tanış edir. Praktiki və mühazirə dərsləri daxil olmaqla 15 həftəlik tədris zamanı üz-çənə nahiyəsinin müxtəlif yaş dövrlərində anatomik və fizioloji xüsusiyyətləri, diş-çənə sisteminin anomaliyalarının etiologiyası və patogenezi, onların diaqnostikası və profilaktikası geniş şərh edilir. Tələbələr üz-çənə  anomaliyalarının və deformasiyalarının müalicəsinin əsas prinsipləri və üsulları ilə tanış edilir. Ortodontik müalicə üçün yaşa bağlı göstərişlər və çənələrin böyüməsini dəyişdirmək üçün müxtəlif cihazların istifadəsi haqqında məlumatlar verilir.

Anadangəlmə dodaq və damaq yarığı olan uşaqların kompleks müalicəsində ortodont həkimin rolu ilə tanış edilir. Əsas ortodontik xəstəliklərin müalicəsinə fənlərarası  yanaşma öyrədilir.

Kurs materiallarına uşaq yaşlarında diş sırasının qüsurları zamanı protezlənmənin prinsipləri  daxil olunub.  Praktiki və laboratoriya dərslərində  tələbələrə müxtəlif ortodontik aparatların elementlərinin hazırlanması və ortodontik müalicənin mərhələləri tədris olunur.

Klinik təcrübə tədrisi kliniki və tədris otaqlarında həyata keçirilir.tələbələrin hamısının işləyə biləcəyi pratik və tədris otaqları mövcuddur və konseptual olaraq klinik təcrübənin mənimsənilməsində vacib rol oynayır.

Stomatoloq ixtisasının vacib bölmələrindən biridir. Həkimlik praktikasındaa gündəlik rast gələcəkləri xəstəliklərdir.

Tələbələr klinik təcrübəni mənimsəməklə öyrəndikləri nəzəri və praktiki bilikləri praktik səviyyədə və elmi araşdırma sahələrində istifadə edə biləcəklər. Klinik təcrübəni mənimsəmiş tələbələr dövlət və özəl tibb müəssələrində, hüquqi və fiziki şəxs qismində, həmçinin elmi-tədqiqat müəssisələrində çalışa bilərlər.

 

Mövzu (mühazirə)

Ədəbiyyat

Saat

1

Sabit ortodontik müalicə texnikaları.

Edgewise sistemi, sistemin fəlsəfəsi və elementləri. Düz qövs texnikası(Roth, MBT, Pitts və s. breket sistemləri). Lingual breket sistemləri. Müvəqqəti dayaq (ankraj) qurğuları (TAD).

R.Şadlinskaya “Ortodontiya. Təməl biliklər” , 2024. Z.İ.Qarayev, R.Q.Əliyeva, Z.H.Novruzov,  “Ortodontiya”, 2015. Ülgen m: ortodonti anomaliler, sefalometri, etioloji, büyüme ve gelişim, tanı.  T.C. Yeditepe ÜniversitesiYayınları, İstanbul, 2000.

N.Erverdi “Çağdaş ortodonti”, 2017

2

2

Dişlərin və diş qövsünün anomaliyalarının etiologiya, patogenez, diaqnostika, klinika və müalicəsi.

Anadangəlmə inkişaf qüsurlarının ortodontik müalicə prinsipləri. 

R.Şadlinskaya “Ortodontiya. Təməl biliklər” , 2024. Z.İ.Qarayev, R.Q.Əliyeva, Z.H.Novruzov,  “Ortodontiya”, 2015. Ülgen m: ortodonti anomaliler, sefalometri, etioloji, büyüme ve gelişim, tanı.  T.C. Yeditepe ÜniversitesiYayınları, İstanbul, 2000.

N.Erverdi “Çağdaş ortodonti”, 2017

2

3

Sagittal istiqamətində dişləm anomaliyalarının etiologiya, patogenez, diaqnostika, klinika və müalicəsi.

R.Şadlinskaya “Ortodontiya. Təməl biliklər” , 2024. Z.İ.Qarayev, R.Q.Əliyeva, Z.H.Novruzov,  “Ortodontiya”, 2015. Ülgen m: ortodonti anomaliler, sefalometri, etioloji, büyüme ve gelişim, tanı.  T.C. Yeditepe ÜniversitesiYayınları, İstanbul, 2000.

