Bizi izləyin:
Heydər Əliyev
Bölmələrimiz
Rezidentura /Doktorantura

REZİDENTURA

Anesteziologiya,reanimatologiya,intensiv terapiya kafedrasında rezidentura proqramı  anesteziologiya-reanimatologiya sahəsində müasir sübutlara əsaslanan tibbi təcrübəni peşəkar səviyyədə müstəqil həyata keçirməyi bacaran səriştəli həkim-mütəxəssislərin hazırlanmasını nəzərdə tutur.

Proqram müddətində (3 il) rezidentlər aşağıdakı sahələr üzrə ixtisaslaşmış bilik əldə edirlər: Anesteziologiya: cərrahiyyənin bütün sahələri üzrə, o cümlədən, uşaq və yenidoğulmuşların cərrahiyyəsində, mama-ginekologiyada anesteziologiya

Reanimasiya və intensiv terapiya: terapevtik, cərrahi, pediatrik, yenidoğulmuşlar, toksikologiya, kombustioloji.

Rezidentlər ixtisasla əlaqəli (terapiya,nevrologiya,şüa diaqnostikasi,EEQ) rotasiyalarda iştirak edirlər.

Rezidentlər klinik bazalarda ixtisası üzrə nəzəri bilikləri və peşə səriştələri öyrənirlər. Proqram yüksək ixtisaslı anestezioloq-reanimatoloq hazırlamağı, eləcə də elmi-tədqiqat fəaliyyətini inkişaf etdirməyi hədəfləyir.

Doktorantura

 

3231.01 – “Anesteziologiya və reanimatologiya” ixtisası üzrə doktorantura

 

“ Anesteziologiya, reanimatologiya, intensiv terapiya” kafedrasında 3231.01 – “Anesteziologiya və reanimatologiya” ixtisası üzrə doktorantura təhsili təşkil olunur. Doktorantura proqramı anesteziologiya və reanimatologiya sahəsində müasir tələbl elmi tədqiqatların aparılması, yeni ağrısızlaşdırma və ərə uyğun intensiv terapiya metod və sxemlərinin işlənib hazırlanması, klinik  istiqamətlər üzrə innovativ nəticələrin əldə olunmasına yönəlmişdir.

Proqram çərçivəsində doktorantlar:

  • Anesteziologiya, reanimatologiya və intensiv terapiya üzrə fundamental tədqiqatlar aparır;
  • Yeni anesteziya və intensiv terapiya metodların elmi əsaslandırılması ilə məşğul olur;
  • Beynəlxalq elmi konfranslarda iştirak və çıxış edir, yüksək retinqli  jurnallarda məqalələr dərc etdirir.

Doktorantura proqramı müstəqil tədqiqat aparmaq, elmi yeniliklər təklif etmək, anesteziologiya və reanimatologiya sahəsində akademik və klinik yetkin fəaliyyət göstərmək istəyən mütəxəssislər üçün nəzərdə tutulub.