Bizi izləyin:
Heydər Əliyev
Məhkəmə təbabəti (Stomotologiya fakültəsi)
Bölmələrimiz
Məhkəmə təbabəti (Stomotologiya fakültəsi)

Kurs- V / Fənlər -Məhkəmə təbabəti / Mühazirə- 4 saat / Praktika -26 saat

Fənnin məqsədi: Tələbələrə ekspertizanın təyini, keçirilməsi, sənədləşdirilməsini nizamlayan normativ aktları və cinayət-prosessual qanunvericiliyini, məhkəmə-tibb ekspertizasının obyektlərini, ekspertizanın aparılmasının zəruriliyini öyrətmək, məhkəmə təbabətində qəbul olunmuş sxemə uyğun olaraq mexaniki xəsarətləri təsvir etmək, hadisə yerinin müayinə protokolunun tərtibində, bioloji xarakterli maddi sübutların axtarılıb, tapılıb, götürülməsində və qablaşdırılmasında, maddi sübutları müayinə edən ekspertlərin qarşısında qoyula bilən sualların tərtib edilməsində müstəntiqə kömək göstərmək bacarıqlarını qazandırmaqdır.

Fənnin təlim nəticəsi:

      1. hadisə yerinin müayinə protokolunun tərtibində iştirak edir (meyitin duruş vəziyyətini, paltarların təsvirini,    cinsin və təxminən yaşının təyinini, meyit əlamətlərini, xəsarətlərin təsvirini);

2.meyitin tapıldığı yerə baxış keçirilən zaman ölümün baş verməsini və təxmini müddətini təyin edir.

      3.məhkəmə təbabətində qəbul olunmuş sxemə uyğun olaraq mexaniki xəsarətləri təsvir edir;     

4.bioloji xarakterli maddi sübutların axtarılıb, tapılıb, götürülməsində və qablaşdırılmasında, maddi sübutları müayinə edən ekspertlərin qarşısında qoyula bilən sualların tərtibində müstəntiqə kömək göstərir;

5.istintaqı aparan şəxsin icazəsi olmadan təhqiqat və ya istintaq məlumatlarını yaymağa görə məsuliyyət

daşıması barədə xəbərdar olub həmin məlumatların yayılmasına yol vermir.

Fənnin məzmunu

Azərbaycan Tibb Universiteti tərəfindən müəyyən edilmiş seçmə fəndir.

Məhkəmə təbabəti sərbəst təbabət elmlərindən biri olub hüquq-mühafizə orqanlarının gündəlik təcrübəsində tez-tez rast gəldikləri tibbi və bioloji xarakterli məsələləri hüquq qanunları çərçivəsində aydınlaşdıran bir elmdir.

     Məhkəmə təbabəti gündən-günə inkişaf edir və təkmilləşir. Məhkəmə təbabətinin inkişafına şübhəsiz təbabət elmlərinin başqa sahələrinin, hüquq elmlərinin inkişafı təsir etmişdir. Hüquq elmlərinin məhkəmə təbabəti  qarşısında qoyduğu yeni və müxtəlif xarakterli məsələlər onların hərtərəfli müayinə aparılmasını tələb edir. Nəzəri və əməli məsələləri aydınlaşdırmaq üçün məhkəmə təbabəti tibb elminin yeniliklərindən istifadə edir. Bu elm məhkəmə kimyası, kriminalistika və cinayət hüququ elmləri ilə sıx əlaqədardır.

     Məhkəmə-tibb müayinəsinin obyektləri dörddür: meyit, canlı şəxs, maddi sübutlar və istintaq işi sənədləri.

     Meyitin müayinəsi, məhkəmə-tibb ekspertizasının ən çətin və ən mühüm hissəsidir. Zorakı və zorakı ölümə şübhə törədən ölüm hadisələrində  meyit mütləq məhkəmə-tibb müayinəsindən keçirilir.

     Canlı şəxslərin məhkəmə-tibb müayinəsi məhkəmə təbabətinin başqa  obyektlərinə nisbətən miqdarca daha çox yer tutur. Canlı şəxslərin müayinəsinə səbəb çoxdur.

     Cinayətin üstünün açılmasında, törədilmiş cinayətin cinayətkara sübut edilməsində maddi sübutlar böyük rol oynayır və məhkəmə-tibbi laboratoriyalarda insan orqanizminin ifrazatları və ya toxuma hissələrinə şübhə doğuran maddələr müəyyən edilir.

     Məhkəmə-tibb ekspertizası obyektlərindən biri də istintaq işi materiallarıdır və bunlara istintaq eksperimenti, baxış və dindirmə protokolları, xəstəlik tarixi, başqa ekspertlərin rəyləri və s. aid edilir.

     Azərbaycan Respublikasında qüvvədə olan milli qanunvericilik çərçivəsində müstəntiq tərəfindən hər bir həkim peşəsindən asılı olmayaraq mütəxəssis qismində meyitin tapıldığı yerdə müayinəsinə cəlb edilə bilər. Bu baxımdan tələbə məhkəmə təbabəti fənninin tədrisi zamanı yiyələndiyi bacarıqlara əsasən hadisə yerinin müayinə protokolunun tərtibində, bioloji xarakterli maddi sübutların axtarılıb, tapılıb, götürülməsində və qablaşdırılmasında, maddi sübutları müayinə edən ekspertlərin qarşısında qoyula bilən sualların tərtib edilməsində müstəntiqə kömək göstərmək qabiliyyətinə malik olmalıdır.

  1. Предпочтительный способ связи
  2. И.Ф.О и контактная информация ассистентов преподавателей (мед.сестра в клтнических дисциплинах, лаборанты)

Mövzu (mühazirə)

 Ədəbiyyat

Saat

1

Məhkəmə təbabəti fənni və məhkəmə-tibbi ekspertizanın məqsədi. Ekspertizanın növləri, aparılma səbəbləri və təşkili. Məhkəmə-tibbi

ekspertizasının müayinə obyektləri.