N.Erverdi “Çağdaş ortodonti”, 2017

2

4

Vertikal və transversal istiqamətdəki dişləm anomaliyalarının etiologiya, patogenez, diaqnostika, klinika və müalicəsi.

R.Şadlinskaya “Ortodontiya. Təməl biliklər” , 2024. Z.İ.Qarayev, R.Q.Əliyeva, Z.H.Novruzov,  “Ortodontiya”, 2015. Ülgen m: ortodonti anomaliler, sefalometri, etioloji, büyüme ve gelişim, tanı.  T.C. Yeditepe ÜniversitesiYayınları, İstanbul, 2000.

N.Erverdi “Çağdaş ortodonti”, 2017

2

5

Ortodontiya və ortoqnatik cərrahiyyə.

R.Şadlinskaya “Ortodontiya. Təməl biliklər” , 2024. Z.İ.Qarayev, R.Q.Əliyeva, Z.H.Novruzov,  “Ortodontiya”, 2015. Ülgen m: ortodonti anomaliler, sefalometri, etioloji, büyüme ve gelişim, tanı.  T.C. Yeditepe ÜniversitesiYayınları, İstanbul, 2000.

N.Erverdi “Çağdaş ortodonti”, 2017

2

 

 

Mövzu (praktik məşğələ)

Saat

1

Standart Edjuays texnikasının inkişafı

R.Şadlinskaya “Ortodontiya. Təməl biliklər , 2024. Z.İ.Qarayev, R.Q.Əliyeva, Z.H.Novruzov,  “Ortodontiya”2015,.

2

2

Standart Edjuays texnikası ilə müalicə prinsipləri

R.Şadlinskaya “Ortodontiya. Təməl biliklər” , 2024. Z.İ.Qarayev, R.Q.Əliyeva, Z.H.Novruzov,  “Ortodontiya”, 2015. Ülgen m: ortodonti anomaliler, sefalometri, etioloji, büyüme ve gelişim, tanı.  T.C. Yeditepe ÜniversitesiYayınları, İstanbul, 2000.

N.Erverdi “Çağdaş ortodonti”, 2017

2

3

Düz qövs simi texnikası. Breketlərin müxtəlif növləri

R.Şadlinskaya “Ortodontiya. Təməl biliklər” , 2024. Z.İ.Qarayev, R.Q.Əliyeva, Z.H.Novruzov,  “Ortodontiya”, N.Erverdi “Çağdaş ortodonti”, 2017

2

4

Breketlərin fiksasiyasının  xüsusiyyətləri.

Breketlərin birbaşa və dolayı fiksasiyası

R.Şadlinskaya “Ortodontiya. Təməl biliklər” , 2024. Z.İ.Qarayev, R.Q.Əliyeva, Z.H.Novruzov,  “Ortodontiya”, N.Erverdi “Çağdaş ortodonti”, 2017

2

5

Ortodontik qövslərin növləri. Ortodontik qövslərin materialı (Ni-Ti, CuNi-Ti, TMA, SS),  forma və en kəsiyinin diametri

R.Şadlinskaya “Ortodontiya. Təməl biliklər” , 2024. Z.İ.Qarayev, R.Q.Əliyeva, Z.H.Novruzov,  “Ortodontiya”, N.Erverdi “Çağdaş ortodonti”, 2017

2

6

Düz qövs simi texnikasında müalicə mərhələləri. Sıralanma, səviyyələmə, vestibulo-oral istiqamətdə yerdəyişmə.

R.Şadlinskaya “Ortodontiya. Təməl biliklər” , 2024. Z.İ.Qarayev, R.Q.Əliyeva, Z.H.Novruzov,  “Ortodontiya”, N.Erverdi “Çağdaş ortodonti”, 2017

2

7

Ortodontiyada dayaq (ankraj) vasitələri. Dayaq vasitələrinin müxtəlif növləri, uyğun daynaqlığın planlaşdırılması. R.Şadlinskaya “Ortodontiya. Təməl biliklər” , 2024. Z.İ.Qarayev, R.Q.Əliyeva, Z.H.Novruzov,  “Ortodontiya”, N.Erverdi “Çağdaş ortodonti”, 2017

