Kurs- IV / Fənlər -Məhkəmə təbabəti / Mühazirə- 10 saat / Praktika -35
Fənnin məqsədi: Tələbələrə ekspertizanın təyini, keçirilməsi, sənədləşdirilməsini nizamlayan normativ aktları və cinayət-prosessual qanunvericiliyini, məhkəmə-tibb ekspertizasının obyektlərini, ekspertizanın aparılmasının zəruriliyini öyrətmək, məhkəmə təbabətində qəbul olunmuş sxemə uyğun olaraq mexaniki xəsarətləri təsvir etmək, canlı şəxslərin və meyitlərin məhkəmə tibbi müayinəsini aparmaq, hadisə yerinin müayinə protokolunun tərtibində, bioloji xarakterli maddi sübutların axtarılıb, tapılıb, götürülməsində və qablaşdırılmasında, maddi sübutları müayinə edən ekspertlərin qarşısında qoyula bilən sualların tərtib edilməsində müstəntiqə kömək göstərmək bacarıqlarını qazandırmaqdır.
Fənnin təlim nəticəsi:
- istintaqı aparan şəxsin icazəsi olmadan təhqiqat və ya istintaq məlumatlarını yaymağa görə məsuliyyət
daşıması barədə xəbərdar olub həmin məlumatların yayılmasına yol vermir.
Fənnin məzmunu
Məhkəmə təbabəti sərbəst təbabət elmlərindən biri olub hüquq-mühafizə orqanlarının gündəlik təcrübəsində tez-tez rast gəldikləri tibbi və bioloji xarakterli məsələləri hüquq qanunları çərçivəsində aydınlaşdıran bir elmdir.
Məhkəmə təbabəti gündən-günə inkişaf edir və təkmilləşir. Məhkəmə təbabətinin inkişafına şübhəsiz təbabət elmlərinin başqa sahələrinin, hüquq elmlərinin inkişafı təsir etmişdir. Hüquq elmlərinin məhkəmə təbabəti qarşısında qoyduğu yeni və müxtəlif xarakterli məsələlər onların hərtərəfli müayinə aparılmasını tələb edir. Nəzəri və əməli məsələləri aydınlaşdırmaq üçün məhkəmə təbabəti tibb elminin yeniliklərindən istifadə edir. Bu elm məhkəmə kimyası, kriminalistika və cinayət hüququ elmləri ilə sıx əlaqədardır.
Məhkəmə-tibb müayinəsinin obyektləri dörddür: meyit, canlı şəxs, maddi sübutlar və istintaq işi sənədləri.
Meyitin müayinəsi, məhkəmə-tibb ekspertizasının ən çətin və ən mühüm hissəsidir. Zorakı və zorakı ölümə şübhə törədən ölüm hadisələrində meyit mütləq məhkəmə-tibb müayinəsindən keçirilir.
Canlı şəxslərin məhkəmə-tibb müayinəsi məhkəmə təbabətinin başqa obyektlərinə nisbətən miqdarca daha çox yer tutur. Canlı şəxslərin müayinəsinə səbəb çoxdur.
Cinayətin üstünün açılmasında, törədilmiş cinayətin cinayətkara sübut edilməsində maddi sübutlar böyük rol oynayır və məhkəmə-tibbi laboratoriyalarda insan orqanizminin ifrazatları və ya toxuma hissələrinə şübhə doğuran maddələr müəyyən edilir.
Məhkəmə-tibb ekspertizası obyektlərindən biri də istintaq işi materiallarıdır və bunlara istintaq eksperimenti, baxış və dindirmə protokolları, xəstəlik tarixi, başqa ekspertlərin rəyləri və s. aid edilir.
Azərbaycan Respublikasında qüvvədə olan milli qanunvericilik çərçivəsində müstəntiq tərəfindən hər bir həkim peşəsindən asılı olmayaraq mütəxəssis qismində meyitin tapıldığı yerdə müayinəsinə cəlb edilə bilər. Bu baxımdan tələbə məhkəmə təbabəti fənninin tədrisi zamanı yiyələndiyi bacarıqlara əsasən hadisə yerinin müayinə protokolunun tərtibində, bioloji xarakterli maddi sübutların axtarılıb, tapılıb, götürülməsində və qablaşdırılmasında, maddi sübutları müayinə edən ekspertlərin qarşısında qoyula bilən sualların tərtib edilməsində müstəntiqə kömək göstərmək qabiliyyətinə malik olmalıdır.