1. M.O.Bunyatov “Məhkəmə təbabəti” Dərslik, I Bölmə. Bakı, 2010

2. M.O.Bunyatovun redaksiyası altında “Məhkəmə təbabəti” Milli rəhbərlik, I Bölmə. Bakı, 2022

3. V.Q.Məmmədov “Məhkəmə təbabəti” Dərslik, Fəsil 1. Bakı, 2013

4. “Dövlət məhkəmə ekspertizasının fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu. Bakı 1999

https://meclis.gov.az/documents/stenogram/19.11.2019.pdf

5.Vuqar Mammadov. Forensic Medicine.Chapter 1. 2012

2

2

Məhkəmə-tibbi tanatologiyası və travmatologiyası haqqında ümumi məlumat.

1. M.O.Bunyatov “Məhkəmə təbabəti” Dərslik, II Bölmə, Bakı, 2010

2. M.O.Bunyatovun redaksiyası altında “Məhkəmə təbabəti” Milli rəhbərlik, II Bölmə, Bakı, 2022

3. R.M.Yusifli “Məhkəmə təbabətinin əsasları” Dərslik, II Bölmə, Bakı, 2001 .

4. V.Q.Məmmədov “Məhkəmə təbabəti” Dərslik, Fəsil 3 Bakı, 2013

5 Vuqar Mammadov. Forensic Medicine. Chapter 3. 2012

2

Mövzu (praktik məşğələ)

Ədəbiyyat

Saat

1

Məhkəmə-tibb ekspertizası, məhkəmə-tibb ekspertizasının obyektləri və müayinə üsulları. İlkin, əlavə, təkrar məhkəmə-tibb ekspertizası. Məhkəmə-tibb eksperti və həkim ekspert. Ekspertin hüquq və vəzifələri, məsuliyyəti.

1. M.O.Bunyatov “Məhkəmə təbabəti” Dərslik,  I Bölmə. Bakı, 2010

2. M.O.Bunyatovun redaksiyası altında “Məhkəmə təbabəti” Milli rəhbərlik,  I Bölmə.  Bakı, 2022

3.  V.Q.Məmmədov “Məhkəmə təbabəti” Dərslik, Fəsil 1, Bakı, 2013

4. “Dövlət məhkəmə ekspertizasının fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu. Bakı 1999

https://meclis.gov.az/documents/stenogram/19.11.2019.pdf

5. Vuqar Mammadov. Forensic Medicine. Chapter 1, 2012

6. Mary Ann Sens, Rhome Hughes. Diagnostic Pathology Forensic Autopsy. p 8-11. 2022

7. Rajesh Bardale. Principles of Forensic Medicine and Toxicolojy. Section A, chapter 1,2. Panama City, London. 2011

2

2

Canlı şəxslərin məhkəmə-tibb ekspertizası, səbəbləri, onun təşkili, aparılma qaydaları və sənədləşdirilməsi. Mübahisəli cinsi vəziyyətlərdə və cinsi cinayətlərdə aparılan  məhkəmə-tibb ekspertizalar. Yaşın məhkəmə-tibbi təyini.                                                                                                              

1. M.O.Bunyatov “Məhkəmə təbabəti” Dərslik,  VII Bölmə. Bakı, 2010

2. M.O.Bunyatovun redaksiyası altında “Məhkəmə təbabəti” Milli rəhbərlik,  VII Bölmə.  Bakı, 2022

3.  V.Q.Məmmədov “Məhkəmə təbabəti” Dərslik, Fəsil 7, Bakı, 2013

4. “Cinsi cinayətlərin məhkəmə-tibbi ekspertizasına dair qaydaları”. Bakı 1999

5.Vuqar Mammadov. Forensic Medicine. Chapter 1, 2012

6. Rajesh Bardale. Principles of Forensic Medicine and Toxicolojy. Section A, chapter 3. Panama City, London. 2011

2

3

Sağlamlığa zərər vurmanın məhkəmə-tibb ekspertizası. Azərbaycan

Respublikasının  Cinayət Məcəlləsində zağlamlığa zərər vurmaya dair maddələr.

1. M.O.Bunyatov “Məhkəmə təbabəti” Dərslik,  VII Bölmə.Bakı, 2010

2. M.O.Bunyatovun redaksiyası altında “Məhkəmə təbabəti” Milli rəhbərlik,  VII Bölmə. Bakı, 2022

3.  V.Q.Məmmədov “Məhkəmə təbabəti” Dərslik, Fəsil 7,  Bakı, 2013

4. “Sağlamlığa zərər vurmanın məhkəmə-tibbi ekspertiza qaydaları”. Bakı 2001

5. Azərbaycan Respublikası Cinayət Məcəlləsi. Bakı 2000

6.Vuqar Mammadov. Forensic Medicine. Chapter 7, 2012

2

4

Məhkəmə-tibbi travmatologiya. Bərk küt əşyaların təsirindən törənən xəsarətlərin  məhkəmə-tibbi ekspertizası.  Hündürlükdən yıxılma və  nəqliyyat travmaları zamanı aparılan məhkəmə-tibbi ekspertiza.                

1. M.O.Bunyatov “Məhkəmə təbabəti” Dərslik,  III Bölmə. Bakı, 2010

2. M.O.Bunyatovun redaksiyası altında “Məhkəmə təbabəti” Milli rəhbərlik,  III Bölmə.  Bakı, 2022

3.  V.Q.Məmmədov “Məhkəmə təbabəti” Dərslik,  Fəsil 7,  Bakı, 2013

4.Vuqar Mammadov. Forensic Medicine. Chapter 2, 2012

5. Mary Ann Sens, Rhome Hughes. Diagnostic Pathology Forensic Autopsy. chapter 5. 2022

6. Rajesh Bardale. Principles of Forensic Medicine and Toxicolojy. Section A, chapter 8, 9. Panama City, London. 2011

2

5

  İti alətlər və odlu silahlarla zədələnmələr zamanı aparılan məhkəmə-tibbi ekspertizalar.