2

8

Müvəqqəti dayaq qurğuları. Ortodontik mülicədə ortodontik implatların istifadəsi

N.Erverdi “Çağdaş ortodonti”, 2017

2

9

Ortodontik diaqnozun qoyulması. Diş-çənə anomaliyalarının ağırlıq dərəcəsinin dəyərləndirilməsinin ümumi prinsipləri

R.Şadlinskaya “Ortodontiya. Təməl biliklər”, 2024. Z.İ.Qarayev, R.Q.Əliyeva, Z.H.Novruzov,  “Ortodontiya”, 2015. Ülgen m: ortodonti anomaliler, sefalometri, etioloji, büyüme ve gelişim, tanı.  T.C. Yeditepe ÜniversitesiYayınları, İstanbul, 2000.

N.Erverdi “Çağdaş ortodonti”, 2017

2

10

Ortodontik müalicə planının hazırlanmasında diaqnositk modellərin biometrik hesablanması.Qarışıq və daimim  dişləmdə yer yer azlığı və artıqlığının analizi

R.Şadlinskaya “Ortodontiya. Təməl biliklər” , 2024. Z.İ.Qarayev, R.Q.Əliyeva, Z.H.Novruzov,  “Ortodontiya”, 2015.

2

11

Ortodontik müalicə planının hazırlanmasında sefalometrik təhlilin tətbiqi. Başın telerentgenoqrafiyasının (ön və yan proyeksiyada) şərhi

R.Şadlinskaya “Ortodontiya. Təməl biliklər” , 2024. Z.İ.Qarayev, R.Q.Əliyeva, Z.H.Novruzov,  “Ortodontiya”, 2015.

 

2

12

Diş qövsündə yer əldə etmək üçün müxtəlif ortodontik üsullar. Dişlərin kontakt səthlərinin minasının cilalanması (Interproximal Reduction). Dişlərin çıxarılması. Yuxarı azı dişlərinin distalizasiyası.

N.Erverdi “Çağdaş ortodonti”, 2017

2

13

Əngin  sürətli genişlənməsi. RME aparatların istifadəsi, SARPE üsulu.

N.Erverdi “Çağdaş ortodonti”, 2017

2

14

Dişlərin say anomaliyaları. Adentiya və komplektdən artıq dişlərin etiologiya, klinika və müalicəsi. Dişlərin çıxmasının ləngiməsinin etiologiya, klinika və müalicəsi.

R.Şadlinskaya “Ortodontiya. Təməl biliklər” , 2024. Z.İ.Qarayev, R.Q.Əliyeva, Z.H.Novruzov,  “Ortodontiya”, N.Erverdi “Çağdaş ortodonti”, 2017

2

15

Dişlərin yerləşməsi ilə bağlı olan anomaliyalar. Dişlərin vestibulyar və damaq istiqamətində yerləşməsinin   etiologiya, klinika və müalicəsi.

R.Şadlinskaya “Ortodontiya. Təməl biliklər” , 2024. Z.İ.Qarayev, R.Q.Əliyeva, Z.H.Novruzov,  “Ortodontiya”, N.Erverdi “Çağdaş ortodonti”, 2017

2

16

Dişlərin supraokkluziyası və infraokkluziyası. Dişlərin infraokkluziyasının və supraokkluziyasının etiologiya, klinika və müalicəsi.

R.Şadlinskaya “Ortodontiya. Təməl biliklər” , 2024. Z.İ.Qarayev, R.Q.Əliyeva, Z.H.Novruzov,  “Ortodontiya”, N.Erverdi “Çağdaş ortodonti”, 2017

2

17

Dişlərin transpozisiyası və rotasiyası. Dişlərin transpozisiyasının və rotasiyasının etiologiya, klinika və müalicəsi.

 

R.Şadlinskaya “Ortodontiya. Təməl biliklər” , 2024. Z.İ.Qarayev, R.Q.Əliyeva, Z.H.Novruzov,  “Ortodontiya”, N.Erverdi “Çağdaş ortodonti”, 2017

2

18

Dişlərin gömulməsi (impaksiya). Gömulmüş dişlərin etiologiya, klinika və müalicəsi.

 

N.Erverdi “Çağdaş ortodonti”, 2017

2

19

Gömulmüş (impakt) dişlərin  müalicəsi. Gömulmüş dişlərin cərrahi və ortodontik müalicəsinin prinsipləri.

