Payız semestrində keçirilən fənlər
|
N |
Fakültələr |
Kurs |
Fənlər |
Auditoriya saatları |
|
|
|
müh |
praktika |
kredit |
||||
|
1. |
Hərbi Tibb |
I |
Ümumi histologiya |
56 |
14 |
4 |
Fənnin kodu İF-P02
Ümumi histologiya
Təhsil pilləsi: Əsas (baza) ali tibb təhsili
İxtisas: Tibb
Fənnin məqsədi: İnsan orqanizmini təşkil edən hüceyrə və toxuma tiplərinə xas olan mikroskopik və ultrastruktur quruluş xüsusiyyətlərini, mayalanmanın molekulyar mexanizmini, rüşeym vərəqələrinin formalaşmasını, orqanogenezin və sistemogenezin əsas mərhələlərinin tədrisidir.
Fənnin təlim nəticəsi:
Sitologiya, embriologiya və histologiya fənnlərinin predmeti, metodları, vəzifələri və canlı aləmə xas olan ümumbioloji qanunauyğunluqları bilir.
Hüceyrənin təşkilində iştirak edən törəmələrin mikroskopik və submikroskopik quruluşu və onların funksiyalarının molekulyar əsasları haqqında müasir məlumatlardan istifadə edə bilir.
Müasir texniki vasitələrlə nümayiş etdirilən mikroskopik şəkillərin və elektronoqrammaların hansı orqana və onun hansı hissəsinə aid olmasını müəyyənləşdirməyi bacarır.
Fərdi inkişafın prenatal (predembrional, embrional və döl) və postnatal dövrlərində orqan və sistemlərin formalaşmasının vacib dövrlərinin təsvirini, variasiya və anomaliyalar haqqında məlumatları təhlil edə bilir.
Toxumaların təsnifatı və orqanların təşkilində iştirak edən müxtəlif toxuma növləri arasında qarşılıqlı əlaqələrin ümumi qanunauyğunluqlarını izah edə bilir.
Fənnin məzmunu
Bu fəndə sitologiya və embriologiyanın ayrı-ayrılıqda sərbəst elm kimi meydana çıxması, tərifi, vəzifələri, tədqiqat metodları ətraflı şərh edilir. Bununla yanaşı hüceyrənin əsas kompartmentlərinin, hüceyrə zarının ultrastruktur quruluş xüsiyyətləri və vəzifələri şərh edilir. Zarlı, zarsız orqanellərin, nüvənin histoloji və ultrastruktur quruluş xüsusiyyətləri və vəzifələri haqqında ətraflı məlumat verilir. İnsan embriologiyasının mövzu və məqsədləri, embriogenezin erkən mərhələlərinin öyrənilməsi və müasir təbabətdə rolu haqqında məlumat izah olunur. Toxumalar, onların morfofunksional və genetik təsnifatı, histogenezi, quruluş-funksiya xüsusiyyətləri, toxuma dəyişkənlikləri, metaplaziya və onun imkanları haqqında olan məlumatlar faktiki materiallar əsasında tədris olunur. Tədris olunan materialın öyrənilməsi tələbənin digər tibb yönümlü fənlərin mənimsəməsində, gələcəyin həkimi kimi, patoloji proseslərin hüceyrəvi və molekulyar bioloji əsasını anlamağa kömək edir.