1. M.O.Bunyatov “Məhkəmə təbabəti” Dərslik, III Bölmə. Bakı, 2010

2. M.O.Bunyatovun redaksiyası altında “Məhkəmə təbabəti” Milli rəhbərlik,  III Bölmə.  Bakı, 2022

3.  V.Q.Məmmədov “Məhkəmə təbabəti” Dərslik,  Fəsil 2, Bakı, 2013

4.Vuqar Mammadov. Forensic Medicine. Chapter 2, 2012

5. Mary Ann Sens, Rhome Hughes. Diagnostic Pathology Forensic Autopsy. chapter 5. 2022

6.Rajesh Bardale. Principles of Forensic Medicine and Toxicolojy. Section A, chapter 9, 13. Panama City, London. 2011

2

6

Mexaniki asfiksiyalar zamanı aparılan məhkəmə-tibbi ekspertizalar.

1. M.O.Bunyatov “Məhkəmə təbabəti” Dərslik,  IV Bölmə.Bakı, 2010

2. M.O.Bunyatovun redaksiyası altında “Məhkəmə təbabəti” Milli rəhbərlik,  IV Bölmə. Bakı, 2022

3.  V.Q.Məmmədov “Məhkəmə təbabəti” Dərslik,  Fəsil 4, Bakı, 2013

4.  M.O.Bunyatov, E.İ.Ələkbərov, Z.M.Məmmədov “Məhkəmə-tibbi terminlərin tədris-məlumat lüğəti”. Dərs vəsaiti, Bakı 2014.

5.Vuqar Mammadov. Forensic Medicine. Chapter 4, 2012

6. Mary Ann Sens, Rhome Hughes. Diagnostic Pathology Forensic Autopsy. chapter 5. 2022

7.Rajesh Bardale. Principles of Forensic Medicine and Toxicolojy. Section A, chapter 15. Panama City, London. 2011

2

7

Məhkəmə-tibbi tanatologiya. İlkin və gecikmiş meyit əlamətləri. Meyitin tapıldığı yerdə müayinəsi və sənədləşdirilməsi.

1. M.O.Bunyatov “Məhkəmə təbabəti” Dərslik, II Bölmə. Bakı, 2010

2. M.O.Bunyatovun redaksiyası altında “Məhkəmə təbabəti” Milli rəhbərlik,  II Bölmə.  Bakı, 2022

3. R.M.Yusifli “Məhkəmə təbabətinin əsasları” Dərslik,  II Bölmə. Bakı, 2001

 4.  V.Q.Məmmədov “Məhkəmə təbabəti” Dərslik,  Fəsil 3, Bakı, 2013

5. Vuqar Mammadov. Forensic Medicine. Chapter 3, 2012

6. Mary Ann Sens, Rhome Hughes. Diagnostic Pathology Forensic Autopsy. chapter 1-4. 2022

7. Rajesh Bardale. Principles of Forensic Medicine and Toxicolojy. Section A, chapter 6, 7. Panama City, London. 2011

2

8

Meyitlərin məhkəmə-tibbi ekspertizasının (müayinəsinin) səbəbləri, keçirilmə qaydaları.

1. M.O.Bunyatov “Məhkəmə təbabəti” Dərslik,  II Bölmə.Bakı, 2010

2. M.O.Bunyatovun redaksiyası altında “Məhkəmə təbabəti” Milli rəhbərlik,  II Bölmə. Bakı, 2022

3. V.Q.Məmmədov “Məhkəmə təbabəti” Dərslik,  Fəsil 3, Bakı, 2013

4. M.O.Bunyatov, Ü.S.Mikayılov “Meyit müayinəsinin məhkəmə-tibbi aspektləri”. Dərs vəsaiti,  səh. 61-68, Bakı 2015

5.Vuqar Mammadov. Forensic Medicine. Chapter 3, 2012

6. Mary Ann Sens, Rhome Hughes. Diagnostic Pathology Forensic Autopsy. chapter 1-4. 2022

7. Rajesh Bardale. Principles of Forensic Medicine and Toxicolojy. Section A, chapter 6, 7. Panama City, London. 2011

2

9

Naməlum, parçalanmış, skeletləşmiş  meyitlərin müayinə xüsusiyyətləri.  Ekshumasiya.                                                                                                                                                                     

1. M.O.Bunyatov “Məhkəmə təbabəti” Dərslik,  II Bölmə, Bakı, 2010

2. M.O.Bunyatovun redaksiyası altında “Məhkəmə təbabəti” Milli rəhbərlik,  II Bölmə, Bakı,  2022

3.  V.Q.Məmmədov “Məhkəmə təbabəti” Dərslik,  Fəsil 3, Bakı, 2013

4. Vuqar Mammadov. Forensic Medicine. Chapter 1, 2012

2

10

Müxtəlif fiziki faktorların (yüksək və aşağı temperatur, elektrik cərəyanı, barometrik təzyiq, şüa enerjisi) təsirindən əmələ gələn xəsarətlər zamanı aparılan məhkəmə-tibbi ekspertiza.

1. M.O.Bunyatov “Məhkəmə təbabəti” Dərslik,  V Bölmə, Bakı, 2010

2. M.O.Bunyatovun redaksiyası altında “Məhkəmə təbabəti” Milli rəhbərlik,  V Bölmə,  Bakı, 2022

3.  V.Q.Məmmədov “Məhkəmə təbabəti” Dərslik,  Fəsil 6, Bakı, 2013

5.Vuqar Mammadov. Forensic Medicine. Chapter 2, 2012

6. Mary Ann Sens, Rhome Hughes. Diagnostic Pathology Forensic Autopsy. chapter 5. 2022

7. Rajesh Bardale. Principles of Forensic Medicine and Toxicolojy. Section A, chapter 14. Panama City, London. 2011

2

11

Zəhərlənmələrə şübhə olan hallarda meyitlərin məhkəmə-tibbi ekspertizası.