 

N.Erverdi “Çağdaş ortodonti”, 2017

2

20

Diş sırası anomaliyaları zamanı boşluqların ortodontik müalicə ilə bağlanması. Diastema, tremlər, anadangəlmə və qazanılmış adentiyaların etiologiyası və müalicəsi.

 

R.Şadlinskaya “Ortodontiya. Təməl biliklər” , 2024. Z.İ.Qarayev, R.Q.Əliyeva, Z.H.Novruzov,  “Ortodontiya”, N.Erverdi “Çağdaş ortodonti”, 2017

2

21

Diş qövsünün  anomaliyaları. Diş qövsünün uzanmasının və qısalmasının  diaqnostikası, etiologiya, klinika və müalicəsi.

 

R.Şadlinskaya “Ortodontiya. Təməl biliklər” , 2024. Z.İ.Qarayev, R.Q.Əliyeva, Z.H.Novruzov,  “Ortodontiya”, N.Erverdi “Çağdaş ortodonti”, 2017

2

22

Üz-çənə nahiyyəsinin anadangəlmə inkişaf qüsurlarının ortodontik  müalicənin prinsipləri. Anadangılmə dodaq-damaq yarıqlarının etiologiya, patogenez, klinika və diaqnostikası.

 

R.Şadlinskaya “Ortodontiya. Təməl biliklər , 2024. N.Erverdi “Çağdaş ortodonti”, 2017

2

23

Sagittal dişləm anomaliyaları (II sinif - 1 yarım sinif ı). Böyümə və inkişaf dövründə II sinif - 1 yarım sinif dişləm anomaliyalarının diaqnostikası, etiologiyası, klinika və müalicəsi.

 

R.Şadlinskaya “Ortodontiya. Təməl biliklər” , 2024. Z.İ.Qarayev, R.Q.Əliyeva, Z.H.Novruzov,  “Ortodontiya”, N.Erverdi “Çağdaş ortodonti”, 2017 N.Erverdi “Çağdaş ortodonti”, 2017

2

24

Sagittal dişləm anomaliyaları (II sinif - 1 yarım sinif ı). Yetkin yaşlarda II sinif - 1 yarım sinif dişləm anomaliyalarının diaqnostikası, etiologiyası, klinika və müalicəsi.

. Z.İ.Qarayev, R.Q.Əliyeva, Z.H.Novruzov,  “Ortodontiya”, 2015. N.Erverdi “Çağdaş ortodonti”, 2017

2

25

Sagittal dişləm anomaliyaları (II sinif- 2 yarım sinif) . Böyümə və inkişaf dövründə  II sinif - 2 yarım sinif dişləm anomaliyalarının diaqnostika, etiologiyası, klinika və müalicəsi.

. Z.İ.Qarayev, R.Q.Əliyeva, Z.H.Novruzov,  “Ortodontiya”, 2015. N.Erverdi “Çağdaş ortodonti”, 2017

2

26

Sagittal dişləm anomaliyaları (II sinif- 2 yarım sinif) . Yetkin yaşlarda II sinif  - 2 yarım sinif dişləm anomaliyalarının diaqnostikası, etiologiyası, klinika və müalicəsi.

Z.İ.Qarayev, R.Q.Əliyeva, Z.H.Novruzov,  “Ortodontiya”, 2015. N.Erverdi “Çağdaş ortodonti”, 2017

2

27

Sagittal dişləm anomaliyaları (III sinif). Böyümə və inkişaf dövründə  III sinif  dişləm anomaliyalarının diaqnostikası, etiologiyası, klinika və müalicəsi.

Z.İ.Qarayev, R.Q.Əliyeva, Z.H.Novruzov,  “Ortodontiya”, 2015. N.Erverdi “Çağdaş ortodonti”, 2017

2

28

Sagittal dişləm anomaliyaları (III sinif). Yetkin yaşlarda III sinif  dişləm anomaliyalarının diaqnostikası, etiologiyası, klinika və müalicəsi.

Z.İ.Qarayev, R.Q.Əliyeva, Z.H.Novruzov,  “Ortodontiya”, 2015. N.Erverdi “Çağdaş ortodonti”, 2017

2

29

Vertikal dişləm anomaliyaları

(açıq dişləm ). Böyümə və inkişaf dövründə  açıq   dişləm anomaliyalarının diaqnostikası, etiologiyası, klinika və müalicəsi.