|
№ |
Mövzu (mühazirə) |
Ədəbiyyat |
Saat |
|
1 |
Məhkəmə təbabəti fənni və məhkəmə tibbi ekspertizasının məqsədi. Respublikada məhkəmə-tibbi ekspertizasının prosessual və təşkili əsasları. Məhkəmə-tibbi ekspertizasının əsasları. Ekspertizanın növləri, aparılma səbəbləri və təşkili. Məhkəmə-tibbi ekspertizasının müayinə obyektləri. |
1. M.O.Bunyatov “Məhkəmə təbabəti” Dərslik, I Bölmə, Bakı, 2010 2. M.O.Bunyatovun redaksiyası altında “Məhkəmə təbabəti” Milli rəhbərlik, I Bölmə, Bakı, 2022 3. Ş.M.Musayev “Məhkəmə təbabəti” Dərslik, I Bölmə, Bakı, 2005 4. “Dövlət məhkəmə ekspertizasının fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu. Bakı 1999 |
2 |
|
2 |
Məhkəmə-tibbi travmatologiya. Alətin növündən asılı olaraq mexaniki zədələnmələrin xüsusiyyəti. Nəqliyyat travmaları. Hündürlükdən düşmə zamanı aparılan məhkəmə-tibbi ekspertiza. İti alətlərlə zədələnmələr. Odlu silah zədələnmələri. Odlu silah zədələnmələrinin diaqnostikası. |
1. M.O.Bunyatov “Məhkəmə təbabəti” Dərslik, III Bölmə. Bakı, 2010 2. M.O.Bunyatovun redaksiyası altında “Məhkəmə təbabəti” Milli rəhbərlik, III Bölmə. Bakı,2022 3. Ş.M.Musayev “Məhkəmə təbabəti” Dərslik, III Bölmə. Bakı, 2005 4. R.M.Yusifli “Məhkəmə təbabətinin əsasları” Dərslik, IV Bölmə, Bakı, 2001 |
2 |
|
3 |
Məhkəmə-tibbi tanatologiya. Ölümün ilkin əlamətləri. İlkin və gecikmiş meyit əlamətləri: meyitin soyuması, quruması, qacıması, autoliz, meyit ləkələri, meyitin çürüməsi, yağmumlaşması, mumifikasiyası, torf aşılanması, meyitin heyvan və həşaratlar tərəfindən dağıdılması. |
1. M.O.Bunyatov “Məhkəmə təbabəti” Dərslik, II Bölmə, Bakı, 2010 2. M.O.Bunyatovun redaksiyası altında “Məhkəmə təbabəti” Milli rəhbərlik, II Bölmə, Bakı,2022 3. Ş.M.Musayev “Məhkəmə təbabəti” Dərslik, II Bölmə, Bakı, 2005 4. M.O.Bunyatov, Ü.S.Mikayılov “Meyit müayinəsinin məhkəmə-tibbi aspektləri”. Dərs vəsaiti, səh.9-43, Bakı 2015 |
2 |
|
4 |
Mexaniki asfiksiyalar. Onların klassifikasiyası. Asfiksiyanın həyati gedişi. Meyitdə asfiksiyanın əlamətləri. Mexaniki asfiksiyaların növləri. Fiziki faktorların təsirindən törənmiş zədələnmələr və ölüm. Aşağı temperaturun yerli və ümumi təsiri.Yüksək temperaturun yerli və ümumi təsiri. Texniki və təbii elektrik vurmanın təsiri. |
1. M.O.Bunyatov “Məhkəmə təbabəti” Dərslik, IV Bölmə. Bakı, 2010 2. M.O.Bunyatovun redaksiyası altında “Məhkəmə təbabəti” Milli rəhbərlik, IV Bölmə. Bakı, 2022 3. Ş.M.Musayev “Məhkəmə təbabəti” Dərslik, IV Bölmə. Bakı, 2005 4. R.M.Yusifli “Məhkəmə təbabətinin əsasları” Dərslik, IV Bölmə. Bakı, 2001 |
2 |
|
5 |
Məhkəmə-tibbi toksikologiya. Zəhərlərin təsiri şərtləri. Zəhərlənmələrin növləri. Alkohol və onun əvəzediciləri ilə zəhərlənmələr. Narkotik maddələrlə zəhərlənmələr. |
1. M.O.Bunyatov “Məhkəmə təbabəti” Dərslik, VI Bölmə. Bakı, 2010 2. M.O.Bunyatovun redaksiyası altında “Məhkəmə təbabəti” Milli rəhbərlik, VI Bölmə. Bakı, 2022 3. Ş.M.Musayev “Məhkəmə təbabəti” Dərslik, V Bölmə. Bakı, 2005 4. V.Q.Məmmədov “Məhkəmə təbabəti” Dərslik, Bakı, 2013 |
2 |
|
№ |
Mövzu (praktik məşğələ) |
Ədəbiyyat |
Saat |
|
1 |
Məhkəmə-tibb ekspertizası, məhkəmə-tibb ekspertizasının obyektləri və müayinə üsulları. İlkin, əlavə, təkrar məhkəmə-tibb ekspertizası. Məhkəmə- tibb eksperti və həkim ekspert. Ekspertin hüquq və vəzifələri, məsuliyyəti.