|
№ |
Mövzu (mühazirə) |
Ədəbiyyat |
Saat |
|
1 |
Sitologiya-ümumbiologiya və tibbi təlim kimi. Hüceyrə nəzəriyyəsi: formalaşma mərhələləri, əsas müddəaları, biologiya və təbabətdə əhəmiyyəti. Əsas hüceyrə kompartmentləri. Hüceyrə zarının quruluşu və vəzifələri. Kortikal sitoplazma və sitosklet elementləri. Hüceyrənin hərəkət mexanizmi. Hüceyrə mərkəzi. Mitoxondri. |
Ədəbiyyat 1.1: E.K. Qasımov (2022). Sitologiya, səh. 1-132. Ədəbiyyat 1.2: E.K. Qasımov (2010). Histologiya atlası. Bakı: Oskar, səh. 1-47. |
2 |
|
2 |
Endoplazmatik şəbəkə. Holci kompleksi. Endosomlar. Lizosomlar və lizosomal toplanma xəstəlikləri. Hüceyrə nüvəsi. Xromatinin quruluşu. Nüvəcik. Nüvə və mitoxondrial genomlar, genlərin ekspressiyası haqqında qısa məlumat. Hüceyrə tsikli və hüceyrənin bölünmə tipləri. Hüceyrənin qocalması və ölümü. Klinik sitologiya haqqında anlayış. |
Ədəbiyyat 1.1: E.K. Qasımov (2022). Sitologiya, səh. 132-254. Ədəbiyyat 1.2: E.K. Qasımov (2010). Histologiya atlası. Bakı: Oskar, səh 47-72. |
2 |
|
3 |
Embriologiya “bioloji inkişafın” bir hissəsi kimi. Progenez, insanın cinsi hüceyrələri. İnsanın prenatal ontogenezinin əsas mərhələləri. Mayalanma. Ziqota. Potentlik. İnduksiya. Morulyasiya, insanda morula. Blastulyasiya, insanda blastula. Rüşeymin implantasiyası. Qastrulyasiya. Rüşeym vərəqələrinin və ox orqanlarının formalaşması, differensasiyası. 2-8 həftəlik insan rüşyemi. Kritik dövrlər və embriotrop təsirlər haqqında anlayış. |
Ədəbiyyat 1.1: Hüseynov M.B., Quliyev M.İ.(2010). Embriologiya. səh. 6-156. Ədəbiyyat 1.2: E.K. Qasımov (2010). Histologiya atlası. Bakı: Oskar, səh. 74-85. |
2 |
|
4 |
Histologiya fundamental tibbi bioloji fənn kimi. Toxumalar: tərifi, təsnifatı, tərkib hissələri, histogenezi. Epitel toxumaları: təsnifatı, morfo-funksional səciyyəsi. Örtük epiteli. Sekretor epitel. Sekresiyanın mexanizmi və mərhələləri. Ağız suyu vəzilərinin quruluş və sekretinin kimyəvi tərkibinə görə təsnifatı. |
Ədəbiyyat 1.1: Ümumi Histologiya, səh. 2-18. Ədəbiyyat 1.2: E.K. Qasımov (2010). Histologiya atlası. Bakı: Oskar, səh. 87-101. |
2 |
|
5 |
Mezenxim, onun törəmələri. Qan. Embrional və postembrional qanyaranmanın qısa səciyyəsi. Əsil birləşdirici toxumanın hüceyrəvi və qeyri-hüceyrəvi elementlərinin quruluş xüsusiyyətləri, təsnifatı və histogenezi. Xüsusi xassəli birləşdirici toxumalar. Skelet toxumaları - qığırdaq və sümük: təsnifatı, morfofunksional xüsusiyyətləri, xondro- və osteohistogenezin (zar və qığırdaq əsasında) əsas mərhələləri. |
Ədəbiyyat 1.1: Ümumi Histologiya, səh. 18-50. Ədəbiyyat 1.2: E.K. Qasımov (2010). Histologiya atlası. Bakı: Oskar, səh. 103-135. |
2 |
|
6 |
Yığılma xüsusiyyətli hüceyrə və toxumalar: təsnifatı. Neyromuskulyar toxuma. Saya əzələ toxuması: histogenez, innervasiyası, vaskulyarizasiyası. Eninəzolaqlı əzələ toxuması: skelet əzələ toxuması, histogenezi, morfo-funksional səciyyəsi, innervasiyası və vaskulyarizasiyası. Əzələ bir orqan kimi. Ürək-əzələ toxuması haqqında qısa məlumat. Əzələ toxumalarının böyüməsi və regenerasiyası. |
Ədəbiyyat 1.1: Ümumi Histologiya, səh. 50-60. Ədəbiyyat 1.2: E.K. Qasımov (2010). Histologiya atlası. Bakı: Oskar, səh. 137-149. |