Z.İ.Qarayev, R.Q.Əliyeva, Z.H.Novruzov,  “Ortodontiya”, 2015. N.Erverdi “Çağdaş ortodonti”, 2017

2

30

Vertikal dişləm anomaliyaları

(açıq dişləm ). Yetkin yaşlarda  dövründə  açıq   dişləm anomaliyalarının diaqnostikası, etiologiyası, klinika və müalicəsi.

Z.İ.Qarayev, R.Q.Əliyeva, Z.H.Novruzov,  “Ortodontiya”, 2015. N.Erverdi “Çağdaş ortodonti”, 2017

2

31

Vertikal dişləm anomaliyaları

(dərin dişləm). Böyümə və inkişaf dövründə  dərin   dişləm anomaliyalarının diaqnostikası, etiologiyası, klinika və müalicəsi.

Z.İ.Qarayev, R.Q.Əliyeva, Z.H.Novruzov,  “Ortodontiya”, 2015. N.Erverdi “Çağdaş ortodonti”, 2017

2

32

Vertikal dişləm anomaliyaları

(dərin dişləm). Yetkin yaşlarda   dərin   dişləm anomaliyalarının diaqnostikası, etiologiyası, klinika və müalicəsi.

Z.İ.Qarayev, R.Q.Əliyeva, Z.H.Novruzov,  “Ortodontiya”, 2015. N.Erverdi “Çağdaş ortodonti”, 2017

2

33

Transversal dişləm anomaliyaları (çarpaz dişləm). Böyümə və inkişaf dövründə  çarpaz   dişləm anomaliyalarının diaqnostikası, etiologiyası, klinika və müalicəsi

Z.İ.Qarayev, R.Q.Əliyeva, Z.H.Novruzov,  “Ortodontiya”, 2015. N.Erverdi “Çağdaş ortodonti”, 2017

2

34

Transversal dişləm anomaliyaları (çarpaz dişləm) . Yetkin yaş  dövründə  çarpaz   dişləm anomaliyalarının diaqnostikası, etiologiyası, klinika və müalicəsi.

Z.İ.Qarayev, R.Q.Əliyeva, Z.H.Novruzov,  “Ortodontiya”, 2015. N.Erverdi “Çağdaş ortodonti”, 2017

2

35

Gicgah çənə oynağının disfunksiyaları (GÇO). GÇO disfunksiyalarının dişləm anomaliyaları ilə əlaqəsi. GÇO müalicəsinə multidisiplinar yanaşma.

R.Şadlinskaya “Ortodontiya. Təməl biliklər , 2024. N.Erverdi “Çağdaş ortodonti”, 2017

2

36

Diş-çənə anomaliyalarının müalicəsinin cərrahi prinsipləri. Ortodontik göstərişlə dişlərin çıxarılması.Kortikotomiya. Ortodontik müalicə məqsədi ilə kompresiyon-distraksiyon osteogenezin və periodontal cərrahiyyənin tətbiqi.

N.Erverdi “Çağdaş ortodonti”, 2017

2

37

Diş-çənə anomaliyalarının qarışıq: ortodontik və cərrahi müalicəsinə göstərişlər.

N.Erverdi “Çağdaş ortodonti”, 2017

2

38

Ortoqnatik cərrahiyəyə hazırlanan patsientlərin ortodontik müalicəsinin mərhələləri. Splintin hazırlanması.

N.Erverdi “Çağdaş ortodonti”, 2017

2

39

Ortodontiyada 3D kompüter modelləşdirilməsi və fərdi kappa (elayner) sistemləri. 3D modelləşdirmə ilə dişlərin yerdəyişməsinin planlanması. Elaynerlərin hazırlanması.

N.Erverdi “Çağdaş ortodonti”, 2017

2

40

Ortodontik müalicə bitdikdən sonra baş verən residivlər və onların qarşısının alınması. Retensiyon aparatların dizaynı və istifadə qaydaları Ortodontik müalicə zamanı yol verilən səhvlər və ağırlaşmalar.

N.Erverdi “Çağdaş ortodonti”, 2017

2