1. M.O.Bunyatov “Məhkəmə təbabəti” Dərslik, V Bölmə, Bakı, 2010

2. M.O.Bunyatovun redaksiyası altında “Məhkəmə təbabəti” Milli rəhbərlik,  V Bölmə,  Bakı, 2022

3.  V.Q.Məmmədov “Məhkəmə təbabəti” Dərslik, Fəsil 5,  Bakı, 2013

4. Vuqar Mammadov. Forensic Medicine. Chapter 5, 2012

5.Mary Ann Sens, Rhome Hughes. Diagnostic Pathology Forensic Autopsy. chapter 10. 2022

6.Rajesh Bardale. Principles of Forensic Medicine and Toxicolojy. Section B, chapter 32-50. Panama City, London. 2011

2

12

Tibb işçilərinin peşə sahəsindəki qanunsuz hərəkətləri zamanı aparılan  məhkəmə-tibbi ekspertiza.                                                                                       

1. M.O.Bunyatov “Məhkəmə təbabəti” Dərslik,  I Bölmə. Bakı, 2010

2. M.O.Bunyatovun redaksiyası altında “Məhkəmə təbabəti” Milli rəhbərlik,  I Bölmə.  Bakı, 2022

3. R.M.Yusifli “Məhkəmə təbabətinin əsasları” Dərslik, VII Bölmə, Bakı, 2001

4.  V.Q.Məmmədov “Məhkəmə təbabəti” Dərslik,  Fəsil 1, Bakı, 2013

4.Rajesh Bardale. Principles of Forensic Medicine and Toxicolojy. Section A, chapter 2, 25. Panama City, London. 2011

2

13

Maddi sübutların məhkəmə-tibbi ekspertizası.

1. M.O.Bunyatov “Məhkəmə təbabəti” Dərslik, VIII Bölmə Bakı, 2010

2. M.O.Bunyatovun redaksiyası altında “Məhkəmə təbabəti” Milli rəhbərlik,  VIII Bölmə,  Bakı, 2022

3. V.Q.Məmmədov “Məhkəmə təbabəti” Dərslik, Fəsil 8,  Bakı, 2013

4.Vuqar Mammadov. Forensic Medicine. Chapter 8,9, 2012

5. Mary Ann Sens, Rhome Hughes. Diagnostic Pathology Forensic Autopsy. chapter 9. 2022

6. Rajesh Bardale. Principles of Forensic Medicine and Toxicolojy. Section A, chapter 30, 31. Panama City, London. 2011

2

Tədris və öyrənmə metodları

    • mühazirə
    • praktik tapşırıqlar
    • təqdimatlar və müzakirələr
    • müstəqil iş/araşdırma
    • qrup qiymətləndirməsi
    • video mühazirələr
    • hadisə-əsaslı öyrənmə (case-based learning)

Qiymətləndirmə üsulları

Qiymət (bal)

Semestr sonu imtahan

50

Cari qiymətləndirmə (kollokvium)

30

Davamiyyətə görə qiymətləndirmə

10

Sərbəst iş

10

Qiymətlərin dəyərləndirilməsi

Hərf işarələri

Bal

Qiymətin açıqlaması

A

91-100

“Əla”

B

81-90

“Çox yaxşı”

C

71-80

“Yaxşı”

D

61-70

“Kafi”

E

57-60

“Qənaət bəxş”

F

0-50

“Qeyri kafi”

Hər bir layihə işinin aşağıda göstərildiyi kimi qiymətləndirmə sistemi olmalıdır.

İki layihə işi verilirsə, hər birinin öz qiymətləndimə sistemi və müəyyən edilmiş meyarların balı olmalıdır.

10 ballıq sistem olduğundan qiymətləndirilən layihə işinin hər biri 5 ballıq sistemdən ibarət olmalıdır.

Layihə / Yazılma forması

  • Məlumatların aktuallığı və keyfiyyəti. Seçdiyiniz ölkədə/regionda səhiyyə və sağlamlıqla bağlı inkişaf/vəziyyət sahəsində situasiyanı təsvir etmək üçün təqdim etdiyiniz məlumatların maksimum aktual, tam və dəqiq olduğundan əmin olun. Verilənləri diqqətlə seçin, verilənləri dəqiq təsvir edin və mətndə onlara istinad edin. Seçiminizi əsaslandırın və bunun vacib olduğunu necə başa düşdüyünüzü göstərin.
  • Analiz və əsaslandırma. Seçdiyiniz ölkədə/regionda sağlamlıqla bağlı situasiyanın analizinin keyfiyyəti necədir? Sağlamlığa/problemə təsir göstərən geniş spektrli amillərdən istifadə edin, habelə, yerli və qlobal təsirləri nəzərə alın. Oxuduqlarınızın təsvirindən kənara çıxan yaradıcı və analitik düşüncə tərzi nümayiş etdirin.
  • Ədəbiyyatın tədqiqi və istifadəsi. Qiymətləndirmənin əsasını təşkil edən nəşr olunan ədəbiyyat nə dərəcədə keyfiyyətli və lazımı qaydadadır? Hansı məhdudlaşdırıcı amillərlə qarşılaşdınız? Mövcud məlumatlardan, nəzəriyyədən və digər mütəxəssislərin fikirlərindən istifadə edin. Əsas anlayışları aydın şəkildə təsvir edin. Fənn üçün təqdim olunmuş ədəbiyyatdan kənara çıxın. Mövzunuza aid lazım olan bütün termin və anlayışlardan düzgün istifadə edin.
  • İşin strukturu və təqdimatı. İşi məntiqi qaydada izah edin və akademik yazı üçün uyğun olan aydın Azərbaycan/ingilis/rus dilində yazın. Bu struktura riayət edin: Giriş; Əsas fikir/əsas məna; Metodlar (əgər varsa); Tənqidi iradlar/tənqidi analiz; Nəticə; Yekun.  
  • İstinadlar. İşinizə lazımi və yüksək dürüstlüyə malik istinadların olduğundan əmin olun (istər resenziyalı jurnal, istərsə də digər yazılı və ya onlayn mənbələr olsun). "Ağ" və "boz" ədəbiyyatdan istifadə edin. Sitat gətirdikdə, APA və ya Vancouver üslubundan istifadə edin (birbaşa saytdakı mətnə istinad olacaq və orada hər iki metodun təsviri veriləcək).