2 |
|
7 |
Sinir toxuması: histogenezi, quruluş-funksiya xüsusiyyətləri. Neyrositlər. Qliositlər. Sinir lifləri. Sinir impulsunun yaranması və ötürülməsi. Sinir toxuması haqqında müasir təsəvvürlər. Sinir sistemi: inkişafı, ümumi quruluş-funksiya səciyyəsi. Mərkəzi və periferik sinir sistemi. Onurğa beyni. Beyin kötüyü. Beyincik. Böyük beyin yarımkürələri. Modul haqqında müasir təsəvvürlər. Vegetativ sinir sistemi. Hemato-ensefalik baryer. |
Ədəbiyyat 1.1: Ümumi Histologiya, səh. 60-73. Ədəbiyyat 1.2: E.K. Qasımov (2010). Histologiya atlası. Bakı: Oskar, səh. 150-171. |
2 |
|
№ |
Mövzu (praktik məşğələ) |
Ədəbiyyat |
Saat |
|
1 |
Histoloji texnika. Mikroskoplar, tədqiqat üsulları. Eukariot hüceyrələrin ümumi morfologiyası. |
Ədəbiyyat 1.1: E.K. Qasımov (2022). Sitologiya, səh. 1-18. Ədəbiyyat 1.2: E.K. Qasımov (2010). Histologiya atlası. Bakı: Oskar, səh. 1-13. |
2 |
|
2 |
Hüceyrə zarının kimyəvi tərkibi və ultrastrukturu. |
Ədəbiyyat 1.1: E.K. Qasımov (2022). Sitologiya, səh. 18-26. Ədəbiyyat 1.2: E.K. Qasımov (2010). Histologiya atlası. Bakı: Oskar, səh. 14-16. |
2 |
|
3 |
Seçici keçiricilik. |
Ədəbiyyat 1.1: E.K. Qasımov (2022). Sitologiya, səh. 26-46. Ədəbiyyat 1.2: E.K. Qasımov (2010). Histologiya atlası. Bakı: Oskar, səh. 16-19. |
2 |
|
4 |
Endositoz. Ekzositoz. |
Ədəbiyyat 1.1: E.K. Qasımov (2022). Sitologiya, səh. 46-56. Ədəbiyyat 1.2: E.K. Qasımov (2010). Histologiya atlası. Bakı: Oskar, səh.20-28. |
2 |
|
5 |
Hüceyrə zarının reseptor funksiyası. İkinci vasitəçilər. |
Ədəbiyyat 1.1: E.K. Qasımov (2022). Sitologiya, səh. 56-70. Ədəbiyyat 1.2: E.K. Qasımov (2010). Histologiya atlası. Bakı: Oskar, səh.28-29. |
2 |
|
6 |
Ektoplazma. Sitoskelet: nazik və ara filamentlər. |
Ədəbiyyat 1.1: E.K. Qasımov (2022). Sitologiya, səh. 76-93. Ədəbiyyat 1.2: E.K. Qasımov (2010). Histologiya atlası. Bakı: Oskar, səh. 30-36. |
2 |
|
7 |
Mikroborucuqlar. Xemomexaniki çevricilər. Hüceyrənin hərəkəti. |
Ədəbiyyat 1.1: E.K. Qasımov (2022). Sitologiya, səh. 93-109. Ədəbiyyat 1.2: E.K. Qasımov (2010). Histologiya atlası. Bakı: Oskar, səh. 37-41. |
2 |
|
8 |
Hüceyrə orqanelləri: Hüceyrə mərkəzi. Mitoxondri. |
Ədəbiyyat 1.1: E.K. Qasımov (2022). Sitologiya, səh. 112-127. Ədəbiyyat 1.2: E.K. Qasımov (2010). Histologiya atlası. Bakı: Oskar, səh. 43-47. |
2 |
|
9 |
Ribosom. Endoplazmatik şəbəkə. Holci kompleksi. |
Ədəbiyyat 1.1: E.K. Qasımov (2022). Sitologiya, səh. 127-146. Ədəbiyyat 1.2: E.K. Qasımov (2010). Histologiya atlası. Bakı: Oskar, səh. 47-52. |
2 |
|
10 |
Endosom. Lizosom. Proteasom. Peroksisom. Sitoplazmatik əlavələr. |
Ədəbiyyat 1.1: E.K. Qasımov (2022). Sitologiya, səh. 146-163.. Ədəbiyyat 1.2: E.K. Qasımov (2010). Histologiya atlası. Bakı: Oskar, səh. 52-57. |
2 |
|
11 |
Nüvə haqqında ümumi məlumat. Nüvə örtüyü. Nukleoplazma. Xromatin. Nüvəcik. |
Ədəbiyyat 1.1: E.K. Qasımov (2022). Sitologiya, səh.169-187. Ədəbiyyat 1.2: E.K. Qasımov (2010). Histologiya atlası. Bakı: Oskar, səh.59-63. |
2 |
|
12 |
Hüceyrə tsikli. Mitoz. |
Ədəbiyyat 1.1: E.K. Qasımov (2022). Sitologiya, səh. 222-241. Ədəbiyyat 1.2: E.K. Qasımov (2010). Histologiya atlası. Bakı: Oskar, səh. 65-69. |