|
1. M.O.Bunyatov “Məhkəmə təbabəti” Dərslik, I Bölmə.Bakı, 2010 2. M.O.Bunyatovun redaksiyası altında “Məhkəmə təbabəti” Milli rəhbərlik, I Bölmə. Bakı,2022 3. Ş.M.Musayev “Məhkəmə təbabəti” Dərslik, I Bölmə.Bakı, 2005 4. “Dövlət məhkəmə ekspertizasının fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu. Bakı 1999 |
2 |
|
2 |
Canlı şəxslərin məhkəmə-tibb ekspertizası, səbəbləri, onun təşkili, aparılma qaydaları və sənədləşdirilməsi. Mübahisəli cinsi vəziyyətlərdə və cinsi cinayətlərdə aparılan məhkəmə-tibb ekspertizalar. Yaşın məhkəmə-tibbi təyini.
|
1. M.O.Bunyatov “Məhkəmə təbabəti” Dərslik, VII Bölmə. Bakı, 2010 2. M.O.Bunyatovun redaksiyası altında “Məhkəmə təbabəti” Milli rəhbərlik, VII Bölmə. Bakı, 2022 3. Ş.M.Musayev “Məhkəmə təbabəti” Dərslik, VI Bölmə. Bakı, 2005 4.“Cinsi cinayətlərin məhkəmə-tibbi ekspertizasına dair qaydaları”. Bakı 1999 |
2 |
|
3 |
Sağlamlığa zərər vurmanın məhkəmə-tibb ekspertizası. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində zağlamlığa zərər vurmaya dair maddələr.
|
1. M.O.Bunyatov “Məhkəmə təbabəti” Dərslik, VII Bölmə.Bakı, 2010 2. M.O.Bunyatovun redaksiyası altında “Məhkəmə təbabəti” Milli rəhbərlik, VII Bölmə. Bakı,2022 3. Ş.M.Musayev “Məhkəmə təbabəti” Dərslik, VI Bölmə.Bakı, 2005 4. “Sağlamlığa zərər vurmanın məhkəmə-tibbi ekspertiza qaydaları”. Bakı 2001 5. Azərbaycan Respublikası Cinayət Məcəlləsi. Bakı 2000 |
2 |
|
4 |
Məhkəmə-tibbi travmatologiya. Bərk küt əşyaların təsirindən törənən xəsarətlərin məhkəmə-tibbi ekspertizası. Hündürlükdən yıxılma zamanı əmələ gələn xəsarətlərin məhkəmə-tibbi ekspertizası. Nəqliyyat travmaları zamanı aparılan məhkəmə-tibbi ekspertiza.
|
1. M.O.Bunyatov “Məhkəmə təbabəti” Dərslik, III Bölmə.Bakı, 2010 2. M.O.Bunyatovun redaksiyası altında “Məhkəmə təbabəti” Milli rəhbərlik, III Bölmə. Bakı,2022 3. Ş.M.Musayev “Məhkəmə təbabəti” Dərslik, III Bölmə.Bakı, 2005
|
2 |
|
5 |
İti alətlər və odlu silahlarla zədələnmələr zamanı aparılan məhkəmə-tibbi ekspertizalar. |
1. M.O.Bunyatov “Məhkəmə təbabəti” Dərslik, III Bölmə.Bakı, 2010 2. M.O.Bunyatovun redaksiyası altında “Məhkəmə təbabəti” Milli rəhbərlik, III Bölmə. Bakı,2022 3. Ş.M.Musayev “Məhkəmə təbabəti” Dərslik, III Bölmə. Bakı, 2005
|
2 |
|
6 |
Mexaniki asfiksiyalar zamanı aparılan məhkəmə-tibbi ekspertizalar |
1. M.O.Bunyatov “Məhkəmə təbabəti” Dərslik, IV Bölmə.Bakı, 2010 2. M.O.Bunyatovun redaksiyası altında “Məhkəmə təbabəti” Milli rəhbərlik, IV Bölmə. Bakı,2022 3. Ş.M.Musayev “Məhkəmə təbabəti” Dərslik, IV Bölmə. Bakı, 2005 4. M.O.Bunyatov, E.İ.Ələkbərov, Z.M.Məmmədov “Məhkəmə-tibbi terminlərin tədris-məlumat lüğəti” Dərs vəsaiti, Bakı 2014.