                                                               Layihə-1 mövzuları

1. Məhkəmə-tibbi travmatologiya

Məhkəmə təbabəti fənninin əsas bölmələrindən birini xəsarətlər haqqında olan elm – məhkəmə-tibbi travmatologiya təşkil edir. Zədələnmələr, xəsarətlər insan həyatında çox tez-tez təsadüf olunur. Travmatologiyanın əhatə dairəsi çox geniş olduğundan bu elmlə təkcə travmatoloqlar deyil, həmçinin neyrocərrahlar, oftalmoloqlar, stomatoloqlar, səhiyyənin təşkili işi ilə məşğul olan mütəxəssislər və s. məşğul olurlar. Məhkəmə-tibb ekspertləri də travmatologiya elmini dərindən öyrənirlər. Travmalar və ümumiyyətlə mexaniki təsirdən baş verən zədələnmələr zorakı ölümün ən çox rast gəlinən səbəbidir.

                                                      2. Kəskin oksigen çatışmamazlığından baş verən

                                                                ölüm halları və sağlamlığın pozulması

Hipoksik vəziyyətin və ya halın öyrənilməsi nəzəri və praktik təbabətin, həmçinin məhkəmə təbabətinin və onun praktikasını təşkil edən məhkəmə-tibb ekspertizasının əsas problemlərindən biridir. Məhkəmə təbabətindən xarici mühit faktorlarının təsiri nəticəsində əmələ gələn və mexaniki asfiksiya adlandırılmış kəskin oksigen çatışmamazlığı formaları daha çox əhəmiyyət kəsb edir. Əgər insan orqanizminə nəfəs alma zamanı kifayət qədər oksigen daxil olmursa, oksigen çatışmamazlığı əmələ gəlir və bu da sağlamlığın bu və ya digər dərəcədə pozulmasına və sonda ölümə səbəb ola bilər.

Layihə-1 qiymətləndirmə şkalası

Meyar

Üzərində işləməli

Fikiri inkişaf etdirməlı

Kafi

Yaxşı

Əla

Məlumatların aktuallığı və keyfiyyəti

Mövzunu əhatə etmir.

Məlumatda mühüm nöqsanlar. Məlumatların ciddi şəkildə yanlış təsviri.

1 bal

Mövzunun bəzi hissələrini əhatə edir.

Məlumatda bəzi əsas nöqsanlar və məlumatların yanlış təsviri.

2 bal

Mövzunu əhatə edir. Məlumatda bəzi kiçik nöqsanlar var. Məlumatlar əsasən düzgün şərh olunur.

3 bal

Mövzunun əsas aspektlərinə toxunur. Məlumatda bir neçə boşluq. Məlumatlar yaxşı şərh olunur.

4 bal

Mövzunun bütün aspektlərini hərtərəfli əhatə edir. Bütün müvafiq məlumatlar tapşırığa daxil edilmişdir. Məlumatlar yaxşı təhlil edilir və düzgün şərh olunur.

5 bal

Analiz və əsaslandırma

Əsaslandırmada ciddi səhvlər var. Analizçox zəifdir və ya yoxdur. Orijinal müşahidələr yoxdur.

1  bal

Əsaslandırmada bəzi səhvlər var. Zəif analizaparılıb. Az sayda orijinal müşahidə mövcuddur.

2 bal

Verilənlərin/məlumatların güclü və zəif tərəflərini əsaslandırır.

Analizəsaslıdırvə bəzi sübutlarla dəstəklənir. Bəzi orijinal müşahidələr qeyd edilir.

3 bal

Analizyaxşı əsaslandırılıb və bir neçə müvafiq sübutlarla dəstəklənir. Yaxşı sintez edilmişdir və ardıcıl arqument və sübutlar mövcuddur.

Yeni müşahidələr və orijinal düşüncə nümayış edir .

4 bal

Sübut və arqumentlər geniş istifadə edilib, tənqidi qiymətləndirilib. Güclü, vahidarqument sübutlarla dəstəklənir. Orijinal və yeni müşahidələr nümayış edir.

5 bal

İşin strukturu və təqdimatı

Tapşırıq strukturlaşdırılmamış və ya əsasən siyahılarla çox strukturlaşdırılmışdır. Giriş, bölmələr və nəticə yoxdur və ya qeyri-müəyyəndir. İnformasiya zəif təşkil olunub və məntiqi şəkildə qurulmamışdır.

1  bal

Tapşırıq müəyyən struktura malikdir. Giriş, bölmələr və nəticə bir-birindən ayrılıb. Bəzi məlumatlar zəif təşkil olunub,  məntiqi şəkildə qurulmuş fikirlər azdır.

2 bal

Tapşırıq strukturu ümumiyyətlə yaxşıdır. Giriş, bölmələr və nəticə bir-birindən ayrılıb. Məlumatların əksəriyyəti yaxşı təqdim edilib və ümumiyyətlə məntiqlidir.

3 bal

Tapşırıq yaxşı quruluşa malikdir. Aydın giriş, bölmələr və nəticə mövcuddur. Məlumat yaxşı təqdim edilibvə məntiqlidir.

4 bal

Tapşırıq çox yaxşı qurulmuşdur. Aydın və yaxşı təşkil olunmuş giriş, bölmələr və nəticə izlənilir. Tapşırığın strukuru məntiqlidir.

Nəşr edilmiş əsərə bənzəyir.

5 bal

Ədəbiyyatın tədqiqi və istifadəsi

Çox az (<4) mənbə və istinadlar istifadə edilmişdir. Material yalnız bir mənbədən əldə edilir (məsələn, vebsaytlar, dərsliklər). Tənqidi yanaşma olmadan yalnız məlumat verilib.

1 bal

İstifadə olunan az sayda (4-5) mənbə var.

Material məhdud sayda mənbəni əhatə edir.