2 |
|
13 |
Progenez. Meyoz. Cinsi hüceyrələrin quruluşu. Mayalanma. |
Ədəbiyyat 1.1: Hüseynov M.B., Quliyev M.İ.(2010). Embriologiya. səh. 15-54. Ədəbiyyat 1.2: E.K. Qasımov (2010). Histologiya atlası. Bakı: Oskar, səh. 74-78. |
2 |
|
14 |
Ziqotanın xırdalanması. Morula. Blastosist. İmplantasiya. Prenatal inkişafın ikinci həftəsi. |
Ədəbiyyat 1.1: Hüseynov M.B., Quliyev M.İ.(2010). Embriologiya. səh. 54-63. Ədəbiyyat 1.2: E.K. Qasımov (2010). Histologiya atlası. Bakı: Oskar, səh. 78-80. |
2 |
|
15 |
Qastrulyasiya. Rüşeym vərəqələrinin formalaşması. Rüşeymin ox orqanlarının əmələ gəlməsi. |
Ədəbiyyat 1.1: Hüseynov M.B., Quliyev M.İ.(2010). Embriologiya. səh. 63-78. Ədəbiyyat 1.2: E.K. Qasımov (2010). Histologiya atlası. Bakı: Oskar, səh. 80-84. |
2 |
|
16 |
Ektodermanın, mezodermanın və entodermanın differensiasiyası. Rüşeymxarici orqanlar. |
Ədəbiyyat 1.1: Hüseynov M.B., Quliyev M.İ.(2010). Embriologiya. səh. 78-118. Ədəbiyyat 1.2: E.K. Qasımov (2010). Histologiya atlası. Bakı: Oskar, səh. 85. |
2 |
|
17 |
Aralıq qiymətləndirmə |
|
2 |
|
18 |
Örtük epiteli. Təkqatlı epitel toxuması. Hüceyrələrarası əlaqələr. |
Ədəbiyyat 1.1: Ümumi Histologiya, səh. 6-11. Ədəbiyyat 1.2: E.K. Qasımov (2010). Histologiya atlası. Bakı: Oskar, səh. 86-95. |
2 |
|
19 |
Çoxqatlı epitel toxuması. Sekretor epitel. Ekzokrin vəzilər. |
Ədəbiyyat 1.1: Ümumi Histologiya, səh. 12-17. Ədəbiyyat 1.2: E.K. Qasımov (2010). Histologiya atlası. Bakı: Oskar, səh. 96-101. |
2 |
|
20 |
Mezenxim. Mezenxim törəmələri. Qan. Limfa. |
Ədəbiyyat 1.1: Ümumi Histologiya, səh. 17-27. Ədəbiyyat 1.2: E.K. Qasımov (2010). Histologiya atlası. Bakı: Oskar, səh. 118-125. |
2 |
|
21 |
Kövşək lifli birləşdirici toxuma. |
Ədəbiyyat 1.1: Ümumi Histologiya, səh. 30-34. Ədəbiyyat 1.2: E.K. Qasımov (2010). Histologiya atlası. Bakı: Oskar, səh. 103-109. |
2 |
|
22 |
Sıx lifli və spesifik xassəli birləşdirici toxumalar. |
Ədəbiyyat 1.1: Ümumi Histologiya, səh. 38-40. Ədəbiyyat 1.2: E.K. Qasımov (2010). Histologiya atlası. Bakı: Oskar, səh. 109-116. |
2 |
|
23 |
Qığırdaq toxuması. Xondrogenez. |
Ədəbiyyat 1.1: Ümumi Histologiya, səh. 41-44. Ədəbiyyat 1.2: E.K. Qasımov (2010). Histologiya atlası. Bakı: Oskar, səh. 127-130. |
2 |
|
24 |
Sümük toxuması. Osteohistogenez. |
Ədəbiyyat 1.1: Ümumi Histologiya, səh. 44-50. Ədəbiyyat 1.2: E.K. Qasımov (2010). Histologiya atlası. Bakı: Oskar, səh. 130-135. |
2 |
|
25 |
Eninəzolaqlı skelet əzələ toxuması. |
Ədəbiyyat 1.1: Ümumi Histologiya, səh. 50-56. Ədəbiyyat 1.2: E.K. Qasımov (2010). Histologiya atlası. Bakı: Oskar, səh. 137-142. |
2 |
|
26 |
Ürək və saya əzələ toxumaları. |
Ədəbiyyat 1.1: Ümumi Histologiya, səh. 56-60. Ədəbiyyat 1.2: E.K. Qasımov (2010). Histologiya atlası. Bakı: Oskar, səh. 143-148. |
2 |
|
27 |
Sinir toxuması. Neyrositlər. Qliositlər. |
Ədəbiyyat 1.1: Ümumi Histologiya, səh. 60-65. Ədəbiyyat 1.2: E.K. Qasımov (2010). Histologiya atlası. Bakı: Oskar, səh. 150-157. |
2 |
|
28 |
Sinapslar. Sinir lifləri. Sinir ucları. |
Ədəbiyyat 1.1: Ümumi Histologiya, səh. 65-73. Ədəbiyyat 1.2: E.K. Qasımov (2010). Histologiya atlası. Bakı: Oskar, səh. 158-171. |
2 |