|
2 |
|
7 |
Məhkəmə-tibbi tanatologiya. İlkin və gecikmiş meyit əlamətləri. Meyitin tapıldığı yerdə müayinəsi və sənədləşdirilməsi. |
1. M.O.Bunyatov “Məhkəmə təbabəti” Dərslik, II Bölmə.Bakı, 2010 2. M.O.Bunyatovun redaksiyası altında “Məhkəmə təbabəti” Milli rəhbərlik, II Bölmə. Bakı, 2022 3. Ş.M.Musayev “Məhkəmə təbabəti” Dərslik, II Bölmə.Bakı, 2005 4. R.M.Yusifli “Məhkəmə təbabətinin əsasları” Dərslik, II Bölmə Bakı, 2001
|
2 |
|
8 |
Meyitlərin məhkəmə-tibbi ekspertizasının (müayinəsinin) səbəbləri, keçirilmə qaydaları. |
1. M.O.Bunyatov “Məhkəmə təbabəti” Dərslik, II Bölmə, Bakı, 2010 2. M.O.Bunyatovun redaksiyası altında “Məhkəmə təbabəti” Milli rəhbərlik, II Bölmə, Bakı, 2022 3. Ş.M.Musayev “Məhkəmə təbabəti” Dərslik, II Bölmə Bakı, 2005 4. R.M.Yusifli “Məhkəmə təbabətinin əsasları” Dərslik, II Bölmə Bakı, 2001 5. M.O.Bunyatov, Ü.S.Mikayılov “Meyit müayinəsinin məhkəmə-tibbi aspektləri”. Dərs vəsaiti, səh. 61-68, Bakı 2015
|
2 |
|
9 |
Meyitlərin müayinə texnikası. |
1. M.O.Bunyatov “Məhkəmə təbabəti” Dərslik, II Bölmə, Bakı, 2010 2. M.O.Bunyatovun redaksiyası altında “Məhkəmə təbabəti” Milli rəhbərlik, II Bölmə , Bakı, 2022 3. Ş.M.Musayev “Məhkəmə təbabəti” Dərslik, II Bölmə, Bakı, 2005 4. M.O.Bunyatov, Ü.S.Mikayılov “Meyit müayinəsinin məhkəmə-tibbi aspektləri”. Dərs vəsaiti, səh. 102-107, Bakı 2015
|
2 |
|
10 |
Meyitin məhkəmə-tibbi ekspertizasının (müayinəsinin) sənədləşdirilməsi |
1. M.O.Bunyatov “Məhkəmə təbabəti” Dərslik, II Bölmə Bakı, 2010 2. M.O.Bunyatovun redaksiyası altında “Məhkəmə təbabəti” Milli rəhbərlik, II Bölmə, Bakı, 2022 3. Ş.M.Musayev “Məhkəmə təbabəti” Dərslik, II Bölmə Bakı, 2005 4. M.O.Bunyatov, Ü.S.Mikayılov “Meyit müayinəsinin məhkəmə-tibbi aspektləri”. Dərs vəsaiti, səh. 94-102, Bakı 2015
|
2 |
|
11 |
Naməlum, parçalanmış, skeletləşmiş meyitlərin müayinə xüsusiyyətləri. Ekshumasiya. |
1. M.O.Bunyatov “Məhkəmə təbabəti” Dərslik, II Bölmə, Bakı, 2010 2. M.O.Bunyatovun redaksiyası altında “Məhkəmə təbabəti” Milli rəhbərlik, II Bölmə, Bakı, 2022 3. Ş.M.Musayev “Məhkəmə təbabəti” Dərslik, II Bölmə, Bakı, 2005 4. M.O.Bunyatov, Ü.S.Mikayılov “Meyit müayinəsinin məhkəmə-tibbi aspektləri”. Dərs vəsaiti, səh. 108-109, Bakı 2015
|
2 |
|
12 |
Yüksək və aşağı temperaturun təsirindən baş vermiş ölüm hallarında meyitlərin məhkəmə-tibbi ekspertizası. |
1. M.O.Bunyatov “Məhkəmə təbabəti” Dərslik, V Bölmə,Bakı, 2010 2. M.O.Bunyatovun redaksiyası altında “Məhkəmə təbabəti” Milli rəhbərlik, V Bölmə, Bakı, 2022 3. Ş.M.Musayev “Məhkəmə təbabəti” Dərslik, IV Bölmə,Bakı, 2005 4. M.O.Bunyatov, E.İ.Ələkbərov, Z.M.Məmmədov “Məhkəmə-tibbi terminlərin tədris-məlumat lüğəti” Dərs vəsaiti, Bakı 2014. |
2 |
|
13 |
Müxtəlif fiziki faktorların (elektrik cərəyanı, barometrik təzyiq, şüa enerjisi) təsirindən əmələ gələn xəsarətlər zamanı aparılan məhkəmə-tibbi ekspertiza. |
1. M.O.Bunyatov “Məhkəmə təbabəti” Dərslik, V Bölmə, Bakı, 2010 2. M.O.Bunyatovun redaksiyası altında “Məhkəmə təbabəti” Milli rəhbərlik, V Bölmə, Bakı, 2022 3. Ş.M.Musayev “Məhkəmə təbabəti” Dərslik, IV Bölmə Bakı, 2005 4. M.O.Bunyatov, E.İ.Ələkbərov, Z.M.Məmmədov “Məhkəmə-tibbi terminlərin tədris-məlumat lüğəti” Dərs vəsaiti, Bakı 2014. |
2 |
|
14 |
Zəhərlənmələrə şübhə olan hallarda meyitlərin məhkəmə-tibbi ekspertizası. |