2 bal

İstifadə olunan orta (6-9) sayda mənbə var. İstifadə olunan mənbələr növündə bəzi müxtəlifliklər qeyd edilir, xüsusən də resenziyalı jurnallardan məqalələr var.

3 bal

Kifayət qədər çox mənbələr istifadə edilmişdir (10-11). İstinadlar müxtəlif mənbələrdən gəlir.

4 bal

Çoxlu sayda mənbə var (11>).

Saytlar, məqalələr, hökumət hesabatları, dərsliklər və s. daxil olmaqla çoxlu sayda istinadlardan istifadə olunur. Tənqidi yanaşma nümayiş edir.

5 bal

İstinadlar

Digər müəlliflərin məlumatlarının hissəvi istifadəsi (plagiat). İstinad üslubu çox zəifdir.

1bal

Bəzi mənbələr qəbul olunur. İstinad üslubu zəifdir.

2 bal

Mənbələr tanınır. İstinad tərzi düzgündür.

3 bal

Mənbələr tanınır və istinad üslubundan yaxşı istifadə olunur.

4 bal

Bütün mənbələr tanınır, istinad üslübü tamamilə düzdür.

5 bal

% göstəricisi

50%-dan az

50-59%

60-70%

80-90%

100%

Yekun

bal

Yekun balın

orta qiymətinin hesablanması

Yekun balın orta qiymətinin hesablanması

Yekun balın orta qiymətinin hesablanması

Yekun balın orta qiymətinin hesablanması

Yekun balın orta qiymətinin hesablanması

Layihə işlərinin qiymətindən Təqdimatın bacarığının balı çıxılır. Bununlada Yekun bal hesablanır.

Təqdimatın (presentasiyanın) qiymətləndirilmə matriksi

      Meyar

ƏLA

Yaxşı

Orta (Kafi, qənaətbəxş)

Zəif (qeyri-qənaətbəxş)

Məzmun:

Mövzuya aiddir, ətraflı və dəqiqdir

Məzmun mövzunu tam əhatə edir. Müzakirəyə çıxarılan mülahizələr bütün hallarda faktlaraəsaslanır.

0

Məzmun mövzunu demək olar ki, tam əhatə edir. Müzakirəyə çıxarılan mülahizələr əksər hallarda faktlara əsaslanır.

1

Məzmun mövzunun əsas  məğzini əhatə edir. Müzakirəyə çıxarılan bir çox mülahizələr faktlara əsaslanmır.

2

Məzmun mövzunun əsas  məğzini çox az əhatə edir. Müzakirəyə çıxarılan əksər mülahizələr faktlara əsaslanmır (tələbənin öz fikirləridir)

3

Bilik:

Mövzu üzrə biliyini nümayiş etdirir

Mövzu ilə bağlı hərtərəfli bilik nümayiş etdirdi. Mövzunun mənimsənilməsini nümayiş etdirmək üçün əlavə qiymətləndirici sualları cavablandırır.

0

Mövzu ilə bağlı kifayət qədər bilik nümayiş etdirdi. Mövzunun mənimsənilməsini nümayiş etdirmək üçün əlavə qiymətləndirici sualları qismən cavablandırır.

1

Mövzu ilə bağlı qənaətbəxş bilik nümayiş etdirdi. Mövzunun mənimsənilməsini nümayiş etdirmək üçün əlavə qiymətləndirici suallarıçox az cavablandırır.

2

Mövzu ilə bağlı çox az (qeyri-qənaətbəxş) bilik nümayiş etdirdi. Mövzunun mənimsənilməsini nümayiş etdirmək üçün əlavə qiymətləndirici sualları cavablandırmır.

3

Duruş/Göz təması/Maner:

Uyğun duruş və effektiv göz təması

Uyğun duruş və tam özünə inamlatəqdimat edir. Yerdəyişmə, ifrat dərəcədə  jestikulyasiya və digər əsəbi davranışlardan çəkinir. Dinləyicilərlə göz təması qurur.

0

Təqdimatın çox hissəsi ərzində düz dayanır və tam özünə inamlatəqdimat edir.Təqdimat zamanı dəfələrlə göz təması qurur.

1

Təqdimat zamanı bəzən sarsılır, yerində tərpənir və ya narahat görünür. Bir və ya iki dinləyici ilə göz təması qurur.

2

Duruş uyğun deyil.  Yerdəyişmə, ifrat dərəcədə  jestikulyasiyavə digər əsəbi davranışlar gözə çarpır. Dinləyicilərlə demək olar ki, göz təması qurmur.

3

Həvəsli olması:

Enerjili, inamlı, həyəcansız

Təqdimat zamanı həvəsli və inamlı görünürdü. Dinləyicilərintam diqqətini və marağını oyada bildi.

0

Təqdimat zamanıkifayət qədər həvəsli və inamlı görünürdü. Dinləyicilərin əsasən diqqətini və marağını oyada bildi.

1

Təqdimat zamanımövzu ilə əlaqəli az həvəsli və az inamlı görünürdü. Bir və ya bir neçə dəfə auditoriyanı cəlb etmək üçün davranışı dəyişdirməyə çalışdı. Bəzi dinləyicilərin diqqətini və marağını itirdi.

2

Mövzu ilə bağlı çox az həvəs göstərdi və ya heç həvəs göstərmədi. Auditoriyanı cəlb etmək üçün davranışı dəyişdirməyə çalışmadı. Dinləyicilərin diqqətini və marağını itirdi.

3

Auditoriya:

Auditoriya ilə əlaqə

Təqdimat zamanı nitq, danışıq tərzi və səs hündürlüyü tam düzgün qurulub. Dinləyici rəyinə əsaslanan moderativ danışıq tərzi nümayiş edir. Dinləyicilərin suallarını və şərhlərini tam sakit və fəsahətli cavablandırır.

0

Təqdimat zamanı nitq və danışıq tərzi əsasən düzgün qurulub. Dinləyici rəyinə əsaslanan kifayət qədər moderativ danışıq tərzi nümayış etdirir. Dinləyicilərin suallarını və şərhlərini əsasən cavablandırır.

1

Təqdimat zamanı nitq və danışıq tərzi qisməntənzimlənib. Dinləyicilər tələb etdikdə daha yüksək səslə danışır. Dinləyicilərin suallarını və şərhlərini qismən cavablandırır.

2

Təqdimat zamanı səs hündürlüyünü və danışıq tərzini tənzimləmədi.

Dinləyicilərin suallarını və şərhlərini cavablandıra bilmədi.

3

Vaxt:

Müvafiq tempdə danışır

Mükəmməl vaxt tənzimlənməsi və danışıq tempi

0

Düzgün vaxt tənzimlənməsi və danışıq tempi

1

Çox qısa və ya çox uzuntəqdimat müddəti

2

Düzgün tənzimlənməyən təqdimat müddəti

3

Layihə-2 mövzuları

1. Məhkəmə-tibbi tanatologiya və meyitin məhkəmə-tibb ekspertizası

Ölüm bütün canlı varlıqların qaçılmaz və qanunauyğun sonluğudur. Həyatın əsasını orqanizmdə gedən maddələr mübadiləsi prosesi təşkil edir və bu mübadilə proseslərinin hər hansı bir səbəbdən dayanması və ya kəskin pozulması ölümü xarakterizə edən əsas amildir. Ölümün baş vermə prosesi, ölüm və onun səbəbləri, mexanizmi, ölümdən dəyişiklikləri öyrənən elmə tanatologiya deyilir. Tanatologiya nəzəri və praktiki təbabətin bir sahəsidir.

Məhkəmə təbabəti baxımından tanatologiya insan öləndən sonra meyitdə baş verən ilkin dəyişikliklərdən başlayaraq meyitin dağılmasına qədər olan bütün prosesləri öyrənir.

2.  Hadisə yerinin müayinəsində mütəxəssis həkimin vəzifələri

Hadisə yeri dedikdə hər hansı bir cinayət hadisəsi (qətl, bədən xəsarətlərinin yetirilməsi, zorlama, oğurluq və s.) və ya fövqəladə hadisə baş verdiyi  yer nəzərdə tutulur. Hadisə yerinə baxış tez-tez təsadüf edilən vacib istintaq əməliyyatlarından biridir. Hadisə yerinin müayinəsi cinayət izlərini, maddi sübutları, hadisənin baş vermə şəraitini və digər məsələlərin aşkarlanması məqsədi ilə həyata keçirilir. Azərbaycan Respublikasında hadisə yerinin müayinəsi CPM-nin 236-cı maddəsinin tələblərinə uyğun aparılır.Hadisə yerinin müayinəsinə müstəntiq yüksək ixtisaslı mütəxəssisləri cəlb edir. Əgər hadisə yerinin müayinəsində meyit tapılarsa, bu zaman müstəntiq məhkəmə təbabəti sahəsində mütəxəssis həkimi, onun iştirakı mümkün olmadıqda isə digər sahənin həkimini işə cəlb edə bilər.

Layih-2 qiymətləndirmə şkalası

Meyar

Üzərində işləməli

Fikiri inkişaf etdirməlı

Kafi

Yaxşı

Əla

Məlumatların aktuallığı və keyfiyyəti

Mövzunu əhatə etmir.

Məlumatda mühüm nöqsanlar. Məlumatların ciddi şəkildə yanlış təsviri.

1 bal

Mövzunun bəzi hissələrini əhatə edir.

Məlumatda bəzi əsas nöqsanlar və məlumatların yanlış təsviri.

2 bal

Mövzunu əhatə edir. Məlumatda bəzi kiçik nöqsanlar var. Məlumatlar əsasən düzgün şərh olunur.

3 bal

Mövzunun əsas aspektlərinə toxunur. Məlumatda bir neçə boşluq. Məlumatlar yaxşı şərh olunur.

4 bal

Mövzunun bütün aspektlərini hərtərəfli əhatə edir. Bütün müvafiq məlumatlar tapşırığa daxil edilmişdir. Məlumatlar yaxşı təhlil edilir və düzgün şərh olunur.

5 bal

Analiz və əsaslandırma

Əsaslandırmada ciddi səhvlər var. Analizçox zəifdir və ya yoxdur. Orijinal müşahidələr yoxdur.

1  bal

Əsaslandırmada bəzi səhvlər var. Zəif analizaparılıb. Az sayda orijinal müşahidə mövcuddur.

2 bal

Verilənlərin/məlumatların güclü və zəif tərəflərini əsaslandırır.

Analizəsaslıdırvə bəzi sübutlarla dəstəklənir. Bəzi orijinal müşahidələr qeyd edilir.

3 bal

Analizyaxşı əsaslandırılıb və bir neçə müvafiq sübutlarla dəstəklənir. Yaxşı sintez edilmişdir və ardıcıl arqument və sübutlar mövcuddur.

Yeni müşahidələr və orijinal düşüncə nümayış edir .

4 bal

Sübut və arqumentlər geniş istifadə edilib, tənqidi qiymətləndirilib. Güclü, vahidarqument sübutlarla dəstəklənir. Orijinal və yeni müşahidələr nümayış edir.

5 bal

İşin strukturu və təqdimatı

Tapşırıq strukturlaşdırılmamış və ya əsasən siyahılarla çox strukturlaşdırılmışdır. Giriş, bölmələr və nəticə yoxdur və ya qeyri-müəyyəndir. İnformasiya zəif təşkil olunub və məntiqi şəkildə qurulmamışdır.

1  bal

Tapşırıq müəyyən struktura malikdir. Giriş, bölmələr və nəticə bir-birindən ayrılıb. Bəzi məlumatlar zəif təşkil olunub,  məntiqi şəkildə qurulmuş fikirlər azdır.

2 bal

Tapşırıq strukturu ümumiyyətlə yaxşıdır. Giriş, bölmələr və nəticə bir-birindən ayrılıb. Məlumatların əksəriyyəti yaxşı təqdim edilib və ümumiyyətlə məntiqlidir.