1. M.O.Bunyatov “Məhkəmə təbabəti” Dərslik, V Bölmə, Bakı, 2010 2. M.O.Bunyatovun redaksiyası altında “Məhkəmə təbabəti” Milli rəhbərlik, V Bölmə, Bakı, 2022 3. Ş.M.Musayev “Məhkəmə təbabəti” Dərslik, V Bölmə, Bakı, 2005 |
2 |
|
15 |
Yeni doğulmuş uşaq meyitlərinin məhkəmə-tibbi ekspertizası. |
1. M.O.Bunyatov “Məhkəmə təbabəti” Dərslik, II Bölmə, Bakı, 2010 2. M.O.Bunyatovun redaksiyası altında “Məhkəmə təbabəti” Milli rəhbərlik, II Bölmə, Bakı, 2022 3. Ş.M.Musayev “Məhkəmə təbabəti” Dərslik, II Bölmə, Bakı, 2005 4. A.A.Xanməmmədova, Z.M.Məmmədov “Yenidoğulmuş uşaq meyitlərinin məhkəmə-tibbi ekspertizası. Metodik işləmə, Bakı 1998. |
2 |
|
16 |
Tibb işçilərinin peşə sahəsindəki qanunsuz hərəkətləri zamanı aparılan məhkəmə-tibbi ekspertiza |
1. M.O.Bunyatov “Məhkəmə təbabəti” Dərslik, I Bölmə, Bakı, 2010 2. M.O.Bunyatovun redaksiyası altında “Məhkəmə təbabəti” Milli rəhbərlik, I Bölmə, Bakı, 2022 3. Ş.M.Musayev “Məhkəmə təbabəti” Dərslik, I Bölmə, Bakı, 2005 |
2 |
|
17 |
Maddi sübutların məhkəmə-tibbi ekspertizası. Qan və qana şübhə törədən ləkələrin müayinəsi. Molekulyar-genetik ekspert tədqiqatı. |
1. M.O.Bunyatov “Məhkəmə təbabəti” Dərslik, VIII Bölmə Bakı, 2010 2. M.O.Bunyatovun redaksiyası altında “Məhkəmə təbabəti” Milli rəhbərlik, VIII Bölmə, Bakı, 2022 3. Ş.M.Musayev “Məhkəmə təbabəti” Dərslik, VII Bölmə Bakı, 2005 4. R.M.Yusifli “Məhkəmə təbabətinin əsasları” Dərslik, VIII Bölmə Bakı, 2001 |
2 |
|
18 |
Digər bioloji obyektlərin (sperma, tüklər, ağız suyu və s.) məhkəmə-tibbi ekspertizası. |
1. M.O.Bunyatov “Məhkəmə təbabəti” Dərslik, VIII Bölmə Bakı, 2010 2. M.O.Bunyatovun redaksiyası altında “Məhkəmə təbabəti” Milli rəhbərlik, VIII Bölmə, Bakı, 2022 3. Ş.M.Musayev “Məhkəmə təbabəti” Dərslik, VII Bölmə Bakı, 2005 4. R.M.Yusifli “Məhkəmə təbabətinin əsasları” Dərslik, VIII Bölmə Bakı, 2001 |
1 |
Tədris və öyrənmə metodları
|
Qiymətləndirmə üsulları |
Qiymət (bal) |
|
Semestr sonu imtahan |
50 |
|
Cari qiymətləndirmə (kollokvium) |
30 |
|
Davamiyyətə görə qiymətləndirmə |
10 |
|
Sərbəst iş |
10 |
Qiymətlərin dəyərləndirilməsi
|
Hərf işarələri |
Bal |
Qiymətin açıqlaması |
|
A |
91-100 |
“Əla” |
|
B |
81-90 |
“Çox yaxşı” |
|
C |
71-80 |
“Yaxşı” |
|
D |
61-70 |
“Kafi” |
|
E |
57-60 |
“Qənaət bəxş” |
|
F |
0-50 |
“Qeyri kafi” |
Hər bir layihə işinin aşağıda göstərildiyi kimi qiymətləndirmə sistemi olmalıdır.
İki layihə işi verilirsə, hər birinin öz qiymətləndimə sistemi və müəyyən edilmiş meyarların balı olmalıdır.
10 ballıq sistem olduğundan qiymətləndirilən layihə işinin hər biri 5 ballıq sistemdən ibarət olmalıdır.
Layihə
Yazılma forması
Mövzular
1. Məhkəmə-tibbi travmatologiya
Məhkəmə təbabəti fənninin əsas bölmələrindən birini xəsarətlər haqqında olan elm – məhkəmə-tibbi travmatologiya təşkil edir. Zədələnmələr, xəsarətlər insan həyatında çox tez-tez təsadüf olunur. Travmatologiyanın əhatə dairəsi çox geniş olduğundan bu elmlə təkcə travmatoloqlar deyil, həmçinin neyrocərrahlar, oftalmoloqlar, stomatoloqlar, səhiyyənin təşkili işi ilə məşğul olan mütəxəssislər və s. məşğul olurlar. Məhkəmə-tibb ekspertləri də travmatologiya elmini dərindən öyrənirlər. Travmalar və ümumiyyətlə mexaniki təsirdən baş verən zədələnmələr zorakı ölümün ən çox rast gəlinən səbəbidir.
2. Kəskin oksigen çatışmamazlığından baş verən
ölüm halları və sağlamlığın pozulması
Hipoksik vəziyyətin və ya halın öyrənilməsi nəzəri və praktik təbabətin, həmçinin məhkəmə təbabətinin və onun praktikasını təşkil edən məhkəmə-tibb ekspertizasının əsas problemlərindən biridir. Məhkəmə təbabətindən xarici mühit faktorlarının təsiri nəticəsində əmələ gələn və mexaniki asfiksiya adlandırılmış kəskin oksigen çatışmamazlığı formaları daha çox əhəmiyyət kəsb edir. Əgər insan orqanizminə nəfəs alma zamanı kifayət qədər oksigen daxil olmursa, oksigen çatışmamazlığı əmələ gəlir və bu da sağlamlığın bu və ya digər dərəcədə pozulmasına və sonda ölümə səbəb ola bilər.
3. Məhkəmə-tibbi tanatologiya və meyitin
məhkəmə-tibb ekspertizası
Ölüm bütün canlı varlıqların qaçılmaz və qanunauyğun sonluğudur. Həyatın əsasını orqanizmdə gedən maddələr mübadiləsi prosesi təşkil edir və bu mübadilə proseslərinin hər hansı bir səbəbdən dayanması və ya kəskin pozulması ölümü xarakterizə edən əsas amildir. Ölümün baş vermə prosesi, ölüm və onun səbəbləri, mexanizmi, ölümdən dəyişiklikləri öyrənən elmə tanatologiya deyilir. Tanatologiya nəzəri və praktiki təbabətin bir sahəsidir.
Məhkəmə təbabəti baxımından tanatologiya insan öləndən sonra meyitdə baş verən ilkin dəyişikliklərdən başlayaraq meyitin dağılmasına qədər olan bütün prosesləri öyrənir.
4. Hadisə yerinin müayinəsində mütəxəssis həkimin vəzifələri
Hadisə yeri dedikdə hər hansı bir cinayət hadisəsi (qətl, bədən xəsarətlərinin yetirilməsi, zorlama, oğurluq və s.) və ya fövqəladə hadisə baş verdiyi yer nəzərdə tutulur. Hadisə yerinə baxış tez-tez təsadüf edilən vacib istintaq əməliyyatlarından biridir. Hadisə yerinin müayinəsi cinayət izlərini, maddi sübutları, hadisənin baş vermə şəraitini və digər məsələlərin aşkarlanması məqsədi ilə həyata keçirilir. Azərbaycan Respublikasında hadisə yerinin müayinəsi CPM-nin 236-cı maddəsinin tələblərinə uyğun aparılır. Hadisə yerinin müayinəsinə müstəntiq yüksək ixtisaslı mütəxəssisləri cəlb edir. Əgər hadisə yerinin müayinəsində meyit tapılarsa, bu zaman müstəntiq məhkəmə təbabəti sahəsində mütəxəssis həkimi, onun iştirakı mümkün olmadıqda isə digər sahənin həkimini işə cəlb edə bilər.