3 bal

Tapşırıq yaxşı quruluşa malikdir. Aydın giriş, bölmələr və nəticə mövcuddur. Məlumat yaxşı təqdim edilibvə məntiqlidir.

4 bal

Tapşırıq çox yaxşı qurulmuşdur. Aydın və yaxşı təşkil olunmuş giriş, bölmələr və nəticə izlənilir. Tapşırığın strukuru məntiqlidir.

Nəşr edilmiş əsərə bənzəyir.

5 bal

Ədəbiyyatın tədqiqi və istifadəsi

Çox az (<4) mənbə və istinadlar istifadə edilmişdir. Material yalnız bir mənbədən əldə edilir (məsələn, vebsaytlar, dərsliklər). Tənqidi yanaşma olmadan yalnız məlumat verilib.

1 bal

İstifadə olunan az sayda (4-5) mənbə var.

Material məhdud sayda mənbəni əhatə edir.

2 bal

İstifadə olunan orta (6-9) sayda mənbə var. İstifadə olunan mənbələr növündə bəzi müxtəlifliklər qeyd edilir, xüsusən də resenziyalı jurnallardan məqalələr var.

3 bal

Kifayət qədər çox mənbələr istifadə edilmişdir (10-11). İstinadlar müxtəlif mənbələrdən gəlir.

4 bal

Çoxlu sayda mənbə var (11>).

Saytlar, məqalələr, hökumət hesabatları, dərsliklər və s. daxil olmaqla çoxlu sayda istinadlardan istifadə olunur. Tənqidi yanaşma nümayiş edir.

5 bal

İstinadlar

Digər müəlliflərin məlumatlarının hissəvi istifadəsi (plagiat). İstinad üslubu çox zəifdir.

1bal

Bəzi mənbələr qəbul olunur. İstinad üslubu zəifdir.

2 bal

Mənbələr tanınır. İstinad tərzi düzgündür.

3 bal

Mənbələr tanınır və istinad üslubundan yaxşı istifadə olunur.

4 bal

Bütün mənbələr tanınır, istinad üslübü tamamilə düzdür.

5 bal

% göstəricisi

50%-dan az

50-59%

60-70%

80-90%

100%

Yekun

bal

Yekun balın

orta qiymətinin hesablanması

Yekun balın orta qiymətinin hesablanması

Yekun balın orta qiymətinin hesablanması

Yekun balın orta qiymətinin hesablanması

Yekun balın orta qiymətinin hesablanması

Layihə işlərinin qiymətindən Təqdimatın bacarığının balı çıxılır. Bununla da Yekun bal hesablanır.

Təqdimatın (presentasiyanın) qiymətləndirilmə matriksi

      Meyar

ƏLA

Yaxşı

Orta (Kafi, qənaətbəxş)

Zəif (qeyri-qənaətbəxş)

Məzmun:

Mövzuya aiddir, ətraflı və dəqiqdir

Məzmun mövzunu tam əhatə edir. Müzakirəyə çıxarılan mülahizələr bütün hallarda faktlaraəsaslanır.

0

Məzmun mövzunu demək olar ki, tam əhatə edir. Müzakirəyə çıxarılan mülahizələr əksər hallarda faktlara əsaslanır.

1

Məzmun mövzunun əsas  məğzini əhatə edir. Müzakirəyə çıxarılan bir çox mülahizələr faktlara əsaslanmır.

2

Məzmun mövzunun əsas  məğzini çox az əhatə edir. Müzakirəyə çıxarılan əksər mülahizələr faktlara əsaslanmır (tələbənin öz fikirləridir)

3

Bilik:

Mövzu üzrə biliyini nümayiş etdirir

Mövzu ilə bağlı hərtərəfli bilik nümayiş etdirdi. Mövzunun mənimsənilməsini nümayiş etdirmək üçün əlavə qiymətləndirici sualları cavablandırır.

0

Mövzu ilə bağlı kifayət qədər bilik nümayiş etdirdi. Mövzunun mənimsənilməsini nümayiş etdirmək üçün əlavə qiymətləndirici sualları qismən cavablandırır.

1

Mövzu ilə bağlı qənaətbəxş bilik nümayiş etdirdi. Mövzunun mənimsənilməsini nümayiş etdirmək üçün əlavə qiymətləndirici suallarıçox az cavablandırır.

2

Mövzu ilə bağlı çox az (qeyri-qənaətbəxş) bilik nümayiş etdirdi. Mövzunun mənimsənilməsini nümayiş etdirmək üçün əlavə qiymətləndirici sualları cavablandırmır.

3

Duruş/Göz təması/Maner:

Uyğun duruş və effektiv göz təması

Uyğun duruş və tam özünə inamlatəqdimat edir. Yerdəyişmə, ifrat dərəcədə  jestikulyasiya və digər əsəbi davranışlardan çəkinir. Dinləyicilərlə göz təması qurur.

0

Təqdimatın çox hissəsi ərzində düz dayanır və tam özünə inamlatəqdimat edir.Təqdimat zamanı dəfələrlə göz təması qurur.

1

Təqdimat zamanı bəzən sarsılır, yerində tərpənir və ya narahat görünür. Bir və ya iki dinləyici ilə göz təması qurur.

2

Duruş uyğun deyil.  Yerdəyişmə, ifrat dərəcədə  jestikulyasiyavə digər əsəbi davranışlar gözə çarpır. Dinləyicilərlə demək olar ki, göz təması qurmur.

3

Həvəsli olması:

Enerjili, inamlı, həyəcansız

Təqdimat zamanı həvəsli və inamlı görünürdü. Dinləyicilərintam diqqətini və marağını oyada bildi.

0

Təqdimat zamanı kifayət qədər həvəsli və inamlı görünürdü. Dinləyicilərin əsasən diqqətini və marağını oyada bildi.

1

Təqdimat zamanı mövzu ilə əlaqəli az həvəsli və az inamlı görünürdü. Bir və ya bir neçə dəfə auditoriyanı cəlb etmək üçün davranışı dəyişdirməyə çalışdı. Bəzi dinləyicilərin diqqətini və marağını itirdi.