Layihə işlərinin qiymətləndirmə şkalası
|
Meyar |
Üzərində işləməli |
Fikiri inkişaf etdirməlı |
Kafi |
Yaxşı |
Əla |
|
Məlumatların aktuallığı və keyfiyyəti |
Mövzunu əhatə etmir. Məlumatda mühüm nöqsanlar. Məlumatların ciddi şəkildə yanlış təsviri. 1–3 bal |
Mövzunun bəzi hissələrini əhatə edir. Məlumatda bəzi əsas nöqsanlar və məlumatların yanlış təsviri. 4–5 bal |
Mövzunu əhatə edir. Məlumatda bəzi kiçik nöqsanlar var. Məlumatlar əsasən düzgün şərh olunur. 6–7 bal |
Mövzunun əsas aspektlərinə toxunur. Məlumatda bir neçə boşluq. Məlumatlar yaxşı şərh olunur. 8 – 9 bal |
Mövzunun bütün aspektlərini hərtərəfli əhatə edir. Bütün müvafiq məlumatlar tapşırığa daxil edilmişdir. Məlumatlar yaxşı təhlil edilir və düzgün şərh olunur. 10 bal |
|
Analiz və əsaslandırma |
Əsaslandırmada ciddi səhvlər var. Analizçox zəifdir və ya yoxdur. Orijinal müşahidələr yoxdur. 1 – 4 bal |
Əsaslandırmada bəzi səhvlər var. Zəif analizaparılıb. Az sayda orijinal müşahidə mövcuddur. 5 bal |
Verilənlərin/məlumatların güclü və zəif tərəflərini əsaslandırır. Analizəsaslıdırvə bəzi sübutlarla dəstəklənir. Bəzi orijinal müşahidələr qeyd edilir. 6 – 7 bal |
Analizyaxşı əsaslandırılıb və bir neçə müvafiq sübutlarla dəstəklənir. Yaxşı sintez edilmişdir və ardıcıl arqument və sübutlar mövcuddur. Yeni müşahidələr və orijinal düşüncə nümayış edir . 8 – 9 bal |
Sübut və arqumentlər geniş istifadə edilib, tənqidi qiymətləndirilib. Güclü, vahidarqument sübutlarla dəstəklənir. Orijinal və yeni müşahidələr nümayış edir. 10 bal |
|
İşin strukturu və təqdimatı |
Tapşırıq strukturlaşdırılmamış və ya əsasən siyahılarla çox strukturlaşdırılmışdır. Giriş, bölmələr və nəticə yoxdur və ya qeyri-müəyyəndir. İnformasiya zəif təşkil olunub və məntiqi şəkildə qurulmamışdır. 1 – 4 bal |
Tapşırıq müəyyən struktura malikdir. Giriş, bölmələr və nəticə bir-birindən ayrılıb. Bəzi məlumatlar zəif təşkil olunub, məntiqi şəkildə qurulmuş fikirlər azdır. 5 bal |
Tapşırıq strukturu ümumiyyətlə yaxşıdır. Giriş, bölmələr və nəticə bir-birindən ayrılıb. Məlumatların əksəriyyəti yaxşı təqdim edilib və ümumiyyətlə məntiqlidir. 6 – 7 bal |
Tapşırıq yaxşı quruluşa malikdir. Aydın giriş, bölmələr və nəticə mövcuddur. Məlumat yaxşı təqdim edilibvə məntiqlidir. 8 – 9 bal |
Tapşırıq çox yaxşı qurulmuşdur. Aydın və yaxşı təşkil olunmuş giriş, bölmələr və nəticə izlənilir. Tapşırığın strukuru məntiqlidir. Nəşr edilmiş əsərə bənzəyir. 10 bal |
|
Ədəbiyyatın tədqiqi və istifadəsi |
Çox az (<4) mənbə və istinadlar istifadə edilmişdir. Material yalnız bir mənbədən əldə edilir (məsələn, vebsaytlar, dərsliklər). Tənqidi yanaşma olmadan yalnız məlumat verilib.
1 – 4 bal |
İstifadə olunan az sayda (4-5) mənbə var. Material məhdud sayda mənbəni əhatə edir.
5 bal |
İstifadə olunan orta (6-9) sayda mənbə var. İstifadə olunan mənbələr növündə bəzi müxtəlifliklər qeyd edilir, xüsusən də resenziyalı jurnallardan məqalələr var.
6 – 7 bal |
Kifayət qədər çox mənbələr istifadə edilmişdir (10-11). İstinadlar müxtəlif mənbələrdən gəlir.
8 – 9 bal |
Çoxlu sayda mənbə var (11>). Saytlar, məqalələr, hökumət hesabatları, dərsliklər və s. daxil olmaqla çoxlu sayda istinadlardan istifadə olunur. Tənqidi yanaşma nümayiş edir. 10 bal |
|
İstinadlar |
Digər müəlliflərin məlumatlarının hissəvi istifadəsi (plagiat). İstinad üslubu çox zəifdir.
1 – 4 bal |
Bəzi mənbələr qəbul olunur. İstinad üslubu zəifdir.
5 bal |
Mənbələr tanınır. İstinad tərzi düzgündür.
6 – 7 bal |
Mənbələr tanınır və istinad üslubundan yaxşı istifadə olunur.
8 – 9 bal
|
Bütün mənbələr tanınır, istinad üslübü tamamilə düzdür. 10 bal |
|
% göstəricisi |
50%-dan az |
50-59% |
60-70% |
80-90% |
100% |
|
Yekun bal |
Yekun balın orta qiymətinin hesablanması |
Yekun balın orta qiymətinin hesablanması |
Yekun balın orta qiymətinin hesablanması |
Yekun balın orta qiymətinin hesablanması |
Yekun balın orta qiymətinin hesablanması |
Layihə işlərinin qiymətindən Təqdimatın bacarığının balı çıxılır. Bununla da Yekun bal hesablanır.
Təqdimatın (presentasiyanın) qiymətləndirilmə matriksi
|
Meyar |
ƏLA |
Yaxşı |
Orta (Kafi, qənaətbəxş) |
Zəif (qeyri-qənaətbəxş) |
|
Məzmun: Mövzuya aiddir, ətraflı və dəqiqdir |
Məzmun mövzunu tam əhatə edir. Müzakirəyə çıxarılan mülahizələr bütün hallarda faktlaraəsaslanır. 0 |
Məzmun mövzunu demək olar ki, tam əhatə edir. Müzakirəyə çıxarılan mülahizələr əksər hallarda faktlara əsaslanır. 1 |
Məzmun mövzunun əsas məğzini əhatə edir. Müzakirəyə çıxarılan bir çox mülahizələr faktlara əsaslanmır. 2 |
Məzmun mövzunun əsas məğzini çox az əhatə edir. Müzakirəyə çıxarılan əksər mülahizələr faktlara əsaslanmır (tələbənin öz fikirləridir) 3 |
|
Bilik: Mövzu üzrə biliyini nümayiş etdirir |
Mövzu ilə bağlı hərtərəfli bilik nümayiş etdirdi. Mövzunun mənimsənilməsini nümayiş etdirmək üçün əlavə qiymətləndirici sualları cavablandırır. 0 |
Mövzu ilə bağlı kifayət qədər bilik nümayiş etdirdi. Mövzunun mənimsənilməsini nümayiş etdirmək üçün əlavə qiymətləndirici sualları qismən cavablandırır. 1 |
Mövzu ilə bağlı qənaətbəxş bilik nümayiş etdirdi. Mövzunun mənimsənilməsini nümayiş etdirmək üçün əlavə qiymətləndirici suallarıçox az cavablandırır. 2 |
Mövzu ilə bağlı çox az (qeyri-qənaətbəxş) bilik nümayiş etdirdi. Mövzunun mənimsənilməsini nümayiş etdirmək üçün əlavə qiymətləndirici sualları cavablandırmır. 3 |
|
Duruş/Göz təması/Maner: Uyğun duruş və effektiv göz təması |
Uyğun duruş və tam özünə inamlatəqdimat edir. Yerdəyişmə, ifrat dərəcədə jestikulyasiya və digər əsəbi davranışlardan çəkinir. Dinləyicilərlə göz təması qurur. 0 |
Təqdimatın çox hissəsi ərzində düz dayanır və tam özünə inamlatəqdimat edir.Təqdimat zamanı dəfələrlə göz təması qurur.
1 |
Təqdimat zamanı bəzən sarsılır, yerində tərpənir və ya narahat görünür. Bir və ya iki dinləyici ilə göz təması qurur.
2 |
Duruş uyğun deyil. Yerdəyişmə, ifrat dərəcədə jestikulyasiyavə digər əsəbi davranışlar gözə çarpır. Dinləyicilərlə demək olar ki, göz təması qurmur. 3 |
|
Həvəsli olması: Enerjili, inamlı, həyəcansız |
Təqdimat zamanı həvəsli və inamlı görünürdü. Dinləyicilərintam diqqətini və marağını oyada bildi. 0 |
Təqdimat zamanı kifayət qədər həvəsli və inamlı görünürdü. Dinləyicilərin əsasən diqqətini və marağını oyada bildi. 1 |
Təqdimat zamanı mövzu ilə əlaqəli az həvəsli və az inamlı görünürdü. Bir və ya bir neçə dəfə auditoriyanı cəlb etmək üçün davranışı dəyişdirməyə çalışdı. Bəzi dinləyicilərin diqqətini və marağını itirdi. 2 |
Mövzu ilə bağlı çox az həvəs göstərdi və ya heç həvəs göstərmədi. Auditoriyanı cəlb etmək üçün davranışı dəyişdirməyə çalışmadı. Dinləyicilərin diqqətini və marağını itirdi. 3 |
|
Auditoriya: Auditoriya ilə əlaqə |
Təqdimat zamanı nitq, danışıq tərzi və səs hündürlüyü tam düzgün qurulub. Dinləyici rəyinə əsaslanan moderativ danışıq tərzi nümayiş edir. Dinləyicilərin suallarını və şərhlərini tam sakit və fəsahətli cavablandırır. 0 |
Təqdimat zamanı nitq və danışıq tərzi əsasən düzgün qurulub. Dinləyici rəyinə əsaslanan kifayət qədər moderativ danışıq tərzi nümayış etdirir. Dinləyicilərin suallarını və şərhlərini əsasən cavablandırır. 1 |
Təqdimat zamanı nitq və danışıq tərzi qisməntənzimlənib. Dinləyicilər tələb etdikdə daha yüksək səslə danışır. Dinləyicilərin suallarını və şərhlərini qismən cavablandırır.
2 |
Təqdimat zamanı səs hündürlüyünü və danışıq tərzini tənzimləmədi. Dinləyicilərin suallarını və şərhlərini cavablandıra bilmədi.
3 |
|
Vaxt: Müvafiq tempdə danışır |
Mükəmməl vaxt tənzimlənməsi və danışıq tempi 0 |
Düzgün vaxt tənzimlənməsi və danışıq tempi 1 |
Çox qısa və ya çox uzuntəqdimat müddəti 2 |
Düzgün tənzimlənməyən təqdimat müddəti 3 |